Yara'na məlhəm (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 396
Səs ver:
(səs: 2)
Məktəbə gəlmişdim artıq. Sözün düzü gözüm Sofiyanı, könlüm isə Sofiyanı görməyi arzulayırdı. Dünən gecə haqqda, nə düşündüyü mənə çox maraqlı idi. Hələki, yazışmamışdıq deyə bu haqqda bir məlumatım yox idi. Dərsin başlamağına 15 dəqiqə vardı. 15 dəqiqə mənim işimə yarayardı? Cəld davransaydım hə... Salehin sinifinin önünə gəldim. Qapı azacıq açıq qalmışdı. Bu işimə yaramışdı... Qapıya bir təpik atdım. Vecimə idi? Deyildi... Bu arada bu sözü məndən, daha çox eşidəcəksiz. Əminəm qapının elə açılmasını və içəri kimin girdiyi sinifdəkilər üçün çox maraqlı idi. Salehin, əcəlinə susamağa gəlmişdim...! Addımı atıb içəri daxil oldum. Demek olar sinif tam dolmuşdu. Sinifin qəribə baxışlarını üstümdə hiss etdim. Amma mənim tək istəyim Saleh idi. Gözüm onu tapanda oda mənə baxırdı diqqətlə. Əlim ilə ona 'yaxın gəl' işarətini etdim. Ona dediyimi dəqiqləşdirmək istərmişcəsinə ətrafa baxdı. Daha sonra mənə tərəf addımlağa başladı. Tam qarşıma keçəndə, yaxasından yapışıb ona bir kəllə atdım. Kəllənin təsirdən yerə yıxılmaq istəsədə yanında durmuş dostları onu tutdu. "Sən nə etdiyini sanırsan?!"deyib üstümə gəldikdə yumruq atdım ona. Əli ilə burnunu tutduqda, qan axdığını gördüm. Vecimə idi? Yenə deyirəm, deyildi...! Bu an içəri Vüsalə daxil oldu. Eyni sinifdə oxuyurdular. Yaranmış olan xaousu görüb Salehe tərəf yaxınlaşdı. Bir mənə bir ona baxıb"Kamran bu elədiyin böyük bir sehvdi! Niyə vurmusan axı?! Özünü nə sayırsan sən?!"dedi mənə. Ətrafa gözəl gülüşümdən bir miqdar bəhs etdim. Amma daha sonra üzümdəki ifadə ciddiləşdi.Və onlar tərəfə gedərək Vüsalənin qolundan tutub özümə tərəf çəkdim "Qulaqlarını aç və məni yaxşı dinlə! Dünyada sonuncu insansaki sənə hesabat verəm!"dedim əlimdə tutduğum qolun sıxmağa başladım. Vecimə idi? Hər zamanki kimi, deyildi...! Daha möhkəm sıxdıqda dilindən 'aaa' nidası çıxdı. Qolun buraxaraq onu itlədim "Başa düşdün deyəsən! Saleh ilə Vüsalənin vəziyyəti sizə dərs olsun. Birdə Sofiyaya 'kölgə' dediyinizi eşidib bilsəm, siziləri bunların günündən daha betər edərəm! Aydın olmayan nəsə var?!"dedim üzlərinə baxaraq. Hər biri başını yerə əymişdi... "Sahibsiz deyil O qız..."dedim sözümə davam edərək. Nə düşündükləri məni maraqlandırmırdı. Vüsalənin öldürücü baxışları üstümdə gəzəndə ona göz vurub sinifdən çıxdım. İndi isə növbeti gedəcəyim yer etiraf sehifesinin sahibi Vəfanın sinif idi. Qız qorxaq idi və bu mənim işimə çox yarayacaqdı. Siniflərinə gəlib onun çölə çıxmasını işarət etdim. Qorxu ilə sinifdən çıxıb yanıma gəlmişdi."Məndən nə istəyirsən dediyini etdim dün gecə"dedi. Bu qədər qorxulu idim? Onunla normal rəftar etmişdim... Onu divara dirəyib düz gözlərinin içinə baxdım "Birdə Sofiya haqqında bir paylaşım etdiyini görsəm, özündən küs!"dedim. Daha sonra gülümsədim... Bu qızın gözlərində böyük bir qorxu vardı... "Yaxşı birdə olmaz"dedi çəkinərək. Asand yola gələn insanları hər zaman sevərdim... Vəfanın yanından uzaqlaşıb addımlamağa başladım. İndi isə növbə Sofiyada idi. Ona yazmalı idim... Dərsə girmək havamda olmadığımdan bufetə gedərək masaların birində əyləşdim. Böyük bir həvəslə telefonu çıxardıb yazmağa başladım. Nə yazacaqdım amma? 'Salam necəsən?' yazsam? Yox çox klassik oldu. Bəs nə? Aha tapdım 'Bir gün nəfəsinin səsini canlı eşidə bilərəm?' Bu necə mənasız bir cümlə oldu! Sanki evlənmə təklifi edirəm! Beynim niyə normal cümlə tapmaqda çətinlik çəkirdi? Qarşımdakı qızı incitmək istəmirdim çünki... Sofiya kimi özüm sual verib, özümdə cavab verirdim artıq. Son olaraq "Dün gecə rahat yata bildin?"cümləsini ona yazıb göndərdim. Daha sonra dərin bir iç çəkdim. Mən ona mesaj yazmaq deyil, onun yanında olmaq istəyirdim. Bir bahanə edib siniflərinə getsəydim necə? Amma nə bəhanəsi? Bunu düşünərkən ondan mesaj gəldi "Qorxacağımı sanmışdım... Amma elə olmadı sənin sayəndə :)Anlayacağın rahat yatdım. İndidə dərs boşdu deyə çox rahatam yenə" Yazıdığı mesaja sevinmişdim. Həm rahat yatmış, həmdə dərsləri boş idi. Müəllimin gəlməməsi işimə yaramışdı. Ona cavab vermək yadımdan çıxmışdı "Buna sevindim :) Sənin yaxşı olmağın hər seyden və hər kəsdən önəmlidir" yazıb göndərdim.
Hər şey yaxşı ididə amma Sofiyanın qulağına Kamran olaraq onu qoruduğum xəbəri çatsaydı necə olacaqdı? Bunu niyə düşünməmişdim... Ətrafda onu hec kim sevməzkən, ona niyə belə bir sey ilə ziyan vereceklərini hec düşünmədim. Ona açıqlamalı idim kimliyimi? Yoxsa hələdə məni Kənan bilməli idi? Bunlarıda düşünməli idim. Ayağa qalxıb Sofiyanın sinifinə gəldim. Gözüm ilk onu axtardı. Ən son partada yalnız oturmuş kitab oxuyurdu. Nə səbəbə bu sinifə girmişdim? Bir şey tap, Kamran! Tapdım! "Müəllim olmadığı üçün məni dayım göndərdi. Hamınız yerinizə keçib oturun və səsiniz çıxmasın" dedim. Səsim ilə Sofiyanin kitabdan başının qaldırıb mənə baxması bir oldu. Gülmək istədiyinə əmin idim... Artıq onu tanıyırdım. Çünki, bir müəllim kimi çıxış etmişdim. Gözlərini məndən çəkib kitabına verdi yenidən. "Telefonlarınız ilə oynayın"deyib müəllim stolun çəkib, əyləşdim. Gözüm hələdə Sofiyada idi. Özümü ələ verirdim... Özümü onsuzda bir az əvvəl ələ vermişdim... Ən yaxşısı ona yenidən ona yazmaq idi. Ondan onsuzda bir mesaj vardı.

Sofiya: dünən əslində, başqa dostum ilə danışmalı idim. Amma onunla danışmayıb səninlə danışdım. Peşmanda olmadım
Kamran: bunu hər gecə təkrarlasaq?
Sofiya: hər gecə yuxusuz qalacaqsan yəni?
Kamran: problem yoxdu mənim üçün :)
Sofiya: düşünərəm bu haqqda onda :)
Kamran: müəllimin gəldi sənin?
Sofiya: yox gəlməyib onun yerinə başqa biri şagird gəlib özünü məllim kimi aparır)
Kamran: oğlandı yoxsa qız?
Sofiya: oğlandı, məkətəbin direktorunun bacısı oğludu.
Kamran: həə demek belə yəqin özünü bəyənmiş olar onda
Sofiya: elə olduğunu əslində sanmıram. Çünki problemi falan yoxdu ona görə elə olmağı normal haldı. Neysə ondan danışası halda deyiləm. Özündən bəhs et görüm :)
Kamran: evin tək oğluyam. Çox vaxt bu mənim canımı çox sıxır. Dostlarımda olmasa dəli olardım məncə
Sofiya: tək olmaq çətindi... mənim ətrafım dolu olmağına baxmayaraq təkəm...Məsələm, indi hamı bir bir ilə yavaşca söhbet edir amma ya mən? Tap görüm nə edirəm?
Kamran: ən gözəlin sən edirsən, kitab oxuyursan :)
Sofiya: təxminin düz çıxdı. Birdə səninlə yazışıram :)

Son yazdığı mesajına gülümsündüm. Onun özünü özəl biri kimi hiss etməsini istəyirdim. Ona cavab yazmaq istəsədə, qapı açıldı və içəri Fariz daxil olaraq mənim yanıma gəldi. "Hardasan sən?! Son etdiyin hərəkətə görə dayın səni çağırır otağına. Yenə milli məclis qurulub" dedi. Gedib dayıma çatdırmışdılar hə?! Əsəblə ayağa qalxıb sinifi tərk elədim. Yadımdan çıxmamış, Sofiyaya "Mən indi çıxmalıyam təcili bir işim çıxdı. Birazdan yazacam sənə" sözünü yazıb wpdan çıxdım. Qapını döyərək otağa daxil olanda Saleh ilə Vüsalənidə gördüm. Bu dəfə mənim günahım yox idi! "Daha nə qədər kobudluq edəcəksən, şagirdlərə qarşı?! Sənə keçən dəfə son xəbərdarlığımı etmişdim!"dedi dayım. Sözlərinə qulaq asırmış kimi etdim. Amma nə dediyi demediyi vecimə deyildi. Onsuz 1 həftənin hər 3 günü mən bu otaqda danlanırdım. Mənim gözüm Saleh ilə Vüsalənin üstündə idi burdan çıxdıqdan sonra, daha betər vəziyyətə salacaqdım onları. "Sofiya hansı qızdısa, onuda çağırmaq lazımdır"dedi.

Bölüm Sonu

Müəllif: Goncha

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 396
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
sevgi qatarı
Maraqli idi bu bolunde

Maraqli idi bu bolunde
9 iyul 2019 17:48
7
Sevgi Qatarı
Offline
❤Ə❤CANAN❤G❤
Aa maraqli.olduu bu bolumde.
26 iyun 2019 23:14
6
canan qizim sirin seker qizim.
Offline
diablo
Kamran ela dersin verdi Salehin halal olsun maraqli oldu ardi goren nece olur

Sofiyani cagirmagi pis oldu gorek kamran neyleyecek Heqiqeti Kamrandan esitmeyi dogru olardi

Sofiyani cagirmagi pis oldu gorek kamran neyleyecek Heqiqeti Kamrandan esitmeyi dogru olardi
23 iyun 2019 14:07
5
Perfect
Offline
YalniZ-ArZu
Cagirsalar maraqli olacaq gelen bolum
22 iyun 2019 14:35
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
fiyonik
Ay da . Sofiyani cagiracaqlar. Amma Kamran Vusale ve Salehe yaxsi eledi. Sofiya Kamranin kimliyini oyrenecek goren? Tesekkurler. Maraqli bolum oldu.
22 iyun 2019 11:32
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
vipbetul
maraqli oldu yayqin Kamran qoymaz Sofiyani caqirsinlar
22 iyun 2019 11:12
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
_İNCİ_
Bu oglan deqiq qiza asiq olub
Maraqli bolum oldu tsk
22 iyun 2019 11:08
1
Kalp kırıldıktan sonra özür dilemenin pek faydası yok.
Mezara dikilen çiçek öleni diriltmez!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri