İki insan tanıdım (44-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 658
Səs ver:
(səs: 0)
Məhv olan həyat.
Ünvanı bilinməz xarabalıq. Aga Sisaydi və Əfşan.
Üz gözü qan içərisində olan Əfşan və öz kinli baxışlarını Əfşandan çəkməyən iki insan.
Aga. Ooo gözəlçəmiz şirin yuxudan oyanıb
Sisaydi. Sabahınız xeyir Əfşan xanım nəsə istəyiniz var?
Əfşan. Hə
Aga. Oo Əfşan xanım nə istəyir
Əfşan. Sizin iyrənc üzünüzü görməmək
Sisaydi. Bagışla gözəlim istəyiniz yerinə yetirilməyəcək sən isdəməsən belə bizim üzümüzü görməyə məcbursan
Aga. İndidən öyrəş gözəlim sən bizim üzümüzü hər gün görəcəksən
Əfşan. Ölsəm daha yaxşıdı
Aga. (Gülür) bax o arzun yerinə yetə bilər
Əfşan. Sizi məhv etməmiş ölən deyiləm
Aga. Hə oda düzdü səndən qorxmaq lazımdı
Sisaydi. Əfşan xanım sən bizim əlimizdəsən biz sənin yox. Biz səni məhv edə bilərik gözəlim
Əfşan. Məhv etdə onda nəyi gözdəyirsən
Aga. Hələ tezdi gözəlim vaxtı gələndə olacaq
Əfşan. Qorxaqsız. Siz qorxaqlar məni məhv edəcək? Gülməlidi
Aga. Deyesen yenədə it kimi döyülmək isdəyirsən?
Əfşan. Qorxaqsandə Əşrəf qorxaq! Köməksiz bir qadını döyməklə öz gücünü gösdərirsən ancaq amma onu bilki vaxt gələcək peşman olacaqsan
Aga. Vaxt gələndə nə olacaq? Hazırda mənim əlimdəsən hakimiyyətdə məndədi gözəlim yəni sən heç nə edə bilməssən
Əfşan. Qorxaqların hakimiyyəti uzun çəkmir
Aga. (Əfşana sərt şillə çəkərək) qorxaq mən deyil sənin atandır
Əfşan. Alçaq murdar agzınla atamın adın çəkmə!
Aga. Nə oldu gözəlim əsəbləşdin? Nə vaxtdan ailəni müdafiə edən olmusan? Sən deyildin ailənə nifrət edən? Amma öz aramızdı Vasifidə qəşənk vurmusan aa (gülərək) sagolda Əfşan mənim işimi həll etdin sən olmasaydın Vasifin qatili mən olacaqdım
Əfşan. Vaxt gələr sənidə vurarıq
Aga. Yox əşi iştahın əladı məni vurmaq ha? Heç kimin duxu çatmaz məni öldürməyə gözzəlim
Əfşan. Narahat olma gün gələcək səni öz əllərimlə öldürəcəm
Aga. Əfşan o günün gəlməyi heç vaxt olmayacaq əksinə mən səni yaşayan ölüyə çevirəcəm sevdiklərini bir bir gözünün qarşısında məhv edəcəm
Əfşan. Aga deyəsən unudursan mənim sevdiklərim yoxdur
Aga. Xeyir unutmamışam . Anarı heç unutmamışam
Əfşan. (Tutulur) ---
Aga. Onuda vaxtı gələndə sənin yanına gətirəcəm və gözünün qarşısında məhv edəcəm
Əfşan. Ona hec nə etmə! Yoxsa səni məhv edərəm
Aga. Sən məni əsla məhv edə bilmərsən sussan yaxşı olar
Sisaydi. Əfşan sənə sürprizim var?
Əfşan. Nə gicliyirsən?
Sisaydi. Əhməd gəririn
Əhməd yarım tikiliyə daxil olur Əfşan Əhmədin yanında bir nəfər görür. Onun kimliyini dəqiqləşdirmək üçün dahada yaxınlaşmasını gözləyir.
Əfşan. (Şok vəziyyətdə) ola bilməz
////////////

Naxçıvan. Şərur.
Xəstaxana.
Vasifin vəziyyəti barədə hələdə dəqiq məlumat yoxidi. Həkim hərdəfə Elmar və başqalarıyla qarşılaşanda təskinlik verirdi sadəcə. Elmar hələdə bunu kimin etdiyini dəqiq bilmirdi. Sadəcə agadan şüphələnirdi. Nuriyə xanım isə Vasifə qarşı ediləni Anarla əlaqələndirirdi. Nuriyə xanım fikrində Anarın anası Könül xanımın intiqamı üçün Vasifi öldürməyə çalışması idi ancaq. Murad və Ramiq bizneslə yaşanan qarşıdurmalarla əlaqələndirirdi. Polislər hər gün Elmarla danışmaga çalışırdı ancaq Murad və Ramiq onlara mane olurdu. Vüsalın isə qardaşının başına gələnlərdən hələdə xəbəri yox idi. Gülnarə xanım isə pərişan halda xəstəxanada bir küncə çəkilib dərin düşüncələrə qərq olmuşdu. Vasifin başına gətirilənləri kimin etməsi ilə baglı düşünürdü. Nərminin pərişan şəkildə xəstəxanada sakitləşdirici ilə yatırdılması onu dahada narahat edirdi bir tərəfdən isə Əfşanın xəstəxanaya niyə gəlməməsini düşünürdü. Əfşanın başına gələnlərdən xəbərsiz şəkildə onun evdə oldugunu sanırdı. Amma yenədə Əfşana görə çox narahat idi.
Tibb bacısının qışqırtısı ilə ətrafdakıların düşüncələrdən ayrılması bir olur.
Tibb bacısı. Həkim həkim xəsdə
Həkim qacaraq palataya daxil olur. Nuriyə ilə bərabər hər kəs təlaşa qapılır. Nuriyə göz yaşları ilə fəryad qoparır.
Həkim palatadan çıxır. Ümid dolu baxışlar və həkimin məyus şəkildə üz ifadəsi.
Bakı.
Anar şirkətdə işlərini həll edib bitirdikdən sonra şirkəti tərk edir. Şofirinə maşını özü idarə edəcəyini yalnız qalmaq isdədiyini deyərək şofiri evinə göndərir özü isə maşınına minərək harasa dogru sürür. Yarım saat sonra onun üçün tanış olmayan binanın qarşısında maşının saxlayır. Maşından enərək binaya daxil olur. Bir evin qarşısında dayanıb qapının zəngin çalır. Gecə paltarında bir qsdın qapını açır. Balacaboy olmasına baxmayaraq gözəl şirin bir qadın idi. Anarın qarşısındakı bu qadın bir iki ay bundan öncə gecə klubunda tanış oldugu Salehin Anarı məhv etməsi üçün göndərdiyi Namiqin Anara o qızdan uzaq dur dediyi qadın Ülkər idi. Anar Salehin oyunundan xəbərsiz şəkildə özünü atəşəin içərisinə atmışdı.
Ülkər. Xoş gəlmisən canım
Anar. Sagol
İçəri daxil olur. Otaga daxil olan kimi Ülkəri qokundan tutub özünə tərəf çəkir öpməyə başlayır. Sərt öpüşlərə Ülkəri qərq edən Anar onun əynindəki gecəliyi çıxartmaga başlayır. Ülkərin geyimin çıxardandan sonra özünün zorla sıgışdıgı saruçqanı güclə əynindən çıxardır. Ülkərin qolundan tutaraq yataq otagına aparır. Yenidən sərt öpüşərə qərq edir. Ülkər bir az incidilsədə susurdu yenədə çünki xoçuna gəlirdi. Və həmdə onu infidən insanın Anar olması onu susmaga vadar edirdi. Çünki o Anarı sevirdi.
Sərt öpüşlərdən sonra Ülkərlə birgə olan Anar Ülkəri özünə bəmbərk sıxaraq yuxuya gedir.....
Əziz oxucularım bəlkədə bu bölümdə Anarın Ülkərlə birgə olmasına görə Anara əsəbləşdiniz. Onun Əfşana xəyanəti sizdə Anara qarşı nifrət yaratdı. Əslində Anar obrazı mənim idealm idi. O insanı həmişə sevgisinə sadiq birisi kimi göstərmək isdəyirdim ancaq sonra başa düşdüm ki ideal kişi yoxdur. Hər bir kişi gözəl bir xanımın qarşısında iki dəqiqə içərisində zəif məxluqa çevrilir. Kişi oxucularımdan üzür isdəyirəm bu ifadələrimə görə amma bu fakt danılmazdır

Yazar: Əfsanə
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri