Yara'na məlhəm (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 201
Səs ver:
(səs: 1)
Saatlarca bəlkə O qızın yazmağını gözlədim... Amma bir cavab yox idi... Tam ümüdümü üzmüşkən, yeni bir bildirim gəldi.. O idi yazan ...Həm də gecə saat 3 də... Mənim yazdığım mesaja 3 saatdan sonra cavab verəsədə, mən saniyəsində oxumağa başladım.
"Yalnızlıq sənin kimilərin anlaya biləcəyi, bir hiss deyil... Yalnızlığımla qürur duyuram mən. Saxtalıqdan uzaq, öz dünyamda özüm üçün səssizcə yaşayıram... Kimsəyə bir ziyanım yoxdu... Amma ətrafdaki insanların mənə zərəri çoxdu. Sənə cavab vermək istəmirdim əslində, amma maraqlı gəldi, yalandan mənə 'səni sevirəm' yazanda hecmi o vicdanın sızlamadı? Bu qədər sərt reaksiya vermək istəmədim, amma məcbur etdin məni... Bir kimsənin məni seveceyinə inanmıram nə də mən kimisə sevə bilmərəm! Bilmirəm mənə hansı məqsədlə yazmısan, hansı oyunu oynayırsan, amma sənə bu oyunu daha irəliyə aparmamağını tövsüyə edirəm."
Oxuduğum mesajı bir daha təkrarən oxumağa başladım... Qəribə idi... Çox qəribə idi... Belə bir cavab gözləmirdim... Yazdıqları həqiqət idi.. Necə bilmişdi...? Yəni, hec vaxt sevilməyib? Gecənin bu saatında niyə yatmamışdı hələ?Bunları fikirləşməyə daha sonra vaxtım olacaqdı. Amma indi ona yazmalı idim. Bu mesaja necə bir cavab verecəkdim? Bu mesajın ardından bir cavab verilə bilməzdi... Amma ona yazmaq istəyirdim... Çevrimiçi idi hələdə...

Kamran: Yaman çox bilirsən sən... Birinin səni sevmək ehtimalını niyə düşünmürsən?
Sofiya: deyəsən, yazdıqlarımı oxumamısan... Sadecə oxumuş kimi edib keçmisən!
Kamran: dəfələrcə oxudum... De görüm gecənin üç'ündə niyə hələdə oyaqsan?
Sofiya: bilirsən, istəsəm sənə cavab vermərəm. Şansını çox zorlama! Sənə qalmayıb, gecenin üç'ündə niyə oyaq olmağım!
Kamran: tərs qızsan... olduqca tərsən, amma mən səni yola gətirərəm
Sofiya: tərs deyiləm... sadecə gerecekleri dərk edə biləcək bir yaşdayam. Hələdə mənə niyə mesaj yazdığını anlamış deyiləm...
Kamran: bunları yazmaq əvəzinə, məsələm 'sən kimsən?'yaza bilərdin. Kim olduğumu bilmək istəmirsən?
Sofiya: maraqlı deyilsən. Daha da irəli getmə. Mən nə safam nə də məsumam! Hər seyi görə bilirəm. Bilirsən hər gün buna bəzər neçə mesaj alıram mən? Hamsınında bir adı var 'Məni ələ salmaq istəmək' amma mən bu fürsəti hec kimə vermərəm! Üzümə gülüb arxamdan 'kölgə'dediklərini hec vaxt unutmaram mən! Bilmirəm sənədə kim deyib mənə yazmağını amma həmin O adama deki 'Kölgə bütün insanlara nifrət edir!' Yazacaq bir sözün var daha? Yoxsa bunada bir cavab tapıb yazacaqsan?!
Kamran: Özünü öz gözündə çox kiçik görürsən. Səndə olan gözəllik məktəbin hec bir qızında yoxdu. Bir az özgüvənli olsan?
Sofiya: cavab verməkdə hələdə israrlısan? Bəsti!

Son yazdığı mesaja bir cavab vermədən yazışmadan çıxdım. Yazışdıqlarımız bir az mənə ağır gəlmişdi... Bu qızın niyə belə olması haqqında hec bir fikrim yox idi. Ona 'kölgə'dediklərini bilirmiş. Bəlkədə, O qızı dəfələrcə ələ salıblar... Məna yox idi yazışmamda. Onu tanımadan, tanımaq istədim... Ən yaxşısı yatmaq idi. Bir qızı bir dəfə görməyim ilə, bu qədər düşünməyim mənim üçün normal deyildi. Beynimi daha çox yormadan yatmalı idim. Səhər açıldıqda yuxulu bir halda ayağa qalxıb dərsə gəlmişdim. Dünən gecə saat 3 də yatmağımın hec bir nəticəsi olmamışdı. Sinif otağına girib, ən arxa partaya keçib oturdum. Az sonra ən yaxın dostum Farizdə yanıma oturub "Yuxsuz görsənirsən, bir problemin yoxudki?"dedi. Problem və mən? Mənim bu vaxta qədər bir problemim olmayıb. Amma deyəsən indi var idi. Ona deməli idim dünən baş verənləri? Necə deyəcəkdim? Həmdə niyə bu qədər uzatmışdimki? Yazmayacaqdım bitib gedəcəkdi...! "Yox dostum bir nə problem olacaq. Canım hec dərsdə oturmaq istəmir. Bufetə getsək?" dedim. Bu başla müəllim səsi çəkəcək bir halda deyildim. Ayağa qalxıb bərabər bufetə gəldik. Nədənsə gözüm ilk pencərənin yanına taxıldı. Boş idi... Farizə 2 çay almasını deyib masalardan birinə əyləşdim. Gözüm sağı solu gəzərkən, bufetin qapısının ağzından içəri addım atan Sofiyayı gördü. Yenə saçlarını hörmüşdü... Fariz çayı masanın üzərinə qoyarkən, mənim gözüm hələdə Sofiyada idi. Bufetçidən bir su alıb bufetdən çıxmışdı."Sən nə əcəb Sofiyaya baxırsan xeyirdi?"dedi. Sofiyanı tanıyırdı? "Tanıyırsan sən O qızı?"dedim. Sofiyadan 'O qız' deyə bəsh edirdim mən... "Belə ünsiyyətim yoxdu. Daha doğrusu 1 dəfə ünsiyyətim olub. Oda məktəbin kitabaxanasında. Hər boş olanda kitabları düzəltməyə gedir. Özünə qapanıq bir qızdı"dedi. Bunları məndə görə bilirdim. Mənə daha başqa bir şey lazım idi. "Sadecə bunlar?"deyə qarşılıq verdim ona. "Bir az problemli ailəsi var bildiyim qədəri ilə. Atası qızını hec sevmir. Anasıda ölüb. Ögey anası var amma. Daha sonra nə bilim real münasibeti hec sevmir. Virtualdan dostluq edir çox vaxt. Tanımadığı insanlar ilə ünsiyyətdə olmağı sevir. Bir sözlə normal deyil bu qız"dedi. Mənədə bu cavablar lazım idi. Real münasibet sevmir, yalnız virtualı sevir. Ağlıma böyük bir plan gəlmişdi. O qız hər şeyi açıb mənə danışacaqdı. Mən Kamran bunu bacaracaqdım. Çaydan bir yudum alıb gülümsəməyə başladım. Sirrli qız hər şeyi özü mənə danışacaqdı. Son dərsdən çıxıb dəhlizdə irəlləyərkən, Sofiyanın bir sinifdən çıxdığını gördüm. Onun ardıyca irəlləməyə başladım. Deyəsən, kitabaxanaya gedirdi. Mən kitabaxanaya girəcəkdim? Ən yaxşısı getmək idi. Amma yox... Düşüncələrimin tam tərsin edib məndə kitabxanaya daxil oldum. Ətraf boş və səssiz idi. Sadecə bir səs gəlirdi... Oda bir qızın ağlayış səsi idi. Deyəsən bu sahibin səsi Sofiya idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri