Bir gecəlik günah (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 11
Baxılıb: 5 429
Səs ver:
(səs: 0)

Həyatın qanunu biz özümüz yaza bilsəydik, hər şey çox başqa ola bilərdi bəlkədə. Amma bu bizim əlimizdə deyil. Bizlər alnımıza yazılan,yazının nə olduğunu yaşaya-yaşaya öyrənirik.. Həyat dediyimiz bir yaşayışda, sehvlərdə edirik, günahda törədirik və ya insanlara qarşı daha mərhəmətli olmağada çalışırıq.. Amma təsüfki mərhəmət hissimiz, başqa hisslərdən daha aciz qalır bəzən. Bəzən isə nifrət hissimiz bizi ən diblərə alıb götürür. Zərərin isə məsum insanlar çəkir. Eyni ilə bu hekayədəki kimi.. Hisslərimi izah edə bilmirəm çox vaxt.. Çünki, mənə çox dərin bir yara kimi gəlir.. Elə bir yaradiki sağalmaq bilmir.. Ən pisidə həmin yaranın 'yara yapışdırıcısı' belə yoxdu.. Üzülürəm.. Bu hekayədəki Məryəm obrazına çox üzülürəm.. Üzüldüyüm qədərdə, bir o qədər Sənan obrazına qarşı içimdə sakit duran fırtına qopur.. Amma hec birin mən günahlandıra bilmirəm.. Çünki gələcəkdə daha başlarına nə gələcəyin dəqiq bilmirəm.. Bildiyim tək şey, insanların hisslərindən istifadə edib, onlarla oyuncaq kimi oynayan insanların cəzasının mütləq və mütləq bir gün çəkməkləridir. Əminəm ki yaşadıqca həyatdan hələ daha çox şeylər öyrənəcik. Çünki sevgimizin günahıda, savabıda özümüzündür. Əsl cəsarət isə o günaha belə sahib çıxmaqdır! Eşq zəhər olsa belə, o badə qalxıb 'sağlığına' içilə bilməkdir.
Oktyabrın evvəllərində çıxan günəş Məryəmin otağın işıqlandırmışdı. Bu gün Məryəm ayağa gümrah qalxmışdı. Mətbəxə keçib özünə səhər yemeyi hazırlamağa başlamışdı. Sənan isə yuxudan yeni ayılıb, bədbin bir ruhda aşağı düşdü. Mətbəxdə oturub, səhər yemeyini yeyən Məryəmə baxıb "Gecə harda idin?"deyə sual verdi. Məryəmin içdiyi çay boğazanda qaldı sanki. Axşam onu evdən qovan Sənan idi.. Üstəlik harda olduğunuda soruşurdu...? Məryəm əlindəki çayı yerə qoyub "Sənə nəə?"dedi. Sənan isə sağ qaşın çataraq "Belə böyümüsənki mənə cavab qaytarırsan? De görüm harda idin!"dedi. Məryəm söz söhbətin dahada böyüməməsi üçün "Arizlə idim.."deyib ayağa qalxıb mətbəxdən çıxmaq istəyirdiki, Sənanın "Ariz sənin nəyindiki? Qoruyucu mələyindi? Gecənin bir vaxtı onun yanında neynirsən?!"sualları ilə yanına gəldiyini gördü. Və düşündüyü kimi Sənan yenə Məryəmin qolundan tutub sıxmağa başlayıb "Birdə Arizdən kömək istəsən, özündən küs!"deyib mətbəxdən çıxdı. Məryəm isə yenidən mətbəxə qayıdıb, su süzüb içməyə başladı. Çünki hər hərəkəti, hər sözü ilə Sənan onu qorxudurdu. Yarım saatdan sonra hazırlaşıb bərabər evdən çıxdılar. Sənan güzgüdən Məryəmə baxıb "Səhər anam zəng elədi axşam əmim gil bizi qonaq çağırıblar. Ora gedəndə normal ər-arvad kimi davranırıq. Çox güman əmim oğlu Ramizdə orda olacaq. Ramizin atmacalarını çəkmək istəmirəm. Aydındı?"dedi. Məryəm başını 'hə' anlamında yəllədi. Univerisetə çatmışdılar. Hər ikisi siniflərinə getmək üçün yollarını ayırdılar. İkisidə düşüncəli idi. Hər ikisidə axşamki yeməyə düşünürdü. Görəsən necə olacaqdı. Axşam düşmüşdü Məryəm ilə Sənan artıq əmisi gildə idilər. Süfrə arxasında əyləşib, axşam yemeyi yeyilirdi. Ramiz isə süfrəyə əyləşəndən Məryəmə baxırdı. Bu hal Sənanın gözündən yayınmamışdı. Məryəm isə özünü yad bir insan kimi hiss edirdi düşdüyü bu mühitdə. Nərgiz xanım Məryəmdə olan bu narahatçılığı hiss etmişdi. Yeməklər yedildikdən sonra süfrədən qalxmışdılar. Ramiz ilə Sənan bir az hava almaq üçün bağçaya çıxmışdılar.

Ramiz: Qızın olacaq ya oğlun?
Sənan: bilmirəm
Ramiz: mən sənin yerində olsaydım maraqlanardım
Sənan: üstünə vəzifə olmayan işlərə niyə qarışırsan?
Ramiz: nədə olmasa əmin oğluyam çünki
Sənan: səhvin var. Həmişə mənim paxıllığımı çəkən əmim oğlusan!
Ramiz: düzdü.. Yanındakı gözələ görə paxıllığını çəkdim..
Sənan: ağzına gələni danışma!
Ramiz: Oo deyəsən qeyrətə gəldiz Sənan bəy
Sənan: Ağıllı ol! Yoxsa əlimdən hec kim ala bilməz səni!

Sənan Ramizlə danışığından sonra içəri keçib, Məryəmidə götürüb evə gəlmişdilər. Ramizin atmacaları sözlərini xatırlayıb öz özünə əsəbləşirdi. Sənan qapını açıb içəri keçib divanda əyləşib "Anam nə deyirdi elə? Həkimə getməlisən sabah?"dedi. Məryəm çəkinərək "Hə.. həkim yoxlanışa gəl demişdi.. Həmdə cinsiyyətinin öyrənməyinin vaxtıdı" dedi gülümsəyərək. "Mən səni hec yerə aparmayacam özün gedərsən. Mənə maraqlı deyil. Uşaq sənin uşağındı özündə arxasında dur."deyib Məryəmə baxdı. Məryəmin gülüşü artıq üzündən silinmişdi "Niyə istəmirsən axı..? Onun nə günahı var axı?"dedi. Sənan ayağa qalxıb "Onun elə var olması, böyük bir günahdı! Başa düş məndən ata olan deyil! Mən o uşağa atalıq edəcək bir insan deyiləm! İstəmirəm onu! Nə onu nədə səni!"deyib yuxarı qalxdı. Məryəm isə bu eşitdiklərindən sonra dahada pis olmuşdu.. Hər şey yaxşıya doğru dəyişməkdənsə, niyə pisliyə doğru gedirdi...?

Bölümün Sonu..

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 5 429
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri