Bir gecəlik günah: Əmanət (25-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 761
Səs ver:
(səs: 0)
2 gün sonra
Yasəmənin evi yaxın olduğu Rüzgar ən birinci Yasməni almış daha sonra Baharı almağa getmişdi. Maşının qabağında oturan Yasəməni gördükdə Baharın qısqanclıq hissi oyanmışdı. Əsəblə maşının arxasına keçib oturmuşdu. Yol boyu Yasəmənin mənasız zarafatları onu artıq sıxmışdı. Yasəmən isə halından çox razı idi. "Bahar arada səndə danış elə bilərəmki maşında 2 nəfərik sadecə"deyib Bahara baxmışdı. Bahar alınına düşən sacları üfürüb "Yasəmən sənim mənimlə dərdin nədi?"deyib dodaqlarını büzüb Yasəmənə baxmışdı. Yasəmən ətrafa gülücük sacıb "Çox sevdiyimdən sənə taxılıram kızım çox ciddiyə alma məni"deyib önünə dönüb Rüzgara göz vurdu. Rüzgar isə ön güzgüdən Bahara baxdı. Yolçuluğu başa vurub Gəncəyə gəlmişdilər. Dincəlmək üçün otelə yerləşmişdilər. Bahar başın Rüzgarın sinəsinə qoyub "Bundan sonra nə edəcəyik?"dedi. Rüzgar Bahara sarılıb "Yatıb durub axtarışa çıxacıq. Əlimizdə olan ev ünvanlarına baş çəkəcəyik. Dua etki burda tapılsın. Yoxsa imişiz çətinləşəcək"deyib gözlərini yumdu. Yatıb durduqdan sonra hər 3 də yola düşüb əlində olan ev ünvanlarına baş çəkdilər. Amma əldə var sıfır. Hec nə tapa bilməmişdilər. Coşqun Xəlilzadənin yaşı ilə əlində olan ünvanlarda eyni yaşda adam yaşamırdı. Siyahının yarısına müsbet xət qoyub qalanlaraına nəzər yetirdilər. Bu qalanları isə sabah axtaracaqdılar. Artıq gecə düşmüşdü. Hər 3 də üzgün bir halda otelə giriş etmişdilər. Yasəmənin isə beyni, clubda yaşanan vəziyyətə görə çox qarışıq idi. Nə qədər bildirməməyə çalışsada bu gün çox susqun idi. Rüzgar isə titrəməyə başlayırdı. Yenə bir kriz keçirdəcəkdi. Bunu anlayan Bahar onun yanına gəlib əlindən tutdu. Rüzgarın isə dizləri sözünə baxmır, əsirdi. "Üşüdürəm Bahar.."deyib yalvarırmışcasına gözlər ilə ona baxdı. Bahar əlini Rüzgarın alınına dəydirdi. Bu dəfə hər zamankından fərqli qızıdrması var idi. "Yanırsan sən" dedi. Rüzgarın gözləri isə acılıb yumulurdu. Bu dəfəki tutması daha öncəkilərdən daha pis idi. Titrəməsi dayanmır və içi yanırdı. Yatacağa uzanıb sanki ölümün gözləyirdi. Bahar əlin alınına vurub "Yox bu belə olmaz" deyib otaqdan çıxıb, son çarə Yasəmənin qapısını döydü. Yasəmən az sonra qapını açıb qarşısında təlaşlı bir Baharı gördü. Bahara göz gəzdirdikdə, Bahar daha çox dayana bilməyib "Otağa gəl təcili"dedi. Yasəmən otağa girdikdə yatacaqda yatmış Rüzgarı gördü. Yanına qaçıb əlini alınına vurdu daha sonra Bahara dönüb "Necə vaxtdı qəbul etmir?"deyə soruşdu. Bahar tədirgin bir vəziyyətdə "1 aydan çoxdur artıq" Yasəmən inanılmaz gözlər ilə Bahara baxdı. Rüzgarın bu qədər dayanması bir möcüzəydi "Maşının açarları ver. Hazırlıqlı gəlibsə maşınında iynə var" dedi. Bahar tez Rüzgarın paltosunun cibinə baxıb açarı tapıb Yasəmənə uzatdı. Yasəmən "Mən gələnə qədər yanında oturub biləklərinə masaj et" deyib otaqdan çıxdı. Bahar isə Yasəmənin dediyini etmək istərkən Rüzgar onun biləyindən tutub möhkəm sıxıb "Çıx otaqdan..."deyib dərin nəfəs aldı. Bahar isə olduğu yerdə qalmışdı və tərpənmirdi.Rüzgarın gözləri isə dönmüşdü artıq. Yasəmən otağa girəndə Rüzgarın Baharı divara dirəyib boğmağa çalışdığını gördü. Yasəmən yavaşca gecə lampasını götürüb möhkəmcə Rüzgarın başına vurdu. Rüzgar bu zərbədən yerə yıxılıb husunu itirdi. Bahar isə nəfəs almağa çalışırdı. Yasəmən "Rüzgar artıq təhlükəlidi .." deyib Bahara su uzatdı. Bahar sudan bir az icib azca özünə gəldi. Yerdə yatmış Rüzgara baxıb "Yaxşı olacaqsan .. yaxşı"dedi. Yasəmən tərətdüt etsədə Bahara sarıldı. Rüzgarı yatacağa uzatdıqdan sonra Yasəmən Bahara dönüb "Bilərəkdən etmədi.. Amma oynanda xatırlasa özünü pis hiss edəcək" Bahar əlini boğazında gəzdirməyə başladı. Hər iki tərəfdən qızartı vardı. "Mən onu çox sevirəm.."deyib dərin bir ah çəkdi. Yasəmən getmək üçün ayağa qalxdı. Qapıya çatdıqda Bahar "Çox sağ ol bu gün üçün"dedi. Yasəmən gözlərini aşağı yuxarı edib "Dəyməz Bahar." deyib otaqdan çıxdı. Bahar isə Rüzgarın yanına uzanaraq yuxuya daldı. Səhər açıldıqda ilk gözlərini açan Rüzgar oldu. Dün gecəni anliz etməyə çalışdı. Yanında yatan Bahaeın boğazlarındakı qızartını görüb "Mən nə etmişəm belə"deyib əli ilə başını tutmağa başladı. Artıq özündən aslı olmadan ağlayırdı. Bahar bu səslərə gözün açdı. Rüzgarın əlindən tutub "Özünə gəl Rüzgar..." deyib ona sarıldı. Rüzgar Baharı özündən çəkib "Yox Bahar.. yox.. mənim gözüm dönüb mən belə bir seyi sənə necə edə bilmisəm..? Məənn.." deyib yatacaqdan ayağa qalxdı. Baharda onun ardıyca durub "Rüzgar bilərək etməmisən"deyib Rüzgarın üzünü ovuc icinə aldı. Rüzgar Baharın əllərini üzündən alıb çəkib "Ayrılırıq" dedi.

Bölümün Sonu...

Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 761
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri