Aypara (11-ci bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 5 091
Səs ver:
(səs: 1)
Artıq 3 həftədən çox olardiki Aypara xestexanaya yatmışdı. Eşqin onu bir an olsa belə yalnız buraxmırdı. Kursa belə getmirdi. Ayparanı bu hal narahat etsədə, Eşqinə bir şey deyə bilmirdi. Çünki Eşqin 'Mənim üçün önəmli olan sən və sənin sağlığındı' deyirdi. Xəstəxanada yatmaq həqiqətəndə çətin idi. Hər kimyəvi trapediyadan sonra Aypara özünə çətinliklə gəlirdi. Gücü yalnız Eşqindən alırdı. Bu gündə Eşqinin atası xəstəxaya baş çəkəcəkdi. Oğlu ilə bu 3 həftədə hec görüşməmişdi. Son defə Həkim, Eşqin ilə Aypara haqqında Kazım bəyi məlumatlandırmışdı. Kazım bəy bunun üçün xəstəxanaya üz tutmuşdu. Kazım bəy dəhlizdə yalnız oturan oğlunu görüb ona tərəf gəldi. Eşqin "Ataa.." deyib Kazım bəyə sarıldı. Birlikdə xəstəxanın bufetinə üz tutdular.

Kazım: Eşqin mənimlə nə vaxt danışmaq planın var idi?
Eşqin: danışacaqdım.. Sadece vaxtım olmadı..
Kazım: Dostun dediyin sevdiyin qız imiş?
Eşqin: Hə ata odu.. Xəstədi ata.. mən onu ata bilməzdim ..
Kazım: Sənədə bu yaraşar oğul. Qurur duydum səninlə. Amma yaşınıza görə yaşadıqlarınız çox çətindi..
Eşqin: hər kəs bir cürünə sınanır. Bizdə bu cür..
Kazım: nəsə lazım olsa çəkinmədən mənə de. Əlimdən gələni edəcəm
Eşqin: yanımda olduğun, mənə dəstəy çıxdığın üçün çox sağ ol ata. Yaxşiki sənin oğlunam.

Axşam olmuşdu artıq. Eşqin Ayparanın yanında oturmuşdu. Aypara Eşqinə gülümsəyib "Sənə səni necə sevdiyimi danışacaqdım"dedi. Eşqin "Səbirsizliklə gözləyirəm hekayəmizi" deyib Ayparaya göz vurdu. Aypara Hekayəsin danışmağa başladı.
"9 cu sinifə yeni keçmişdim.Univerisitete daha yaxşı hazırlaşmaq üçün o kursa yazıldım. Çünki ən böyük arzum dizaynr olmaq idi. Gəldiyim ilk gün səni bufetdə gördüm. Ondada Rüstəmlə oturmuşdun, özündən razı havanla. Əlində telefon nəyəsə baxıb gülürdün. Gülərkən yanağının biri batmışdı. Mənimdə yanağı batan insanlara qarşı böyük bir simpatyam olub həmişə. Sonra mən bufetdən çay alıb, bir qıraqda oturub səni izləməyə başladım. Özümdə aslı deyildi,məni özünə qarşı çəkmişdin. Ondan sonra hər gün səni o kursda görüb öz özümə həycanlanırdım. Hər gün o kursa səni görmək adı ilə gedirdim. Hisslərimi anlamağım bir az vaxt almışdı. Sənin haqqında da sağdan soldan sözlər eşidirdim. Özdə hec yaxşı olmayan sözlər.Beləcə illər ötdü. Artıq 11 ci sinifdə idik. Hər gün səni başqa qızlar ilə görüb pis olurdum. Həyatanda sevgidəndə soyumuşdum. Bir yandanda xəstəliyimdə var idi... Bilmirdim artıq nə edəm. Bilirdimki sarışın sevirsən.. Dəfələrlə yanından keçsəmdə mənə baxmazdın hec vaxt.. Ən pisi də bu idi.. 11 in axırları idi. Artıq ayrılıq vaxtı idi. Univerisitetə girəcəkdik və hər şey bitəcəkdi. Mən qəbul olmuşdum.. Həm də dizaynirliyə, amma sənin qəbul olmadığını bildim. Və məndə oxumağı rədd edib yenidən o kursa yazıldım. Bir gün internetdə özüm üçün gəzəndə, anonim adlı bir hekayəyə rast gəldim. Onu oxumağa başladım və ağlıma sən gəldin yenə. Onsuzda səninlə alınmayacağını qəbul etmişdim daha.. Ona görə sənə elə yazmaq qərarına gəldim...Və nə yaxşıda yazmışam"

Eşqin gözündən axan bir damla yaşı silib Ayparnın yanına gəlib "Sənin sevginə sona qədər layiq olacam.. Söz verirəm sənə.. Sonda Eşqinlə Ayparaya nə oldu desələr, 'Evləndilər' onlar deyəcəklər. Səni sevirəm Aypara..."deyib alınına öpücük qondurur.

Aradan 1 il keçmişdi. Aypara tamamilə sağalmışdı. Ayparanın sağalmağının ən böyük dəstəkçisi isə Eşqin idi. Düzdü univerisitete yenə daxil ola bilməmişdilər. Amma bu il yenidən hazırlaşacaqdılar. Ən əsası ikisinində bir birinin yanında, çox xoşbəxt olması idi. Sevgi hər şeyə qadirdi. Əsl sevgi də bütün əngəlləri aşar. Sadecə inanmaq lazımdı. Hekayə olsada, burda da həyat kimi 2 baş qəhrəman var. Aypara Eşqinə şərəfsiz deyib onu sevməyədə bilərdi, Eşqində Ayparanın xəstəliyini bilib ondan üz döndərə bilərdi. Amma hər ikisidə bunu etmədi. Niyə ...?
"Çünki, Sevgi deyilən hiss, hər çətinlikdən daha böyükdü."

Final ..

Müəllif: İ.Goncha

Ps. Bu Hekayəni sonradan Rüstəmin dilindən "Ay işığı" adı altında davam etdirəcəyim üçün tam sonluq yazmadım. Ümüd varamki bəyənərsiz
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri