Bir gecəlik günah: Əmanət (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 834
Səs ver:
(səs: 1)
Rafiq Xəlilzade qıraqdan təmiz görsənən bir iş adamıdır. Amma içi isə olduqca qaranlıqdır.. Rüzgarın az çox xatırladığına görə Rafiqin bir oğlu var idi. Rüzgarın 8 yaşı olduqda oğlunun 4 yaşı vardı. Amma onu 4 yaşından sonra görə bilməmişdi. Rafiqin yoldaşı Rafiqin qaranlıq işlər ilə məşğul olduğunu biləndən sonra, bəlli bir miqdarda evdən pul götürüb oğlu ilə qaçmışdı. Və bir daha ondan xəbər çıxmamışdı. Evə girdikdə əmisi iş otağında idi. Qapını döyüb içəri keçdi. Rafiq Rüzgarı görəcək "Rüzgar, səni hansı rüzgar atdı bura" deyib qəh qəhə çəkməyə başladı. Rüzgar isə üzü ifadəsiz idi. Əmisi həmişə onunla yersiz zaraftlar edib, onu özündən çıxartmaq istəyirdi. Rüzgar sağ oturacaqda əyləşib "Əmi... Mən artıq bu işlərdə olmaq istəmirəm... Özümə yeni bir sehifə acmaq istəyirəm.." Rafiq əlində oynatdığı qələmi 2 yerə böldü. Rüzgar isə qərarından dönməyəcəkdi. "Bir şərtlə.."dedi sadecə Rafiq.. Rüzgara bu şərt maraqlı idi. "Nə..?" Rafiq ayağa qalxıb əlini Rüzgarın çiyninə atıb "Sənin haqqında xəbərlər qulağıma çatıb.. Balaca bir qızcığaza görə həyatını dəyişmək istəyirsən.. Şans verəcəm sənə amma səndə mənim oğlumu tapacaqsan.." Nə oğlunu tapmaq? Özünün bu qədər imkanları varkən niyə onu məhz Rüzgar tapmalı idi? Rüzgar əmisinə dönüb "Niyə mən? Bu qədər adamların varkən?" Rafiq Rüzgarın qarşındaki oturacağa əyləşib "Mənim həyatımı adamlarım bilməli deyil.. Ya bu məlumat qıraq bir adamlara çatsa? Əgər oğlumu tapsan, bundan sonra səninlə o cür işlərdə əlaqəmiz olmayacaq.. Secim sənindir"
Rüzgar dərin bir 'ah' çəkib "Razıyam amma mənimdə bir şərtim var. Ağa denən o əclafa tapşırki Bahardan uzaq dursun!" Rafiq gözlərin açıb yumub razılıq əlaməti bildirdi. Rüzgar isə əmisinin yanından çıxıb onu necə tapacaqdı deyə fikiləşirdi. Əlində hec nə yox idi... Amma son çıxış yolu bu idi. Maşına minib Bahara zəng etdi. Bahar ilk çağrışda zəngi açdı

Rüzgar necə oldu?
- yaxşı kimi bir sey oldu.. Bir müddətliyinə bizdən uzaq duracaqlar
Necə?
- telefon danışığı deyil Bahar.. Sadecə səsini eşitmək istədim.. Səsin məni rahatlaşdırır.. Sən neynedin danışdın atanla?
Həə danışdım ... Barışdıq.. Mən atama haqqsızlıq etdim..
- Sevindim buna.. Axşam səni alım evdən?
Olar darıxmışam çünki
- Qurban sənə məndə darıxmışam ..
Hər sey çox gözəl olacaq..Sən yanımda olduqdan sonra buna inanıram Bahar
Məndə inanıram Rüzgar

Telefon danışığından sonra Bahar qapının səsini eşidib aşağı düşdü. Qapını açdıqda qarşısında durmuş Səlimi gördü. Onunla aralarında sərin küləklər əsirdi. Səlimi içəri dəvət edib qarşılılıqlı oturdular. İkisidə bir birinə sual dolu gözləri ilə baxırdı. Amma her ikisidə səssizlikdən yana idilər."Niyə gəldin..?"deyə deyib Bahar səssizliyi pozdu.. Səlim incimiş kimi gülümsünüb "Hansı ara bu qədər uzaq olduq bir birimizə.. Rüzgar həyatımıza daxil olandan sonra sən başqa bir qız oldun.." Bahar Səlimin sözünü yarıda kəsib "Səlim.. Sən mənim yanımda olmalı idin.. Mənə dəstək çıxmalı idin.. Amma sən bunları etmək əvəzinə mənimlə zidd oldun.. Biz niyə belə olduq axı?"Səlim gözlərini Baharın gözlərinə dikib "Bəzən elə bilirəmki ələ salırsan məni.. Amma daha sonra necə saf bir qız olduğunu düşünüb bur fikilərimdən uzaq dururam. Bahar başa düşmürsənki mən səni sevirəm..." Bahar bu eşidikləri qarşısında "Nəə..?"deyə bildi sadecə.
"Hə Bahar həə .. Mən uzun müddətdirki dost adı altında səni sevirəm.. Rüzgar həyatımıza daxil olmasaydı, mən bunu sənə acıqlayacaqdım.. Rüzgarı sevməməyimin səbəbi budu.. İkimizdə eyni qızı sevirik.. Amma mən sənin uşaqlığını bilirəm Bahar..Çay əvəzinə süd içdiyini, kitab oxumağı sevsən belə daha çox riyaziyyata meyl etdiyini... Riyyaziyat müəlliməsi olmaq istəsəndə, anan kitabxanaçalığı oxmuşdu deyə səndə o ixtisasa verdiyini.. Məni Nazlıdan daha çox sevdiyini.. Pişikləri hec sevmədiyini amma mərhəmət hissin güclü olduğu üçün pişiklərə yemək verdiyini mən bilirəm.. Rüzgara qarşı hiss etdiklərini sevgi zənn edirsən sən.. Amma mənim tanıdığım Bahar Rüzgarı sevmir.. Mənim tanıdığım Bahar sadecə köməyə ehtiyyacı olan insana kömək edir və mərhəmət hissin sevgi görür.." Bahar bu eşitdiklərindən sonra içində hec xoş olmayan bur duyğular keçirtdi.. Səlimin etirafıları Baharı nələri isə düşünməyə vadar etdi.. Balaca qızcığamız tam bir bermud ücbucaginin içinə düşmüşdü.

Bölümün Sonu...

Müəllif:İ.Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri