İki insan tanıdım (2-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 3 144
Səs ver:
(səs: 0)
Bu hekayənin iştirakçısı olan insanla ikincigörüşümden olan söhbətlər:
Həyat dediyimiz uzun yoldur bizdə bu yolda addimlayan yolçuyuq. Hər yeni bir günü bitirdikdə həmin uzun yolda bir addım atırıq və atdıgımız hər addımda ölümə dogru bizi yaxınlaşdırır. Günlər bir-birini əvəz etdikcə həyatımızda ölümün yaxınlaşmasından başqa hec bir dəyişiklik baş vermir. Bəziləri ölümün gəlişindən çox qorxur bəziləri isə bu bataqlıqdan qurtulacaq deyə ölüm adlı qonagın gəlişinə çox sevinir. Elə mənim kimi ölüm adlı qonaq qapımı döysə sevə-sevə o qonagı qəbul edərəm. Ölüm mənim üçün bataqlıqdan qurtuluş üçün bir vasitədir. Bu vasitədən çox isdifadə etməyə çalışmışam ama bacarmamışam . Səbəbsə ürəyimdə olan intiqam hissinin mənə mane olması olub. Daxilimdə olan intiqam hissi mənim bu bataqlıga bu bataqlıgın sakinlərinə qarşı nifrətimi hərgün dahada artırırdı. Hər yeni bir gün həyatımda intiqamın nifrətin artmasından başqa hec bir dəyişiklik olmur. Yenə adi bir gün yorucu universitet özündən razı müəllimlər, ikiüzlü yaltaq tələbələr və onlarla üzbəüz olan ƏFŞAN. Müəllim mühazirə söyləyir, ikiüzlü tələbələr guyaki onu dinləyir, Əfşansa onlarin dünyasindan çox uzaq da öz alemində. Zəng vurulur. Əfşan heç kimə hec nə demədən hec kimlə ünsiyyət qurmadan universitetdən çıxıb maşına minir. Əhməd (Əfşanın şofiri) maşını işə salıb evə dogru sürür. Əfşan yenədə səssizc dayanıb maşının pəncərəsindən şəhəri insanları diqqətlə izləyirdi. Onun bu səssizliyi Əhmədin gözündən yayınmırdı dəfələrlə Əfşana bu barədə sual vermək isdəsədə sonra fikrindən dönmüşdü. Əfşan hələdə insanları izləyirdi. Birdən onun diqqətini 4-5 yaşında axsayan qiz uşagi cəlb etdi.
- Necədə mənim uşaqlıgıma bənzəyirdi görəsən anası onu çoxmu sevir? Yoxsa oda mənim kimi bədbəxtdi ? kimi suallar fikrində canlanırdı. Cavabsız suallar onu keçmişin hansıki unutmaga çalışdıgı amma unuda bilmədiyi keçmişinə aparmışdı.
- şikəst dogulan andan ailəsi ondan imtina etmişdi. Anası bir dəfədə olsun qucagına almamış ana nəvazişi gösdərməmişdi, atası isə öz nüfuzu üçün və anasının qardaşının sözüylə Əfşandan imtina etmişdi. Dogulduqdan iki həfdə sonra Şəfiqə xanm (anasının anası) onu öz himayəsinə götürür. Qızından fərqli olaraq onu sevmiş ona nəvaziş gösdərmişdi. Naxçıvan Şərur rayonu Yengicə kəndində anadan olmasına baxmayaraq uşaqlıgı Şəmkir rayonunda nənəsi və daysının himayəsində keçmişdi. Ailəsindən fərqli olaraq burada sevgi görmüş sevilmişdi. 4 yaşı olanda nənəsinə verdiyi sualsa hec yadindan çıxmaz "nənə mənim atamla anam hanıki? "Sualı nənəsinin gözü yaşlı şəkildə otagı tərk etməsi ilə cavablandırlmışdı.
-Nəzrin xanım çatdıq Əhmədin müraciəti Əfşanı keçmişdən ayırdı. Maşından enib evə dogru qalxdı. Qapını Aytac ( Əfşanın xidmətçisi) açdı. Ona hec nə demədən otagına girib qapını baglayır. Özünü güclə yataga atib yuxuya getmək yorucu gündən uzaqlaşmaq məqsədilə yatir.
İki saat sonra:
Telefonun zənginə yuxudan ayılır. Zəng edən
Lamiyəydi:
- alo eşidirəm Lamiyə
+Nəzrin gəlmirsən?
-Yox Lamiyə yorgunam gəlmiyəcəm
+Niyə gəldə kefin düzələr
-yox Lamiyə isdəmirəm gəlmək
+yaxşı da özün bil bay bay
-sagol canım
Telefonu carpayının üstünə atıb notebukun qarşısına keçir. Bu günkü xəbərləri oxumaga başlayır. Bir xəbər diqqətini cəlb edir:
-"Tanınmış iş adamı ***** holdinqin sahibi Elmar Sadiqovun qardaşı oglu Murad Sadiqov tanınmış iş adamı Ziyad Hüseynovun qızı Rəna Hüseynovayla nişanlanır. Qeyd edəkki Murad Sadiqov həmdə tanınmış iş adamlarından biri olan mərhum Bayram Sadiqovun ogludur."
Notebuku baglayıb düşüncələrə qərq olur: -deməkki hazırda başınız xeyir işə qarışıb deməkki nişanlanırsan İnşallah xeyir işin yasa dönər canım qardaşım Murad Sadiqov.

Yazar: Əfsanə
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri