İki insan tanıdım (42-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 072
Səs ver:
(səs: 0)
İntiqam
Bakı. Anarın şirkəti. Anar və Namiq.
Anar. (Qışqırır) Namiq sənin bəhanələrin adamlarının fərsizliyi artıq məni bezdirir
Namiq. Anar biz əlimizdən gələni edrik onu axdarırıq hələdə axdarışlar davam edir
Anar. Axdarışlar davam edsədə ortada heç nə yoxdu
Namiq. Anar inanki biz əlimizdən gələni edirik sadəcə
Anar. Sadəcə nə? Hə? Sizin fərsizliyiniz Vasifin səhv buraxmadan aradan çıxması?
Namiq. (Başını aşagı salır)----
Anar. Namiq artıq sizin Vasifi tapa bilməməyiniz məni əsəbləşdirib artıq sizinlə başqa dildə danışmalı olacam
Namiq. Anar inanki biz əlimizdən gələni edirik onu hər yerdə axdarırıq
Anar. Namiq 3 ay bundan öncə mənə Vasifin 2 ay öncəyədək toyunun olacagı və Vasifin öz toyu üçün Naxçıvana gedəcəyi barədə məlumat vermişdiz amma artıq 2 ay keçib toy üçün təyin olunan gündən nə Vasif Naxçıvana gedib nədə Toy baş tutub
Namiq. Anar inan bizə elə məlumat gəldi Elmar müəllim toyun vaxtını ve toya çagrilacaq insanları təyin etmişdi sadece iki ayda ne oldusa toy təxirə salındı
Anar. 2 ay da ne ola biler axı? toyun baş tutmasına nə mane ola bilər axı?
Namiq. (Ürəyində) Əfşan mane ola biler Əfşan sagdır amma sən bunu bilmirsən
Anar. Namiq səninləyəm?
Namiq. Bilmirəm
Anar. Necə yəni bilmirəm? Bilmirsən öyrən!
Namiq. Yaxşı öyrənərəm
Anar. Namiq sənə bir həfdə vaxt. Bir həfdə ərzində mənə Vasifi tap gətir
Namiq. Anar bir həfdə? Bir həfdədə necə axı
Anar. Mən bilmirəm Namiq Vasifi tap gətir!
Namiq. Yaxşı
Anar. İndi isə gedə bilərsən
(Namiq otagı tərk etdiyi zaman) Namiq?
Namiq. (Ayaq saxlayaraq Anara tərəf çevrilir) buyur
Anar. Səninlə kpbud danışdıgım üçün məni bagışla
Namiq. Eybi yoxdu
Anar. Xaiş məni anlamaga calış Əfşanımın həyatını məhv edən Vasif alçagını tezliklə məhv etmək isdəyirəm artıq gözləməyə səbrim yoxdu
Namiq. Narahat olma tezliklə Vasifi əllərimlə sənə gətirəcəm (Namiq Anarın kabinetindən çıxaraq öz kabinetinə daxil olur bir neçə dəqiqəlik düşüncələrdən sonra) off sən nə edirsən Namiq? Əfşanın sag oldugunu niyə Anara demirsən axı? Ən yaxın dosduna qardaş bildiyin insana niyə xəyanət edirsən axı ? Offf
Bagışla məni Anar bagışlaki Əfşanın sag oldugunu sənə demirəm. İnşallah bir gün etdiyim hərəkətə görə mənə bəraət qazandıracaqsan inan mənə hər ikinizin yaxşılıgı üçün ayrı qalmalısız

Naxçıvan. Şərur.
Əfşangilin evi.
Gülnarə xanım öz otagında ailə şəkillərinə baxır bu zaman otaga Əfşan və Nərmin daxil olur.
Nərmin. Gülnarə xanım nə edirsən belə?
Gülnarə. (Şəkillərdən diqqətin ayraraq Nərminə baxır) heç qızım ailə şəkillərinə baxram
Nərmin. Hm ana şəkli neynirsən ee özümüz canlı burdayıqdə
Gülnarə. Ama atanız yoxdu
Nərmin. (Anasına yaxınlaşıb onu qucaqlayır) canım anam atam yanımızda olmasada hardansa bizi izləyir xoşbəxt oldugumuzu görüb oda sevinir bizə görə
Gülnarə. (Qızını qucaqlayaraq) düzde qızım dediyində həqiqət var
Nərmin. Mənim gözəl anam sənin qızın nə vaxt səf deyibki?
Gülnarə. o qədər səf deyibki
Nərmin. Biy mən?
Gülnarə. (Gülür) hə sən
Nərmin. Nəyi səf demişəmki?
Gülnarə. Hansını deyim?
Nərmin. (Hirslə) hamısını
Gülnarə. Ən böyüyünü deyim?
Nərmin. Hə
Gülnarə. Vasiflə evlənmirəm dediyin səf dediyindidə
Nərmin. Hm elə bu?
Gülnarə. Hə
Nərmin. Məndə dedim ki indi nəisə faciə baş verib yəqin
Gülnarə. Faciədən betərdi
Nərmin. Ola bilər anam faciədən betər olsun amma indi düz deyirəmki?
Gülnarə. Hə Vasiflə evlənməyə razı oldugun haqlı qərardı səf deyil
Nərmin. (Gülür) əsas odu sonda düzgün demişəmdə
Gülnarə. (Nərmini qucaqlayır) hə mənim gözəl qızım
Əfşan Gülnarə və Nərminin söhbətin kənardan izləyirdi. Onların belə mehriban olması onu xaricdən sevincli gösdərsədə daxildən paxıllıq edirdi. Gülnarə xanım Əfşanı kənarda dayandıgın görür.
Gülnarə. Əfşan sən niyə kənarda dayanmısan səndə gəl
Əfşan. Nə bilim mən gəlməsəm yaxşıdı
Nərmin. Ay qız gic olma gəl üçümüz daha şirin olarıq
Əfşan onlara yaxınlaşır. Gülnarə xanım hər iki qızını bagrına basaraq bərk-bərk qucaqlayır. Bu zaman xidmətçi otaga daxil olur.
Xidmətçi. Gülnarə xanım Vasif bəy gəlib
Gülnarə. Gecənin bu vaxtı? Həmdə o İngiltərədə deyildiki
Xidmətçi. Bu gün gəlib İngiltərədən
Gülnarə. Sən düş qızım bizdə gəlirik (xidmətçinin otagı tərk etməsiylə Gülnarə xanım üzün qızlarına çevirir) qızlar gəlin düşək aşagı
Nərmin. Mən düşmürəm
Əfşan. Niyə ?
Nərmin. Nəəm
Əfşan. Nişanlından utanırsan?
Nərmin. (Qızarır). Mən. Mən
Yox onun nəyindən utanacam əşi düşürəm ee aşagı
Əfşan. (Gülür) gəl
Gülnarə. Gəlin da gedək ayıbdı uşaq yəqin təkdi
Nərmin. (GÜLÜR) uşaq? Uşaq ee eşşək boydadı ee ana onun nəyi uşaqdı
Gülnarə. Ay qızsəndə eşşək boydasan ancaq mənim gözümdə uşaqsan
Nərmin. Hm
Əfşan. (Gülür) al di cavabını sənə lazımıydı
Gülnarə. Da gəlin
Gülnərə Əfşan və Nərmin aşagı düşürlər. Nərmin Vasifi görən zaman utancından qıpqırmızı olur. Gülnarə. Xoş gəlmisən oglum səndən nə əcəb belə?
Vasif. Çox sagolun bibi evim sizlər yadıma düşdüz gəldim Gülnarə. Yaxşı etmisən oglum yaxşı mən mətbəxə keçim sizə çay gətirim sizdə oturun rahat gəlrəm indi Vasif. Əziyyət çəkməyin bibi
Gülnarə. Aa nə əziyyiət oglum xoçdu siz oturun mən indi gəlirəm Vasif. Yaxşı (Gülnarə xanım mətbəxə keçir Vasif
Əfşana baxır)
Salam Əfşan necəsən
Əfşan. Salam Vasif yaxşıyam çox sagol sən necəsən
Vasif. Məndə yaxşıyam
Əfşan. Nə yaxşı gəlmisən
Vasif. Nəəm gəldimdə
Nərmin. (Hirs və kin dolu baxışları)
Vasif. (Əfşan Vasifə göz qaş edərək Nərmini gösdərir) Nərmin sən necəsən Nərmin. Sənə nə necəyəm həkimsən?
Vasif. Hə həkiməm həmdə sənin kimi xəsdəyə kömək edəcək həkim Nərmin. Xəsdə özünsən. Sən mənə kömək edəssən? Hm güldürmə səndən gələcək kömək Allah dan gəlsin Vasif. (Nərmini dahada qıcıqlandırır) Bıy canım Allahda məni göndəribdə sənə kömək etməyə Nərmin. Sənin kimi Ayını Allah deyil şeytan göndərər
Əfşan. (Nərminin qolun sıxır) ay qız nə gicdəyirsən?
Nərmin. (Qolun tutaraq) ay yavaş. Əccəb edrəm bunun kimi ayıya belə cavab vermək lazımdı Vasif. Mənəm ayı?
Nərmin. Yox nənəm
Vasif. Ay gic nənəm eşitməsin yoxsa səni həyatdan silər Nərmin. Əfşan qarşımızda dayanan şimpanzeyə oxşayan qorillaya deki sussun yoxsa mən susduracam indi Əfşan. Nərmin sus
Vasif. Mənim gözəl mələyim sən bir iki ay sonra təəssüfki bu şimpanzeyə oxşayan qorillaya ərə gedəcəksən Nərmin. Ərə gəlməyəcəm ee ölümə gedəcəm
Vasif. Canım narahat olma ölməyəcəksən sadəcə uşaqlarımıza baxacaqsan Nərmin. Nə uşaqlarımız? Sənin kimi qorilladan?
Vasif. Həəə
Murad və Rəna Bayramla birgə Rənanın atası gilə getdiyindən evə həə indi gəlirdilər. Murad içəri daxil olan kimi qucagında yuxuya keçən Balaca Bayramı Rənaya verərək otagına aparmasını söyləyir. Rəna uşagı otaga aparır Murad Vasiflə görüşür və beləliklə bayaqdan davam edən Vasif və Nərmin münaqişəsinə son qoyulur. Murad və Vasifin söhbətləşməsindən isdifadə edən Nərmin və Əfşan otaglarına çıxırlar
///////
Almaniya.
Yakop və Luyisa.
Luyisa.(Luyisa Yakopun yanında oturur) Yakop əzizim nə olub fikirlisən?
Yakop. (Yanında oturan Luyisanı qucaqlayaraq özünə tərəf çəkir) heç gözəlim Əfşan və Anarı fikirləşirəm. Əfşanın sag olmasını Anardan gizlətmə düzmü edrik?
Luyisa. Bilmirəm canım amma unutma Əfşana söz vermişik ki Anar onun yaşadıgnı bilməyəcək
Yakop. Bilirəm Əfşana verdiyimiz sözü unutmamışam ancaq Anardan gerçəyi gizlətməyə haqqımız yoxdu
Luyisa. Əlbəttəki haqqımız yoxdu ancaq Əşrəf alçagının edə biləcəkləri təhlükəsinə görə məcburuq
Yakop. Əşrəf heç nə edəbilməz Luyisam
Luyisa. Hardan bilirsən Yakop o çox alçaqdır bir insanı məhv etmədən əl çəkməz unutmusan mənə etdiklərin? Məni bir fahişə kimi satmagın unutmusan?
Yakop. (Əliylə Luyisanın agzın tutaraq) şşş birdə Fahişə sözün işlətmə sən heç vaxt fahişə olmamısan
Luyisa. (Gözlərindən yaş süzülür) biz nə qədər gizlətməyə çalışsaq da bütün bunlar acı reallıqdı mən fahişə olmuşam Yakop sənsə məni ordan o bataqlıqdan qurtaran qəhrəman sevgilim olmusan
Yakop. Sus xaiş edrəm sus fahişə sözün işlətmə yalvarıram sevgimizin övladımızın xətrinə fahişə sözün işlətmə
Luyisa. Yaxşı söz verirəm bir də işlətməyəcəm
Yakop. Luyisam inan mənə Əşrəfi qan qusduracam ona elə bir zərbə vuracamki özü yaşamaq isdəməyəcək
Luyisa. Onu övladlarıyla cəzalandıracaqsan? Axı onların heç bir günahı yoxdur həmdə onlarda öz atalarının qurbanıdır
Yakop. Mən Əşrəf alçagı deyilə Luyisam Əşrəfin etdiklərinin hesabən heç vaxt övladlarından sormaram
Luyisa. Nə edəcəksən
Yakop. Mən deyil övladları edəcək
Luyisa. Nə ?
Yakop. Namiq və Lalə bu bataqlıgın hesabını öz atalarından soracaq

Naxçıvan. Şərur.
Elmarın evi.
Gecə saat 2:00.
Vasifin yataq otagı.
Vasif Vüsala zəng edir
Vasif. Hə qardaşım necəsən
Vüsal. Yaxşıyam qaqaş sən necəsən
Vasif. Mən də yaxşıyam evimizdəyəm
Vüsal. Aa nə yaxşı qaqaş mama ilə papa necədi
Vasif. Yaxşıdılar şükür sən nə vaxt gələcəksən?
Vüsal. İnşallah iki həfdəyə imtahanlar bitsin gələcəm
Vasif. Pah guya imtahanlara görə gəlmirsəndə
Vüsal. Başqa niyə görə gəlmirəmki? Anlamadım qaqaş
Vasif. Qardaşınam ee yad deyil mənədə yoxdə
Vüsal. Qaqaş nə dediyini anlamram
Vasif. Deyirəm imtahanı bəhanə gətirmə qıza görə ordasandə
Vüsal. Nə qız qaqaş?
Vasif. Vüsal yaxşıdə guya sevgilin yoxdu?
Vüsal. Vallah yoxdu qaqaş
Vasif. İsdədiyin qızda yoxdu?
Vüsal. İsdədiyim qız?
Vasif. Hə isdədiyin qız
Vüsal. Mm əslində var ee qaqaş
Vasif. (Sevinclə) var əladıki kimdi o xoşbəxt yar
Vüsal. Aramızda qalacaq
Vasif. Yo bütün nəsil nəcabət biləcək
Vüsal. Ee bəsdidə zarafat yeri deyil
Vasif. Əlbəttə aramızda qalacaq ay gic qardaşım. Mənəm ee mən qardaşın Vasif. Yaxşı uzatma kimdi?
Vüsal. Əfşan
Vasif. Əfşan?
Vüsal. Hə
Vasif Əfşanın adını eşidcək çox qəribə olur. Əslində bir tərıfdən çox sevinsədə qardaşının onu sevməsinə digər tərəfdənsə məyus olur çünki Əfşanın Anarı sevdiyini Anarında Əfşanı dəlilərkimi sevdiyini bilirdi. Əfşanın Vüsal sevgisinə qarşılıq verəcəyi isə Vasifin beynində sual altındaydı
Vüsal. Alo qaqaş nə oldu
Vasif. Heç nə Vüsal telefon xəttində problem var deyəsən indi adboy verməliyəm sonra danışarıq sagol
Vüsal. (Heç nə anlamır) sagol
2 saat sonra.
Vasif. Sən? Ax
Vasif sözünü bitirməmiş çəkilən tətikdən açılan güllə
Vasifin al qan içində yerə yıxılan vücudu və atəş açanın anidən otagı tərk etməsi. Vasif al qan içərisində yerdə can verirdi. Titrəyən dodaqlar əsən əllər dayanmadan axan qan..

Yazar: Əfsanə
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 072
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri