Bir gecəlik günah: Əmanət (23-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 765
Səs ver:
(səs: 0)
Rüzgar artıq özünə gəlməyə başlayıb yavaş-yavaş gözlərini açırdı. Sinəsindəki ağırlığı hiss edəndə bunun Bahar olduğunu anladı. Xəfifcə gülümsünüb saçlarını qoxlamağa başladı. Saclarındakı dodaqları hiss edən Bahar qəflətən gözlərini açıb Rüzgarın sinəsindən qalxdı. Rüzgar çox gücsüz düşdüyündən sürünərək, kürəyin yatacağa dirəyib oturdu. Rüzgarın gözü Baharın əlin görəndə "Mənə görə dəyməzdi"dedi. Özünü günahkar sayırdı. Bahar ona görə çox əzab çəkdiyini sanırdı. Bahar Rüzgara yaxınlaşıb "Dəyər Rüzgar... Sənin üçün dəyər... bağışla məni.." Rüzgar Baharın yaralı əlindən tutub diqqətlə əlinə baxmağa başladı "Kəsiklər çoxdu.. Xəstəxanaya get ola bilsin şüşə qırıntıları qala bilər.. " Rüzgar sanki Baharın bağışla sözünü eşitmir ona rekasiya vermirdi. Bahar Rüzgarın çənəsindən tutub ona baxmağına şəarit yaratdı "Rüzgar belə eləmə.. Mən sənə hər seyi danışacam.. Bax mən səndən uzaq durmaq istəmədim.. Mən səni sevirəm Rüzgar.. Amma Səlim... Səlimdə məni sevirmiş.. Bunu biləndən sonra..."deyib sözünün ardın gətirmədi. Rüzgar isə Baharın əlin aşağı salıb "Biləndən sonra nə..? Mənə olan duyğularını sorğuladın?" Bahar gözlərini aşağı dikib "Mənim beynim çox qarışdı.. Məən.. Mən sənsiz nəfəs ala bilmərəm.. Səni hər şeydən çox sevirəm.. Bağışla məni.."deyib gözündən axan yaşı sildi. Rüzgar bu mənzərəyə daha çox dayana bilməyib "Birdə məndən uzaq durma.. Hər şeyə dayana bilərəm amma sənin məndən uzaq durmağına dayana bilmərəm.. Sənsizlik məhv edər məni.. İndi isə sən xəstəxanaya getməlisən. Xahis edirəm məni burda qoyub xəstəxanaya get"
Bahar bir Rüzgara birdə yaralı əlinə baxıb Rüzgarın yanağına öpüş qondurub ayağa qalxdı. Əli hec yaxşı deyildi. Rüzgarın dediyi kimi şüşə qırıntıları qala bilərdi. Rüzgarın evindən çıxdıqdan sonra bir xəstəxanaya baş çəkdi əlinə lazım olan tibbi yardımı göstərildikdən sonra xəstəxandan çıxdı. Əlində olan sarğıya baxıb atasına nə açıqlama verəcəyini düşünürdü. Bu gün onun üçün ən bərbad günlərdən biri olmuşdu.. Öz səhv nəticəsində Rüzgarı itirə bilərdi.. Ya evə getməmiş olsaydı..? Ruh kimi bir az dolaşıb evə gəlmişdi. Yatacağına uzanıb Səlimə mesaj yazmağa başladı

Bahar: Səlim.. Bir müddətliyinə görüşməsək yaxşı olar
Səlim: Bahar məndən uzaq durma
Bahar: Səlim sən mənə dedinki sənin ki mərhəmət hissidi sevgi deyil. Amma yanılmısan məndəki sevgi hissidi. Amma sendə mənə qarşı sevgi hissi yoxdu. Sən mənə bağlanmısan. Bağlılığını sevgi sanırsan.. Dostluğumuzu ləkələməyək...
Səlim: mən hisslərimdən əminəm Bahar! Necə istəyirsən uzaq duracam səndən. Amma başın Rüzgara görə bəlaya girdikdə ilk mənim yanıma qaçacaqsan bunu unutma
Bahar: Səlim mən onsuzda Rüzgarla bata bildiyimiz qədər bəlanın içinə batmışıq. Geri dönüşümüzdə yoxdu. Dostluğumuzun xətirinə uzatma daha

Səhər açılmışdı dünən gecə Bahar Sənanın əlinə nə olub sualına 'güldan qırmışam' deyib söhbətdən yayınmışdı. Evdən çıxıb Rüzgarın gəlməsini gözləyirdi. Uzaqdan gəldiyini görüb gülümsənməyə başladı. Rüzgar Baharın yanına çatdıqda bir birilərinə sarılıb daha sonra əl ələ tutub getməyə başladılar. Rüzgarın hec nə olmamış kimi davranması Baharda bir az günahkarlıq hissi yaratmışdı. Rüzgar bunu anlayıb "Dünən qaldı dünəndə.. Səndən istəyim Səlimdən uzaq durmağındı.. Dost kimi hissləriniz olsaydı Səlimlə dostluq etməyinə hec nə deməzdim. Amma Səlimin sənə sevgi hissləri ola-ola buna göz yuma bilmərəm.."dedi. Bahar sanki bu sözləri eşitmək istərmişcəsinə "Məndə eynən sənin kimi düşünmüşdüm.. Sözsüzki elədə olacaq" Rüzgar məmnun olmuş bir üz ifadəsi yaradıb Baharın əllərindən öpdü. Uniyə gəlib çatdıqda qapı arxasında Yasəmən ilə rastlaşdılar. Yasəmənin Rüzgara olan baxışlarından Baharın hec xoşu gəlməmişdi. "Rüzgar dərs çıxışı kafeyə getməliyik Ağa lazım olan məlumatları bizə verəcək"dedi. Lazım olan məlumatlar nə idi? "Hansı məlumat başa düşmədim acıq danış" Rüzgarında hec nədən xəbəri yox idi. Yasəmən üzünə saxta gülüş qatıb "Rafiq bəyin oğlunu tapmaq üçün görəv həm sənə verilib həmdə mənə. İkimiz bir yerdə tapacıq. Ağada da bu haqqında məlumatlar var onu ondan alıb iş başına kecirik"deyib göz vurub yanlarından uzaqlaşdı.
Bahar dodaqlarını sallayıb Rüzgara baxıb "Mən O qızı hec sevmirəm.."dedi. Nə qədər bildirməməyə çalışsada Rüzgarda Yasəməni hec sevmirdi. Bir azda Bahar Yasəməni qısqanırdı. "Bahar mən çalışacamki işimi özüm tək həll edim sən narahat olma yaxşı?"deyib əli ilə iki üzündən tutub gülüdürməyə çalışdı. Bahar isə gülməməyə qərarlı idi "O qız çox gözəldi.." Rüzgar Baharın bu dediyinə gülmək istədədə özünü güclə tutub "Baharım mənim gözüm səndən başqasını görmür.. Birdə Yasəməndən nə qədər xoşumuz gəlməsə belə O elə qız deyil.. Onun tipi başqa cürdü.. Onu çox ciddiyə almamaq lazımdı.. Ona sadecə əyləncə lazımdı"deyib uniyə daxil oldular.Yasəmən isə özündən razı halda piləkanları çıxmağa başlayırdı "Mənə əyləncə lazımdı əyləncə"deyib yuxarı qalxdıqda piləkanın tinində bir oğlanla toqquşdu. Bu bizim Səlimmiz idi. Yasəmən cəld dillənib "Korsan? Sənə görə yıxılada bilərdim!"dedi. Səlim səbr diləmişcəsinə gözlərini oynadıb "Xanım qız sözlərinizə diqqət edin! Qarışınızda uşaq yoxdu! Həmdə düşməyiniz sizin üçün əla olardı. Bəlkə nəzakət qaydalarını öyrənərdiz!"deyib yanından uzaqlaşdı. Yasəmən isə Səlimin gedişinə baxdı.

Bölümün Sonu ...

Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri