Yara'na məlhəm (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 755
Səs ver:
(səs: 5)
Tanıtım
"Doğruluq yoxsa Cəsarət?"oyunundan yaranan, tutqulu bir eşq hekayəsidi bu. Bir gün dostları ilə bu oyunu oynamaq qərarı alan Kamran, başına nə gələcəyini bilmədən cəsarəti secir. Cəsarət olaraq ona, məktəbin ən səssiz qızı olan, Sofiyanın nömrəsi verilir. Və ondan ona 'səni sevirəm' mesajının yazılmasını istəyirlər. Kamran üçün bu mesaj sadecə əyləncədən və oyundan ibarət olarkən, bir anda özünü Sofiyaya aşiq olmuş bir vəziyyətdə tapır. Hansıki O qız atası tərəfindən hec vaxt sevilməyib, həmişə ailə təyziqinə məruz qalıb və içi tamimi ilə yarayla doludur.

Kamran: Səni sevirəm
Sofiya: Məni atam belə sevməzkən, bir başqasının sevəcəyini hec gözləmirəm..

"Yaxın gəl,
Atanın hec sığal çəkmədiyi saclara, sığal çəkim...
Yaxın gəl mənə,
Yara'na Məlhəm
Olum ..."


Bölüm 1
Diqqət "Bu hekayede bir az sən varsan, bir az mən varam, bir az da biz varıq..."
20 yaşlı bir gənc üçün həyat necə ola bilərdi? 20 yaşım olmağına baxmayaraq hələdə məktəbdə oxuyurdum. Problemli bir uşaq idim və dərslərdən qalaraq 11 ci sinifi bitirə bilmirdim. Ailəm tərəfindən əl üstündə tutulan bir uşaq, qızların sevimlisi, dostlarımın isə canı idim. Bir sözlə həyat mənim ücün hec ciddi deyildi. Ağrı, acı nədir bilməzdim mən. Elədə qalacağını düşünərkən, həyatımın bir mesaj ilə dəyişəcəyini hec düşünməzdim. Hər sey o gün başlamışdı. Canım sıxıldığından bufetə düşmüşdüm. Bir toplu uşağın bir yerdə oturduğunu görüb onlara tərəf irəllədim. 'Doğruluqmu yoxsa Cəsarətmi?'oyunu oynayırdılar. Bu oyunu hec sevməsəmdə məndə qatılmaq qərarı aldım. Mənə yox deməzdilər... Oyuna qatıldıqdan sonra, bu toplunun bu oyunu həqiqətən oyun olaraq deyildə, daha çox bir birilərini əzmək üçün oynadıqlarını hiss etdim. Çevirdikləri şüşə mənim və Vüsalənin arasında durdu. Vüsalə sanki bunu gözləyirmişcəsinə kimi "Doğruluqmu yoxsa Cəsarətimi?"dedi. Gözlərimi qısaraq ona baxdım. Bu qızın mənlə keçmişdə yaşanmış bir hadisəsi olub? Deyəsən 2 aylığına olmuşdu.Amma məncə keçmişi çox düşünməzdi. Kamran demek, cəsarət demekdir deyib "Cəsarət.."dedim. Gülməyə başladı.. Bu qızın belə gülümsəməsi hec xeyir əlamətə oxşamırdı. "Cəsarətli oğlan, indi sənə bir qız nörməsi verəcəm. Səndə O qıza 'Səni Sevirəm' yazacaqsan"dedi.Bu dəfə mən gülməyə başladım. Burda problemli bir şey yox idi. Onsuz mənim işim bu idi."Problem yoxdu ver"dedim özümdən əmin bir tərzdə. Nömrəni mənə uzatdı. Kontakta 'Cəsarət'deyə qeyd edib, həmin nömrəyə mesaj yazmaq istəyərkən, ağlıma bir sey gəlməsi ilə durdum. Mən bu qızın kim olduğunu bilmirdim hec. Ya köhnə sevgillərimdən olsaydı? "Qızın adı nədi? Bir az bəhs etsən?"dedim Vüsaləyə baxaraq. "Adı Sofiyadı.. Sən tanımazsan yəqin. Çünki səssiz bir qızdı, kölgədə deyə bilərik ona"deyişi ilə masa ətrafındakılar gülüşdülər. Daha sonra sözünə davam edib "Ən son pəncərə tərəfdə yalnız oturub kitab oxuyan qızdı. Sosial deyil yəni assosisaldı" Dediyi yerə baxdıqda sacı iki yerə ayrılaraq hörülmüş, rəngi bəyazlamış, əlində kitab olan və diqqətlə kitaba baxan, masasının üstündə isə bir kofe ilə telefonun olan bir qız gördüm. Dedikləri kimi var imis... Qız sanki bizim dünyadan deyildi.. Amma gözəl idi... Telefonu əlimə alıb ona "Səni sevirəm" yazıb masadakı hər kəsə göstərdim. O an ürəyim bu mesajı atmaqla böyük bir sehv etdin, amma ağlım isə əksinə, sən cəsarətini göstərdin deyirdi. Bu an bufetə müdürün daxil olması ilə masadakılar dağlışmağa başladı. Mən rahat idim. Çünki müdür dayım idi. Bəziləri isə qalxmamışdı. Yəqin dərsləri boş imiş... Gözüm hələdə adının Sofiya olduğunu öyrəndiyim qızda idi. Əlindəki kitabı yerə qoyduqdan sonra, kofedən bir yudum alıb masanın üzərinə qoymuşdu. Daha sonra telefonu əlinə almışdı. Mənim isə ürəyim bir anlığına sürətli döyündü. Niyə bu qədər həycanlanmışdım? Məndə telefonu əlimə alaraq whatsappa girdim. Girdiyim an 2 xet olmuşdu. Ona baxırdım... Amma üzündə dəyişən bir mimika yox idi. Mesaja hec bir reaksiya verməmişdi. İnsan ən azı sağa sola boylanıb baxardı.Barmaqları telefonun üzərinə gedəndə mesaj yazacağını anladım. Nə cavab yazacaqdı görəsən? Telefonuma yeni bir bildirim gələndə onadan olduğunu bilib, mesaja daxil oldum "Məni atam belə sevməzkən, bir başqasının sevəcəyini hec gözləmirəm..." Dəqiqə bir, qol bir! Belə bir cavab hec gözləmirdim. Bu qız haqqında hec nə də bilmirdim. Bu qıza bir oyuna görə sənə yazmışamda deyə bilməzdim. Nə edəcəkdim indi mən? Məni tanımırdı... Allahdan profil və status yox idi. Bir qız niyə atası tərfindən sevilməsinki? Nə cavab yazacaqdım? Daha doğrusu niyə cavab yazmaq istəyirdimki? Bir az düşündüm və "Gözləmədiyin bir seylər olunca, həyat gözəlləşməyə başlayar" yazdım. Yəni, bunu mən O qıza yazdım. Telefona baxdığını gördüm. Bu dəfə qaşları çatılmağa başladı. Yəni, pis bir cavab verməmişdim. Bu qədər əsəbləşəcək nə vardıki? Nəsə yazmağa başladı."Mənim həyatdan hec bir gözləntim yoxdu, birdə narahat etməyin məni"oxuduğum mesaja bu dəfə mənim qaşlarım çatıldı.
Yəni insan belə danışmaq əvəzinə ilk öncə yazarki 'Sən kimsən?' amma bu qız bunu yazmaq əvəzinə ədəbiyyat yazırdı. Daha nə yaza bilərdim? Ən yaxşısı yazmamaq idi. Telefonun ekranın söndürdükdə, gözlərim ona tərəf çevrildi. Oda telefonunu söndürmüşdü. Amma mənim əksim O düşüncəli idi. Ayağa qalxıb əlinə kitabını və telefonunu alıb bufetdən çıxmağa başladı. Qəribə qız idi... Daha çox fikirləşməməyə çalışıb məndə ayağa qalxdım. Dərs bitmiş, bütün gün dostlar ilə gəzib gece saat 12 də evə gəlmişdim. Ev deməyimdə inciyər məndən, saraya gəldim. Evdəkilərin gözünə görsənmədən, öz otağıma çıxdım. Yatacağa uzanmaq üçün cibimdən telefonu çıxardıb yatacağın üstünə atdım. Daha sonra ağ köynəyin düymələrini açıb, əynimdən çıxardaraq bir futbolka geyinib telefonu əlimə alaraq yatacağa girdim. Ağlıma O qız gəldi. Whatsappa girdim. Son çıxış tarixi ən son mesaj yazdığım tarix idi. Yəni bu qıza hec kim yazmırdı? Ya özü girmirdi? Eyni qızlar ilə yazışıb, görüşməkdən sıxılmışdım. Yeni bir məcaradan mənə bir ziyan gəlməzdi. O ədəbiyyat danışırdısa, məndə ədəbiyyat danışardım. Görəsən Kamran olduğumu bilsəydi, yazı tərzi dəyişərdi? Ya yenə belə olardı? Nə çox sual düşündüm mən. Ona kimliyimi bildirməyəcəkdim. Onuzda soruşmurdu. Onun haqqında sabah məlumat toplamalı idim. Bu günlük isə bir az rol oynamalıydım. "Bu yalnızlıqla hara qədər gedəcəksən?" yazdım. 2 xətt idi. Amma oxundu bilgisi yox idi. Yazmırsa hec yazmasın! Onu boş verib taxıldığım qızlardan birinə yazdım. Daha doğrusu onlar yazmışdı. Cavab verməmişdim. Yarım saat keçməyinə baxmayaraq, yenə cavab yox idi! Niyə yazmamışdiki?! Yeni bildirimin gəldiyini gördükdə, ondan gəldiyini sandım. Amma yanılmışam O deyildi... "Bəlkə cavab verəsən? Bu qədər çətindi bir mesaja cavab vermək?!"yazıb əsəblə göndərdim. Birinci dəfədi birinin mənə mesaj yazmasını səbirsizliklə gözləyirdim...

Bölüm Sonu ...

Müəllif: Goncha

Ps. Hekayədəki Sofiya obrazı "Elina"nın anısına həsr olunaraq qələmə alınıb...

(səs: 5)
Şərhlər: 10
Baxılıb: 755
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
sevgi qatarı
Gozel hekayedi beyendim
3 iyul 2019 21:39
10
Sevgi Qatarı
Offline
❤Ə❤CANAN❤G❤
Gozel bir hekayedi....Qoncenin hekayeleri her zaman gozel olur
Elinaya Allah rehmet elesin..
25 iyun 2019 15:28
9
canan qizim sirin seker qizim.
Offline
tatyana
Maraqlı geldi oxudum axıracan,tşk
18 iyun 2019 12:31
8
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
diablo
Hekayenin adi meni ozune teref cekdi oxudum sonuna qeder cox beyendim hekayeni lusi bacinin yazdigi hekayeleri cox beyenirem axarli olsun ardi gelsin tesekkur baci ellerine sagliq
18 iyun 2019 10:39
7
Perfect
Offline
vipbetul
cox maraqli heksyedi
17 iyun 2019 14:01
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
_İNCİ_
Ilk defedi bele gozel hekaye oxuyurdum
Sona catdiracam bu hekayeni
Cooox maraqlidir

Sitat: _İNCİ_
Ilk defedi bele gozel hekaye oxuyurdum
Sona catdiracam bu hekayeni
Cooox maraqlidir

Sonacan oxuyacam bunu
17 iyun 2019 13:56
5
Kalp kırıldıktan sonra özür dilemenin pek faydası yok.
Mezara dikilen çiçek öleni diriltmez!
Offline
Aykam2001
-hekayələrni maraqla oxuduğum tək adamsan burda :) Bütün hekayələrini oxumuşam buda yenisi qəşəng alınıb davamını səbrsizliklə gözləyirəm :) 128
17 iyun 2019 13:46
4
Я скучаю по тебе
Offline
YalniZ-ArZu
Oxudum maraqla.
Iradimı bildirim ilk öncə, bizim dildə "yatacaq" sözü yoxdu, varsada hansısa ləhçədə ola bilər ki mən heç eşitməmişəm bu sözü. Çarpayı yazılmalı idi deyə düşünürəm.
Ikincisi, baş qəhrəman oğlanların həmişə az yaşlı olmasıdır. Məncə heç olmasa 25 yaşı olardı. Düzdü hadisələr məktəbdə cərəyan edir, ancaq oğlan məktəbli olmasaydıda olardı.
Belə amma ilk bölüm olaraq diqqət cəlb edən hekayədir.
Allah Elinaya da rəhmət eləsin, günahlarını bağışlasın.
Əllərinə sağlıq Qönçəm.

Ümid edirəm iradlarıma hirslənməzsən)))
17 iyun 2019 13:01
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Online
fiyonik
Aa. Nece vaxdi Qonce bacinin hekayesini gozleyirdim ve geldi. Tebiki cox beyendim. Kamran ve Sofiyanin macerasini dord gozle gozleyecem. En sonda Elinaya hesr olunmasini daha da cox beyendim. Men bosuna ona Genc Yazar demirem. Tesekkurler
17 iyun 2019 12:41
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
Love Angel
Hekayenin adini oxuyar-oxumaz icimde hekaye haqqinda mueyyen teserruatlar yarandi. Gozel hekaye olacagindan emindim, ancaq bu qederini de gozlemirdim. Gozel hekaye olub. Maraqli terzde yazilib. Sofianin atasi terefinden sevilmemesine cox uzuldum. Hekayedeki Sofia xarakterinin Elinanin anasina hesr olunmasi teqdire layiq bir hereketdir. Hadiselerin nece cereyan eeceyi maraq dogurdu mende. hmmm Kamran ilk bolumden yavaw-yavaw Sofiaya awiq olur, gorek gelen bolumlerde ne edecek. Yeni hekayenizde ugurlar. Seliqeli ve gozel alinib. Tewekkurler...
17 iyun 2019 11:37
1
'- Kitab ol, hamıya açılma,
Qoy ancaq səni anlayanlar oxusun....!'

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri