Bir gecəlik günah: Əmanət (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 4 853
Səs ver:
(səs: 0)
Univerisitetlərin açılmasından 1 ay ötürdü artıq. Zəng olduğundan Bahar ilə Səlim bufetə düşmüşdülər. Bahar əlindəki qablaşdırlmış sütü tutub, pencərə tərəfdəki yaraşıqlı olan sarışın oğlana baxırdı. Univeristetə ilk gəldiyi gündən, O oğlan Baharın diqqətini çəkmişdi. Amma çəkiş onun gözünə fərqli görsəndiyi üçün idi. Bu mənzərəni daha çox izləyə bilməyən Səlim "Bön bön oğlana baxacağına, sütünü iç"dedi. Bahar gözlərini oğlandan çəkib, əsəbi şəkildə Səlimə baxdı. Daha sonra əlindəki süt ilə oynamağa başladı. Bahar nə çay nədə kofe içməyi sevməzdi. Sevdikləri arasında 'süt'ən başda gələrdi. Sütə baxıb gülümsəyib "O oğlan yerinə sənə baxmağımı istəyərdin?"dedi. Bu cəsarətin hardan gəldiyini bilmirdi. Çünki, Bahar belə sözlər işlədə bilməzdi. Səlim isə Bahara gözün süzdürüb "Elə bilməki fərqində deyiləm. Bu uniyə gələn gündən sən Rüzgara baxırsan. Sənlik biri deyil O!"dedi. Həm sahiblənə biləcək həmdə onu hər şeydən qorumağa çalışan bir səs tempində. Səlim Rüzgarı azdan çoxdan tanıyırdı. Çünki Univeristetin ulduz fenomeni idi. Rüzgar yaraşıqlığı ilə bütün qızların göz bəbəyinə çevirilmişdi bu univerisitetdə.
Amma olduqca qarışıq bir maddə idi. Rüzgar Xəlilzadeni indidən beynizinin bir yerinə "Qarışıq maddə"deyə qeyd edin. Bahar O oğlanın adın ilk dəfə idi eşidirdi. "Adi Rüzgardı? Sən hardan tanıyırsan onu?" Səlim isə bu suallar hec cavab vermək istəmirdi. Onun üçün ayağa qalxıb bufeti tərk etdi. Bahar isə Səlimin gedişin izləyib "Off bu qədər əsəbləşəcək nə soruşdumki mən"deyib ətrafa baxdı. Ətrafa baxarkən, adının yenicə Rüzgar olduğunu öyrənən oğlanın əli ilə onu işarət edib çağrımasın gördü. Sağına soluna baxdıki, bəlkə başqa adamı çağırar amma ətrafında ondan başqa hec kim yox idi. E durduq yerə Rüzgar Baharı niyə çağırsın? Həmdə yanında iki dostuda vardı. "Hey doğal sarışın bura gəl"dedi Rüzgar. Söylədiyi söz əmrmi mənasında, yoxsa xaişmi mənasında çıxdı onu tam olaraq anlaya bilmədi Bahar. Amma ayağa qalxaraq Rüzgarın yanına getdi. Rüzgar aşağıdan yuxarıya qədər Baharı süzüb "Adın nədi?"dedi. Bahar kəkələyərək "Baa-har"deməyə çalışdı. Baharın bu deyişinə hər 3 dostda gülməyə başladı.
Rüzgar özündən razı bir tərzdə "Adının bir önəmi yoxdu. Sən indi gedib mənə və dostlarıma 3 çay al gətir" deyib cibindən pul çıxardıb Bahara uzatdı. Bu nə demək idi axı? Bahar bu davranışa əsəbləşmişib "Başa düşmədim?"dedi. Rüzgarın dodaqlarının kənarı qıvrılıb "Başa düşülməyəsi bir şey yoxdurki gedib çay almağını istəyirəm doğal sarışın"deyib göz vurdu. Rüzgar həmişə ətrafındakilara bir şeylər aldırması üçün yanına çağırardı. Ona hec kim qarşı gələ bilməzdi. Elə öyrəşmişdi çünki. Ulduz olmaq onun gözünü bürümüşdü. Bahar sakitliyini qoruyub saxlayaraq "Nə sən məndən belə bir sey istədin, nə də mən səndən belə bir sey eşitmiş oldum"deyib üzün çevirib getmək istəyəndə, Rüzgar ayağa qalxıb Baharın qolundan tutub özünə tərəf döndərib "Görəndə deyər başqa təkliflər edirəm sənə! Sənin kimi qızları çox görmüşəm mən! Roldan çıxıb çayı getir!" Bahar Rüzgarın əlin qolundan çəkib "Əsas sən roldan çıxsan daha yaxşı olar!"deyib getməyə başladı. Əsəb bürümüşdü canın. İndiyənə qədər atası tərəfindən, prenses kimi böyüdülən bir qıza qarşı, bir az əvvəlki yaşadığı vəziyyət çox olmuşdu. Rüzgar bu gedişin ardından hec yaxşıya işarət edilməyən baxışlar atdı. Görnən o idiki Baharın "Qarışıq maddə"tərəfindən çəkəcəyi var idi.

Univeristet bitdikdən sonra Bahar məyus bir halda evə qayıtmışdı. Bu günki yaşadığı hadisə yadından çıxmırdı. Qonaq otağında oturub telefon ilə oynayırdı. Sənan isə qızına öz əlləri ilə keks hazırlayırdı. Keksləri sobaya yerləşdirib qızının yanına keçib "Mənim qızımın canı nəyə sıxılıb belə?"deyib üzünü asmış Bahara baxdı. Bahar əlindəki telefonu yerə qoyub atasında dönüb "Bu gün unidə bir oğlan əsəbimi pozdu. Mənim kimi sakit bir qızın əsəbini pozdu. Başa düşə bilirsən ata?"dedi dodaqlarını sallayaraq. Sənan isə gülümsünməyə başladı. Bahar ona 'nəyə gülürsən?' işarəti atdı. "Qızım sən artıq tələbəsən belə seylər çox olacaq. Sən o gülən üzünü boş seylərə görə asma. Cavablarını ver sadecə. Hec nədəndə qorxma"Güvən verən bu sözlərdən sonra Baharın içi rahatlamışdı. Burnuna isə keksin ləziz qoxusu gəlməyə başlamışdı "Immm nə gözəl qoxu gəlirrr"deyib atasının boynuna sarıldı. Sənan Baharın əllərin boynundan çəkib "Gəl birlikdə gedib baxaq. Görək kekslərin vəziyyəti nə yerdədi" deyib ayağa qalxıb mətbəxə keçdilər. Ata qız birlikdə möhtəşəm bir ikili idilər. Sənan, əmanətinə çox gözəl baxmağı bacarırdı❤
Bölümün Sonu...
Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 853
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri