Bir gecəlik günah: Əmanət (26-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 3 931
Səs ver:
(səs: 1)
Belə bir şeyi Rüzgar dilinə necə gətirə bilmişdi axı? Bahar inanılmaz gözlər ilə Rüzgara baxıb "Bu kəlməni necə deyə bilərsən hə? Mən bu yola baş qoyanda hər seyi gözə alıb baş qoymuşam. İndi özündə olmadığın halda etdiyin bir sehv hərəkətə görə məndən ayrılacaqsan? Bağışla amma mənim sevgim bəsid bir sevgi deyil! Sən məndən qopmaq istəsən belə mən səndən qopmaram! Birdə dilindən bu kəlməni eşitməyim Rüzgar Xəlilzadə!" Rüzgar eşitdiyi sözlər qarşında başını aşağı salmışdı. Nə deyəcəyini bilmirdi? Ona zərər vermiş düşüncəsi onu məhv edirdi.. "Məni bu qədər çox sevmə.."dedi. Bahar isə Rüzgara yaxınlaşıb əlini ürəyinin üstünə qoydu "Rüzgar.. Bu ürəy döyünənə qədər hər zaman səni sevəcək.. Özünə bu qədər haqqsızlıq etmə.. Gələn dəfə daha diqqətli olacam məndə.. İndi isə iş başına" deyib Rüzgarın üzünə öpüş qondurdu. Rüzgar Baharın dedikləri ilə razılaşmaq istəməsədə sonda razı oldu... Çünki ağlına dispansere yatmaq vaxtı olduğu gəlmişdi. Yenə bütün günü evləri gəzib axtarışa çıxmışdılar. Amma hec bir ip ucu yox idi. Peşman olmuş kimi Bakıya qayıtmışdılar artıq. Rüzgarın istədiyi kimi getməmişdi hec nə. Və bu hal onun canını sıxmağa başlamışdı. Bahar bufetdə yalnız başına oturduqda yanına Səlim gəlmişdi. Bahardan uzaq durmaq ona hec yaxşı gəlməmişdi. Bahar ilə Səlimin arası bu kəsmişkən, bufetə Yasəmən daxil oldu. Gözü Baharı görən Yasəmən onun yanında oturmuş oğlanı gördü. Nəsə fikirləşirmiş kimi edib Bahar olan stola yaxınlaşmağa başladı "Bahar olar oturmaq?"deyib baxışlarını Səlimə çevirdi. Bahar "Olar niyə olmasın Yasəmən buyur əyləş" dedi boş stolu işarət edərək. Səlim isə olanları analiz etməyə çalışırdı amma hec nə anlamış deyildi. Yasəmən bu səssizliyə daha çox dayana bilməyib "Məni bu yaraşıqlı ilə tanış etməyəcəksən?"dedi. Bahar bir Səlimə bir Yasəmənə baxıb "Bu mənim dostum Səlimdi. Səlim bu isə Yasəməndi" Bahar Səlim üçün dediyi dostum kəlməsini öyəşdiyi üçün söyləmişdi. Səlimin isə ağlından 'Baharın bu qızla nə əlaqəsi olduğu' keçirdi. Yasəmən süni gülüşün üzünə taxıb "Xoş oldu tanışmaq"deyib Səlimə göz vurdu. Bu arada Bahara zəng gəldiyi üçün Bahar onların yanından uzaqlaşdı. Səlim Baharın gedişindən istifadə edib "Bu özündən razı havalar nədi hə?! Sənin kimi qızları anlamış deyiləm. Hec vaxtda anlamayacam!"deyib ayağa qalxmaq istəyəndə Yasəmən Səlimin qolundan tutub onu saxlayıb ayağa qalxdı "Dün bir bu gün iki mən son sözümü demədən sən gedə bilməzsən. Özünü çox ağıllı sayırsan? Yanılırsan...! Qıraqdan insanı mühakimə etmək qədər asand bir şey yoxdur. Amma bilmiş ol Səlim bir gün bu sözlərin üçün çox peşman olacaqsan! Və onda 'sənin kimi qızlardan' deye başladığın cümlələrindən utanacaqsan! Amma mən insaflıyam.. Səni bağışlayıb həyatımdan rədd edəcəm! Onsuzda hec kimin gələcəyini korlamamaq üçün kimsəni yanımda saxlamıram!"
Səlim isə eşitdiklərini həzm etməyə çalışırdı sanki. Yasəmən 'bay bay' işarəti edib Səlimin yanından uzaqlaşdı. Yasəməni Səlimə qarşı nəsə çəkirdi. Bəlkədə, onun başına pərvanə olanlar sırasında Səlimin adı olmadığı üçün idi. Amma Yasəmən incik düşmüşdü insanlardan.. Dərs bitdikdən Rüzgar Yasəmənidə götürüb kafeyə getmişdi. "Hec nə tapa bilmədik"deyib isyan etdi sanki Rüzgar. Ağa masasının üstündə olan mavi rəngdə sənədi uzadıb "Bunlarada baxın ola bilsin adın deyişib. Bu dəfə hardan olur olsun tapmağa çalışın. Çünki, Rafiq bəyin səbri daralır"dedi. Rüzgar bir az daha söhbətdən sonra getdi.Yasəmən isə qələmlə oynayırdı "Atalıq bu Rafiq bəy bu vaxta qədər oğlunu axtarmyıb indi niyə axtarır?"deyə sual verdi. Ağa "Ola bilsin şirkətinin başına keçməyə adam axtarır. Sən bu işlərlə başını yorma qızım" Yasəmən "Off yaxşı.. Mənim işlərim var mən çıxıram" deyib ayağa qalxanda. Ağanın "Yenə səsin sorağın clublardan gəlir. Sənə elə yerlərə gedib başını bəlaya salma demişdim" Yasəmən ayaq saxlayıb Ağaya döndü "Mənim həyatım bataqlıqdı hec nə olmaz mənə. Nə də olmasa sən məni qoruyarsan"deyib otaqdan çıxdı.Özündən aslı olmadan keçmiş günləri yadına düşməyə başladı. Nə qədər yaddaşından silmək istəsədə, hec nəyi silə bilmirdi.. Kafedən çıxmaq istədikdə, Səlimlə kafenin qapısında rastlaşdılar.

Bölümün sonu

Müəllif:İ.Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri