Aypara (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 123
Səs ver:
(səs: 0)
Eşqin: artıq 1 aydan çoxdu mənə yazırsan mən sənin hələdə adını bilmirəm
Bilinməyən nömrə: Aypara ...
Eşqin: Adını de
Bilinməyən nömrə: Aypara dı :)
Eşqin: Birinci dəfədi belə ad eşidirəm
Eşqin: Adının mənası nədi?
Bilinməyən nömrə: yeni çıxan ay :)
Eşqin: Adına vuruldum desem :)
Bilinməyən nömrə: utandırdın məni)
Eşqin: Ona görə səninki ancaq Ay'larla tuturmuş
Eşqin: qara geyimin falan, bu qədər sirrli olmağın
Bilinməyən nömrə: Adıma xas olan bir mənliyim var
Bilinməyən nömrə: Həə birdə talehim ...
Eşqin: Adını dediyinə görə səni tapmağım an məsələsidi
Eşqin: amma mən tapmayacam
Eşqin: Çünki istəmirəmki bu anının gözəlliyi pozulsun
Eşqin: Özünü nə vaxt hazır hiss etsən ondada çıxarsan mənim qarşıma
Bilinməyən nömrə: inanım sənə?
Eşqin: İnan Aypara
Bilinməyən nömrə: yaxşı mən çıxdım indi işim var
Eşqin: Hələlik

Eşqin Bilinməyən nömrənin adın " Aypara'm " yazaraq dəyişdirdi. Dediyi kimi indidən adına vurulmuşdu. Adından əvvəl yazışdıqları hər cümləyə belə. "Kaş qarşıma çıxsan, kaş Aypara kimi birini görsəm" deyib yatağına uzandı. Qollarını başının altında birləşdirib "İnana bilmirəm.. Öz özümə gülürəm" deyib telefonu əlinə alıb Ayparaya yazmağa başladı

Eşqin: Aypara
Eşqin: bilmirəm nə yazam
Eşqin: amma elə istəyirəmki yanımda olasan
Eşqin: nə hisslər keçirtdiyimi hec özündə bilmirəm indi
Eşqin: üzünü belə görmədiyim bir qıza qarşı bu nə hisslərdir kecirirəm
Eşqin: sən nə etdin mənə?
Eşqin: Bədəl ödəyəcəkdim
Eşqin: Mən hazıram o bədəli ödəməyə
Eşqin: Mənə daha yaxın ol
Eşqin: Çünki sən mənə yaxşı gəlirsən..

Eşqin yazdıqlarından sonra whatsappdan çıxdı. "Mən nə etdim belə? Üzünü belə görmədiyim bir qıza qarşı bu nə mesajlardı yazdım?" Dedi özünə sual vermişcəsinə. Qarşıda onu nə gözlədiyindən bir xəbərsiz olan Eşqin, indi çox sevincli idi. Amma hər zaman ki kimi Həyatın oyunları hələ qarşıda idi.

Aypara'm: Eşqin mən səhv etdim ...
Aypara'm: Mən böyük bir sehv etdim ...
Aypara'm: Bunu sənə eləməyə haqqım yox idi
Aypara'm: Sənə yazmağım axmaqlıq idi
Aypara'm: Həyatın acısın səndən çıxartmaq istədim
Aypara'm: Amma edə bilmədim, mən səni hələdə çox sevirəm Eşqin
Aypara'm: İçim yanır indi...
Aypara'm: Çox acı çəkirəm ...
Aypara'm: Məni xatirələrindən sil Eşqin ...
Aypara'm: Birdə yazışmayaq
Eşqin: Nə danışırsan sən?
Aypara'm: Gərcəkləri...
Aypara'm: İstədim səndə acı çəkəsən
Aypara'm: İstədim səndə əsl sevginin nə olduğunu biləsən
Aypara'm: Əgərki vaxtım və zamanım olmuş olsaydı
Aypara'm: indi etdiyimi çoxdan edib səninlə xoşbəxt ola bilərdim
Aypara'm: Amma yoxdu ..
Aypara'm: Və mən bu acını tək yaşamalıyam
Aypara'm: Öz qaranlığıma aid olmalıyam
Aypara'm: Necə deyerlər Ay Geceyə yaraşar, Sən isə Günəşə..

Bölümün Sonu ..

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri