Bir gecəlik günah (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 15
Baxılıb: 8 192
Səs ver:
(səs: 1)

Tanıtım

Bir gecəlik günahın, bədəlini ödəyən 2 gənc. İstəmədən qurulan bir ailə.. Ortada qalmış bir körpə Və Sonu olmayan bir yol ...

"Bundan sonra sevə bilməzsən... Sevsəndə, gec qaldı hər şeyə o ürəyin ... Gedirəm indi.. Sənin üçün Bir Gecəlik Günah olan, körpəmizidə götürüb gedirəm..."

"Həyat Gec qalanları, hec vaxt bağışlamır ..!"

BöLüm 1

Bir gecəlik günahın, bir bədəli olacaqdı əlbət.. Edilən bir günah 2 gəncin həyatını tamamilə dəyişmiş və məhv etmişdi. Həyatda hec vaxt üzü gülməyən Məryəm, istdədiyi hər şeyi asanlıqla əldə edən Sənanın hekayəsidi bu. Məryəm uşaqlar evində böyümüş, öz ayaqları üstündə dayanıb univeristetə daxil olmuş bir qızdı. Sənan isə imkanlı bir ailədə böyümüş, universiteti sadecə əyləncə bir yeri olaraq görən bir gəncdi. Qızların yaraşıqlısı, hər kəsin sevmilsidi O.. Bir gün yolları təsadüfən Məryəm ilə kəsişən Sənan, onu əldə etmək üçün hər oyuna əl atır. Həkayəmizin saf qızı Məryəm isə bu oyuna inanıb, ürəyin Sənana etibar edir. Bir gün evinə dəvət etdiyi Məryəmi içirdərək günah törədən Sənan, bir gün qarşısında əlində '2 xətli' test ilə dayanan Məryəmi görür. Həkayəmizin başlanğıcı və son bitiş nöqtəsidə məhz bundan sonra başlayır.
Sənan Məryəmin qolundan möhkəm tutub sıxaraq "O uşağı aldıracaqsan! Başqa yolun yoxdu"dedi. Məryəmin isə artıq gözləri dolmuşdu. O belə fikirləşməmişdi.. Məryəm sanırdiki Sənan ona və körpəsinə sahib çıxacaq. Amma düşündüyünün tam əski olmuşdu.. "Mən qıya bilmərəm ona.." dedi çarəsiz bir şəkildə.. Sənanın isə gözü dönmüşdü. 22 yaşında ata olmaq, onun üçün kabuslu bir yuxu olardı. "Qıya bilmərəm nədi həə?! Mənim bu yaşımda ata olmaq fikrim yoxdu! Aldıracaqsan! Yoxsa səni yaşatmaram!"deyib Məryəmin çənəsindən tutub divara dirədi onu. Məryəm Sənanı itələyib "Bu sənin günahındı!!! Mən canımdan bir parça, olan varlığa hec vaxt qıya bilmərəm!" deyib ağlamağa başladı. Bu vaxt açıq qalmış qapıdan içəri, Sənanın anası Nərgiz xanım daxil oldu. Sənan ilə Məryəm Nərgiz xanıma baxıb donub qaldılar. Sənanın ağzından isə sadecə "ana.." kəliməsi çıxdı. Nərgiz xanım hər şeyi eşitmişdi. Bəs o necə..? Öz nəvəsinə qıyacaqdımı..? Nərgiz xanım "O körpə dünyaya gələcək"dedi Sənana baxaraq. Sənan hirslə Məryəmə baxıb "Lənətə gələsən səni!"dedi. Bu an Sənan üzündə bir ağrı hiss etdi. Bu ağrı Nərgiz xanımın vurduğu şillənin ağrısı idi. Sənan şillə vurulan üzünü tutub, qəzəblə anasına baxdı. Nərgiz xanımı çox gözəl xüsusiyyətlərə malik olan, əsl Azərbaycan qadını idi. Oğlunun bu səhvinə göz yuma bilməzdi. Nərgiz xanım Məryəmə dönüb "Evlənəcəksiz!" dedi. 1 ay keçmişdi. Bu 1 ayda Sənan və Məryəm üçün gözəl bir bağçası olan ev almışdı Nərgiz xanım. Sənan üçün bu evlilik sadecə kağızdan ibarət olacaqdı. Günü gündən nifrəti Məryəmə daha çox artırdı. Bu gün bir imza ilə Sənan artıq evli sayılacaqdı. Nikah darəsində idilər artıq. Nigaran hisslər ilə atılmış imzalardan sonra Sənan ilə Məryəm bir birinə baxdı. Nigahda sadecə Sənanın valdeyinləri, ən yaxın dostu Ariz və Məryəmində ən yaxın dostu olan Nərmin iştirak etmişdi. Nikahdan sonra Sənan ilə Məryəm birgə öz evlərinə gəlmişdilər. Məryəm qorxu ilə içəri daxil olmuşdu. Nəticədə ortada, Sənan tərəfindən istənilməyən uşaq və istənilməyən bir ailə vardı...

BöLümün Sonu ...

Müəllif: İ.Goncha

(səs: 1)
Şərhlər: 15
Baxılıb: 8 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri