Aypara (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 096
Səs ver:
(səs: 1)
Eşqin: Aypara həyatıma girib indi belə çıxıb gedə bilməzsən!
Eşqin: Əgərki gedəcək idinsə özünü mənə niyə öyrəşdirdin?!
Aypara'm: indi getməsəm, sən sonra özünə gələ bilməyəcəksən ...
Eşqin: Dəli olacam!
Eşqin: Niyədə niyəəə?!
Eşqin: Niyyətin bədəl ödətdirməkdisə mən razıyam amma məni sənsiz buraxma!
Aypara'm: Gecdi...
Aypara'm: Hər şey üçün çox gecdi ...
Eşqin: Son sözün budu?!
Aypara'm: Mən sadecə 2 günlük göz yaşıyam...
Eşqin: budu cavabın sənin?!
Aypara'm: Hə ...
Eşqin: Necə gəlmisənsə elədə çıx get həyatımdan mübarizə aparacağımı sanırsansa yanılmısan. Mübarizə aparacaq qədər sevmirəm səni. Çıx Həyatımdan!
Aypara'm: Son dəfə bir şey deyecem
Aypara'm: Sən yanımda başqa qızların əllərindən tutub, saçlarını oxşayıb, qoxuların içinə çəkib qulaqlarına 'Səni sevirəm' deyib onlarla gün kecirtdiyin vaxtlarda belə Sevirdim Səni... Siqareti çekib üstünə sinən qoxunu, belə Sevirdim Sənin ... Keçən qışda qar topu oynayanda yerə düşən şərifini saxlayacaq qədər çox Sevirdim Səni... Bilə biləki sarışın sevirsən... Bilə biləki mənim saclarım sarı deyil, bilə biləki mənim saçlarım uzun deyil, bilə biləki mənim gözlərim mavi deyil... Mən səni belə sevirdim. Mən Aya aşiq idim, Sənsə Günəşə... Mən öz qaranlığımda bacatam, səni öz qaranlığıma çəkə bilmərəm. İndi sənə nə qədər yaxşılıq etdiyimi bilmirsən. Amma vaxt gələcək sağdan soldan mənim haqqımda eşidəndə biləcəksən. Biləcəksənki Mən həmişə səni düşünmüşəm, hətda öləndə belə. Əlvida Şərəfsiz...

Eşqin son yazılan mesajları oxuyub dəli olmuşdu artıq. Bu mesajın nə məna danışdığın anlaya bilmirdi. Anladığı bir sey var idi Ayparanın onu çox sevməsi və özünün Ayparaya bağlandığı. Fikirlərindən ayrılması üçün Rüstəmə zəng edib clublardan birində görüşməyi təklif etmişdi. Clubda olarken bele Ayparadan danışırdı Rüstəmə
Eşqin: inana bilirsən, Rüstəm məni sevdiyini deyib tərk edib getdi
Rüstəm: özünə gəl Eşqin gələndən o qızdan danışırsan dünya onun ətarfında dönmür
Eşqin: Dönür ... Çünki O Ayparadı...
Rüstəm: Aypara?
Eşqin: Həə adı Ayparadı...
Rüstəm: Nə deyəcəyimi bilmədim
Eşqin: haqqı var idi səncə? Həyatıma girib alt - üst etməyi məni?
Rüstəm: qardaş sən bu qızı görməmisən
Özünü bu qədər üzmə
Eşqin: Görməsəmdə qəlbimdə qalıb... Son mesajın oxusaydın .. Damarımdaki qanım titrədi..
Rüstəm: Özünə gəl Eşqin. Gülər adlı sarışın bir qız var səndən xoşu gəlir. Ona şans tanı
Eşqin: indi anladım sarışın, əsmərin fərqi yoxdu.. Ürək severkən sarışına əsmərə baxmaz. Mən sarışın sevmirəm
Rüstəm: sənin dərdini tam həll edə bilmədim sən nə isteyirsən hə?
Eşqin: Ayparanı ...
Rüstəm: Adın bilirik onu tapamaq 2 dəqiqəlik işdi özünü üzmə bu qədər
Eşqin: qorxuram .. Məni istəməz deye.. Ancaq ölümdən yazıb durur
Rüstəm: İşin çətindi ..


Eşqin clubdan çıxıb bir az hava almaq istədi. Hava buz kimi soyuq idi. Sağ tərəfə döndükdə küncdə kapşonlu bir qız gördü. 'Aypara idimi O?' Deyə ağlından kecirtdi. Qaranlıqdan üzün yaxşı görə bilmirdi. Amma deyəsən qız onu görmüşdü. Üzün cevirib iri addımlarla gedirdi. Eşqin qızın arxasyıca getmeye başladı. "Aypara sənsən bilirəm... dayan"deyib ayaq saxladı. Kapşonlu qız hələdə üzün çevirməmişdi. Amma o da ayaq saxlamışdı. "Bu soyuqda bu kapşonla nece saatdır çöldəsən həə?"dedi Eşqin. "Mən-nn neçə gecə səni belə soyuqlarda gözləmişəm " dedi qorxu və titrək səsi ilə. Eşqin isə səsin təsirində idi hələdə. Yavaşca Ayparaya yaxınlaşdı. Düz arxasında durdu. Ayparanın nece titrədiyini görürdü. Əynindəki paltonu çıxardıb onun çiyi lərinə atıb, qulağına"Məndən əl çəkdin dediyin vaxtalarda belə Sevirdin məni..." deyib pıcıldadı Ayparanın. "Xaiş edirəm özün dön mənə ... Dön ki Sənə Sarıla bilim.." deyib bir addım arxaya addım atdı. Aypara özündə cəsarəti toplayıb gözü yumlu halda Eşqinə tərəf döndü. Ayparının düz durduğu yerə işıq düşürdü. Amma Eşqin hələdə onu tam görə bilməmişdi. Eşqin başındaki kapşonkanı əli ilə yavaşca aşağı salmağa başladı. Saclarının zil qara, qısa kare olduğunu birdə qaşının yuxarsında bitən çolkalarına nəzər yetirdi. Ağızında qrip üçün olan ağızlıq maska var idi. Əli ilə yavaşca onuda açdı. Üzü o qədər gözəl cizgilərə sahib idiki, almacıq sümükləri bilinirdi. Dodaqları isə çatlamışdı. Qulağına "Gözlərini ac"deye pıcıldadı. Aypara yavaşca gözlərini acmağa başladı. Eşqin Ayparının qəhvəyinin acıq tonunda olan gözlərinə baxıb gülümsündü. Bu gülüşə Ayparada qarşılıq verib qırılmışcasına gülümsündü. "Belə gözəlliyi məndən niyə gizlətmisən" deyib Ayparaya anidən sarıldı.

Bölümün Sonu ..

Müəllif: İ.Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri