Həsrətindəyəm (20-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 12
Baxılıb: 371
Paylaş:
Səs ver:
(səs: 0)
Çox da böyük olmayan darısqal bir həyətə keçdik.

Ev iki otaqdan ibarət idi. Mən içəri keçsəm də otağın ortasında sanki yerə mıxlanmışdım. Elə bil yuxu görürdüm. Yaşadıqlarıma hələ də inana bilmirdim.

Çantaları yuxarı daşıyan Elşad arabir gözucu məni süzürdü. Heç nəylə maraqlanmamağım onun artıq diqqətini cəlb eləmişdi.

Mən kirayə qalacağımız evi təmtəraqlı gözləməsəm də normal təsəvvür etmişdim. Burda isə biradamlıq iki çarpayı, balaca dolab və bir köhnə divan vardı. Masa və stul belə yox idi. Otaq guya silinmişdi, amma divarların çirki ilk baxışda nəzərə çarpırdı.

Düşdüyüm vəziyyətə baxdıqca deyirdim, bu dəqiqə dəli olacam. Gözlərim dolmuşdu. Mən hansı günahı işləmişdim ki, bu cəzaya məhkum olundum?

Elşad bayıra çıxdı. Deyəsən siqaret çəkirdi.

Elə bildim otaq başıma fırlanır. Yanımdakı çantanın üstünə çöküb hövüllənmiş kimi hönkürdüm. İçin-için ağlamağa başladım. O, deyəsən səsimi duymuşdu. Qapının kandarında addım səsi eşitdim. Amma maraqlanmadım. Çünki öz hayımda idim. Öz günümə-güzəranıma göz yaşı tökürdüm.

Bir qədər sonra nisbətən sakitləşdiyimi görən Elşad içəri girib ehtiyatla mənə yaxınlaşdı. Çantalardan birini altına qoyub, qarşımda oturdu. Əlini saçlarıma toxundurmaq istədi. Əlini hirslə geri itələdim. O, dərindən köks ötürüb diqqətlə mənə baxdı:

– Nəyə ehtiyacın varsa, sabah alıb gətirəcəm. – Bizim yanımızda geyimlərimizdən başqa heç nə yox idi. Yaşamaq üçün indi hər şeyə ehtiyacımız vardı. Buna görə o, mənə ürək-dirək vermək istəyirdi. – İndi sənə çətin gəlir, bir az keçsin, öyrəşəcəksən. Hələlik bununla idarə edək, sonra axtarıb-arayıb yaxşı bir ev tapacam. Burada bir qədər əvvəl hərbiçilər qalıb. Subay uşaqlar idi. Ona görə belə səliqəsizdir. Adam subay olanda bircə onu fikirləşir ki, gecələməyə yeri olsun. Səhər durub qaçır işə. Bu gecəni birtəhər yola verək, sonra hər şey yoluna düşəcək. Bilirəm acsan. Kənan bizim üçün bazarlıq edib…

– İstəmirəm heç nə! – Özüm də hiss etmədən ona çəmkirdim. – Məndən uzaq dur! Burda hansı iştahla yemək olar?

– Neyləyim axı mən? – Məyus halda yazıq-yazıq üzümə baxdı.

– Rastıma çıxan gündən məni hər şeyə məcbur elədin! Hər şeyə! Buna da məcbur tablanacam! Heç ürəyini sıxma!

Elşad tutqun ifadə ilə üzümə baxdı və dözməyib əsəblə dedi:

– Nəzərə al ki, bir neçə saata tapılan ev ancaq bu qədər ola bilər. Məcbur qaldım də! Özün də bilirsən ki, məcbur qaldım! Lazım deyil də hər dəqiqə bunu mənim təpəmə taqqıldatmaq! Başıma at təpməyib ki, səni bilərəkdən gətirib belə şəraitdə yaşadım! Məcbur olub bu qərarı verdim! Bax, buna görə istəmirdim səni yanıma gətirəm. Kirayələrdə əziyyət çəkməyini istəmirdim.

Hıçqırıqlar içində başımı aşağı əydim. Elşad nisbətən yumşaq tonda yenidən dilləndi:

– Bizə dövlət ev verməlidir. Bilmirik nə vaxt, amma verilməlidir. Gözləyirik görək, qərar çıxsın. Müvəqqəti çətinlikdir. İnşallah, bu çətinliklərimiz geridə qalacaq!

Mənim ona baxmadan səssiz-sədasız ağladığımı görən Elşad bir xeyli dinmədi. Sonra dedi:

– Ev yiyəsiylə görüşüm, indi qayıdıram. Xəbəri olsun ki, gəlmişik.

Bunu deyib Elşad evdən çıxdı.

Çox keçmədən qapı döyüldü. Bir qadın səsi məni çağırdı.

– Ay qızım, bir bura bax görüm.

Mən gözümün yaşını silib, özümü topladım. Gedib qapını açdım. Qarşımda 57-60 yaşlarında üzü nurla dolu bir qadın dayanmışdı. Məni görər-görməz gözləri güldü.

– Boyy, gözəl qızım, xoş gəlmisən.

Mən razılıq etdim. O özünü təqdim etdi:

– Mən bu evin sahibəsiyəm, qızım. Adım Sonadır. Bu gündən mən də sənin anan. Adın nədir, qurban sənə?

– Mələk. – Mən kövrək halda sıxıla-sıxıla hələ tanımadığım bu qadının üzünə baxdım.

O isə məni başdan-ayağa diqqətlə süzüb gülümsündü:

– Maşallah, elə özün də mələksən! Allah bədnəzərdən saxlasın! Əcəb gözəl gözlərin var. Bilirsən niyə gəlmişəm? Gəldim səni aparam bizə. Sıxma ürəyini, Elşad oğluma demişəm. O da mənim balam, sağ olsun, sözümdən çıxmadı. Bu soyuqda oturma. Yoldan gəlmisən, ye-iç, bir az özünə gəl.

Sona xala məni yanına salıb evlərinə apardı. İlk baxışdan bu səmimi və mehriban qadın ürəyimə yol tapdı. Qayınanamdan belə isti və xoş münasibət görməmişdim deyə ona bu qərib yerdə tezliklə bağlandım. Evə doğru gedə-gedə Sona xala mənimlə danışırdı:

– Sabah nə lazımdırsa, mən təşkil edəcəm. Kənan dedi gələcəklər, amma bilmədim bu gün gəlirsiniz. Bir aydır boşdur, əl də vurmamışam. Mən kirayənişinlərimə öz balam kimi baxıram.

Biz içəri keçəndə Elşad Sona xalanın əri ilə oturmuşdu. Sona xala ərinə müracıətlə dedi:

– Nazim, bax gör nə göyçək bala gətirmişəm evə.

Nazim əmi çevrilib mənə:

– Xoş gəlmisən, qızım, – dedi, başını yüngülcə tərpədib salamladı.

Mən razılıq edib Sona xalanın göstərdiyi yerdə oturdum.

– Sıxılma, balamsan, elə hesab et öz evindir. – Sona xala mənə çay süzməyə başladı. Çevrilib Elşada:

– Durnanı gözündən vurmusan! – deyib gülümsündü.

Elşadın altdan-altdan məni süzdüyünü gördüm. Üzündəki ifadədən Sona xalanın sözlərinin ürəyinə yağ kimi yayıldığını oxudum.

Həmin axşam biz onların xahişi ilə bir xeyli oturduq.

Nazim əmi də, Sona xala da sakit və səmimi insanlar idi. Bizlə maraqlanıb, bu gündən belə evlərinin qapısını açdıqları bu iki gənci yaxından tanımağa çalışdılar. Suallara Elşad cavab verirdi. Aldıqları cavabdan sonra ev sahiblərinin hər ikisinin üzündə məmnun bir ifadə dolanırdı.

Sonra Sona xala özü barədə bir balaca danışdı mənə. Məlum oldu ki, övladları olmayıb. Və onlar Nazim əminin qardaşı qızını övladlığa götürüb saxlayıblar. Həmin qız artıq ailə qurub və Moskvada yaşayır. Orada klinikalardan birində şöbə müdiri işləyir. Sona xalanın dediyinə görə, yalnız yay fəslində onlara baş çəkməyə gəlir. Bir qədər sonra mən Elşadın işarəsiylə ayaqa qalxdım. Sona xala bizi buraxmaq istəmədi:

– Ora soyuqdur, hələ sahmana düşməyib, ay oğlum. Bu gecəni burda qalın. Siz də mənim balam. Səhər özüm hər şeyi qaydasına salacam. Soyuqlayar qız.

Elşad bu təklifi zarafatla geri çevirdi:

– Hərbiçinin həyat yoldaşı gərək dözümlü olsun, ay xala. Canı bərkisə yaxşıdır. İlk gündən ögey münasibət göstərməyək də yaşayacağımız evə. Sonra bu uşaq pis vərdiş edər, hər gecə qaçıb gələr sənin yanına.

Gülüşdülər.

– Allah sizi saxlasın! – Sona xala bizi süzdü. – Xoşdur bizim üçün! Hər gün gəlin. Başımız əcəb qarışdı. Yoxsa lap dilxorçuluqdur. Allah bir-birinizə çox görməsin sizi! Xoşbəxt olasız!

Məndən başqa hamı bir ağızdan:

– Amin! – dedi.

Biz yenidən bura qayıtdıq. Mən çarpayıların üstündəki döşəyə baxıb səhəri necə açacağımın dərdini çəkirdim. İstər atam evində, istərsə də Elşadgildə geniş və rahat ev-eşiyi, həyət-bacanı tərk edib bu darısqal otaqda yaşamaq da varmış qismətimdə, deyə acı-acı düşünürdüm.

Elşad siqaret çəkib içəri qayıdanda məni ayaq üstə, qanıqara görüb soruşdu:

– Nə oldu yenə, nə fikirləşirsən?

– Mən burda yata bilmərəm. Gözümə yuxu getməz. Görmürsən necə çirklidir?

– Danışdıq da bayaq. Dedim ki, sabah həll edəcəm. – Elşad narazılıqla məni süzdü.

Yanıb-yaxılsam da onun bu gərgin vaxtında dillənməyə, etiraz etməyə cəsarətim olmadı. Onsuz da zərərli çıxan yenə mən olacaqdım. Elşad:

– Səni bilmirəm, mən bir az yatıb dincəlim, sabah işdə olmalıyam, – dedi, keçib divanda əyləşdi. Gərnəşib əsnədikdən sonra yerində yayxandı.

Onun bu rahatlığına, laqeydliyinə heyrət içində onu süzürdüm. O, baxışlarımı görüb, bilməmiş kimi sual verdi:

– Nə olub?

Dilimi-dodağımı gəmirib susdum. Hirs məni bu dəqiqə necə boğurdusa imkanım olsa idi, əlimə keçəni ona çırpardım. Bəlkə ürəyim soyuya.

– Gecən xeyrə! – Elşad üzümdəki ifadəni görsə də, heç nəyi vecinə almayan bir tövrlə əllərini qoltuğuna vurub gözlərini yumdu. – Sabah taksi tutaram, göndərərəm səni rayona. Çıx get.

Onun sözlərini ciddi qəbul edib, dərhal dilləndim:

– Bu əla olar! Razıyam!

Elşad gözlərini açıb tərs-tərs üzümə baxdı.

– Onu yuxuda görərsən! – Hirslə sözümü təkrarladı. – Razıdır! Evdən çıxanda dedim sənə ki, rayon söhbəti qurtardı! Gedib Sibirdə də yaşasam, yanımda olacaqsan! Mən harada, sən də orada!

Bu vaxt telefonuna yenə zəng gəlməyə başladı. Elşad götürüb baxdı. Qaşları çatıldı. Üzü yenə zəhmli-zabitəli bir ifadə aldı. Sona xalagildə də telefonu susmaq bilməmişdi. Və Elşad cavab vermədən axırda telefonu səssiz rejimə qoymuşdu.

İlkin idi. Durmadan zəng vururdu.

Elşad bunu görsə də, bu dəfə telefonu birdəfəlik söndürdü. Heç gözləmədiyim bir şəkildə o, nömrəni çıxarıb qırdı. Telefonu isə bir kənara tulladı.

Mən ayrı əlacım qalmadığını anlayıb, bilmirəm divanın üstünə o vaxt nə sərdimsə gedib Elşadın böyrünə qısıldım. O, ayaqlarını bir-birinin üstünə aşırıb oturmuşdu. Gərgin bir şəkildə əli ilə tünd qəhvəyi saçlarını daraqlayırdı. Başımı onun ayaqlarının üstünə qoyub yerimdə büzüşdüm. Mənim bu hərəkətim onun qaynamağa başlayan hirsini bir anda soyutmuşdu. Dodaqlarında gəzən təbəssümlə qolunu çiynimə saldı. Sonra tez paltosunu soyunub, üstümə sərdi. Barmaqları saçlarımda gəzdikcə xoşhallandım, gözlərimə yuxu gəldi. Yatmaq üzrə idim ki, onun sualına gözlərimi açdım:

– Xala səndən nə soruşurdu ki, cavab verirdin verməyinə, amma qanlı-qanlı məni süzürdün?

– Sənə nə?!

Dodağı qaçdı:

– Necə yəni, sənə nə! Bilirəm ki, söhbət məndən gedirdi.

Mən gülümsədimsə də bunu ona bildirməyib, tamam ciddi səslə dedim:

– Soruşdu ki, bir rayondansınız?

– Aha… – Elşad maraqla məni dinlədi.

– Qohumsunuz? Dedim, yox.

– Sonra…

– Sonrası yadımda deyil. Yuxum gəlir.

– Yadına sal!

– Off… Çərənçi! – Mən onun israr etdiyini görüb davam etdim. – Soruşdu ki, bəs necə görmüsünüz bir-birinizi? Sevib evlənmisiz?

– Sən nə dedin?

– Dedim, hə. Ölürdüm dərdindən!

– Yaman demisən! – Elşad razılıqla güldü.

Hirslə ayağına vurdum:

– Başqa nə deyəydim? Bizim əhvalatın danışmalı bir tərəfi var ki… O da başlayıb ki… – Sözümü yarıda saxlayıb, gerisini gətirməkdən vaz keçdim. – Nə isə.

– Hə. Saxlama ürəyində. De gəlsin!

– Dedi ki, sənə necə məhəbbətlə baxmasından bəllidir. İndi rahat oldun?

Elşad sözlərim ona ləzzət elədiyindən xısın-xısın gülməkdə idi.

– Millət başa düşür e, sən qanmırsan.

– Hmm… Qanmazam da…

O isə məni qıcıqlandıra-qıcıqlandıra dedi:

– Dil çaşıb sözün düzünü deyər. Deməli, sevirsən!

– Səni görəndə elə bil qutuda ilan görürəm! Sevmək nədir?!

– Baxarıq!

– Nə deyirəm ki… – Mən də eyni inadla dilləndim.

Əslində üzdə belə deyirdim, daxilən onu düşünmədiyim bir an belə yox idi. Mənə mane olan bircə qürurum idi, önümdə aşılmaz bir sədd olub əl-qolumu bağlayırdı. Çünki bir vaxt qətiyyətlə dediyim sözləri geri götürüb, Elşadın qarşısında sınmaq istəmirdim. Onun isə ağlına belə gəlməzdi ki, mən əslində ona çoxdan təslim olmuşam. Sadəcə məğlubiyyətimi qəbul etməyə gücüm çatmır. Və ona “Sənə biganə deyiləm” deməyə üzüm yoxdur.

Səhər Elşad məni oyadıb:

– Mən getməliyəm, – dedi. – Sənə nə lazımdır, yaz ver mənə, alıb gətirim. Özünü ac saxlama. Bir azdan qayıdacam. Xaladan başqa heç kəsə də qapını açma, bildin?

– Bildim.

Bu mənim “Nasosnı” adı ilə tanınan qəsəbədə açılan ilk səhərim idi.

Bir qədər sonra o, mənim tapşırdığım ləvazimatları, təmizlik vasitələrini alıb gətirmişdi. Elşadı yola salıb başladım təmizliyə. Divarları, tavanı sürtüb təmizlədim. Pəncərələrin şüşələrini sildim. Divarların çirki yuyulub təmizə çıxdıqca otaq sanki işıqlandı. Çarpayılardakı döşəkləri Elşaddan bayıra çıxarmasını istəmişdim. O da daşıyıb bir kənara yığmışdı. Yenisini alacaqdı.

Əsas işləri gördükdən sonra ətrafı səliqə-sahmana salırdım ki, Sona xala gəldi.

– Mənim Mələk qızım neyləyir belə? – deyə içəri keçdi. Otağı süzüb, gördüklərinə razılıqla gülümsündü.

Evindən burada çatışmayan masa və stullar, qızdırıcı və digər şeylər gətirtdi. Nazim əmiyə bizim rahatlığımız üçün burada başqa işlər də gördürdü. Nəhayət, bir neçə günə bu iki otaqda yaşamaq üçün normal şərait qura bildik.

(Ardı var)
Müəllif Firuzə Davudqızı

loading...
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 371
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
LuNa
Bir qız sevmediyi biri terefinden qacırıldı Yeni yeni bir birilerine uyuşmağa başlayırdılar ki qaynana terefinden namusu şerlenib eri vehşicesine ölümüne döyüldü Yadın evi yadın eşyaları sene aid olmayan bir evde yaşamağa davam et Meleyin günahı ne idi Elşad kimi vehşiler de ağıllanan zibil deyil ananın sözüne bir şiddet eden etrafdan ikinci defe birde edeceydi Bizde azeriyik bizi dusdaqda etseler dözüb oturmalıdı azeri qadını Axı neye göre???? Men razı deyilem . Menim başıma bele bir hadise gelseydi anında düşünmeden terk ederdim .

Oxumağa davam edib gelecek planlarımı qurardım Neinki pskopat ailede psix yaşamaq heyatı
12 fevral 2019 11:18
12
Offline
_NigaR_
Maraqlı bölüm idi..
12 fevral 2019 00:12
11
Imperfection is beauty, madness is genius and it’s better to be absolutely ridiculous than absolutely boring.
Offline
fiyonik
Qiz ne gozduyur. Bahali villa fln? Elsada olan nifretim hele soyumuyub:(
11 fevral 2019 21:10
10

If you’re gonna be two-faced at least make one of them pretty.
Offline
Love Angel
Sitat: _Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

Bacı çox haqlısan. Qız yavaş-yavaş heyatı ile barısır. Boşanmışa Azerbaycan xalqı pis baxır. Ne oldu ki boşandılar? Her kes başlayacaq. Hem qızın kimi,kimsəsi yoxdu. Yazıq neyləsın eee? Xalqımızda bir dəfə evləndin,qurtardı. Dözməlisən. Ya o evdən ölüb çıxacaqsan,ya da adına gelen her soze dozeceksen. Men qıza pis bir gözlə baxmıram. Onsuz qaynana gelininin namusuna,yeni öz oğlunun özbəöz yoldaşının namusuna şər atırsa,yəni oğluna atır deməkdir. Qız cavab versə lap pis olacaqdı. Gündə söz-söhbət. Indi də el-aləmə deyəcekdi ki, mdne cavab qaytarir. Men o qayinanadan her sey gozleyirem. Hele belke meni doyerdi de deyerdi. Qız heyatiyla barismalidir. Istese de,istemese de.
11 fevral 2019 15:33
9
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.
Online
YalniZ-ArZu
Güleyim bari...qiz elə bil səhrada azıb, indi bir at tapıb, baxirki dişidi ya erkəkihi Adama deyərlər bir ildi itin zülmünü çəkirsən o qaynanayla, axirda namusuna şər də atdi, döyüldün, söyüldün, indi durub evdə stol stul lyuks şərait axtarır.pff
evdən sağ salamat çıxdığına şükür etməkdənsə, özünə yazığı gəlir, zırıldayır. Elşad kimi birinin belə aciz, zəif bir qadini sevməyi inandırıcı gəlmir. Savsem eseb oldume qıza, çox uzanir hekaye həmdə. Santa Barbaradı elə bil.
11 fevral 2019 14:21
8
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 fevral 2019 13:59
7
Səni çooxx sevirəm heartƏsgərimheart
Offline
Love Angel
Qız heyatıyla barışır sadece. Tesekkurler.
11 fevral 2019 13:43
6
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.
Offline
Cema_Axodova
Qiz heyatiyla sadece bariwir
11 fevral 2019 13:40
5
p.s
Offline
tatyana
Mence xoşbext heyata ilk addımlarını atırlar o evde
11 fevral 2019 13:34
4
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
qanadli melek
Qizin bu qeder olanlara bele sakit qalmasi meni cildirdir ne qeder sebirli insan olsada o qeder haqsizliga were sesini cixarardi
11 fevral 2019 13:16
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Elsad qiza bedbextlikden basqa hec ne vermir
11 fevral 2019 11:18
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
qeseng oldu maraqli
11 fevral 2019 11:05
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri