İki insan tanıdım (5-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 636
Səs ver:
(səs: 0)
Bu vaxta qədər hekayəmdə bir tək Əfşandan danışırdım amma indi təkcə Əfşandan deyil bir neçə bədbəxt obrazlardanda danışacam. Amma hekayəm Əfşan və onun timsalında başqa bir insanın həyatındandır.
Əfşan çoxdan evə çatmışdı. Yenədə təkliyə çəkilib fikirlərə qərq olmuşdu. Bilmirdi getsin yoxsa yox. Çox qorxurdu getməyə keçmişiylə qarşılaşar deyə qorxurdu. Axı intiqam günündə gedəcəkdi Azərbaycana intiqam məqsədilə gedəcəkdi ancaq. Otagın bir küncünə sıxılıb aglamaga başladı. Aglaya-aglaya həmdə üsyan edirdi:
-niyə mən? Niyə məni seçmisən axı? Niyə məni bədbəxt yaratmısan Allahım? Bəlkədə normal dünyaya gəlsəydim heç nə olmayacaqdı nə ailəm nədə ətrafım məni məhv edib bir bataqlıga atmayacaqdı. Axı neynəmişdim sənə? Hə Allahım neynəmişdim? Sən susursan verəcək cavabın yoxdur deyə yaxşı bəs ailəm ətrafım niyə susur? Onlara nə etmişdim hə? - bu sözləri dəfələrlə təkrar edə-edə yuxuya getdi.....

Azərbaycan. Bakı. İki mərtəbəli villa. Otaqda tək düşüncelere qerq olub. Yenə düşüncələrində məsum qızcıgaz qonaqdır cəmi iki dəfə görmüşdü onu hər ikisindədə kömək etmişdi.
Birinci görüş:
"Qızcıgazın 12 yaşı vardı. Orqan mafiyalarının əlindən qurtarmışdı. Bir azda geciksəydi bəlkədə heç qurtulmayacaqdı çünki Tiqran onu tapanda daha dogrusu Tiqranın dəsdəsi orqan mafiyalarına hücum edib ordakı donorları (yəni insanları) qurtarmaga çalışanda o yaralı şəkildəydi. Orqanlarını götürmək üçün qarın nahiyəsindən yara açmışdlar. Tiqran onu xəstəxanaya çatdırb həyatını qurtarmışdı. O xəstəxanada olanda Tiqran dəfələrlə onunla danışmaga çalışsada o bir kəlmədə olsun danışmamışdı. Susqunluguna görə heç nə öyrənə bilməmiş və nəticədə onu Moskvadakı uşaq evlərindən birinə yerləşdirmişdilər. Bəs ikinci görüş?"
Namiqin gəlişi Tiqranı onu yəni qızcıgazı düşünməkdən uzaqlaşdırdı:
Tiqran. Hə nə yaxşı gəlmisən?
Namiq. Heç bir xəbər demək üçün gəlmişəm
Tiqran. Nə xəbərdiki?
Namiq. Sabah Rusiyadan Azərbaycana bizdə olan sənədlərlə baglı biri gəkəcək
Tiqran. Kim gələcək? Sənə kim dedi bu xəbəri?
Namiq. Sisaydi zəng etmişdi o dedi kimliyin demədi sadəcə xanım oldugun bilirəm
Tiqran. Sisaydi? Mənim barəmdə nəsə soruşmadı?
Namiq. Yo soruşmadı sadəcə sənədləri verməyimizi istədi
Tiqran. Hə yaxşı Namiq onda sabah gələni qarşıla və sənədləri ver
Namiq. İncimə mən sabah ortaq şirkətdə keçiriləcək tendrlə baglı İngiltərəyə gedirəm sən verməli olacaqsan
Tiqran. Off tendrdə yadımdan çıxıb yaxşı sən get o zaman məcbur mən qarşılayıb verərəm sənədləri
Namiq. Yaxşı onda mən getdim gələndə danışarıq
Tiqran. Hə get birdəki ondan nəsə xəbər var?
Namiq. Yo yoxdu məncə da sən onu axtarma
Tiqran. Niyə?
Namiq. Sən onu axırıncı dəfə 6 il bundan öncə görmüsən bu illər ərzindədə onun həyatında çox şeylər dəyişib bəlkədə evlidi xoşbəxtdir hətta övladı belə var. Vallah səni anlamıram
Tiqran. Niyə?
Namiq.14 yaş özündən balaca qızda nə tapmısan axı? Ətrafında o qədər gözəl qızlar varkən sənin həyatına daxil olmaq istəyənlər varkən sənsə ancaq onu səni xatırlamayan birini unutmursan. Tiqran unutmaki o səni bir-iki dəfə görüb bəlkədə səni heç xatırlamır
Tiqran. Off hər nəysə məsləhət istəmədik gedə bilərsən ( Namiq heç nə demədən otagı tərk edir Tiqran Namiqin arxasınca baxaraq) bəlkədə düz deyirsən qardaşım bəlkədə evlidi bəlkədə xobəxtdir. Ya elə deyisə? offfff

Əfşan artıq yuxudan oyanmışdı bütün gecəni yerdə yatmaqdan belində agrılar yaranmışdı key kimiydi. Yerdən qalxıb mətbəxə keçir bir stəkan cay süzüb pəncərəyə yaxınlaşaraq ətrafdakı insanları seyr etməyə başlayır. Birdən aglına nə gəldisə telefonu əlinə alıb aglından keçən nömrəni yıgaraq kiməsə zəng edir:
- alo
+ alo buyurun Nəzrin xanım
-hələdə heç nə danışmayıb?
+xeyir
- yaxşı gəlirəm indi mənimlə üzləşəndə danışar ( telefonu söndürərək ) gözlə Həsənçik gəlirəm - deyib evdən çıxdı.

Sisaydi kabinetində tək düşüncələrə qərq olmuşdu:
-görəsən düzmü edirəm Gürzəni Azərbaycana göndərməklə? Birdən intiqam hissi oyandı və orada qalmaq isdədi onda necə ? Yox əşi elə etməz birdən etdi? Off mən onu itirə bilmərəm mən onu itirsəm Elmardan intiqam ala bilməyəcəyəm yox yox mən onu itirməyəcəm qoymuyacayamki o mənim gözümdən itsin onu itirməyəcəyəm!!!!
Bu çox normal idi. Əfşan başqalarına nisbətən çox qorxulu idi onu qorxunc birisi edəndə məhz keçmişiydi. Əslində Sisaydi Əfşanı tapanda birinə söz vermişdiki onu bataqlıqdan çıxardıb gələcəyi üçün hər bir şəraiti yaradacaq amma Sisaydi həm öz mənafeyi üçün həmdə Əfşanın təkidiylə onu bu təşkilata Əfşan üçün yeni iyrenclikler yaşadan bataqlıga daxil etmişdi. Əfşan bir şeyi yaxşı bilirdiki yalnız bu iyrənc təşkilatin sayəsində həm keçmişindən həmdə Sisaydidən intiqamını alacaqdı.....

Yazar: Əfsanə
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri