İki insan tanıdım (8-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 801
Səs ver:
(səs: 0)
Səhər çoxdan açılmışdı amma Əfşan hələdə çarpayıda uzanmışdı. Əslində yatmamışdı sadəcə xəyallara keçmişinə dalmışdı. Evdən qaçmagından 8 il keçir bu 8 il ərzində həyatı çox dəyişilmişdi dünyaya şikəst gələn qızcıgaz hazırda şikəst deyildi. Daxil oldugu təşkilat sayəsində almaniyada təcrübəli mütəxəssis tərəfindən əməliyyat olmuş və şikəst qorxaq Əfşan ölmüş yerinə intiqam hissi ilə alışıb yanan keçmişinə qarşı kin-küdurət bəsləyən Əfşan gəlmişdi. Bəlkədə ailəsi keçmişi onu görsə heç tanımazdıda. Telefon zəng çalınır:
-eşidrəm
+Nəzrin xanım Həsəni öldürdük
- lap yaxşı izi itirmisiz?
+ bəli narahat olmayın
-yaxşı bir müddət mənə zəng etməyin
+ oldu Nəzrin xanım sagolun
-(Əfşan telefonu söndürərək) intiqamımın ilk adımı atıldı (gülərək)

Anar bütün gecəni yata bilməmişdi hələdə Əfşanı fikirləşirdi:
-necədə gözəlləşmişdi çox dəyişilmişdi əvvəlki o şirin uşaq təbəssümlü qorxaq qızdan əsər belə qalmamışdı. İllər onu çox dəyişdirmiş dahada qəddarlaşdırmışdı. Axı o axsayırdı? Amma indi axsamır necə ola bilər axı? Onunla qarşılaşmagı çoxdan arzulayrdım amma bu bataqlıqda yox! Off Sisaydi niyə belə etdin? Axı söz vermişdin? Offf o qız burda olmamalıydı Sisaydi! O qızın burda olmagında bu bataqlıga düşməyində məndə günahkaram əgər Sisaydiyə inanmasaydım etibar etməsəydim hər şey fərqli ola bilərdi Offf ....

Rusiya. Moskva. Sisaydi kabinetində əsəbi şəkildə sənədlərə baxırdı (əslində baxmırdı sənədləri vərəqləyirdi). Əsəbi oldugu üçün heç kim onun kabinetinə girməyə cürət etmirdi. Hər kəs Sisaydinin belə halından çox qorxurdu bir tək Əfşandan başqa. Həmişə Sisaydinin yanına gələndə ordakı işçilər yadakı Lalə Sisaydinin əsəbi oldugunu deyən zaman vecinə almaz qapını döymədən kabinetə daxil olardı. Bu gündə Sisaydinin əsəbi günlərindən biri idi. Əsəbləşməsinin səbəbi isə Lalənin verdiyi xəbər idi. Lalə Əfşanın 1 gün artıq Azərbaycanda qalacagını demişdi. Bu da Sisaydini çox qorxudurdu. Əlbəttəki Sisaydi Əfşanı itirməkdən qorxurdu. Çünki Əfşan sayəsində öz istəyin yerinə yetirəcəkdi. Bir tək Əfşan Sisaydinin intiqam almasına kömək edə bilərdi. Sənədləri kənara atıb stolun şkafını çəkdi şkafdan bir qutu çıxardb yenidən şkafı bagladı. Qutunun açıb içərisindən QURANİ KƏRİM duası olan bir kolye çıxardı. Bu kolye onu keçmişə apardı:
"-Bogazındakı kolye nədir qızım?
+QURANİ KƏRİM duası
-onu niyə taxmısanki?
+bu kolye məni pisliklərdən qoruyur
-əgər qoruyurdusa niyə bu yaşda səni fahişələr arasında tapdıq?
+-----------
-bax susursan özündə bilirsənki bu uydurmadı insanı ancaq özü qoruya bilər hansısa qüvvə deyil (deyib qızın bogazından asılan kolyeni dartıb çıxardı) birdə görməyim səndə belə şeylər
+yaxşı (üzgün şəkildə)"
Sisaydi düşüncələrdən ayrılaraq:
-ilk pis özün oldun Zəhra xanım ( Sisaydinin əsl adı beləydi) başqaları kimi səndə onu məhv etdin Zəhra səndə. Ona kömək etmək yerinə Qafqaz Pələnginə verdiyin sözü tutmaq yerinə onun ürəyini intiqam hissi ilə doldurdun və öz oyuncagn etdin. Qorx ki bu oyuncaq sənidə məhv etməsin Zəhra qorx!

Azərbaycan. Bakı. Artıq axşama az qalmışdı. Əfşan heç nəyin fərqində deyildi. Bir şeyi dərk etmirdiki 2 həfdə bundan öncə *****gecə klubunda eşitdiyi " Qafqaz Pələngi" ləqəbli insan elə Anarın (Tiqran) özü idi. O bilmirdiki ləqəbini eşidəndə çox sevindiyi insanla görəcəkdilər. Əslində bir gün öncə oteldə görüşmüşdülər amma bu görüş fərqli olacaqdı. Bir gün öncəki görüşdə əslində sənədlər Anardaydı (Tiqran) amma Anar qəsdən Əfşanı bir gün artıq burda saxlamaq üçün yalandan sənədləri gətirmədiyini demişdi. Anar artıq *** restorannda onlar üçün ayrılan masada əyləmiş və Əfşanı gözləyirdi. Budur artıq əfşanda həmin ünvandaydı:
Anar. Salam Nəzrin xanım
Əfşan. Salam Tiqran bəy
Anar. Buyurun əyləşin
Əfşan. Vaxtım yoxdu sənədləri verin gedim
Anar. Belə etməyində Nəzrin xanım bir də nə vaxt görəcəyik ee bir-birimizi xaiş əyləşin bir az söhbət edib bir-birmizi tanıyaq
Əfşan. Yaxşı amma az vaxtım var
Anar. Bax belə agıllı qızsan
Əfşan (agzını büzərək) hə nə deməssən
(Əslində Əfşan heç kimlə oturub danışmagı sevməzdi həmişə təkliyi sevib amma Anarla danışmagı istədi çünki Anar onun xoşuna gəlmişdi. Hansı qızın xoşuna gəlməzki Anar. Qızların oglanlarda istədikləri hər nə varsa Anarda vardı- hündürboy, qarabugdayı, idmançı bədənli bir oglan idi Anar. Yaşının 34 olmasına baxmayaraq 25 yaşında oglandan heç secilməzdi)
Anar. Hə Nəzrin xanım danışında
Əfşan. Nə danışım axı?
Anar. Özünüzdən
Əfşan (qorxu içində) özüm haqda bilməsəzdə olar
Anar. Yaxşı əsəbləşməyin
Əfşan. Kim deyirki əsəbləşmişəm hər nəysə sənədləri verin gedim
Anar. buyurun sənədlər (Əfşan sənədləri götürüb getmək istəyəndə) niyə bu bataqlıqdasan?
Əfşan. (Əfşan dayansada heç nə danışmırdı)
Anar. Səninləyəm axı?
Əfşan. (Əfşan hələdə susur)
Anar. Sisaydi səni uşaq evinə verməliydi axı?
Əfşan. (Əfşan hələdə qorxu içində idi birdən qışqıraraq) sən kimsən?
Anar. Sənə kimliyim qalmayıb. Sənə sual verdim Əfşan niyə burdasan?
Əfşan. (Əfşanın adını deməyi dahada qorxutdu) Mən Əfşan deyiləm!
Anar. Kimi aldadırsan həə? Sən belə deyildin o uşaq təbəssümlü qorxaq axsaq qızdan əsər belə qalmayıb. Əfşan niyə özünü aldadırsan axı? Niyə? (Qışqıraraq)
Əfşan. (Əfşan yenədə susurdu)
Anar. Bax susursan niyə burdasan? Hə niyə? Axı indi fərqli həyatda olmalıydın. Sisaydi mənə söz vermidi Əfşan
Əfşan (Əfşan sənədləri götürüb qışqıraraq) sənin kimi cındırların ucbatından (deyib oranı tərk etdi)
Anar. (Anar özünü toplayıb onun arxasınca getdi) dayan eşidirsən məni dayan
Əfşan. (Əfşan dayandı qışqıraraq Anarın sinəsin yumruqlayaraq) kimsən axı sən? Kim? Məni niyə saxladın bu xarabada hə? Keçmişimi xatırladıb məni mənən öldürmək üçünmü hə? Rahat ol artıq Əfşan öldü eşidirsən məni Əfşan öldü! Onu keçmişi öldürdüüüü!!!( deyib yerə çökdü nə oldusa huşunu itirdi)
Anar. Əfşan nə oldu sənə? Əfşan səninləyəm. Əfşan aç gözlərini Əfşan. Əfşan belə eləmə. (Qışqıraraq) Bu xarabada heç kim yoxduu bizə kömək etməyə? Əfşan aç gözünüüü.......

Yazar: Əfsanə
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri