Bir gecəlik günah (15-ci bölüm ÖZƏL FİNAL)

Müəllif: Lusi
Şərhlər: 13
Baxılıb: 5 805
Səs ver:
(səs: 0)
Sənan əllindəki çobanyastığı güllərini, Məryəmin məzarı üstünə qoyub,özüdə məzarın qırağına çöküb oturdu. Uzun uzun məzara baxdı. Daha sonra sağa - sola baxıb dərin bir 'ah' çəkdi. Göy üzü qara buludlu idi. Ara bir yağış atmağa başlamışdı. Uzun səssizlikdən sonra, Sənan titrək səsi ilə danışmağa başladı. "Məryəm ... Sənsizlik çox çətindi... Qızımla, sənin həsrətini bir ömür boyu çəkməyə razı idim, amma bizi belə qoyub getmeyinə yox. Kaş sən sağ olaydın.. Qızımız sənin yoxluğunun acısın tək başına çəkir. 5 ay keçib amma mənə öyrəşə bilməyib hələdə. Nə qədər ona yaxın olub, qeydinə qalsamda, məndən qaçır. Bəlkədə, onu daha əvvəl sevmədiyim üçün, Tanrı indi məni belə cəzalandırır. Psixologa apardım, başa düşürsən 6 yaşlı bir qız uşağını çarəsizlikdən psixologa apardım. Neyneyim? Necə edim? Nə edəcəyimi bilmirəm.. Sən olsaydın, bunların hec biri olmaycaqdı..

Vaxtında qədrini bilsəydim, indi soyuq məzarına gəlməzdim.. Hələdə mənə yazdığın məktubu açıb oxuya bilməmişəm. Hər gün əlim gedir açıb oxumağa, amma qorxuram.. Ya haqqını halal etməmisənsə..? Ya son nəfəsində belə məni bağışlamamısansa? Ya mənə küsgün köçmüsənsə bu həyatdan?! İnan bu düşüncələr məni mehv edir. Qızıma görə ayaqda durmağa məcburam ... Getməliyəm daha, gedib Bahar qoxulu qızıma sarılmalıyam bu payız havasında. Gələcəm yenə Səni hələdə sevirəm Məryəm."deyib ayağa qalxdı. Bu an göy guruldamağa başlayıb, möhkəmcə leysan tökməyə başladı. Sənan isə olduğu yerdə qalmışdı. Yağışın yağmağını görüb, oda səhərdən tutduğu göz yaşlarını sərbəst buraxdı. İndi düşdüyü vəziyyət çox çətin idi onun üçün. Bir göyə baxır, birdə Məryəmin məzarına daha sonra isə məyus bir hal ilə məzarlıqdan çıxmağa başlayır. Baharı anası Nərgiz xanımın yanına qoyduğu üçün öz evlərinə getməli oldu. Qapını zəngin basıb çöldə gözləməyə başladı. Nərgiz xanım qapını özü açdı. Oğlunun bu halın görüb "Sənan bu nə vəziyyətdi?"dedi. Sənan anasının bu sualını cavabsız qoyub "Baharı gətir.. Mən burda gözləyirəm"dedi.Nərgiz xanım məyus bir halda, Baharı gətirmək üçün geri döndü. Təxmini 10 dəqiqədən sonra Nərgiz xanım Baharı gətirdi. Bahar Sənanı elə görüb, diqqətlə ona baxmağa başladı. Sənan "Gəl,gedəy.."dedi baxışların yerə dikib. Bahar yavaş adımlar ilə Sənana yaxınlaşdı.Sənan maşının arxa qapısın açıb, Bahara baxdı. Bahar maşına mindi. Yol boyu aralarında sakitcilik höküm sürürdü.

Evə gəlib çatmışdılar artıq. Sənan "Mən üstümü dəyişib, gəlirəm indi" dedi Bahara baxaraq. Sənan üstün dəyişib, aşağı endi.Bahar isə sakitcə divanda əyləşmişdi. Bahar atasın görüb "Acmışam mən"dedi. Sənan "Ürəyin nə istəyir?"deyib Bahara yaxınlaşıb onu qucağına alıb, birlikdə mətbəxə keçdilər. "Makaronn istirəmm"dedi Bahar. Sənan "Asant bir sey imis, bu dəqiqə hazır olur prenses"deyib qazana su doldurmağa başladı. Həmdə çox fikirli idi. Balaca qızı ilə ortalıqda tək qalmışdı. Stolda oturmuş Baharın yanına gəlib,dizlərin yerə atıb onu yenə qucaqlayıb, qoxlamağa başladı "Səni çox sevirəm Qızım.. Yaxşiki varsan"dedi. Yemek hazır olub yeyildikdən sonra, Baharın yuxu vaxtı olduğu üçün yuxarı öz otağına çıxdılar. Sənan Bahara nağıl kitabı oxuyurdu. Az sonra Baharı yuxu tutmuşdu.Sənan Baharın alınına yavaşca öpücük qondurub, otaqdan çıxmaq isətəyərkən, gözü çəkməyə sataşır. Ölmədən öncə Məryəmin ona yazdığı məktubu o çəkməcəyə qoymuşdu. Yavaşca çəkməyəcə yaxınlaşıb məktubu əlinə alıb aşağı düşür. Məktuba diqqetlə baxır, sonda isə açmaq qərarı alır. Və məktubu oxumağa başlayır

" Salam Sənan ...
Bilmirəm necə yazım... Bilmirəm hardan başlayım..Səni tərk edib gedəndə, psixologiyam alt üst olmuş bir vəziyyətdə idi. Qəbul edirəm, getmeyim, qızını səndən ayrımağım böyük bir sehv idi. Amma bunu anladıqda çox gec idi. Qayıda bilməzdim.. Çünki, qızımla özümüzə ikimizə aid olan bir həyat qurmuşdum. Baharın özünə məxsus dünyasın dağıda bilməzdim.. Çox acı çəkdim... Səni sevmirəm sandım.. Amma sevirmişəm.. İlk günki kimi hələdə səni sevirmişəm.. Sən mənim canımdan bir parça olan qızımın atasısan.. Mən bu məktubu yazıramsa, deməkki artıq bu dünyadan köçməyimə az qalıb.. Lənətə gəlmiş xəstəlik mənidə tapdı.. Qızımın böyüyməyin görə bilməyəcəm.. Bəlkədə, Allahda məni belə cəzalandırır.. Amma içim rahatdı.. Bilirəmki, sən Bahara çox yaxşı ata, lazım gəlsə anada olacaqsan.. Bahar bir az çətin qızdı.. Eyni ilə xasiyyetcə sənə bənzəyib, birdə gözləri həmişə mənə səni xatırladardı.. Sənan ölmüş olsamda bilki son nəfəsimə qədər səni sevmişəm.. Qızımıza yaxşı bax. Belə olmağını hec istəməzdim, amma heyat çox qısadı.. Etdiyin hər şeyi bağışlamışam mən, bacarırsansa səndə məni bağışla..."
Sənan məktubu oxuyub, əli ilə vərəyi sıxmağa başladı. Daha sonra gözündən bir damla yaş axdı.. Bir damla yaş, göz yaşlarına çevrilmişdi artıq. İçin-için ağlamağa başladı. Amma bir gözüdə yuxarı piləkanda idiki, birdən Bahar ayılar. Ağlayanda belə qızın düşünürdü. Göz yaşların silib "Məndə bağışladım... Amma həyat?! Həyat bağışlamadı...!"dedi

Davam edən Son ...

Müəllif:İ.Goncha

Ps. Bitdi..
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 5 805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri