Aypara (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 464
Səs ver:
(səs: 0)
Eşqin Zümrüdlə olan telefon danışığından sonra Ayparaya dəfələrlə zəng etdi. Amma Aypara zəngi açmırdı. Eşqinin ağlına Ayparanın instagram hesabına girmək gəldi. 12 dəqiqə əvvəl bir şəkil paylaşmışdı. Şəkilə baxanda, Ayparanın bu saatda Dağüstü parkda olduğunu anladı. Vaxt itirmədən Dağüstü parka getdi. Piləkanları qaçaraq çıxmaq başlayıb "Aypara hardasan..?"deyə onu səslədi. Amma cavab yox idi. Ətrafa baxanda sol tərəfdə, küncə sıxılıb oturan Ayparanı gördü. Tez yanına qaçıb "Çox şükür tapdım səni" deyib Ayparaya sarıldı. Aypara isə bu soyuqda buz tutmuş kimi idi. Eşqinin gəlişinə, sarılışına hec bir reaksiya vermədən eləcə başın salmışdı aşağı. "Bir söz de Aypara. Belə sakit qalma"dedi Eşqin iki əli ilə Ayparanın üzündən tutub. "Nə deyəsi sözüm qaldı, nə də hisslərim ..." deyib Aypara ağlamağa başladı. Həm Aypara ağlayırdı, həm də yağış yağmağa başlamışdı artıq. Eşqin yuxarı göyə baxıb yağış yağdığını görüb əynindəki paltonu yenə əynindən çıxardıb Ayparnın çiyinlərinə atıb, onu möhkəmdən qucaqlayıb "Səni buraxmayacam mən"dedi. Aypara "islanırsan.." dedi bir anda Eşqinə. Eşqin gülümsünüb "Olsun .. Bilirəmki səndə bu yağışların altında çox islanmısan..." deyib Ayparanın saçlarından öpməyə başladı. "Niyə gəldin ..?"dedi Aypara Eşqinə baxaraq. Eşqində Ayparaya baxaraq
"Sənə gəldim ..." deyib Ayparanı ayağa qaldırıb "Getmək vaxtıdı, çox qalsan xəstələnərsən"dedi. Aypara qəhvəyinin açıq rəngli gözlərin Eşqinə zilləyib "Gedəsi yerim yoxdu..."dedi. Eşqin əlindən tutub "Var.."deyib piləkanlardan düşməyə başladı Aypara ilə. Eşqin Ayparanı öz yaşadığı evə gətirmişdi. Aypara çəkinərək evə daxil olub divanda əyləşmişdi. Gözü birinci dəfədi gəldiyi evi gəzirdi. Daha doğrusu evin bu qədər abu havalı olmasını. Divarlara baxanda, divarların qalaktikaya bənzər bəzəkdə olduğunu gördü. Eşqin "Mən əynimi dəyişim, sonra sənin saçlarını qurudarıq" deyib Ayparaya baxıb gülümsündü. Aypara başın yərə dikib "Yaxşı.." dedi. Ayparanın ağlında bu dəqiqə Eşqinin niyə birdən - birə belə etdiyi dururdu. Amma indi o qədər hüzurlu idiki, nəsə soruşub bu hüzuru pozmaq istəmirdi. Eşqin Ayparaya səslənib onu otağına çağırdı. Aypara otağa daxil oldu. Eşqin gözü ilə yataqda oturmağını işarət etdi. Aypara çəkinərək yatağa oturub sual dolu gözlər ilə Eşqinə baxdı. Eşqin əlinə feni alıb Ayparanın arxasında oturub saçların özü qurlamağa başladı. İçində kəpənəklər açmışdı indi hər ikisinində, amma hec biri bu səssizliyi pozmamışdı. Eşqinin əli Ayparanın hər saçına dəyəndə qəribə olurdu. Ən əsasda əllərində olan saçlarını görəndə. Deyəsən xəstəliyə görə tökülürdü... Saçın quruladıqdan sonra yavas yavas Ayparaya yaxınlaşıb iki əlləri ilə belinən qucaqlayıb, saçların qoxlamağa başladı. Ayparanın isə indi ürəyi yerindən çıxacaq kimi idi. Eşqin "Yatmaq vaxtıdı artıq" deyib özün toparlayıb ayağa qalxdı. "Sən mənim yerimdə yat mən özümə yer taparam" dedi. Aypara "Səni narhat elədim.." dedi oda ayağa qalxaraq. Eşqin "Hec bir narahatclığı yoxdu yuxun şirin" deyib cəld otaqdan çıxdı. Mətbəxə kecib özünə su süzüb içməyə başlayıb dərin bir 'oh' çəkdi. Qonaq otağına keçib divana uzanıb, otağında yatan Ayparanı fikirləşib gülümsəməyə başladı. Sonra bir anlığına gülümsəməsi dayandı üzündə. Ağlına xəstəliyi gəldi... O Aypara haqqda hec nə bilmirdi. Uzandığı yerdən ayağa qalxıb Ayparanın yatdığı otağın qarşısına gəldi. Yavaşca içəri keçib Ayparanın yanına gəldi. Yorğunluqdan yatmışdı. Ay işığı otağa düşdüyündən Ayparanın üzün görə bilirdi. Yatacağın yanında oturub ona baxmağa başladı. Otağa düşən günəş işığı ilə Aypara gözlərini açdı. Soluna baxdıqda yatacağın bir küncdə qısılmış şəkildə yatan Eşqini gördü. 'Onun burda nə işi var?' deyə ağlından keçirtdi.Amma ona ilk dəfə idiki bu qədər yaxın idi. Sarımtıl olan gur sacları səhər - səhər çox dağnıq idi. Eşqin hər zaman saçlarına çox diqqətən biri idi. Ən sevdiyi özəlliyidə məhz saçları idi. Aypara Eşqinin saçlarının gözəlliyindən ayılıb, yastığa tökülən öz saçlarının reallığına qayıtdı. Artıq saçları daha çox tökülürdü. Yastığa baxa - baxa qalmışdı. Bu an Eşqin yavas - yavaş yuxudan ayılmağa başlayır. Ayparanın gözünü bir nöqtəyə zilləyib baxdığını görür. Sanki Aypara Eşqininin ayıldığını görməmiş kimi. Eşqin Ayparanın baxdığı yastığa baxır. Yastıqda tüklərin olduğunu görür. Özünü toparlayıb "Aypara yaxşı olacaq hər sey"deyir. Aypara Eşqinə dönərək "Bilirsən həə?"dedi. Eşqin başın yelleyərək 'Hə' cavabın bildi. Aypara yatacaqdan ayağa qalxıb "Yazığın gəldi deyə mənə kömək etdin?! Məndə sanmışdım... Çox heyiff!"deyib otaqdan çıxdı. Eşqində onun arxasıyca getdi. Aypara artıq ayaqqabıların geyinmişdi. Eşqin "Qulaq as mənə! Belə hec nə olmamış kimi çıxıb gedə bilməzsən.."dedi. Aypara Eşqinə dönərək "Ancaq hisslərlə oynamağı bacarırsan! Xəstə bir qızdan istifade edəcək qədər aciz olmalı deyildin!"deyib qapını möhkəmdən vurub çölə çıxdı.

Bölümüm Sonu ..

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri