İkimizin hekayəsi (9-cu bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 6 742
Səs ver:
(səs: 1)
Dost kimi sevməymi...?
Zeynəb xəyal qırıqlıqlarına uğrayıb, öz otağına gedib, səsizcə ağlamağa başladı. Bu sevgi ona acı verəcəkdi.. Elə sanırdı Zeynəb.. Bir xəbərsiz idi Cavidin ona qarşı olan hisslərindən... Ya Cavidi nə saxlayırdı? Niyə öz sevgisin etiraf etmirdi Zeynəbə.. Zeynəb öz otağına getdi. 5-10 dəqiqədən sonra qapının səsinin eşitdi. Deyəsən Cavid çölə çıxmışdı. Yatağının üstündə dərs kitabları,qələmləri vardi. Qələmin əlində möhkəm tutaraq sındırdı. "Dost kimi sevmədə.. sevməəə!"deyərək möhkəmdən öz özünə qışqırmağa başladı. Daha sonra sakitləşdi. Nəticədə dünyanın sonu deyildi. Dərs etməli idi. Qələmini sındırmışdı deyə Cavidin otağına gedib qələm axtarmağaa başladı. Çəkməcələri açıb baxanda gözü məktuba sataşdı. Əlinə götürüb açım açmayım deyə çox fikirləşdi. Dayana bilməyib məktubu açıb oxudu. 'Yaraşıqlı və Gözəl..' məktub ikisindən bəhs edirdi. "Yəni Caviddə məni sevir?" Dedi Zeynəb .. İnana bilmirdi.. Üzündə gülücüklər acmağa başladı. Bu arada telefonuna zeng gəldi. Cəmalə idi. "Cavid atanla görüşəcəkmiş bu gün onu saxla Zeynəb"dedi telefonda. Zeynən telefonu söndürüb tez evdən çıxdı.
Zeynalın evi. Cavid villanın önünə gəlib Zeynal , Zeynal deyə qışqırırdı. Bu səsə Zeynal çölə çıxdı.
Zeynal: Cəsarətli imişsən
Cavid: hər seyi bir-bir mənə danışacaqsan!
Zeynal: Tutalım danışmadım
Cavid: elə bir şansın yoxdu!
Zeynal: əmrləri mən verə bilərəm, sən deyil! Ətarfına bax nə qədər adamlarım var sözlərinə diqqət elə!
Cavid: məni bu itlərlə qorxuda bilməzsən! Zeynəbə niyə buları yaşadırsan həə?! Öz doğma qızına niyə bunları edirsən!
Zeynal: doğma qızımamı..?
Zeynəb: Ataa..
Cavid: sənin burda nə işin var?
Zeynəb: sənin burda olduğunu bildim
Zeynal: yaxşı oldu sənində gəldiyin Qızım..!
Cavid: Hər şeyi olduğu kimi danış bizə
Zeynəb: nəyi danışacaq?
Zeynal: Cəsarətli olduğun qədər, ağıllı bir oğlan imişsəndə.. Halaldı.. Alqışlayıram səni..
Cavid: Danış!
Zeynal: artıq uzatmağın mənası yoxdu Zeynəb mənim qızım deyil
Zeynəb: nəəə..?
Zeynal: həə sən Səlimlə Zeynəbin qızlarısan. İllər öncə 3 müz ən yaxın dost idik. Amma Zeynəb məni deyil Səlimi secdi. Məndə o vaxtdan qaranlıq işlərə qoşuldum. Bir gün xəbər aldımki. Zeynəb hamilədi. Bir qızları olacaqmış .. Yəni sən ... Rahat buraxmadım oları. Arxalarına adam saldırdım və qəza törətdilər. Sən o günü dünyaya gəldin. Adını Zeynəb qoydum. Öz qızım kimi böyütməyə başladım. Amma zaman kecdiycə səndə anana bənzməyə başladın. Gözlərin, gülüşün, saçların... Nifrət elədim sənə! Səndə bir gün məni tərk edib,başqa adama gedəcəyini bildiyim üçün Zakirlə danışıb Mahirlə evlənməyini qərar aldım. Gözümdən uzaq olmağını istəmədim. Amma sən anan kimi Cavidi secdin!
Zeynəb isə yerə çökdü artıq "Mən illərdir öz anamın və atamın qatilənə Ataa demişəm həə...?!" deyib ağlamağa başladı. "Yoxxx yoxxx! Bu olaaa bilməz!!! Bunları mənə yaşatmağa nə haqqın vardı!"dedi. Cavid Zeynəbin yanına gəlib onu qucaqladı. Eşitdiklərindən sonra bilmirdi nə etsin. Bu qədərində düşünməmişdi Cavid...Zeynal "Asma xəstəliyində anandan keçmişdi. Onsuzda anan səni dünyaya gətirəndə xəstəliyindən öləcəkdi.. Mən sadecə tezləşdirdim Qızım.." Zeynəb nifrətlə Zeynala baxıb "Mənə qızım deme! Sən tam bir vicdansızsan!"deyib yaxasından yapışdı. Zeynal Zeynəbi itəliyib adamlarına gözləri ilə Cavidi vurmağı işarət etdi. Bir təpik artıq Cavidin qarın boşluğun dəymişdi. Cavid vurmaq istəyəndə "Əgərki səndə onlara qarşılıq versən, Zeynəbin canıda yanacaq"dedi. Zeynəb " Yox Cavid sən qulaq asma buna! Mənə hec nə olmaz"deyib adamlarının əlindən qurtulmaq istəyirdi. 2 ci təpik yenə deydi. 4 adam Cavidi vurmağa başladı. Cavid qarşılıq vermirdi... Zeynəb nə qədər qışqırsada faydası yox idi. Qulağına polis maşının səsi gəldi. Düz eşitmişdi. Polislər idi. İnana bilmirdi. Arxadan Xalidlə, Cəmalənində gəldiyini gördü. "İşin burda bitdi Zeynal!"dedi Zeynəb. Nə Zeynal nədə adamları qacmağa vaxt tapmamışdılar. Cavidi isə xəstəxanaya yerləşdirdilər. 1 həfətədən sonra isə evə buraxıldı. Tam Yeni il günü... Bu 1 həftədə uşaqlarda Cavidlə Zeynəbin bir birini sevdiyindən xəbər tutdular. Ona görə evə gəldikdə çox qalmayıb getdilər. Zeynəb Cavidin yanına gəldi "Nəsə istəyirsən gətirim?"dedi. Cavid Zeynəbin əlindən tutub "Məənn Səənnii.." deyərkən, Zeynəb əli ilə Cavidin dodaqlarını tutub "Sevirəmmm"dedi. Cavid gülümsəməyə başlayıb "Səni hər şeydən çox sevirəmm mənnn. Axı demişdim sənə hər yeni il sənə yolka alacam. Yeni ilimiz mübarək Gözəlim.. Uzun bir illər keçirək bərabər"deyib dodaqlarına kicik bir öpüş qondurdu.

Ps. Hekayə tam olaraq xoşbəxt bir sonluqla bitmədi. Qeyd elədiyim kimi. Zeynəbin anası o xəstəlikdən dünyasın dəyişəcəyi üçün, Cavid obrazımız hec vaxt Zeynəbin ana olmağını istəmədi. Bu riski gözə ala bilməzdi. Amma Cavidlə Zeynəb belədə xoşbəxt idi.

Müəllif: İ.Goncha
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 6 742
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri