Aypara (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 501
Səs ver:
(səs: 0)
Eşqin: Sabahın xeir Aypara'm
Aypara'm: Bu nə səmimiyyət?
Eşqin: Ən azından səndə 'Sənində sabahın xeir' yaza bilərdin qırıldım)
Aypara'm: Sabahın xeir :)
Eşqin: bu gün gələcəm sinifinə qacma məndən yaxşı?
Aypara'm: Nəyə görəki?
Eşqin: hava almağa oranın havası yaxşı olur
Eşqin: Nəyə görə olacaq, sənə görə
Aypara'm: Eşqin bizim aramızda bir şey ola bilməz
Eşqin: olub belə xəbərin yoxdu
Aypara'm: Yox Eşqin irəli gedə bilmərik..
Eşqin: Aypara səndən əl çəkməyəcəm mən
Eşqin: Mənə görə kəsdiyin saclarını, mənə görədə uzadacaqsan
Eşqin: unutduracam sənə
Aypara'm: mən sarışın deyiləm(
Eşqin: sevginin rəngi olmur, indi anladım Aypara

Kurs. Ayparanın sinifi.
Eşqin sinifə girdikdə hər kəs dönüb ona baxdı. BadBoy bu sinifə niyə gəlmişdi deyə qızlar ağlından keçirtdilər. Eşqin gözü ilə Ayparanı axtarırdı. Aypara ən sonuncu sırada oturub başın partaya qoymuşdu. Eşqin yavaşca ona yaxınlaşıb baş ucunda durdu. Aypara' yanında kölgə hiss edib başın qaldırdı. Ağlayan gözləri ilə Eşqinə baxdı. Eşqin "Gözlərin..."deyib, sonra sözünə davam edib "Gözlərin İntihardı.."dedi. Aypara göz yaşların silib "Səni intihar etməyə qoymaram" deyib ayağa qalaraq sinifi tərk etdi. Eşqində onun arxasıyca getdi. Sonuncu dəhlizə çatdıqda Eşqin Ayparanın qolundan tutub özünə tərəf döndərib "Niyə belə edirsən Aypara?"dedi. Aypara gözlərin yerə dikib "Olmaz.. sənin kimi bir şərəfsizlə mənim aramda hec nə ola bilməz!"dedi səsinin tonunu qaldıraraq. Eşqin Ayparnın qolundan tutduğu əlini aşağı salıb"Ona görə gece saat 11 də məni gözləyirdin o soyuqda! Şərəfsiz idimsə unudardın! Basdırardın hisslərini! Şərəfsiz idimisə özünü sevdirməzdin mənə!"dedi qışqıraraq. Arxasın dönüb getmək istəyərkən Ayparaya baxıb "Belə ödədirsən həə bədəli mənə?! Cavab ver!"deyib qollarından tutdu yenə. Aypara "Burax mənii..."dedi titrək səsi ilə. Eşqin artıq əsəbləşmişdi "Özünü nə sayırsan həə sən? Bu qədər qız məni sevərkən, yalnız sənin arxanca qacacağımı sanırsansa yanılırsan, həə mən belə bir Şərəfsizəm! Hec nəsən mənim üçün özün demis 2 günlük göz yaşısan! Amma mən sənə görə ağlayacaq qədər axmaq deyiləm!"deyib Eşqin Ayparanın yanından uzaqlaşdı. Aypara isə yerə çöküb, ağlamağa başlayıb "Bağışla... Səni bu qədər çox sevərkən, sənsizliyə məhkumam mən..." dedi öz özünə.

Axşam idi artıq. Eşqin "Ezhel - İmkansız" mahnısın dinləyib son dediklərin düşünürdü. Çox irəli getmişdi. Telefonu əlində alıb Aypara ilə yazışdıqları mesajları təkrar-təkrar oxuyurdu. Mesajı oxumaq sevgiyə aid deyildimi? Aid idi... Hələ onu online görüb yazmamaq daha bərbad bir vəziyyət idi... Amma yazmayacaqdı. Bitirmişdi onu beynində. Onun arxasıyca qaçacaq bir halı yox idi. Nəfəsinin daraldığını görüb bir az hava almaq üçün evdən çıxdı. Yenə buz kimi bir hava... Ağlındada Aypara... Hələ göydəki aya baxıb "Ay günəşdən daha gözəl" demesi.. Öz özünə gülümsəməsi "Dəli olursan, Eşqin .. dəlii"deyib yeriməyə başladı. Az yerimişkən telefonuna zəng gəldi Zümrüddən.

Səndən nə əcəb mənə zəng eləmisən?
- Qulağıma bir xəbər çatdı istədimki dəqiqliyin səndən öyrənəm
Nə xəbər?
- Aypara və sən ..
Səni maraqlandırmasın
- Aypara kimi bir qızla sənin nə işin var de görüm?
Zümrüd sənə nə? Nəyimsən mənim?
- Sənin yaxşılığın üçün dedim O qızdan xeyir gəlməz
Acıq danış bir az
- Atası anası 11 yaşı olanda ölüb o gündən əmisi gil ilə yaşayır. İmkanlı əmisi var amma maraqlanmır Aypara ilə. Birdə üstə gəl qan xərcəngidi.. Eşitdiyimə görə də ölümünə az qalıb ..

Eşqin bu eşitdiklərindən sonra donub qalmışdı sanki. Zümrüd qarşı tərəfdən nə qədər 'Eşqin.. Eşqin..' desədə cavab yox idi. Eşqin indi sanki dünyada yox idi. Eşqin bədəlini belə ödəmişdi...

Bölmün Sonu..

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri