Bir gecəlik günah: Əmanət (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 031
Səs ver:
(səs: 0)
Rüzgar ayağa qalxıb qapını döyməyə başladı "Samir acın qapını! Əgər Bahara nəsə olsa sizi yaşatmaram! Eşidirsiz məni acın!!!"deyib qışqırmağa başladı. Bahar isə özündən getmiş bir formada uzanmışdı. Rüzgar yenidən qapıya yumruq atmaq istəyəndə qapı açıldı. Özündən 5 yaş böyük olan Samirə bir yumruq atıb "Bunun bədəlini ödəyəcəksiz!"deyib Baharın yanına gedib Baharı qucağına alıb qaranlıq otaqdan çölə çıxartdı. "Bahar özünə gəl..Bahar" Baharsa işığ düşdüyünü görüb gözlərini yavaşca açmağa başladı. Rüzgar isə gözü Ağaya sataşdı. Ağa kafedə olan böyük adam idi. Ondan daha böyükləri vardı. Amma kafe kimi xırda işlərə Ağa baxardı həmişə. Rüzgar Baharı yavaşca ayağa qaldırıb əlindən möhkəmcə tutdu. Ağa adamlarına dönüb "Mən sizə otağa qızı salın dedim! Rüzgarı yox!"deyib Bahara baxdı. Bahar isə qorxurdu. Ağa Rüzgara yaxınlaşıb "Qızı araşdırdım. Səninlə bir əlaqəsi yoxdu! Mənə niyə yalan dedin?!"dedi. Rüzgar isə özünü rahat bir tərzdə aparıb "Sevgilim, sadecə mənə özəldi! Özün bilirsənki bu aləmdə belə işlərə yer yoxdu. Həmdə sıradan bir qızı niyə qoruyum? Bu vaxta qədər kimisə qoruduğumu görmüsən?"dedi düz gözlərinin içinə baxaraq. Ağa buna inanmalı idi. Çünki indiyinə qədər Rüzgarın həyatında qoruduğu bir qadın olmamışdı. Həqiqtən Rüzgar Baharı niyə qoruyurdu? Ağa gözün iki üç dəfə yumub açıb Bahar tərəfə yaxınlaşıb "Düz deyir? Sevgilisiz?"dedi. Bahar Rüzgarın sözlərini xatırlayıb "Sevgiliyik!"dedi rahat bir tərzdə. Ağa Rüzgara dönüb 'gedin' işarətini göstərdi. Rüzgar Samirə öldürücü baxışların atıb Baharla birlikdə ordan çıxdılar. Bahar dilini udmuşdu sanki hec nə deyə bilmirdi. Maşına mindikdə yol boyu Bahar titrəyirdi. Rüzgar bunun fərqində olduğu üçün "Sənə tək çıxma demişdim... Amma olan oldu. Bundan sonra yanında olacam.."deyib yola baxdı. Bahar "Mənim ehtiyyacım yoxdu sənə! Birdə qarşıma çıxma başqa hec nə istəmirəm!"dedi. Bahar işin nə qədər ciddi olduğunu hələdə anlamış deyildi deyəsən. Rüzgar isə olduqca əsəbləşmişdi. Öz canını təhlükəyə atıb Baharı qorumuşdu. "Deyəsən sən işin nə dərəcədə, ciddi olduğunu hələdı anlamış deyilsən! Sevgili kimi görsənməyə məcburuq cox yox sadecə 1-2 ay yanında olacam. Çünki Ağa bizi izlətdirəcək! Və səninlə bir əlaqəm olmadığını bilsə bu dəfə səni, nəyinki mən, hec kim xilas edə bilməz!" Bahar Rüzgara baxaraq "Mənim dünyam ilə sənin dünyan bir deyil! Mən insanları zəhərləyib onları ölümə tərk edən birinin yanında dura bilmərəm!" Baharda özünə görə haqqlı idi. Nəticədə Rüzgar unidə tanınmış biri idi. Rüzgar isə maşını saxlayıb əlini rola qoyaraq "Mən insanlara hec nə satmıram! Mənim istifadə etdiyim sadecə 'həb'di! Birdə mənə nəsə dememisdən əvvəl 2 dəfə düşün!" Rüzgar tam olaraq narkotik qəbul etmirdi. 3 il idi həb atırdı. Həbin bağımlısı olduğundan gözü başqa bir şeylər görməzdi. Amma Rüzgarında təmiz biri olmadığı ortada idi. "Bəs elə deyilsənsə O insanlarla əlaqən nədi?"dedi Bahar meydan oxurmuşcasına. Rüzgar dərin bir 'ah' çəkib "Bu sənin anlaya biləcəyin bir mövzu deyil!" bunu deyərkən başına bir ağrı girdi. Həb'in vaxtı olduğundan başına ağrılar girmişdi artıq. Bahar Rüzgarın əli ilə başını tutduğunu görüb "Yaxşısan..?"dedi. Rüzgar əli ilə gözlərini sıxıb "Sadecə baş ağrısıdı keçər birazdan. Səni evə aparım?" Rüzgar tez bir zamanda Baharın yanından getməsini istəyirdi. Çünki onun yanında o həb'i ata biləməzdi.
"Evə apar .."dedi sadecə Bahar. Rüzgar isə evin yoluna sürməyə başladı. Nörmərni necə tapmışdısa, ev ünvanında öyənmişdi. Bununla qalmayıb Baharın bütün həyatını öyrənmişdi. Baharı evə qoyduqdan sonra öz evinə sürmüşdü. Həb'i əlinə alıb atmaq istəyəndə özün saxlayıb gözünün önünə Baharı gətirdi. Atmaq istəmsədə atmağa məcbur idi. Çünki bədəni onu Rüzgardan tələb edirdi. Həb'i atdıqdan sonra Rüzgarın baş ağrıları kəsmişdi. Birinci dəfə idiki həb'i atdığından sonra peşmançılıq hissi çəkirdi. Amma başqa yolu yox idi Rüzgarın yolu bəlli idi. Rüzgar uzanıb yuxuya getməyə çalışdı. Bahar isə öz yatağında uzanıb bu günki vəziyyətini göz önündən keçirtdi. Rüzgara inanmalı idi? Rüzgarın onu yarı yolda qoymayacağı nə məlum idi?
Bahar yatacağından qalxıb oturaq bir vəziyyət olaraq internetə girib Rüzgar haqqında məlumatlara baxmağa başladı. Əldə olan isə 0 sıfır idi. Sosial şəbəkələri olduqca təmiz cool olan sehifələrdən idi. "Kimsən axı sən? Qarışıq maddə.. yox bir daha nələr.."deyib oflamağa başladı. Telefonuna bu ara zəng gəldi. Zəng Səlimdən idi.

Uniyə niyə gəlməmisən?
- özümü yaxşı hiss etmirdim onun üçün
Bəs niyə hec nə dememisən mənə və ya Nazlıya?
- sizi narahat etmək istəmədim
Dərsdən sonra baş çəkməyə gələcik.
- Gəlin

Telefon danışdığından sonra, Bahar dayana bilməyib Rüzgara mesaj yazdı

Bahar: başının ağrısı keçdi?

Bölümün Sonu..
Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri