İki insan tanıdım (4-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 994
Səs ver:
(səs: 0)
Həyatinda acılan hər bir səhərin bitdiyi gecə onu intiqam gününə dahada yaxınlaşdırırdı. Yenə adi günlərdən birinə son qoyurdu. Gecələr ya xəyallar, yada yuxularıyla dosd olurdu. Çarpayıda uzanıb yenədə xəyallara dalmışdı amma bu dəfə keçmişi ilə baglı xəyallar deyildi bu dəfəki xəyalı bu gün ona gələn baglama ilə baglıydı.
- kim tərəfindən göndərilmişdi axı? Niyə məhz mənə üzərində rəssam tərəfindən çəkilən şəklim? deyə cavabsız suallar yagdırırdı özünə. Birdən çarpayıdan duraraq baglamanı yenidən açdı və şəkilə diqqətlə baxdı. Şəkilin üzərində bir yazı vardı. Yazını oxuyanda dəhşətə gəldi. Rəsmin üzərində "Əfşan Sadiqovaya hədiyyə" yazılmışdı.
- ola bilməz axı heç kim mənim Əfşan oldugumu bilmir axı hamı məni Nəzrin adıyla tanıyır. Kimdir axı? Görəsən keçmişimdəndirmi? yoxsa keçmişimi bilən biridirmi? Baglama mənə nə ücün göndərilib axı hədə gəlmək üçünmü ? Yoxsa kiminsə ürəyindənmi gəlib? Off da kimin ürəyindən gələr ee səndə mənə belə bir hədiyyə göndərə elə bir hədiyyəki üzərində keçmişimi ifadə edən ad və soyadın oldugu hədiyyə. O zaman bir fikir qalır keçmişimdən olan birisi mənə hədə qorxu gəlmək üçün göndərilib -deyə fikirləşirdi. Gecə saat 3:00 idi hələdə yatmamışdı daha dogrusu ona gələn hədiyyə ilə baglı fikirlər yatmaga qoymurdu. Bu barədə Sisaydiyə desinmi deməsinmi deyə düşünrdü. Bəlkə o bilər deyə telefonu əlinə alıb Sisaydiyə zəng etdi
- alo hello mamulya ( Sisaydiyə belə müraciet edirdi)
+ Alo salam Gürzə ( Əfşanın ləqəbi idi çalışdıgı təşkilatda ona hamı bu ləqəblə müraciet edirdi )
- necəsiniz mamulya səsiniz gəlmir?
+Gürzə sənin səsin gəlmir ee bu gündə gəlmisən məni görməmiş getmisən
-bagışla mamulya işim vardı sabah görşəcəm sənlə
+ hə sabah *** restoranında saat 21:00 da görşərik
- okey mamulya nəsə tapşırıq var deyəsn?
+ hə Gürzə var bir tək sənə güvənirəm onun üçün bu tapşırıq sənlikdi
- okey no problem
+ ( Gürzə telefona çoxdan adboy versədə Sisaydi hələdə öz-özünə danışırdı) yaxşı gürzə ( off bu qız öldürəcək məni bir dəfə görməyəcəyikdə bu zibildə sona qədər danışa )
- yəqin hazırda teldə öz-özünə donquldanır (gülərək)-telefonu bir küncə tullayıb özünü güclə çarpayının üzərinə atır və yatmaga çalışır.
- vuyma ana noya vuyma
+ kəs səsini küçük
- ana mən eyəmədim axııı
+ Əfşan yalan danışma
-ana ayyahhakkı mən eyəmədim
+ Əfşan and içmə yalandan kəs səsini küçük Allahın adını yalandan agzına alma!
- ana noya vuyma noya ana
Təlaş içərisində yuxudan oyandı. Yenə eyni yuxu yenə keçmiş və yenə Əfşan.
" o qadına yuxularımda gözümün qarşısına gələn o məxluqa nifrət edirəm. O qadına nifrət edirəmki uşaqlıgımı əlimdən aldı, o qadına nifrət edirəmki uşaqlıq adlanan çagımı məhv etdi. O qadına nifrət edirəmki o qadın mən həyat verdi amma o həyatda yaşamagıma nifrət etdi. Bəli mən öz anama nifrət edirəm. Başqa analar kimi mənim anam mənə sevib sevilməyi deyil nifrət edib nifrət etməyi öyrətdi. 2 qardaşım və 1 bacımı məndən üsdün tutub onlara hər şey etdi mənə isə ancaq nifrət etdi. Atamla görüşdüyüm gündən bir həfdə sonra mən atamla birlikdə Naxçıvan Şərur rayonu Yengicə kəndinə ailəmin qaldıgı ünvana gəlmişdim. Burda hər şeyin yaxşı olacagını atam kimi anamında məni sevəcəyini sanırdım amma yanılmışdm. Anam hec mənə yaxn belə gəlməmişdi hətta qardaş və bacımı belə mənə yaxınlaşmaga qoymurdu. Hər atam evdə olmayan gün anam məni döyürdü qardaş və bacımda bundan ləzzət alırdı. Hətta öz ettiklərini belə mənim üzərim atar məni döydürərdilər. Onlar üçün mən murdar iyrənc bir məxluq idim amma bilmirdilərki bu murdar məxluq vaxtı gələndə onlarıda murdarlayacaq
Həmişəki kimi yenə xəyallardan azad oldu bu dəfədə naməlum nömrədən gələn zəng onu xəyallardan azad etdi":
- alo kimdi
+ ----------
-alo sizinləyəm kimdi axı?
+ --------- ( telefon söndürüldü).
Əfşan. Vurma Vasif nə olar vurma
Vasif. Kəs səsini iyrənc məxluq
Əfşan. Axı mən sənə nə etmişəm
Vasif. Adımızı batırmısan dünyaya gəlməyinlə
Əfşan. Allah eşqinə etmə Vasif
Təlaş içərisində yuxudan oyandı. Yenə keçmiş onu rahat buraxmırdı. Yenə boş otaq boş içki şüşələri və Əfşan.
" Bu həyatda sevilməyən varlıq oldum. Ailede bir atamdan başqa heç kim məni sevmirdi amma taleh atamıda mənə çox gördü. Ailemin yanına gəldikdən 5 il sonra atam dünyasın dəyişdi. Sənədlərdə ölümü avtomobil qəzasıyla əlaqələndirilsədə əslində öldürülmüşdü bunuda bir tək mən bilirdim. Atamın ölümündən sonra hər dəqiqə mənim üçün qorxu içində keçirdi. Səbəbsə çox sadə evdəkilərin mənə qarşı etdiyi işgəncələr. Bədənimdəki göy ləkələr yerini pıçaq və yanıq izləriylə əvəzləmişdi. Bir şeyi dərk etmirdim ax mən bu insanlara nə etmişdim? Atamın ölümündən 2 il keçmişdi. Hər gün döyülməkdən bezmişdim. Yenə o səhnələrdn biri bu dəfə fərqli aktyorla üz- üzə qorxaq Əfşan. Vasif (Elmar əmimin oglu) vəhşicəsinə döyürdü. Yalvarsamda ətrafdakılardan imdad diləsəmdə nə fayda hər kəs bu səhnəni sadəcə izləməklə kifayətlənirdi. Vasif isə dayanmadan vururdu. O qədər əsəbi idiki axsayan ayagıma dayanmadan təpiklər gəlirdi. Bilmirəm birdən Elmar Sadiqova nə oldusa bu səhnəyə mane oldu. Vasifi dayandırıb evdəki xidmətçilrə isə işarəylə məni otagıma aparmalarını tələb etdi və səhnə bitdi. "
Nə oldusa birdən xəyallardan özü azad olmaq istədi amma bu dəfə ona hec nə mane olmadı. Gecə saat 2:00 olmasına baxmayaraq hazırlaşıb gecə klubuna getdi. Bilirdiki bu vaxt bədbəxtlər ordadı. İçki sifariş edib təkliyə çəkildi. Həmişəki kimi Lalədə ordaydı bir az onunla söhbət edib yenədə təkliyə çəkikdi. Yenə xəyallara qərq oldu öz-özünə gülməyə başladı Əfşan kimi dünyaya gəlib hazrda Nəzrin olmagına gülürdü. Yaşadıgı həyata uygunlaşdıgı mühitə gülürdü. Birdən "Qafqaz Pələngi gəl burda oturaq " ifadəsi onu xəyallardan azad etdi. O həmişə ya Lalənin yada başqa bir müraciətin ona edildiyində xəyallardan ayrilardi amma bu dəfə elə deyildi axı. Başqa birinə müraciət onu niyə xəyallardan azad etsinki? O ləqəbin sahibi onu niyə düşünməyə vadar etdiki ? Niyə oldugu məkanda gözləri axdarmaga başladı axı? Yenə cavabsız suallar yagdırırdı özünə. Bir şeyi anlamırdı " bu ləqəb onu niyə sevndirdi axı? Harda eşitmişdi bu ləqəbi o ? Nə üçün məhz Qafqaz Pələngi idi ləqəbi? Deməki Azərbaycanlıdı və oda mənim kimi Rusiyada yaddır Görəsən Qafqaz Pələngini görə biləcəm ?" Cavabsız suallar beynində canlandıqca evə belə çatmışdı artıq. Yeni bir səhərə oyanmaq ümidi ilə yuxuya getdi.
Saat 8:00 olardıki Lalənin telefon zənginə yuxudan oyandı.
Əfşan. Alo ay qız nə olub ee bir qoy yataqdə
Lalə. Azzar olub gəl mamulya çagırır
Əfşan. Neynirki?
Lalə. Bilmirəm dediki zəng et gəlsin
Əfşan. Okey gəlləm (telefonu söndürüb) off da qoymazdar yataq . Bu arvadında başı xarab olub ee məni görmədən dayana bilmir off hər nəysə hazırlaşıb gedek yoxsa mamulya cinnənər ( gülür)
/////////////////////////////////////////////////////
Əfşan. Hello mamulya
Sisaydi. Boşbogazlıq etmə gəl otur
Əfşan. Deməsən oturmayacaqdımki?
Sisaydi. o heç də bilirəm sənə nə var ee
Əfşan. Yaxşı de görək nə olub səhərin gözü açılmamış yanına çagırmısan?
Sisaydi. 2 günlük Azərbaycana getməlisən
Əşfan. (Susur) ----------
Sisaydi. Gürzə səninləyəm vacibdi getməlisən
Əfşan. Başqasın göndər mən getmiyəcəm
Sisaydi. Bir tək sənə inaniram onun üçündə sənə tapşırıram
Əfşan. Xaiş edirəm başqasını göndər
Sisaydi. Gürzə bilirəm çətindir sənin üçün ora getmək ama getməsən işlər batacaq
Əfşan. Niyə mən ee Laləni göndər
Sisaydi. Gürzə Laləni göndərsəm səni çagrmazdım heç birdəki ancaq sən getməlisn narahat olma 2 gündən artiq qalmayacaqsan
Əfşan. Bilmirəm off lənət olsun bilmirəm
Sisaydi. Gürzə bəsdi dedim getməlisən fsoo
Əfşan. Yaxşı heç olmasa vaxt ver
Sisaydi. Vaxt yoxdur sabah axşam 00:00 da təyyarən qalxır. O vaxta kimi hazır ol!
Əfşan. Mənə indi niyə deyirsən axı niyə məni göndərirsən ora? Sən bilmirsən oralar məni məhv etdi. İndi məhv oldugun ölkəyə 8 il sonra necə ayaq basım axı? ( aglamaga başlayır)
Sisaydi. Yaxşı sakitləş söz verirəm 2 gündən artıq qalmayacaqsan sadəcə oteldə sənə bir sənəd verəcəklər fsoo xaiş edirəm bu işi həll et Gürzə
Əfşan. Yaxşı indi gedirəm amma sonra olmayacaq (deyib otagı tərk edir o çıxdıqdan sonra isə Sisaydi xəyallara dalır)
- adın nədir
+-------( susur)
-səninləyəm ax?
+--------(susur)
-neçə yaşın var?
+ 14
-bu yaşda fahişələrin arasında nə işin var?
+(Qadının bu sözünə bənd imiş kimi özün qadının qolları arasına atıb aglamaga başlayır)
- yaxşı sakitləş qızım sənə söz verirəm sənə bu həyatda heç kimin zərər verməsinə icazə verməyəcəm
Sisaydini xəyallardan qapının tıkkıldısı ayırır
Əhməd. Gəlmək olar?
Sisaydi. Buyur Əhməd. Nə xəbər var bizim dəlidən
Əhməd. Həmişəki kimi universitet ev gecə klubu yenə ev
Sisaydi. Hə belə dee bəs Qafqaz Pələngindən nə xəbər var?
Əhməd. Ondan elədə xəbər yoxdu mən bilən hələdə Azərbaycandakı şirkətinin başındadı.

Yazar: Əfsanə
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 994
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri