İki insan tanıdım (45-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 519
Səs ver:
(səs: 0)
Nifrət.
Bakı.
Ülkər və Anar.
Ülkər. Anar canım oyan telefonuna zəng gəlir
Anar. (Güclə gözünü açaraq) canım demədim məni oyatma
Ülkər. Canım axı telefonuna zəng gəlir
Anar. Nə zəng? Telefonu mənə ver
Ülkər. Al canım
Anar. (Telefonu Ülkərdən alaraq cavablandırır) alo buyur Namiq
Namiq. Anar hardasan?
Anar. Heç bir az işim var nə olubki
Namiq. Şirkətdə aləm bir-birnə dəyib. Luyisa Galler (Anarın dayısı Yakop yəni Musanın həyat yoldaşı) bu gün Almaniyadan gəlib gələn kimidə şirkətə baş çəkdi
Anar. Nəə? Niyə gəlib
Namiq. Bilmirəm səni soruşdu sənin olmadıgnı dedib çıxıb getdi
Anar. Məni neynirki?
Namiq. Bilmirəm . Ay lap yadımdan çıxmışdı birdə getməzdən öncə Almaniyada ***şirkətinin əsl sahibinin gələn həfdə Azərbaycana gələcəyini və səninlə görüşmək isdədiyini dedi
Anar. Hm başa düşdüm. Nə isə sən onu boş ver mən dediyimi etdin?
Namiq. Hə biletlər bu axşama hazırdı
Anar. Lap yaxşı intiqam gününə dogru bu axşam yola düşürük
Namiq. Hə
Anar. Yaxşı sagol mənim indi işim var birazdan şirkətə gələcəm orda danşarıq.
Namiq. Yaxşı qardaşım
Anar telefonu söndürür. Ülkər sual dolu baxışlarını Anara dogru zilləyir. Ülkərin baxışları Anarın gözündən qaçmır.
Anar. Nə olub
Ülkər. Telefonla danışarkən "İntiqam gününə dogru" dedin. Anar nə olub nə intiqamıdır
Anar. (Hirslə) sən mənim telefon danışıgıma niyə qulaq asırsan?
Ülkər.(tutulur)
Anar. Birdə belə etsən sənin üçün pis olar
Ülkər. Bagışla birdə etmərəm
Anar. (Ülkərə qarşı kobud oldugunu hiss edərək Ülkərin könlün almaq üçün onu özünə tərəf çəkir bəmbərk qucaqlayır) bagışla sərt danışmaq isdəmədim
Ülkər. Eybi yox
Anar. Canım san mənim
Ülkər. Səndə mənim hər şeyimsən məni heç vaxt tərk etmə
Ülkərin bu sözü Anara Əfşanı xatırladır. Çünki Əfşanda Anara məni tərk etmə heç vaxt ayrılmayaq deyərdi. Anae bir az tutulur. Qara iri parıldayan gözləri dolur. Öz sevdiyi canından çox qorudugu qadınla yaşadıqları lent kimi sıra ilə gözünün qarşısına gəlir.
Üllər. Canım nə oldu sənə yaxşısan
Anar. (Özün ələ alaraq) hə yaxşıyam
Ülkər. Onu xatırladın?
Anar. (Təəccüblə) həə. Sən hardan bildin?
Ülkər. Qara iri gözlərindən
Anar. Anlamadım
Ülkər. Gözlərin ani olaraq qəribə baxdı. Anar bilirəmki sən hələdə onu sevirsən buna görədə səni qısqanmlram
Anar. nə əcəb
Ülkər. Ölü birini qısqanmaq ən böyük giclikdi
Anar. (Sərt şillə çəkir Ülkərə) birdə ona ölü desən aəni məhv edərəm
Anar paltarlarını geyinərək hirslə evi tərk edir. Ülkər ardından gözlərindən axan yaşlarla baxa-baxa qalır.

Naxçıvan. Şərur.
Xəstəxana.
Nuriyə. (Hayqırtılı səslə) həkim oglum necedi
Həkim.----
Nuriyə. Həkim niyə susursan axı? Ogluma nəsə olub
Həkim. Narahat olmayın xanım oglunuz yaxşıdı artıq həyatı üçün heç bir təhlükə yoxdu
Nuriyə. Şükür sənə Rəbbim. Oglumu görə bilərəm
Həkim. Xeyir oglunuza verilən narkozun təsiri hələki getməyib deyə yatır oglunuz oyanana qeder göre bilmezsiz
Gülnarə. Nə vaxt oyanar
Həkim. Səbirli olun xaiş. Nə vaxt oyanacagnı dəqiq deyə bilmərik
Elmar. Həkim deyilsizki? Necə yəni dəqiq deyə bilmərik
Həkim. Baxın oglunuzun başına gətirilən hadisə ilə çoxları üzləşib və nəticədə bizə gəliblər. Bəziləri yaşayıb bəzilərini isə itirmişik. Oglunuz hazrda narkozun təsirindədir bu hər bir xəstədə baş verir və hər bir xəstə biz deqiqleşdirmədiyimiz zamanda bu təsirdən azad olur. Bizi anlamaga çalışın oglunuzun narkozdan nə vaxt ayılacagını dəqiq deyə bilmərik.
Elmar. Həkim sizdə məni anlayın xaiş içəridə canıyla əlləşən yaşamaq üçün mübarizə aparan mənim qanım canımdı məni balamdı
Həkim. Anlayırıq sizi sakitləşməyə çalışın xaiş bir az səbirli və təmkinli olun hər şey yaxşı olacaq. Oglunuz güclüdü o yaşayacaq
Nuriyə. Allah agzından eşitsin həkim balam yaşasın
Həkim oranı tərk edir. Murad Gülnarəyə dogru yaxınlaşır.
Murad. Ana səninlə danışmalıyıq
Gülnarə. Oglum indi zamanı deyil sonra danışarıq
Murad. Yox ana vacibdi
Gülnarə. Nə olub axı? Bu qədər vacib olan nədir?
Murad. Əfşan!
Gülnarə. Əfşan? Əfşana nə olubki?
Murad. Bayaq Rəna zəng etmişdi iki gündü Əfşanın evdə olmadıgını dedi
Gülnarə. Nəə? Harda ola bilər axı? Bəlkə öz otagında olur gecələr gündüzlərdə harasa gedir
Murad. Yox ana Rəna Vasifin vuruldugu gündən Əfşanın yoxa çıxdıgnı deyir
Gülnarə. Necə yəni? Harda ola bilər axı?
Murad. Bilmirəm Fuad a demişəm adamlarla bərabər axdarır
Gülnarə. Murad oglum qurban olum sənə Əfşanı tez tap başına bir şey gələr yoxsa
Murad. Narahat olma ana axdarırıq
Gülnarə. Qurbanın olum qızımı sag salamat tapın mən onu yeni tapmışkən itirmək isdəmirəm
Murad. Anam gözəl anam narahat olma hər şey yaxşı olacaq Əfşanı sagsalamat tapacagıq

Bakı. Anarın evi.
Saleh. Laləm gözəlim hazırsan ?
Lalə. Hə hazıram
Saleh. Onda ne durmuşuq gedəkdə
Lalə. Gözlə Əfşanı çagrım
Saleh. Tez elə
Lalə. Əfşan qızım Əfşan
Əfşan qacaraq pilləkənləri enir.
Əfşan. Hə ana gəldim
Lalə. Qızım paltarını dəyiş gedirik
Əfşan. Hara? (Salehə baxaraq) Ana bu əmi kimdi
Əfşanın öz dogma atasına yəni Salehə əmi deməsi Salehi pis etdi
Lalə. (Tutularaq) qızım qohumdu
Saleh. (Təəccüblə Laləyə baxırdı)
Lalə. (Salehə tərəf pıçıltıyla) xaiş anlamaga çalış o hələ uşaqdır anidən gerçəyi demək olmaz
Saleh.yaxşı
Əfşan. Ana hara gedirik ee?
Lalə. Xarici ölkəyə Amerikaya
Əfşan. Niyəki
Lalə. Qızım çox sual vermə tez əynini dəyiş
Əfşan. (İnadkarcasına) bəs atam? Onsuz gedirik
Saleh. (Əsəblə) hə balaca atansız gedirik. Dedilər sənə çox sualvermə
Lalə. Saleh nə edirsən. (Əfşana baxaraq) quzum atan sonra gələcək indi isə hazırlaş
Əfşan. Yalan deyirsən aldadırsan məni atam gəlməyəcək o bizi tərkedib (aglayır)
Lalə. (Məyus şəkildə) qızım inan mənə yalan demirəm atan sonra gələcək
Əfşan. (Göz yaşını əlinin tərsi ilə silərək) yalan demirsənki?
Lalə. Nə vaxt sənə yalan demişəm
Əfşan. Heç vaxt
Lalə. Onda dur hazırlaş
Əfşan. Yaxşı
15 dk sonra
Saleh. Lalə da gez gəldə
Lalə. Gəlirəm
Lalə əlindəki məktubu masanın üzərinə qoyaraq evdən çıxır. Evin həyətində sonuncu dəfə iki mərtəbəli villanı izləyir və "BAGIŞLA MƏNİ ANAR" deyərək maşına əyləşir. Saleh öz ailəsini ona məxsus olanları burdan bu xarabalıqdan götürüb gedir. Yeni həyat və Amerika....
Bir saat sonra.
Anar evə gəlir. Evdə Lalə və Əfşanı səsləyir. Onlardan səs gəlmədiyini görən zaman Namiq gilə getdiyini zənnedərək otagına çıxır. İki günlük Naxçıvan səfəri üçün özünə əşyaları üçün çanta hazır edir. Əşyalarını yıgdıqdan sonra çantanı götürərək aşagı enir. Hava limanına taksiylə getdiyi üçün maşınının açarlarını masanın üzərinə qoyur. Açarları masaya qoyarkən gözü məktuba sataşır. Təəcüblə məktubu əlinə götürərək oxumaga başlayır:
" Sən bu məktubu oxuyan zaman mən çoxdan Amerika yollarında olacam. Anar mən qızım və qızımın atasıyla birgə buralardan gedirəm. Ən yaxşısı belə olmalıydı bizim sənin həyatından çıxmagımızıydı. Səni nə Əfşan nədə mən heç vaxt unutmayacagıq. Sən bizə çox yaxşılıqlar etmisən Əfşan sənin qızın olmuya olmuya ona atalıq etdin onu övladın kimi qəbul etdin. Amma mən bunların əvəzində sənə pislik etdim Anar. Sisaydi və Aganın tələbiylə səninlə ailə qurdum. Əfşan və mənim ogurlanmagım yalan idi hər şey aganın oyunuydu. Səbəb isə səninlə evlənərək səndə Əfşanın atası Bayram Sadiqova məxsus sənədlərin olması idi. Məni sənlə evləndirərək o sənədləri əldə etmək isdəyirdilər. Bagışlaki sənə xəyanət etdim. Amma məcbur idim məni qızımla hədələyirdilər. Əgər dediklərini etməsəm qızımı öldürəcəkdilər.
Anar Saleh olmasaydı onlar sənədləri əldə edəcəkdilər. Əfşanın atasına məxsus olan sənədlər qoru çünki o sənədlərə görə səni və sənlə bərabər bütün Sadiqov soyadına məxsus hər kəsi məhv eəcəklər.
Anar bir də səndən xaiş edirəm Əfşanı sevdiyin kimi heç kimi sevmə Əfşana məxsus olan qəlbinə heç kimi daxil etmə zamanla nə demək isdəyimi anlayacaqsan
Sagol hər şeyə görə sənə etdiyim xəyanətə görədə bagışla məni Anar bagışla..."
Anar əlindəki məktubu yerinə qoydu. Təyyarəyə gecikəcəyini bilsədə evdən çıxmaq bilmirdi. Bir neçə dəqiqədən sonra özünü toplaya bildi.
- yolun açıq olsun İnşallah Saleh qızınıda sənidə xoşbəxt edər.

////
Xarabalıq.
Əfşan. (Təəcüb dolu baxışlarla) Ayşə?
Beş il bundan öncə:
Xarabalıq. Fahişə etmək üçün ogurlayıb gətirdikləri qızlar.
Qızların çoxu könüllü olaraq burdaydı. Bir qızdan başqa.
13 yaşında cılız bədənli bir qızcıgazda fahişəlik üçün gətirilən qızların arasında idi. 13 yaş onun hələ uşaqlıq zamanı amma o bu iyrənc bataqlıqdaydı. Onu buna nə vadar etmişdi axı? Kim onu bura atmışdı?
Cavabsız suallar bir birini əvəz edirdi. Qız dəfələrlə burdan qaçmaga çalışmışdı amma alınmamışdı. Hər dəfə onu tapıb işgəncələrlə döyürdülər. Nəhayət o gün qızın həyatı qurtuldugu gün. Əfşanı təsadüfən Sisaydi bu xarabalıga göndərmişdi. Aga bu xarabalıqdaydı Əfşan lazımı sənədləri ondan alacaqdı. Ancaq fərqli səhnə ilə üzləşdi. Vəhşi kimi döyülən bir qız uşagı və bu vəhşilikdən zövq alan aga. O qızın işgəncəyə məruz qalması Əfşana pis təsir edirdi. Lazım olan sənədləri Agadan aldıqdan sonra xarabalıgı tərk edir.
İki gün ancaq fikirlərində xarabalıqda gördüyü qız canlanır onun imdad diləyici yaıvarışlarını heç unutmurdu. Bu hadisəyə Əfşan biganə qalmaq isdəmədi. Əfşanın 18 yaşı vardı hələ. Yaşının Agada və Sisaydidən az olmasına baxmayaraq Əfşan çox qorxulu biriydi. Onu belə edəndə keçmişi başına gələn pis faciəriydi. Keçmişi ona cəsarət verirdi. Bu qız sevgi sevilmək deyil ancaq nifrət və intiqam düşünürdü. Əfşan bilə biləki bu nifrət onu dahada məhv edəcək yenədə nifrətindən əl çəkmirdi.
Nəhayət işgəncələrə məruz qalan 13 yaşlı qızcıgazı qurtarmaq qərarına gəlir və bunun üçün plan qurur. Bu planda isə ona Lamiyə (hazırda Namiqin həyat yoldaşı) kömək edir.
Əfşan planına uygun olaraq gecə saat 12 dən sonra hərəkətə keçməliydi.
Gecə saat 01:00
Xarabalıq və Əfşan. Lamiyə Əfşanı maşında gözləyir. Əfşansa qızı ordan götürərək Lamiyənin yanına gəlməliydi. Çətinliklədə olsa Əfşan qızı ordan çıxarda bilir.
Sabah 08:00
Əfşan. Adın nədir?
Ayşə. (Titrək səslə) Ayşə
Əfşan. Ailən harda yaşayır
Ayşə. Mənim ailəm yoxdur mən uşaq evində böyümşəm
Əfşan. Bagışla səni üzmək isdəmirdim
Ayşə. Eybi yox bacı.
Əfşan. Bu xarabaya sən necə düşmüsən axı?
Ayşə. Mənu aldatdılar
Əfşan. Kim?
Ayşə. Əhməd adlı oglan
Əfşan. Necə?
Ayşə. Mən uşaq evində yaşayram orda hər gün bizi döyürlər bizə əziyyət verirlər. Dözə bilmirdik artıq əziyyətlərə uşaq evindən qaçdım. İki gün sonra Əhməd adlı oglanla tanış oldum mənim haqqımda suallar verdi məndə hər şeyi danışdım
Lamiyə. (Hirslə) alçaga bax ee sən isdifadə edib kimsəsizliyindən
Ayşə. (Aylayaraq) mənə kömək edəcəyni dedi məndə inandım evinə apardı məni və
Əfşan. Və nə?
Lamiyə. (Kinayəli gülüşlə) və səni zorladı hə?
Ayşə. (Aglayaraq susurdu) -----
Lamiyə. Aglama sakitləş bu alçaqların hamisi elədi kömək edəcəyni vəd edərlər amma sonra məhv edərlər səni
Əfşan. Yaxşı sakitləş narahat olma sənə kömək edəcəyik.
Ayşə. Bacı onlar məni tapacaqlar qorxuram
Lamiyə. Qorxma biz sənin yanındayıq icazə vermərik heç nə ola
Əfşan. Narahat olma indiysə yat dincəl bir az sakitləşməyə calış
Aga. Əfşan xanım hara getdiniz?
Əfşan. (Aganın kobud səsindən diksinərək fikirlərdən ayrılır)onu burax
Aga. Bax gözəlçə sənin məndən qurtardıgın qızı gətirdim. Nə durmusan indidə qurtardə onu
Əfşan. Alçaqsan sən Əşrəf alçaqsan
Yazıq qızdan nə isdəyirsən axı? Sənin işin mənlədi burax onu
Aga. Ay sagol mənim işim sənlədi. Mən bunun kimi gözəlçələr sayəsində səni məhv edəcəm
Əfşan. Burax onu nə desən edəcəm
Aga. Hm nə desəm edəcəksən?
Əfşan. Hə
Aga. Öz xoşunla mənim olacaqsan?
Əfşan. Nəəə??

Bakı.
Hava limanı. Naxçıvan reysi.
Anar və Namiq.
Anar və Namiq təyyarədə öz yerlərini rahatlamışdılar. Təyyarənin havaya qalxmasına hələ yarım saat var idi. Yarım saat sonra Anar öz intiqamına dogru yola düşəcəkdi. Anar bir az fikirliydi bunu görən Namiq Anarın fikirin dagıtmaga çalışır.
Namiq. Anar Vasifə nə edəcəksən?
Anar. Onun Əfşana etdiklərinin əvəzini
Namiq. Vasifi öldürəcəksən?
Anar. Yox ölümdən betər edəcəm
Namiq. Qardaşım sən nə etsəndə yanındayam
Anar. Çox sagol Namiq
Bir neçə dəqiqəlik sükut və bu sükutu pozan Namiq.
Namiq. Anar olar bir sual veri?
Anar. Əlbbəttə buyur
Namiq. Bu gün mən sənə zəng edəndə sən hardaydın?
Anar. Dedim axı işim vardı
Namiq. Nə işi
Anar. Şirkətimizin keçmiş müştərilərindən biriylə görşürdüm
Namiq. Keçmiş müştəriylə Ülkərin evində görüşürdün?
Anar. Anlamadım bunu hardan çıxardırsan
Namiq. Anar bu gün sənin Ülkərin evində oldugunu bilirəm
Anar. Hardan bilirsən
Namiq. Hardan bilməyim vacib deyil sənə məsləhətim uzaq dur ondan
Anar. Namiq niyə axı Ülkərə qarşı belə protiv gedirsən. İnan o pis qız deyil
Namiq. Qardaşım mən ona protiv getmirəm sadəcə səndən o qəzdan uzaq durmagını xaiş edrəm
Anar. Namiq mən uşaq deyiləm mənim 37 yaşım var mən nəyin yaxşı nəyin pis olacagnı bilirəm
Namiq. Qardaşım mən demirəmki sən düzgünü və pisi bilmirsən sadəcə Ülkər sən bildiyin kimi deyil ondan uzaq dur
Anar. Niyə axı səbəb nədir?
Namiq. Anar mən bilirəmki sən Ülkərin sadəcə Əfşan kimi saf oldugu üçün Ülkəri özünə yaxınlaşdırırsan amma onu bilki heç kim Əfşan kimi saf deyil. Nə vaxtsa nə demək isdədiyimi anlayacaqsan
Anar. (Əfşanın adını çəkməsi Anarı biraz məyus etdi)
Namiq. Bagışla Əfşanı xatırladaraq aəni məyus etmək isdəməzdim amma məcbur idim xaiş dediyimi fikirləş
Anar. Off Namiq başım şişdi lap xaiş bir az sakit qalmaq isdəyirəm
Namiq. Yaxşı
Təyyarə havaya qalxır. Namiq qulaqcıqları qulagına taxaraq musiqi dinləməyə başlayır. Anar sa təyyarənin kiçik dairəvi pəncərəsindən buludları izləyərək düşüncələrə qərq olur.
- Namiq niyə Ülkər haqqda başqa fikirlərdədi axı? Niyə məni ondan uzaülaşdərmaga çalışır. Bəlkədə haqlıdır. Amma mən Ülkəri sevmirəm ki sadəcə Əfşanda gördüyüm saflıgı gördüyüm üçün o qızla bir yerdəyəm off. Kaşki yanımda olaydın Əfşanım kaşki Ülkərin yerində sən olaydın..
3 il bundan öncə.
Yagışlı hava.
Əfşan və Anar.
Anar Azərbaycandan gəlmişdi ancaq Əfşanın xəbəri yox idi bundan. Rusiyada gecə klublarəndan birində əylənirdi özü üçün. Aleksandr da ordaydı. Əfşanın keçmiş dosdu. Bu təşkilatda tanış olmuşdular. Anar Azərbaycandan gəldiyini Əfşana deməmişdi çünki sürpriz edəcəkdi. Sürpriz etmək və Əfşanı görmək üçün Əfşanın evinə gəlir ancaq Əfşan evində olmadıgnı görür. Laləyə zəng edərək Əfşanın harda oldugunu soruşur. Lalə Əfşanın gecə klubunda Aleksandrla bir yerdə oldugunu deyərək telefonu söndürür. Anar buna çox qəzəblənir. Kluba gedir Əfşan və Aleksandrı deyib gülən görəndə isə dahada betər hirs onu bürüyür. Aleksandrı döyməmək üçün özünü güclə saxlayır. Əfşan və Aleksandrın əyləşdikləri masaya yaxınlaşır. Aleksandr Anarı görüb tanyır amma Əfşan üçqn gəldiyini anlamır.
Aleksandr. Oo Tiqran bəy xoş gəlmisən
Anar. (Hirslə) Nəzrin gedrik
Aleksandr. Tiqran nə olub Nəzrinlə sənin nə işin?
Tiqran. Bunu sənə dəxli yoxdur. (Əfşanın qolundan sıxaraq) gedirik
Əfşan. (İçkili şəkildə) əl çək məndən
Aleksandr. Burax onu incidirsən
Anar. Aleksandr qarışma sən yoxsa sənin üçün pis olar! Nəzrin gəl dedim gedirik
Əfşan. Dedim getmirəm!
Aleksandr. Dayan görüm Nəzrinlə sənin nə işin olmaya siz sevgilisiz? Aa Nəzrin mənim niyə xəbərim yoxdur həm özünə uygun birini tapmadın. 14 yaş böyükdür ee səndən
Tiqran. Bir də danışsan səni məhv edəcəm
Aleksandr. Okey susdum xoşbəxt olun mən gedim
Əfşan. Aa hara gedirsən ee indi gəlmişdin. Qorxaqsan ee vallah
Aleksandr. Qızım mənim canım qiymətlidir
Əfşan. Bəs mən? Bayaqdan mənim sənin üçün qiymətli oldugumu deyirdin axı?
Aleksandr. Gözəlim mən bilsəmki sən Tiqranın sevgilisisən o qələti etməzdim hər nəysə bay bay.
Aleksandr ordan uzaqlaşır. Anar Əfşanın qolundan tutub çölə çıxardır. Hava soyuq idi və güclü yagış yagırdı. Əfşan buna məhəl qoymadan Anarı ösündən itələyir
Anar. Dəli olmysan sən?
Əfşan. Hə sən kimsən ee klubdan məni zorla çıxardırsan kim?
Anar. Azzar kiməm bilmirsən kim oldugumu? O idi məndən üsdün tutdugun? gördükdə səni sevməsin iki dəqiqənin içərisində məndən qorxub səni tərk etdi
Əfşan. O qeyrətsiz çıxdı burda mənlik nə var? Birdəki Anar bəy məndən əl çək (qışqıraraq Anarı yenidən itələyir)
Anar. Xeyir Əfşan xanım əl çəkmiyəcəm
Əfşan. Anar sevirmiş kimi gösdərmə yalandan siz kişilər hamınız eyni zibilsiz!
Anar. Gözəlim məni başqalarıyla səf salma
Əfşan. Səndə başqalarə kimisən! Onlar kimi məni tərk edəcəksən
Anar. (Əfşanın nə demək isdədiyini anlayır. Onu sakitləşdirmək üçün qolundan tutub özünə tərəf çəkir saçından öpür. Qoxusunu içinə çəkərək) şşş sakit ol Əfşanım mən səni heç vaxt tərk etməyəcəm
Yagan yagış və Əfşanın göz yaşları bir birnə qarşır.
Əfşan. Tərk edəcəksən bilrəm səndə hər kəsin etdiyini edib canımı yandəracaqsan
Anar. Yox etmiyəcəm gözəlim əsla etmiyəcəm....
Namiqin Anarı səsləməsi Anarı xəyallardan azad edir.
Anar. Nə olub
Namiq. Artıq Naxçıvandayıq
Anar. Lap yaxşı İntiqam şəhəri....

Yazar: Əfsanə
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri