Bir gecəlik günah: Əmanət (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 3 868
Səs ver:
(səs: 0)
Bahar Səlim ilə həmişə görüşdükləri kafedə idilər. Səlimin sərt üz ifadəsindən işlərin hecdə yaxşı olmadığı bəlli idi. Baharın isə səbri tükənmişdi ...

Səlim: Rüzgar ilə sən nə məsələdi?
Bahar: necə yəni nə məsələdi? Səlim həyat mənim həyatımdı.. Həyatımda kimin olub olmadığı səni maraqlandırmalı deyil..
Səlim: bu cəsarətinin sahibi Rüzgardı həə?! Onunla görüşəndən bəri olduqca dəyişmisən! Biz dostuq dost necə qarışmayım necə maraqlı olmasın?
Bahar: səni qırmaq istəmədim o sözüm ilə.. Amma səndə Rüzgar haqqında elə danışırsanki, sanki yad planetlidi. Rüzgarı tanımırsan ..
Səlim: Tanımıram? Narkotiklə əlaqəsi olan bir insanın yanındasan! Sabah sənədə zərər verəcək O! Bahar uzaqlaş ondan
Bahar: Hec nə bilmirsən sən! Hec nədəndə xəbərin yoxdu! Rüzgar göründüyü kimi biri deyil.. Ondan mənə zərər gəlməz. Mənə görə narahat olduğunu başa düşürəm. Amma Rüzgarın yanında mənə hec vaxt zərər gəlməz
Səlim: Sevirsən onu?
Bahar: nə sevmək! Elə bir sey yoxdu sadecə ona kömək edirəm.. Xahiş edirəm Rüzgara qarşı bu qədər ön yarğılı olma..

Bahar Səlimlə olan uzun söhbətindən sonra evə gəlmişdi. Səlimin dedikləri ağlını qarışdırmışdı. Amma hər köməyə ehtiyyacı olanda Rüzgarın ona kömək etdiyini ağlına gətirib, Səlimin fikirlərindən uzaqlaşmışdı. Nəticədə, o gün kafedə Ağa denən adamın sözlərini ona Rüzgar qulaq asdırmamışdı. Əksinə Bahara "sevgilimdi"deyib onu xilas eləmişdi. Bu hallar daima təkrar edilmişdi. Rüzgar o həb'lərdən imtina edirdi həmdə. İndi arxasın Rüzgara dönə bilməzdi. Ağılı dönmək istəsə belə, ürəyi bu saatdan sonra Rüzgardan dönməzdi. Güzgü qarşısına kecib sacların daradıqda Rüzgardan mesaj gəldiyini görüb whatsappa girdi

Rüzgar: Səlim nə deyirdi?
Bahar: hec dostca bir söhbet idi. Sən yaxşısan?
Rüzgar: Düzünü de... Məndən uzaq durmağını dedi hə?
Bahar: Rüzgar ətrafımdakı insanların nə dediyi mənim üçün önəmli deyil. Mənim ürəyim, ruhum səninlə olmaq istədikdən sonra...
Rüzgar: Allah bəlamı versin mənim! Səni həyatıma salmalı deyildim. Səlim nə deyibsə düz deyib. Mən ziyandan başqa bir sey deyiləm...
Bahar: Rüzgar sən məni həyatına salmadın. Mən sənin həyatına icazə almadan girdim. Bizim aramızda başqa bir münasibet yoxdu, mən sənə sadecə kömək edib yaxşı olmağını istəyirəm..

Rüzgar Baharın son yazdığını oxuyub telefonu yatacağın üstünə atdı. Özüdə yatacağın bir küncünə oturub əli ilə başını sıxmağa başladı. Dizləri isə sözünə baxmayıb titrəyirdi. Yox olmaq istəyirdi indi. Bu gün ikinci tutmanı qaldıra bilməzdi. Onun üçün güclədə olsa ayağa qalxıb divarında aslı olan orta boylu çərcivəyə yaxınlaşıb onu qaldırıb altındakı olduqca balaca olan həb qutusunu aldı. Divara söykənib əlinə tökdüyü balaca mavi rəngli həb'ə baxıb "Mən .. Mən ziyanam.. Mən zərərəm ona.." deyib mavi həb'i dodaqlarının arasına aldı. Daha sonra istəmədəndə olsa Baharı gözünün önünə gətirdi. O ana dodaqlarındakı həb'i yerə atıb dizlərini özünə tərəf çəkib ağlamağa başladı. Olduqca aciz, olduqca zəif görsənirdi.. Bu günün bitməsi üçün sadecə yatmalı idi. Bu gün bitsədə sabah daha bərbad olacağını bilirdi.. Bununla tək mübarizə aparmaq, onun üçün böyük bir əzab idi. Bahar hər zaman onun yanında ola bilməzdi. Gözlərinin yaşını silib "Dayanacam.. dayanacam..."deyib ayağa qalxdı. Bu gecəni beləcə başa vurmuşdu. Bu gecələrdən hələ daha çox olacaqdı. Qarşıda onu olduqca çətin günlər gözləyirdi..

Bölümün Sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri