Aypara (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 5 409
Səs ver:
(səs: 0)
Eşqin: o necə çıxıb getmək idi hə?
Eşqin: hələ dediyin sonuncu söz nəyin nəsi idi?
Eşqin: beynində məni o qədər şərəfsiz biri eləmisənki, zərrə qədər belə olsa mənə inanmırsan
Eşqin: Mən sənə barmağımın ucu ilə belə olsa toxunmadım, bütün gecə qıraqdan sakitcə səni izlədim, səni izləyəndə yuxuya qalmışam bir qıraqda, olan sadecə bu idi...
Eşqin: Xahiş edirəm yazdıqlarımı oxuyub mənə cavab ver
Eşqin: Səni tək qoymağa niyyətim yoxdu
Eşqin: Məni düz başa düş ..

Eşqin yazdığı sonuncu mesajdan sonra whatsappdan çıxdı. "Yox olmaz belə mesajla hec nə düzələn deyil" deyib evdən çıxdı. Aypara isə emisigil ilə yaşadığı evə gəlmişdi. Əmisigil Şahdağa getdiyindən evdə hec kim yox idi. Ağlayaraq öz otağına çıxdı. Telefonu əlinə alıb Eşqindən gələn mesajları oxudu. Yazılan bu mesajlardan sonra içi bir azda olsa sızlamışdı Ayparanın ... Göz yaşların silib oda Eşqinə yazmağa başladı.

Aypara'm: bilmirəm nə yazam ..
Aypara'm: çox çarəsizəm ...
Aypara'm: mən belə etməli deyildim, mən sanmışdımki sənə yazıb səni peşman edəcəm, amma elə olmadı. Özüm səndən daha betər peşman oldum.
Aypara'm: Özümü həyatına niyə daxil etdimki mən?
Aypara'm: başıma sabah nə gələcəyini bilimədən, sənə cəsaret edib yazdım
Aypara'm: bütün geceni niyə belə etdiyini fikirləşdim, amma ağlıma belə gəlməzdiki xəstəliyimi öyərəndiyin üçün mənə belə davranarsan. Yoxsa mən bir 'hecəm' sənin üçün.. Pis olduğum nöqtədə budu... Mən sandımki sən məni sevdiyi üçün elə etdin.. Amma elə deyilmiş.. Birdə nə xoş mənəki, həqiqətən elə deyil.. Xəstə bir qızı sevməyini səndən nə istəyərəm, nə də gözləyərəm ..
Aypara'm: əvvəlki kimi olaq, nə sən məni tanı nə də mən səni...

Eşqin bu yazılan mesajları oxuyub yerlə bir olmuşdu. Amma Ayparaya hec bir mesaj yazmamışdı. Dəniz kənarında durub dənizə vuran dalğaları seyr edirdi bu soyuqdu. Hava kimi içi də buz tutmuşdu. "Məni bilə - bilə məndən niyə bu qədər böyük sevgi gözləyirki... Nə deyim ona? Səni Sevirəmmi deyim hər kəsə dediyim kimi... Amma O mənim üçün hər kəs deyil... Bunu anlamır... Nə də ona qarşı nə hisslər keçirtdiyimi hec özümdə anlamıram. Bildiyim bir sey var ona asant-asant Səni Sevirəm deyə bilməməyim.. Bəlkədə özünün dediyi kimi ona yazığım gəlir..? Həə dəniz, hec olmaya sən nəsə de.. Mən necə hərəkət edim həə..? Necə..?"dedi öz özünə Eşqin.
Artıq axşam idi. Bu vaxta qədər Aypara ilə Eşqin hec danışmamışdı. Aypara isə yalnız başına böyük bir evdə tək qalmışdı. Həmdə bu gecə artıq saçları ilə vidalaşmalı idi... Çünki çox tökülürdü. Və bunu həkim Ayparaya çoxdan demişdi. Amma Aypara hələdə həkimin dediklərinə əməl etməmişdi. Aypara güzgü qarşısına keçib son dəfə özünə güzgüdə baxdı. "İtirəcəyim hec nəyim yoxdu daha.. İtirəcəyimidə bu gün itirdim artıq.." dedi və saçları kəsməyə başladı ..
Eşqin isə pəncərədən durub şəhəri izləyirdi. İçinə sanki bir dərd oturmuşdu. Bu dərdin nə olduğunuda çox gözəl bilirdi. Telefonuna mesaj gəldi. Sevinclə telefonu əlinə alıb baxdı. Sandıki Ayparadı, amma mesaj Zümrüddən idi.


Zümrüd: bu gün kursda niyə yox idin?
Zümrüd: darıxdım sənin üçün
Zümrüd: hey 2 xettdi yazdıqlarım niyə cavab vermirsən?
Eşqin: yazma mənə!
Zümrüd: səni qıracaq nəsə etmişəm?(
Eşqin: necə qızsan həə sən?
Eşqin: sevgilin ola - ola mənə necə yaza bilirsən?!
Zümrüd: mən ayrılmışam ondan
Zümrüd: səni istəyirəm mən
Eşqin: əl çək məndən!
Zümrüd: O xəstə qıza görə belə edirsən?!
Eşqin: çox irəli gedirsən ha!
Eşqin: elə eləmə sənin o başına oyun açım!
Eşqin: məndən də Ayparadanda uzaq dur!

Bölümün Sonu ..

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri