Bir gecəlik günah (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 761
Səs ver:
(səs: 0)
Soyuq aylarda yuxudan ayılmaq, nə qədər çətin olsada, Sənan ayağa qalxıb, Məryəm üçün səhər süfrəsi hazırlamışdı. Məryəm isə çətinliklə ayağa qalxıb, aşağı düşmüşdü. Yenə qarşısında eyni mənzərə vardı.Sənan səhər süfrəsi hazırlamışdı. Sənan Məryəmi görəcək "Keç əyləş, portağal suyunuda gətirirəm indi"deyib mətbəxə keçdi. Məryəm isə ləziz görünən süfrəyə baxıb, iştahla yemek yemeyə başladı. Sənan portağal suyunu gətirib, özüdə süfrəyə əyləşib gülümsəyərək "Başqa ürəyin nəsə istəmirki? Hazırlayım"dedi. Məryəm əlindəki çəngəli yerə qoyub "Nə vaxtdan bizim qayğımıza qalan olmusan?"dedi onu alçaldacaq bir şəkildə. Sənanın gülüşü üzündən silinib, başını aşağa saldı. Məryəmə bu hal xoş olmasada, elə demək məcburiyyətində idi. Çünki O hec nəyi unutmamışdı. "Cavab ver" dedi eyni səs tonu ilə yenidən. Sənan masaya dikmiş gözlərini qaldırıb, Məryəmə baxdı.. Gözləri.. Gözləri yaşarmışdı.. "Mənn..." dedi. Sözünün ardı boğazında düyüm kimi qaldı. Daha sonra süfrədən ayağa qalxıb evdən çıxdı. Məryəm isə bu gedişin ardından göz yaşlarına hakim ola bilmədi. "Hər şeyi özün bərbad etdin! İstəmir indi ürəyim səni.. İstəmir.. Dediyin sözləri hələdə unuda bilmirəm.. Nə mən nədə qızım bizə yaşatdıqlarını hec vaxt unutmayacıq" deyib ayağa qalxdı. Qulağına isə zəng səsi gəldi. Öz telefonun zəngi deyildi. 'Yəqinki Sənanındı..' deyib ağlından keçirtdi. Telefon susmaq bilmədiyi üçün, Sənanın otağına daxil oldu. Qapını açar açmaz isə 'oyuncaq evi' gördü. Telefonun səsi yadındam çıxıb, evə yaxınlaşdı. Üzü gülürdü.. "O oyuncaq, bu oyuncaq imiş demək.. Nə gözəldi.." dedi öz özünə. Amma sonra ağlına Sənanın belə bir şeyi, niyə alması gəldi. Öz içində min cür fikir gəldi. 'Niyə alıb? Sənan niyə belədi? Sənanın istəyi nədir?'deyib iç səsi ilə savaşa çıxdı. Bu sualların cavabı yox idi onda. Bəzən cavabsız qalan çoxlu suallarmız olar. Onların cavabı məhz qarşı tərəfdədi. Amma bizlər qurumuzdan, hec nə soruşa bilmərik. Eyni ilə Məryəmin cavabsız qalan sualları kimi... Sənan 2 saat temiz hava aldıqdan sonra evə gəlmişdi. Evə gəldikdə isə Məryəmi evdə görməmişdi. "Yəqin, yenə Arizlədi.." deyib bir daha özünə əsəbləşmişdi. Hava qaralmışdı artıq Məryəm hələdə evə gəlməmişdi. Sənan isə bu hala dəli olmuşdu. Telefonu əlinə alıb, Məryəmə zəng etmək istəyirdiki, içəri gülərək girən Məryəmi gördü. 'Gülsün Məryəm.. Məryəm gülsün də.. Amma onun gülüşlərinin səbabkarı mən olum.. Bir qeyrisi deyil' Sənan Məryəmə yaxınlaşıb "Nəhayət evin yolun tapa bildin. Hardaydın bu vaxta qədər?"dedi. Məryəm divanda əyləşib "Arizlə idim.."dedi öz içində gülümsəyərək. Sənan isə bu cavabı eşitməkdən bezmişdi "Sənin yoldaşın deyəsən mənəm, Ariz yox! Nə vaxt baxıram onunla idim deyirsən" deyib oda Məryəmin yanına əyləşdi. Qısqanmışdı.. Qısqanmaqda da haqqı var idi. "İndi yadına düşüb yoldaşım olmağın? Xatirladımki mənim çətin zamanlarımda yanımda Ariz var idi sən yox! Amma sən xatırlamazsan! Çünki mənə o günləri yaşadan sən idin!"dedi. Sənan isə bu cavab qarşısında yenə susdu. Haqqlıydı.. Haqq var idi bu dediklərində. "Susmada cavab ver mənə! Cavab ver! Sən deyildin bizi istəməyən! Mən hər dəfəsində axmaq kimi yanına qaçıb gəlirdimki, bəlkə qəbul edəsən! Amma sən hər dəfəsində sözlərin ilə məni əzirdin! Nə deyişdi hə?! Nə deyişdi indiki sən belə edirsən!"dedi. Sənan yenə susmuşdu.. Vərəcək cavabı bəlli olsada, hec nə demirdi. Məryəm Sənanın yaxasından yapışıb "Bizi bir günah olaraq görən sən idin! Günahının əhvi yoxdu! Sənə hec bir hiss bəsləmirəm! İstəyirsən qov indi məni evdən! Mən əvvəlki saf qız deyiləm! Bax indi əsərinə, özünlə qurur duy! Sən mənə cəhhənəm yaşatdın! Yaşatdığın cəhənnəmdə yanacaqsan! Sənə Məryəm sözü!"deyib ayağa qalxmaq istəyəndə, Sənan Məryəmi özünə tərəf çəkdi. Aralarındaki məsafə ikisinində, ürəyinin sürətli döyünməsinə səbəb olmuşdu. Məryəm özün toparlayıb "Burax məni"dedi. Bəzən dilin dediyini, ürək deməz.. Bəzən hisslərimizin ifadə şəkili bizim özümüzün istədiyi kimi olmaz.. Göstəriş olsun deyə deyilən sözlər, qəlbləri qırmağı bacarar. Ən pisidə qarşındaki qəlb qırılarkən, özünün qəlbinin parçalanmasının, səsini də eşidə bilməkdi. Keçmişi silmək olmur. İzi daima bir yanıq ləkəsi kimi, insanın yaddaşının bir qırağında qalır. Əgərki keçmişi silə bilsəydik, elə bir gücə sahib ola bilsəydik, hər kəs yetəri qədər xoşbext ola bilərdi.. Amma bu mümkün deyil.. Ona görədə reallığa davam!
Sənan yaxın olan, bu təmasdan sanki kitlənmişdi. Məryəm isə daha çox əsəbləşmişdi "Eşitmirsən Sənan məni!" deyib səsinin tonun qaldırdı. Sənan "Eşidirəm.." deyib Məryəmdən uzaqlaşıb "Məryəm..."dedi. Məryəm 'nə deyirsən?'anlamında Sənana baxdı. Sənan "Peşmanam... Bilirəm bu hec nəyi dəyişdirməyəcək, amma bağışla məni Məryəm... 3 aydan sonra qızımız dünyaya gələcək.. Ona atalıq sənə yoldaşlıq etməyimə icazə ver.. Mən sənidə qızımızda çox sevirəm.."dedi bütün peşmançılığını, səsinin titrəyişi və gözlərinin dolması ilə bildirirək. Məryəm isə eşitdiyi bu sözlərin qarşısında, güclədə olsa yutqundu.. Boğazında bir düyüm yarandı.. 'Gec qalmadımı bu sözləri söyləməyə..?' Məryəm "Qızımızmı...? Qızım! Mənim qızım mənimmm!"deyib hirslə yuxarı çıxdı.

Bölümün Sonu ...

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 761
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri