Bir gecəlik günah: Əmanət (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 717
Səs ver:
(səs: 0)
Sənan "Çıx get evimdən Ramiz!"deyib qapını işarət etdi. Ramiz üzündən gülüşün silməyib ayağa qalxdı. Sənan qapını açıb Ramizi yola saldı. Qapını örtüb dönərkən, piləkanda oturmuş Baharı gördü. "Qızım.."deyib yanına yaxınlaşdı.. Bahar isə ağlamağa davam edirdi atasın görəcək "Bizi niyə sevməmisən?"dedi. Dediyi söz o qədər incik çıxmışdıki, illərin xoşbextliyini mehv etmişdi. Sənan qızını qucaqlamağa çalışsada, Bahad atasını itəliyib ayağa qalxmışdı "Məndə deyirdim mənim atamdan yerdə göydə birdenedi. Düz imis ele birdənə imis, amma öz qızın isteməyəcək qədər birdənə!!!" Sənan isə deməyə söz tapmırdiki sanki, dodaqları kilitlənmiş acılmırdı.. Qorxduğu başına gəlmişdi.. Bahar öz otağına çıxıb çantasın götürüb yenidən aşağı düşdü. Sənan ardıyca gedib "Qızım.. Başa salacam səni.. Məni atıb getmə qızım.."dedi dolan gözləri ilə. "Burax məni! Mən qala bilmərəm burda! Sənə qarşı olan bütün inanmımı güvənimi bu gün alt-üst etdin! Bəlkədə səndən eşitsəydim canım bu qədər yanmazdı! Amma mən bu gün bu sözləri Ramizdən eşitdim!" deyib qapını möhkəmdən vurub evdən çıxdı. Bu vaxtı gedəcəyi tək ünvan Rüzgar idi.. Göz yaşlarını sildikcə, gözündən yaşlar istəməzcə axırdı.. Qarşı tərfədəki bir taksiyə minib Rüzgarın evinin ünvanını verdi. Daha sonra başını pencereye qoyub yolu seyr etməyə başladı.. Bu gün prenses qızın, nağılları bitmişdi.. Taksidən enib Rüzgarın qapısını döydü. Az sonra Rüzgar qapını açdı. Qarşısında Baharı o vəziyyətdə görüb həycanlanmağa başladı. Bahar hec nə demədən içəri daxil oldu. "Bu nə haldı? Yaxşısan sən?" Bahar sanki bu cümləni gözləyirmiş kimi "Hec yaxşı deyiləm" deyib Rüzgara sarıldı. Rüzgarın isə içinə artıq qorxu düşmüşdü Bahar niyə bu vəziyyətdə idi deyə.. Baharı divanda əyləşdirib, onun üçün su gətirdi. Suyu özü icizdirib daha sonra göz yaşlarını əli ilə silməyı başladı.

Bahar kövrək səsi ilə "İstəmirmiş məni.. Aldırmaq istəyibmiş.. Sevmirmiş bizi..."dedi. Rüzgar isə hec nə anlammışdı "Kim Bahar..?" Bahar ifadəsiz şəkildə Rüzgara baxıb "Atam.." Rüzgar bu cavabı gözləmirdi.. Baharın birinci dəfə idiki bu vəziyyətdə görürdü. "Bu gün Ramiz əmi danışanda eşitdim.. Tam olaraq hec nə bilmirəm amma, bizi istəməyi açıq aşkar bəlli oldu mənim üçün. Yoxsa mənə niyə bu qədər bağlı biri olsunki? Məni niyə bu qədər çox sevsinki? Sırf vicdanı rahat olsun deyə.." deyərkən Rüzgar daha çox dayana bilməyib Baharı qucaqlayıb "Sakit ol gözəlim.. Əminəmki bir açıqlaması var... Əvvələr səni istəməsi, indi səni sevməməsi mənasına gəlməz.. Necəki sən evvələr məni sevmirdin..." Bahar Rüzgardan ayrılıb "Bu eyni şey deyil.. Atam mənim qəhramanım idi... Qəhramanlar qızların xilas edər.. onları ağlatmaz.." Rüzgar Baharın iki əlindən tutub "Baharım.. bizim yaşadığımız həyat nağıl deyil.. Məncə sən indi əsəbi olduğun üçün belə danışırsan, istəyirsən yat sabah sakit başla danışarıq hə?" Bahar Rüzgarın dediyi ilə razılaşıb bərabər yuxarı çıxdılar. Bahar əyindəki paltarlar ilə yata bilməyəcəyindən Rüzgar öz futbolka köynəklərindən birini Bahara verdi. Baharın boyu balaca olduğundan ona uzun qalacaqdı. Geyinməsi üçün Rüzgar otaqdan çıxdı.

Qapını döyüb içəri girdikdə isə Baharı yatacağın yanında gördü. Düşündüyü kimi futbolka köynəyi Bahara uzun qalmışdı amma yenədə o qədər uzun deyildi. Əynində qısa görsənirdi. Rüzgar Baharı elə görəcək əlləri ilə gözlərini tutub arxasın Bahara dönüb "Tez yorğanın altına gir"dedi. Rüzgar utanmışdı? Ya bizə elə gəldi? Bahar Rüzgarın bu dediyinə azca təbəssüm edib yatacaqda oturub yorğanı üstünə çəkdi. Daha sonra Rügar üzün dönüb Baharın yanına oturub "İnsaf bir az demirsən, bu Rüzgar qulunun bir ürəyi var. Məni elə görüb ürəyi gedər?" deyib Baharı qıdıqlamağa çalışdı. Bahar isə Rüzgarın əllərini tutmağa çalışıb "Yaa sən utandınmı?" Rüzgar gözlərini qısıb "Mənə tərsdi belə işlər Baharcım.. Evlənmədən olmaz. Ama yenədə sənin ürəyin istəyirsə"dedi göz vurub qəh-qəhə çəkməyə başlayaraq. Niyyəti Baharı düşüncələrindən uzaq tutmaq idi. Ona görə Baharla belə zarafalar etməyə çalışırdı. Bahar Rüzgarın qoluna çimdik atıb "Deyəsən bu gün tvlərə çıxmaq istəyirsənki Bahar adlı bir qız Rüzgar adlı bir gənci öldürdü" Rüzgar çimdik atılan qolun tutub "Əlində yaman ağırmış Bahar xanım... Bu vaxta qədər dodaqlarından öpdüyümü görmüsən?"dedi amma bu dəfə ciddi sual vermişdi. Bahar gözlərin aşağı yuxarı edib "Yox.."deyib Rüzgara döndü. Rüzgar gülümsünb "Çünki mənim sənə qarşı olan sevgim həvəs deyil.. Nədə elə bir sey edib mənə qarşı olan güvənini qırmaram.." bura qədər ciddi deyib daha sonra zarfatına başlayıb "Amma görürəmki sən mənimlə ciddi düşünmürsən Bahar. Namusumu pozmağa çalışırsan" Bahar bu sözdən sonra dayana bilməyib gülmüşdü. Rüzgar Baharı güldürmək üçün bu vəziyyətlərə belə düşmüşdü. Son olaraq burununa kicik bir öpücük qondurub "Yataq artıq gecdi.."dedi. Bahar gözlərini açıb yumub "Yaxşı.. Özümü rahat hiss etdim indi.. Mənim sənə ehtiyyacım varmış.." deyib Rüzgarın sol yanağına öpüş qondurub "Amma mənə sarılıb yatmağını istəyirəm.."dedi. Rüzgar yaxşı anlamında ayağa qalxı. Və bərabər yatağa girib, Bahar Rüzgara sarıldı. Rüzgar isə saçlarını oxşmağa başladı. Başlarda, iki fərqli dünyanın insanları, indi bir birlərinin yaralarına məlhəm olmuşdular. Rüzgar deyə yazılar 'eşq' deyə oxunar❤

Bölümün Sonu..

Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri