Bir gecəlik günah: Əmanət (21-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 516
Səs ver:
(səs: 0)
Səlim daha sonra Baharın əlindən tutub öz ürəyinin üstünə gətirib "Özümü bildim biləli bu ürək sənin üçün döyünür.. Rüzgarın səni əlimdən almasına daha çox səssiz qala bilməzdim.. Dostluğumuzun xətirinə bir daha düşün .." deyib ayağa qalxdı. Bahar isə hec nə deyə bilmirdi.. Hər şey onun üçün bir andaca baş vermişdi. Səlimin gedişin izləyib "Bu nəyin nəsi idi? Biri bitmədən, biri başlayır.. Mənim nə vaxt həyatım bu qədər aksiyon dolu oldu.. "dedi. Baharın sakit həyatı, Rüzgarın onun həyatına daxil olması ilə çox dəyişmişdi. Bu dəyişiklik Baharı narahat edəcəkdi..? Səlimin dedikləri onu düşündürməyə başlamışdı artıq.. Amma sevgisindən əmin olsaydı düşünməzdi məncə.. Axşam düşdükdə Bahar Rüzgar ilə birlikdə sahildə gəzirdilər. Baharın durğun olması Rüzgarın gözündən qaçmamışdı. "Bahar nəsə olub? Çox susqunsan bu gün"deyib Baharın əlindən tutdu. Baharın fikri olduqca qarışıq idi. Rüzgara bildirməməyə çalışaraq "Yox hər sey qaydasındadı.. Sən əminlə danışdın?"dedi. "Danışdım.. Şərt qoydu qarşıma.. Oğlunu tapmalıyam.."
Baharın bu məsələ haqqda hec nə bilmirdi "Oğlu? Bir şey başa düşmədim" deyib dodaqlarını büzdü. "Əmimin bir oğlu var idi. Yoldaşı qaranlıq işlər ilə məşğul olduğunu öyrənəndən sonra oğlunuda götürüb getdi. İndi 19-20 yaşı olar yəqin.. Onu tapmalıyam.." Bahar üçün indi hər sey aydın olmuşdu "Necə tapacaqsan? " Rüzgar isə necə tapacağı haqqında hec nə bilmirdi. "Bilmirəm.. Amma tapmalıyam.. tapacamda" deyib Baharın saclarına öpücük qondurdu. Axşam belə bitdikdə səhər açılmışdı artıq. Bahar düşüncəli bir şəkildə yerindən qalxmış aşağı düşmüşdü. Sənan səhər saatlarından evdə çıxmışdı. Bahar süd süzüb onu içməyə başladı "Mən nə edəcəm indi? Səlimlə necə rəftar edəcəm.. Rüzgarda bir şey deyə bilmərəm.." deyib dərin bir iç çəkdi.Əlindəki südü yerə qoyub telefonu əlinə alıb Rüzgara "Mən bu gün uniyə Nazlı ilə gedəcəm. Zənglərdə görüşərik" yazıb göndərdi. Rüzgardan qaçmaq istəyirdi sanki. Özünü haqqsız sayırdı Rüzgarın yanında. Səlimin onu sevdiyini ona deyə bilməmək onda günahkarlıq duyğusu yaratmışdı. Öz otağına gedib hazırlaşıb evdən çıxdı. Evin kənarında onu gözləyən Səlimə gözləri sataşdı. Bu gün Nazlıya hec bir söz verməmişdi Bahar görünən o idiki Səlimlə birgə uniyə gedəcəkdilər. "Məndən qacmadığın üçün çox sağol Bahar" Bahar narahat idi Səlimin yanında "Sən mənim dostumsan..Sona qədərdə elə qalacaq.." Səlim atdığı addımını saxlayıb Bahara döndü "Mən elə düşünmürəm.. Bütün gecəni mənim dediklərimi düşünmüsən və bir yerlərdə haqqlı olduğumu anlamısan.. Ona görə indi bu qədər tədirginsən. Elə olmasaydı indi yanında mən olmaq əvəzinə Rüzgar olardı.." Bahar Səlimim dediklərini həzm etməyə çalışarkən "Bahar.." adını eşidib arxasını döndü. Onu səsləyən Rüzgar idi. Rüzgar yavaş addımları ilə Bahar və Səlimin olduğu yerə gəldi. Rüzgar uşaqca gülümsünüb "Aranızda mənədə yer var? Birlikdə gedək?"deyə sual verdi. Səlimi bir az qısqansada bunu ikisinədə bildirmək niyyəti olmadığından özünü rahat aparırdı. Həmdə ağlında 'Nazlı ilə gedəcəkdi hansı ara Nazlı Səlim' oldu düşüncəsi ilə. Səlim əsəbləşsədə Bahar gülümsünməyə çalışıb "Olmamış olmaz.. gedək"dedi. Taleh hər 3 ündə birləşdirmişdi sanki. Bu birləşmənin sonu isə olduqca qaranlıq idi.

Bölümün sonu...

Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri