Məni tək qoyma, ölərəm (1-ci bölüm)

Müəllif: Onun_Mələyi
Şərhlər: 11
Baxılıb: 7 077
Səs ver:
(səs: 2)
Yenə bir səhər daha açıldı..bir günəş daha oyandı.
Mışıl-mışıl yatan Sevincin pəncərəsindən üzünə günəş işığı düşür,onu xoşallandırdı.Halbuki bu yaşına qədər yaşadıqları heçdə "Sevincli"olmamışdı.
Görünür tale elə əzəldən ona bu yaşında kədər-qəm yaşadıb həyatın gerçəkləri ilə qarşılaşdıracaqmış..Ama nə bilməy olar?Onunda ümidi vardı kı bir gün hər şey yaxşı olacaq...Amma qismət yenə də...

Sevinc 2-ci sinifə gedirdi ki atası dəhşətli bir maşın qəzası keçirdi.Elə o qəzadan sonra Sevincin qara günləri başlamışdı...
Atası o qəzada ayaqlarını itirdi..həmişə dağ kimi dim-dik duran Rasim o gündən əlil arabası ilə gəzməli oldu.
Dövlət yardım etsə də,o pul əvvəlki kimi evin xərcini ödəmirdi..
Gündən-günə evdəki qidalar qurtarmaq üzrə idi..Sevincin məktəb xərcləri də birtərəfdən onları küncə sıxışdırmışdı..
Sevincin anası bütün bunlara dözməyib evi tərk etmişdi.Düzdür Sevincə də çox israr eləmişdi,ama o atasını bu halda qoyub getməyə ürəyi gəlməmişdi..

Günlər keçir...Sevinc yavaş yavaş böyüyürdü.
Artıq 11'ci sinifi bitirmək üzrə idi.
Səhərləri məktəbə gedib,Məktəbdən qaça-qaça gəlib üst-başını dəyişib ,Atası ilə yemək yeyib işə qaçırdı.

Saat 1:30 olardı ki...Atası yenə öz əlil arabasında oturub pəncərədən ətrafı izləyirdi.
Elə o Sevinc qapını açıb içəri girdi.

Rasim(Sevincin atası:)
-Sevinc sənsən qızım?
Sevinc gülərək zarafatyana dilləndi:
- Mənəm Ata,guya başqa gəlib yoxlayan var bizi?
Atası sanki bu sözə üzüldü biraz.Onun bu halına heç qıymırdı..gözündən bir damla yaş axıb yanağına süzüldü..Sevinc görməsin deyə ,tez yanağındakı yaşı silib sözünə dəvam elədi.
-Bugün tez gəlmisən deyəsən məktəbdən.
-Hə ata. Elə axırıncı dərs idi ki icazə almışam.
Yeni iş tapmışam Ata.Əyər izazən olsaydı günü sabahdan başlayardım işə.Yeni bir restoran açılıb,ofisant axtarırlar . Günortalar 3:00-dan 7:00 a qədər işləyəcəm. Şənbə bazar günü isə Fatimə xalanın yanına gedib Çiçək mağazasında işləyəcəm.
Atası bir qədər sustu..
Onun Restoranda işləməsi ürəyinə yatmamışdı. Sevinc'in bu qədər yorulması,bu yaşında bunları çəkməsi onu yandırıb yaxırdı.. bir tərəfdən əlil arabasına möhtac qalması,bir tərəfdən də həyat yoldaşının onu tərk etməsi mənəvi cəhətdən çox sarsıtmışdı..

Atasının dərin bir fikrə getdiyini görən Sevinc,dilləndi.
-Ata,niyə susdun belə?Canım atam mənim.
Narahat olma mənə görə,inşəAllah hər şeyin üstəsindən gələcəyik..
Heç olmasa tətillər başlayana kimi icazə ver restoranda işləyim.
Sonra rahat bir iş tapıb həm işləyib,həmdə Uniyə hazırlaşaram.
-Olmaz Sevinc.Sənin bu qədər yorulmağın,dərslərindən qalmağın mənim heç ürəyimcə deyil .
Fatimə xalanın yanında onsuz da işləyirdin,müştəri olmadığı sürədə kitab oxuyub dərslərinlə məşğul olurdun. Bəs indi necə olacaq?
-Amma ata..kim deyir ki dərslərimdən qalıram mən,lazım gəlsə gecələr oxuyacam dərsimi.
Qurban sənə,icazə ver gedib işləyim,həm biraz pul yığıb Uni xərclərimi də ödəyərəm.Kitab falan alaram.

Yenə gözündən bir damla yaş axdı Rasim'in.Ama bu dəfə Sevinc'dən göz yaşlarını gizləyə bilmədi.Gözlərini yerə dikib uzun bir səssizlikdən sonra dilləndi:
-Kaş ki o qəzada ölsəydim də,bu günləri görməsəydim .

Sevinc Əlini atasının ağzına tutaraq
-Şşşş.. birdə belə söz danışma ata..Sən mənim hərşeyimsən.Mənim bu dünyada tək güvəndiyim,Hamıdan çox sevdiyim insansan. Həm anam həmdə atamsan..
Belə sözlər deyib məni incidirsən.

Nəhayət atasını razı salıb işə başlamışdı .
Günlər ,Aylar necədə tez keçirdi .İmtahanları yaxşı ,Yüksək də bal yığmışdı .
Uniyədə qeyd olmuşdu.
Artıq yay tətili də başlamışdı.Həm işləyib,həmdə tez tez atasına zəng vurub necə olduğunu soruşurdu.
Bu aralar onunla daha çox vaxt keçirib,qayğı göstərməyə başlamışdı ...Sanki onu itirəcəkmiş kimi hiss edirdi.Ondan 1 dəqiqə belə ayrı qalmaq istəmirdi.
Nə bilərdi axı başına bunlarda gələcək?Bu dünyada o kimsəsiz ,yetim qalacaq.
Bir anası vardı,doğrudu...Ama illər əvvəl onları tərk etmişdi deyə anasına soyumuş,ona kin bəsləmişdi.
Bəs anası geri dönsə necə ?Onu bağışlararmıydı?Anasının günahının üstündən bir xətt çəkib,uşaq tək anasının qucağına qaçarmıydı?Bəlkədə qaçardı bir uşaq tək anasına.
İllərin həsrəti yaman yığılıb qalmışdı onda.
Yol da gedərkən bütün bunları düşünərək köks ötürdü ,gözündən axan yaşı silib evə getdı.


Müəllif:Onun_Mələyi
P.S yazı səhvi olubsa ,bağışlayın.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 7 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri