Bir gecəlik günah: Əmanət (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 819
Səs ver:
(səs: 0)
Sabah açıldıqda Rüzgar Bahardan əvvəl yuxudan ayılıb onun uşaq kimi yatışını izləyirdi. Üzünə heyranlıqla baxıb daha sonra alınına yavaşca bir öpücük qondurub yatacaqdan ayağa qalxdı. Mətbəxə keçib Bahar üçün səhər yemeyi hazırladı. Her sey tam idi amma süd yox idi. Rüzgar süd almaq üçün evdən çıxıb marketə getdi. Üzündən təbəssüm hec silinmirdi. Bahar isə ayağa qalxıb öz geyimini geyinib aşağı düşmüdü dəfələrlə "Rüzgar.. Rüzgar.."deyə səslənsədə səsinə cavab verən biri olmamışdı. Ləziz görünən süfrəyə baxıb "Rüzgar hardasan..?"dedi öz özünə. Qapının səsin eşidəndə Rüzgarın gəldiyini gördü. "Hardaydın?" Rüzgar əlindəki südü göstərib Baharın yanağına bir öpücük qondurdu."Ayalla mənim sevgilim mənə görə səhər - səhər durub marketə gedib?" Rüzgar Bahara gülümsünüb "Aha... Sənin üçün hər sey edərəm mən. Amma çox acam indi, nesə yeməsəm ölə bilərəm" deyib sütü acıb masanın üzərinə qoydu. Daha sonra əyləşib yemek yemeye başladılar. Süfrəni yığışdıra-yığışdıra "Atanla danışacaqsan bu gün?"dedi. Bahar əlindəkiləri yerə qoyub "Evində istəmirsənsə məni deyə bilərsən.."deyə Rüzgara qarşılıq verdi. "Nə? Necə belə bir şey fikirləşə bilərsən? Səninlə birgə yuxuya getməkdən, sənə səhər süfərəsi hazırlamaqdan, marketə gedib sənə süt almaqdan daha nə yaxşı ola bilər mənim həyatımda? Mən sadecə sənin üçün deyirəm.. Problemlerdən qacmaq əvəzinə,problemərini həll etməlisən.. Əminəmki atanın məntiqli bir açıqlaması olacaq"

Bahar bu eşitdiklərindən sonra Rüzgara qarşı haqqsızlıq etdiyini anlayıb "Bağışla.. Məənn mən hec nə bilmirəm Rüzgar.." Rüzgar Bahara yaxınlaşıb onu qucaqlayıb "Şşş..Kecəcək ..."dedi. Problemlər nə olursa olsun, onlardan qacmaq əvəzinə onları həll etməlisiz.. Çünki, qaçdıqca problemlərdə çoxalmağa başlayır.. Rüzgar Baharla birlikdə uniyə getdilər. Dərs çıxışı Bahar atası ilə görüşəcəkdi Rüzgar isə əmisi ilə.. Artıq bəzi şeylərin həll olunmamasının zamanı idi. Uni bitdikdə hər ikisidə bir biri ilə görüşüb yollarını ayırdı. Bahar evə girər girməz Sənan qızını möhkəmcə qucaqladı. Baharsa bu qucaqlmaya hec bir reaksiya vermirdi... "Qızım qayıtdın..."gülümsündü.. Bahar Sənandan ayırılıb "Paltarlarımı götürməyə gəldim ... Mən Rüzgarın yanında qalacam daha" Sənan Baharın bu dediklərindən sonra gülüşün üzündən silib "Qızım.. getmə demeyəcəm amma mənə bir qulaq as.. Səndə mənə şans tanı və məni dinlə.." Bahar atasına razılıq verib divanda əyləşdi.. Sənan səsini təmizləyib "Sənin olduğunu öyrənəndə 22 yaşım vardı.. Çılğın bir gənc idim.. Ananla evlənməmişdik.. Qorxdum.. Sənədə ananada sahib çıxa bilməkdən qorxdum. 1ay sonra toyumuz oldu.. İstəmirdim .. Anana dəfələrlə bunu demişdim.. Amma sənin qız olduğunu öyrənənə qədər... İçimdə ondan sonra qəribə hisslər baş verdi.. Özümü olduqca başqa cür hiss etdim.. Mənim üçün əvəz olunmaz bir duyğu oldu, qız atası olmaq.. Amma gec qalmışdım.. Mübarizə apardım sənin üçün .. Faydası olmadı.. Sən doğulandan 1 ay sonra anan sənidə götürüb getdi.. Çox axtardım tapa bilmədim.. Hər günümü özümə zülüm etdim.. Mən sizi çox sevdim qızım.."deyib dolan gözlərini sildi. Bahar isə ağlamamaq üçün dodaqlarını bir birinə bastırdı. Atasına sarılmaq istəsədə onu nəsə saxlayırdı. Ayağa qalxıb getmək istəyərkən, Sənanın "Səndə məni tərk edib getmə.." sözü ilə ayaq saxladı. Bahar atasını yarı yolda qoya bilməzdi. Ona nə qədər qırğın, incik olsa belə O atasına buraxıb gedə bilməzdi. "Ata.. mən sənə küs qala bilmərəm" deyib Sənanı möhkəmcə qucaqladı.
Rüzgar isə əmisinin evinin önündə idi. Ona nə qədər çətin olsada, O bu gün Rafiq əmisi ilə danışıb bütün məsələrin həll etməli idi. Həyat məncə insana bir şans tanımalıdır. Bu görüş ya hər şeyi düzəldəcəkdi. Yada hər seyi daha çıxmaza salacaqdı...

Bölümün Sonu..

Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri