Bir gecəlik günah: Əmanət (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 297
Səs ver:
(səs: 0)
Bahar divanda əyləşib Sənanı dinləməyə başladı. Sənan Bahar ilə olduqca sakit tərzdə danışmağa çalışırdı "Qızım Səlimin dedikləri düzdü? Gecə vaxtı O oğlanın evində nə gəzirsən?" Bahar isə bu sakit suallara aqrissiv cavab verməyə başladı "Səlim sadecə gördüyünü danışıb! Nə olub olmadığından xəbəri yoxdu. Mən sənin qızınam ata sənin! Mən sehv hec nə eləmərəm. Nə də Rüzgar elə biri deyil.. Onu bir tanısan, çox sevəcəyinə əminəm.. Dünəni isə yanlış anlamışam.. Məndən uzaq durmaq üçün elə edibimiş.." Sənan bu eşitdiklərindən sonra "Sevgi gözünü kor edib sənin.. Səlim O oğlanın bu gün titrədiyini dedi. Sən necə baş edəcəksən hə? Yəni mənim qızım dünyada bu qədər adam qala-qala gedib bir norkamanı sevdi? Bağışla qızım, amma mən belə bir şeyə icazə verəcək qədər ideal bir ata deyiləm!" Bahar ayağa qalxıb Səlimə dönüb "Nə demisən hə atama? Mənim yaxşılığımı düşünmək sənə qalıb?! Çıx get!" özündən çıxmışdı artıq Bahar. Bu qədəridə Rüzgar üçün çox idi. Onun belə olmağında hec bir günahı yox idi. Səlim Baharın bu dediklərindən sonra ayağa qalxıb evdən çıxdı. Bahar atasının əlindən tutub "Ata o narkaman deyil.. Onun atdığı sadecə baş alladıcı həb'di.. Onuda öz istəyi ilə atamayıb.. İndidə mənə görə artıq istifadə edmir.. Mənim tandığım atam bizi yarı yolda qoymaz.. Ona bir şans ver ata.."deyib ağlayan gözlərini sildi.. Sənan qızını qucaqlayıb "Yaxşı.. Amma səni incidib, üzsə bu iş bitəcək... Sabah axşam yemeyinə çağır" Bahar sevincindən atasını öpüşlərə qərq edib "Çox sağol ata.. Çox sağ ol"dedi. Ayağa qalxıb getmək istəyərəkən, yadına Rüzgarın axşamlar tutmasının tutduğunu gətirdi. Əgər elə bir şey olsaydı, bu hec də xoş bir görüş olmayacaqdı.. Geri qayıdıb "Ata olar səhər gəlsin? Univeristetə bir gederik" Sənan əvvəl razı olmasada, hec nə başa düşməyib razılaşdı... Bahar yuxarı çıxıb Rüzgara zəng etdi

Rüzgar bir bilsən nə oldu?
- Nə oldu gözümün iki çiçəyi
Sabah səhər bizə yeməyə gəlirsən
- Nəə? Mənn? Bəs atan?
Sakit ol, atamla danışdıq sənin haqqında oda səni tanımaq istədi
- Bahar.. Mənim haqqımda hər seyi bilir?
Bilir.. Sən pis biri deyilsən Rüzgar. Əminəmki ikinizdə bir birinizi çox sevəcəysiz
- Nə alım gələndə şokalad gül falan?
Məni istəməyə gəlmirsən)) sadecə səhər yemeyinə gəlirsən. Amma könlün istəyirsə al
-Yaxşı.. Səni sevirəm Bahar
Məndə Səni

Səhər açılmışdı. Bahar səhərdən durub atasına kömək etməyə çalışırdı. Amma köməkdən çox ziyan vururdu sanki. Yumurtanın qabığı içində qalmış, pomidorun suyu boşqaba çıxmış, çayı dəmdə qoyub qaynatmışdı. Sonda Sənan məcbur olub qızını mətbəxdən qovmuşdu. Süfrə tam hazır olduqda Bahar atasına sarılmışdı. Və o an qapı döyülmüşdü. Bahar cəld qapıya tərəf gedib qapını açdı. Qarşısında qarışıq gül buketi ilə dayanmış Rüzgarı görüb gülmsündü. Gülləri alıb Rüzgarı içəri dəvət etdi. Rüzgar çəkingən bir halda içəri daxil oldu.Bahar atasına dönüb "Bu Rüzgardı.. Rüzgar buda atamdı" deyib Rüzgara döndü. Rüzgar hörmət əlaməti olaraq Sənana əlin uzatdı. Sənan Rüzgarı süzüb gülümsünüb əlin sıxdı. Daha sonra bərabər masa arxasına əyləşdilər. Sənan baxışları Rüzgarda idi. Rüzgar ilə Baharsa bir birinə baxıb gülümsünürdülər. "Demək qızımın qəlbin oğurluyan sən imişsən" Rüzgar əlindəki çayı yerə qoyub "Mənimdə qəlbimi o oğurlayıb"deyə gülümsəyərək qarşılıq verdi. Sənan "Açıq danışmaq lazımdısa başda Bahara qarşı çıxdım.. Çünki tək bir qızım var. Onu kiminsə incitməyinə və üzməyinə dayana bilmərəm.. Əgərki qızım sənə görə göz yaşı axıtsa bilki bu iş burda bitər.. Bəlkədə nə dediyimi anlaya bilmərsən. Çünki ata deyilsən.. Ata olsan qızını hər seydən qorumağa çalışarsan.." Sənanın sözləri bitdikdən sonra Rüzgarda öz düşüncələrini nəzakətli bir şəkildə deməyə başladı "Başa düşürəm sizi.. Acıq danışmağınızı sevdim.. Bahar azdan çoxdan bəhs edib məndən sizə.. qızınız məni qaranlıqdan çıxardıb aydınlığa gətirdi. Mən ona qarşı yanlış bir hərəkət etmərəm.. Bizim münasibətmizə icazə verdiyiniz üçün təşəkkür edirəm sizə" Bahar bu xoş danışıqlara sevinmişdi. Hər sey ürəyicə gedirdi."Sizi, bəyi falan qırağa qoyub sənlə əmi ilə danışsan? Səmimiyyət olsun aramızda"Rüzgar razlıq əlaməti kimi gözlərin acıb yumdu.Xoş söhbətlərdən sonra Bahar ilə Rüzgar evdən çıxdılar. Bahar "Maşınla getməsək?"deyə təklif etdi Rüzgara. Rüzgar əllərindən tutub "Olar"deyib getməyə başladılar. "Atam səni sevdi deyəsən.." Rüzgar gözlərini qısıb "Atan, düşündüyümdəndə çox anlayışlı bir insan imiş. Çox şanlısan məncə" deyib Baharın saclarına öpücük qondurdu.

Bölümün Sonu..

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri