Bir gecəlik günah: Əmanət (24-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 112
Səs ver:
(səs: 0)
Uni bitdikdə Yasmənlə Rüzgar bərabər kafeyə gəlmişdilər. Sorğu sualsız Ağadan lazım olan sənədləri alıb çıxmışdılar. Rüzgar maşını sürürdü Yasəmən isə sənədlərə göz gəzdirirdi. "Off bunlardan bir şey çıxmazki.. Gəncəyə getməliyik.. Gəncədə nə qədər Çoşqun Xəlilzadə adlı adam var.." Yasəmənin deyinməyinə Rüzgar gülümsünmüşdü "Estetik gözəli, deyinməyini kənara qoyub nəsə tapmağa çalış. Gəncəyə getsək gərək qalaq.Oda mənə sərf eləmir." Yasəmən dodaqlarını dişləyib "Niyə sevgilin qoymur?"dedi. Rüzgür qaşlarını çatıb "Mən sevgilimdən ayrı qala bilmərəm" Yasəmən gözlərini süzdürüb "Onda oda bizlə gəlsin.. Hec kimə hec nə demərəm" Rüzgar Yasəminin bu sözünə sevinmişdi. Yasəmən xaricdən nə qədər qəddar biri kimi görsənsədə icində elə deyildi amma Rüzgar işini ciddiyə alıb "Baharın gəlməsində nə xeyirin olacaq sənin?"deyə soruşdu. Yasəmən azca gülümsünməyə başlayıb "Yol boyu sənin zəhər kimi üzünü çəkə bilmərəm.. Hec olmaya sevgilin yanında olsa səndə gülərsən. Həmdə bizə yol yoldaşı olar. Nə demişlər birini ancaq yol yoldaşı olanda tanıya bilərsən" Rüzgarın bu fikir qulağına xoş gəldiyi üçün qəbul etdi. Həmdə yolda Bahar anlaycaqdıki Yasmənin onlara hec bir təhlükəsi yoxdu. Yasəməni evə qoyduqdan sonra Bahara zəng etdi

Rüzgar: Baharım sənə xoş xəbərim var
Bahar: Nə xəbəri?
Rüzgar: Bilirsən axı əmim oğlunu axtarırıq Yasəmənlə. Əmim oğlunun hal hazırki yaşadığı yer Gəncə olaraq görsənir. Bizdə 2 günlüyünə Gəncəyə getməli olduq..
Bahar: Necə?! Sən Yasəmənlə Gəncəyə gedəcəksən?!
Rüzgar: Mənim səbirsiz sevgilim sona qədər qulaq as. Yasəmən getmək istəmədiyimi bildiyi üçün sənində gəlməyini təklif etdi. Nə deyirsən gəlməyə razısan?
Bahar: Yasəmən deyib bunu?
Rüzgar: Həə sevgilim
Bahar: Yasəmənə təşəkkürüm catdır. Razıyam nə vaxt gediləcək?
Rüzgar: 2 gün sonra 5 ci gün unidən çıxandan sonra yola düşəcik
Bahar: əla oldu bu xəbər Səni sevirəm
Rüzgar: məndə səni sevirəm Və bunu ikimizin gələcəyi üçün edirik

Telefon danışığından sonra Rüzgar öz evinə sürdü. Bahar isə indidən yolculugun necə keçəcəyi haqqında planlar qururdu. Yasəmən isə clubların birinə gəlib insanları seyr edirdi. Yasəmən, qıraqdan güclü biri kimi görsənsədə əslində elə deyildi. Dərin bir yaralara sahib olan, ayaqda tutunmağa çalışan bir qız idi. Uşaq evində böyüyən Yasəməni illər sonra bir ailə övladlıq götürmüşdü. 16 yaşı olanda isə o ailənin oğlu tərəfindən təcavüzə uğramışdı. O gün canını ordan götürüb qaçanda qaranlıq küçələrdə gəzən Samir ilə qarşılaşmışdı. Samirə görə balaca görünən qızcığazı Ağanın yanına gətirmişdi. Ağa isə aylar əvvəl ölən qızının üzünü, Yasəmənin simasında görüb onu öz yanında saxlayıb ona dəstək çıxmışdı. Ona görə Yasəmən Ağa gilin tayfasının göz bəbəyi idi. Çox vaxt Yasəmən Ağaya "Atalığım"deyib onu necə çox istədiyini bildirməyə çalışırdı. Onun kimsəsi yox idi.. Bəzi insanların mənfi tərəfi olsada, gözlə görülə bilinməyən müsbət tərəfləridə olur həmişə. Hec kim qaranlıq bir həyat yaşamaq istəməz. Amma həyatda bəzi insanlara gözəl bir həyat bəxş etməz. Ona görə ilk başda gözlə görülənə deyil, gözlə görülməyənə baxmaq lazımdır.. Yasəmənin gözü qapı girişində gəzərkən, toquşduğu oğlanı gördü. Yəni bizim Səlimimizi.
Üzündə gülüş yaradıb "Göydə axtarırdım, yerdə tapdım səni" deyib aldığı içkini əlində tutaraq o tərəfə irəlləməyə başladı. Səlimdə Yasəməni görəcək ona baxdı. Yasəmən bilə-bilə ayağını bir şeyə taxılmış kimi edib əlindəki içkini Səlimin üstünə tökdü "Ayy bilmədən oldu bağışlayın"dedi. Niyyəti, Səlimi tanımamış kimi etməsi idi. İçində isə "Məndən gözəl aktirisa olardı. Heyif buralıqda xərcləndim" deyə cümlələr keçirirdi. Səlim üzərindəki köynəyi göstərib "Mənim bu gün sizdən çəkəcəyim var deyəsən" deyib yanında olan salfeti alıb köynəyini silməyə başladı. "Mən sizi tanımıram nə vaxt qarşılaşmışıq "deyib gülüməyə başladı Yasəmən. "İçikilsiz deyə xatırlamırsız yəqin" Yasəmən 'aa'deyib Səlimə yaxınlaşıb qulağına "Sənə görədə qadın gül qoxmalıdır.. İçki deyil?!"deyə pıcıldadı. Bu yaxın təmas Səlimin xoşuna gəlmədiyi üçün "Sənin kimi qadınlardan iyərənirəm"deyib Yasəmin çiynində olan əlini aşağı salıb yanından uzalaşdı. Yasəməni isə qəhər boğdu ağlamamaq üçün özünü güclə tutub "Mənimdə siz kişilərdən zəhləm gedir!"deyib gözündən axan bir damla yaşı sildi.

Bölümün Sonu..

Müəllif:İ.Goncha

Ps. Şərhsiz...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri