Bir gecəlik günah (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 6 024
Səs ver:
(səs: 2)
Danışılan dün gecəki sözlərdən sonra, hər ikisinində arasında sərin küləklər əsirdi. Artıq bir şeylərin qərar verilməsinin vaxtı idi. Axşam düşmüşdü. Məryəmin ürəyi sıxılırdı evdə. Özü üçün o baş, bu başa gedib gəlirdi. Sənan Məryəmin ürəyinin sıxıldığını hiss edirdi. Çünki, bu gün evdən çıxmamışdı. Məryəmə baxmadan "Gəzmək istəyirsənsə, çıxıb gəzə bilərik.."dedi. Məryəm isə səssiz idi hələdə. Sənan yenidən "Məryəm..." dedi. Məryəm bu dəfə "Gedək.." deyib yuxarı qalxdı. Hazırlaşıb evdən çıxdılar. Hava buz kimi, ayazlı və şaxtalı idi. Sənan maşının rahat söhbət edə biləcəyi bir yerə çəkdi. Məryəm "Niyə dayandıq.."dedi.Sənan "Çox səssiz qalmadıqmı bu gün..?"deyib üzün Məryəmə çevirdi. Məryəm baxışların Sənandan qaçırdıb "Sənan mən dünən gecə bir qərar aldım.."dedi Sənan 'nə qərarı aldın' mənasında Məryəmə baxdı. Məryəm dərin bir 'oh' çəkərək sözə başladı. "Qızımın dünyaya gəlməsinə 3 ay qalıb bilirsən.. Qızım dünyaya gələndən sonra, qızımıda alıb gedəcəm.. Boşanma ərizəsində tez bir zamanda məhkəməyə verəcəm.."dedi. Sənan Məryəmin dediyi sözlər qarşısında, sanki nitqi qurudu.. "Yox Məryəm! Dediklərinin hec biri olmayacaq.Çünki mən sənin sevgini yenidən qazanacam.. Məni belə cəzalandırma xaiş edirəm Məryəm.. Qızımı məndən ayrıma.."deyib başını sükana qoydu.. Məryəmim bu sözlərə qarşı içi yumşalsada, qəbul etdiyi qərardan dönməyəcəkdi. Məryəm ona baxan gözü yaşlı Sənanı gördü... Sənan ağlamışdı..? İçi titrədi sanki Məryəmin.. Sənan çox zəyif səs ilə "Toxuna bilərəm qızıma.. "dedi. Məryəm donmuş bir halda başın aşağı yuxarı yellədi. Sənan əlin yavaşca, Məryəmin bətninə qoydu. Artıq böyümüşdü qızları.. Məryəmə yad olan duyğular idi bunlar. 6 ayda hec vaxt belə hiss etmemişdi özünü. Sənan isə o biri əli ilə göz yaşlarını silib, güclədə olsa gülümsəməyə başladı "Qızım.. bağışla məni.. Mən səni istəmədim .. Qızlar atalarına düşkün olur.. Atalarda qızlarına... Məndə sənə düşkün oldum.. Qızım, mən ananı çox sevirəm.. Bunu anlamağım uzun bir zaman aldı.. Amma anladım sonunda.. İnsan həyatdan dərs almalıdı.. Mən artıqlamasıyca o dərsi aldım.."dedi. Məryəmdə artıq göz yaşlarını saxlaya bilməmişdi.. Sənana baxıb "Kaş.. bunları vaxtında deyəsəydin.. Kaş mənədə, qızımada bu qədər gec qalmasaydın..."dedi. İstəməzcədə olsa ikisidə bir birilərinə sarılıb,ağlamağa başladılar. Məryəm nə etdiyini yenicə anlamış kimi, özünü Sənandan çəkib göz yaşlarını silməyə başlayıb "Evə gedəy"dedi. Sənan yaşlı gözünü 'yaxşı' anlamında qırpdı..Daha sonra oda göz yaşlarını silib, maşını işə saldı.
Hər kəsin həyatda bir sehvi olur. Əsas olan o sehvi başa düşüb,birdə təkrar etməməkdi. Amma təkar edirsənsə deməkki, artıq bu hal sehv deyil, bir secimdir... Məryəm ən çoxda buna görə bağışlaya bilmirdi Sənanı.. Bəlkə bu hekayənin finalında, Sənan bağışlanmağını istəyər, Məryəm isə bağışlamayıb onu tərk edib gedər...

Bölümün Sonu..

Müəllif: İ.Goncha
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 6 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri