Yara'na məlhəm (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 3397
Səs ver:
(səs: 1)
Dediyim sözün indi fərqinə varmışdım... Amma söz ağızdan çıxmışdı artıq. Gözlərini qısıb, mənə baxmağa davam etdi. Hələdə qolu əlimdə idi... "Sən nə danışırsan belə?! Mənə 2 dəfə kömək etdin deyə mənə gözəl deyib, öz ağlınca mənimlə oynamaq istəyirsən?!"dedi qolun əlimdən çəkərək. Yəni, qıraqdan elə görsənirdim? Əslinə qalsa elə idi... Onunla ilk tanışlığımızın oyundan başlaması, mənim üçün böyük bir sehv idi. Nə deməli idim indi ona? Her şeyi demek istəyib,vicdanımı sızladan bu acıdan xilas olmaq istəyirdim. Amma bir şey saxlayırdı məni. Ona gercekləri desəydim qırılacaqdı... "Sofiya, bu cümləni demediyini sanıram. Çünki, mən olanı dedim. Niyə bu qədər sərt çıxış etdiyini anlaya bilmirəm"dedim. Əsəbləşmişdim... Əsəbim ona deyildi, təbiki... Əsəbim bu qızı, bu günə qoyanlara qarşı idi."Niyə məhz sən?! Hamı məndən uzaq durarkən, sən mənə niyə bu qədər yaxınsan?!"dedi. Bu sualın cavabın özümdə bilmirdim... Məni ona qarşı nə çəkirdi? Üzümə sualının cavabını gözləyirmiş kimi baxanda, mənim üzümdə hec bir mimika yox idi... "Çünki, səninlə hələdə oynayır, O"dedi sol tərəfdən çıxan bir səs.İkimizdə səsin gəldiyi yerə dönüb baxanda, qarşımda Vüsaləni gördüm. Oyuna gəlmişdim... Böyük bir oyuna gəlmişdim... Vüsalədən eşidəcəkdi yəni hər şeyi? Əsəbi gözlərimi onun gözlərinə diksəmdə, o gülürdü.Niyyəti nə idi? "Nə oyunu?! Biri mənə başa salacaq burda nə baş verdiyini?!"deyə səsinin tonum yüksəltdi Sofiya. Gözləri, hər an ağlamağa hazır bir vəziyyətdə dayanmışdı. Bir şey etməli idim amma nə? "Axmaq və olduqca saf olan Sofiya, yanında durmuş bu oğlan səni gözəl sandığı üçün səninlə oynamağa davam edir hələdə"deyəndə ona tərəf gedib çənəsindən tutub divara dirədim."Birdə ona axmaq desen, səni bu məktəbdən elə bir veziyyetdə göndərərəmki insan içinə çıxmağa üzün olmaz!"dedim. Əli ilə çənəsindən tutduğum əlini çəkmək istəsədə bacara bilməmişdi. "Burax məni! Burax!"deyə qışqırmağa başladı. Onu buraxıb Sofiyaya döndüm. "Məni başa salın! Mənimlə sizin nə əlaqəniz var!"deyib yaxamdan yapışdı. Mənsə ona baxmamağa çalışırdım. "Sənin nömrəni ona mən oyunda vermişdim. Sənə 'səni sevirəm'deyə bir mesaj yazmışdı. Səni tanımırdı... Oyun sadecə bu mesajdan ibarət idi. Amma görünən oduki, hələdə səninlə yazışmağa davam edir"dedi Vüsalə.Ona bu dəfə əsəbləşə bilmədim. Haqqlı olaraq, dediyi sözlərə bir cavabım yox idi. "Yəni, Kənan sənsən hə?!"dedi məni səsi titrəyərək. Göz qapaqlarımı yumub, utanc hissi ilə yenidən açdım. O, an üzümdə hiss etdiyim ağrı ilə, əlim üzümə getdi... Şillə atmışdı mənə... Daha bir şey demədən yanımdan qacaraq uzaqlaşmışdı. Yanımdan keçib gedən Vüsalə isə gülürdü. Mən isə donmuşdum sanki. Mənə vurduğu üçün ona əsəbi deyildim... Mən bu işlərin bu yerlərə gəlib çıxacağını az çox təxmin edirdim onsuzda. Sofiya yıxılmışdı... Niyə ona bir şey deyə bilməmişdim? Mənim haqqımda yanlış düşünəcəkdi.. Burda durmaq əvəzinə ona hər şeyi izah etməli idim. Addımlarımı sürətli ataraq kitabaxananın önünə gəldim. Burda olduğuna əmin idim... Qapını acaraq içəri daxil oldum. Bu dəfə gizlənməyəcəkdim... Ətrafa boylanmağa başladım. Bir səs gəlmirdi amma... Bir az irəli raflara kecid etməyə başladım. Ən son rafa kürəyin dirəyib, dizini özünə çəkib başın yerə əymişdi. Bu qədər səssiz olmalı deyildi... Ona yaxınlaşıb dizlərimi yerə atdım qarşısına keçərək. Bir necə saniyə sonra başını qaldırıb mənə baxdı. Gözündən damlarlar səsizcə axırdı. Əlimi gözlərinə yavaşca gətirib toxunmaq istəyəndə, əli ilə əlimə vurdu. Ağlayışlı səsi ilə "Rədd ol burdan!"dedi. "Məni bir dinlə.."dedim. Yaşıl gözləri qızarmışdı yenə.. 'Olmaz' anlamında başını yellədi. Daha sonra dodaqlarını yavaşca aralayaraq "Mənim... daha öncə göz yaşlarımı silən olmayıb... Mənim hec saclarıma sığal çəkəndə olmayıb... Onsuz bunu bilirsən... Mən bəzi, ata qız kimi birlikdə hec vaxt bir vaxt keçirmədim... Mən dostlarım ilə bir kafeyə gedib saatlarca onlarla oturub, hec gülmədim... Mən uşaqlığımı doya-doya yaşamadım... Parka gedib yellencekde yellenmədim... Mən hec öz ad günümü belə qeyd etmədim bu 18 ildə... Məənnn... mənnn... Mən bunların hec birin yaşamadım amma mən bir insanla hec vaxt oyun oynamadım!" dedi ağlayış səsi yüksələrək...

Bölümün Sonu...

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3397
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1491
Xəbər sayı: 9
sevgi qatarı
Yazig qiz kovreldime
15 iyul 2019 20:19
5
Sevgi Qatarı
Şərh sayı: 8582
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Yaziqim.geldi. Sofiyaya..
26 iyun 2019 23:39
4
Şərh sayı: 4942
Xəbər sayı: 48
fiyonik
Cox geseng bolum oldu. Sofiyanin her seyi Vusaleden oyrenmesi pis oldu. Tesekkurler. Maraqli bolum ucun.
25 iyun 2019 12:39
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 8582
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Bu hekayeni teze gordum imkan edib 1 bolumden oxuyacam..Lusi hekayaleri cox xosuma gelir..
25 iyun 2019 12:32
2
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
cox tesirli bolum oldu
25 iyun 2019 11:52
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri