Fərəhin şansı (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 4 094
Səs ver:
(səs: 0)
Bu hadisədən artıq 3 il ötürdü. Nihat o gündən sonra Mehrini çox axtarmışdı, amma ondan bir xəbər yox idi. Mehrinin harda və necə olduğunu bilməmək Nihatın canını yandırırdı. Tək sığındığı yer Fərəh idi. Fərəh bu 3 ildə bir xeyli böyümüşdü. Uzun sacları vardı və həttda məktəbə belə gedirdi. Onlar bu 3 il ərzində sözünün əsl mənasında "Ata və Qız" olmuşdular. Nihat hər gün onu dərsı aparır, dərs çıxışı öz yanına gətirib ona baxardı
Çünki hec kimə etibar eləmirdi. Birlikdə yemək hazırlayardılar, yuxusu gəldikdə isə Nihat ona nağıl oxuyardı. Yatandan sonra alınından öpərdi həmişə. Fərəhin öz otağı olsa belə, Nihatla yatardı həmişə. Səhər dərsə gedəndə də saçların darayıb hörərdi. Yalnız həyatın Fərəhə adamışdı çünki Nihat... Bu 3 ildə Mehrinin yoxluğuna belə xəyanət etməmişdi. İçində bir ümüd vardiki Mehri bir gün geri dönəcək. Amma onun başına nə gəldiyindən bir xəbərsiz idi. Bu gün dostu Xəyyamın toyu idi. Təbiki yanında Fərəhi aparacaqdı. Toy Xəyyam gilin öz bağ evlərinin həyitində olacaqdı. Tanıdığı hər kəs o toya dəvətli idi. Yenə lazımsız suallar Nihatı əsəbləşdirəcəkdi. Toy başlamışdı artıq. Hər kəsin üzündə bir suni gülüş.. Jalədə ora daxil olmaqla.. Yanlarına nənəsi Almaz xanım gəldi.
Almaz: həyatını mehv eledin Nihat
Nihat: nəyə görə?
Almaz: yanındakına görə sənə vaxtında bu qızı özündən uzaq tut demisdim
Nihat: nənə qızımla isin olmasın bura toya gəlmişəm sənin nəsihətlərini dinlməyə yox.
(Almaz gedir)
Fərəh: ata nə deyirdi?
Nihat: hec mənim balaca qızım
Fərəh: mən balaca deyiləm ata məktəbə gedirəm
Nihat: sən mənim üçün həmişə balaca qalacaqsan danışmaqdansa yemeyni ye
Fərəh: sen yedizdir
Nihat: səni pis öyrəşdirmişəmdə)
Deyib üzündən öpür. Artıq axşam düşür. Dans mahnısı çalındıqda Nihat Fərəh ilə gülə-gülə dans edir. İçi qan ağlasada... İndi yanında Mehridə ola bilərdi. Xoşbəxt bir ailə ola bilərdilər, amma Nihatın bu gün bir yanı əksik idi.. Bu qədər ağrı, əzab çəkməmişdi. Fərəhə görə ayaqda durmağa məhkum idi. Bir ondan keçə bilmirdi, birdə həsrətdə olduğu sevgisindən ... Toy bitdikdən sonra Nihat evinə gəldi. Fərəh yatmışdı artıq. Onu öz yerinə qoyub aşağı düşdü. Mətbəxə keçib özünə su süzüb icməyə başladı. Bir şeylər əskik idi içində... Yarım qalmış arzuları mehv edirdi, əslində Nihatı.. Səhəri bu düşüncələr ilə açmışdı yenə. Bu gün Fərəhlə bir yerdə Gəncəyə gedecəkdi. 1 heftə əvvəldən planlamış bir iş idi. Fərəh istirahət üçün Gəncəni secmişdi. Nihat üçün bu çox çətin olsada, Fərəhə görə razılaşmışdı. Gəncəyə gəlib çatdıqda, bir anda Nihatı xatirələr bürüdü. Sonra Fərəhə baxıb gülümsəndi. Həyatda qazandığı tək şeyi Fərəh idi. Otellərin birinə yerləşdikdən sonra bir az dincəldilər. Sonra gəzmək üçün oteldən çıxdılar. İkisi bir arada çoxlu şəkillər çəkdirdilər. Sonra Fərəhi Avm - lərin birinə apardı. Balacasının burda daha çox xoşbəxt olacağını bilirdi. Fərəh "Ata ayaqqabımın bağı açıldı"dedi. Nihat alınından öpüb "bağlayaram indi" deyib bağlamaq üçün aşağı əyildi. Bağlayıb yuxarı qalxdıqda isə tandıq bir üz gördü. "Me - h -riii" dedi bir anda. Mehrinin üzü bir oğlan tərəfə idi və Nihatı görmürdü. Oğlan Mehrinin qolundan möhkəmcə yapışıb sıxmışdı. "Burax qolumu Rəhim yalvarıram" deyib qışqırmağa başladı. Nihat isə şoka düşmüş formada olanları izləyirdi. İnana bilmirdiki gördüyü qız Mehridi.. Bu 3 ildə yerdə göydə axtardıdığını bir andaca burda tapdığına inana bilmirdi. Dünya həqiqətəndə çox balaca imiş. Amma Rəhim denən oğlanın onu sürüklədiyini gördü. Artıq səssiz qala bilməzdi Nihat. Mehrinin olduğu tərəfə gəlib Rəhimə yumruq atdı bir anda.. Unutmuşdu Fərəhində burda olduğunu ... Mehrini isə Nihatı görüncə dilindən sadecə "Nihat.." kəliməsi çıxdı.Rəhim ayağa qalxıb "Sən kimsən?!"dedi. Bu anda Fərəh qaçaraq Nihata tərəf gəlib əlindən tutdu. Mehrinin isə Fərəhi görəcək gözləri doldu. Deyəsən 3 ilin həsrəti beləcə bitmişdi. Amma ortada çoxlu sayda cavabsız qalan suallar vardı.

Ps. Növbəti bölüm finaldı..


Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri