Yara'na məlhəm (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 552
Səs ver:
(səs: 2)
Dediyi sözlərdən sonra yıxılmış bir binadan fərqim qalmamışdı. Mən belə bu cümlələrə bu qədər acıyarkən, qarşımda durmuş balaca qızcığaz bu acıları yaşamışdı. Bu vaxta qədər hec düşünməmişdim, hecmi ad günü kecirtməmişidi? Biz hər ad günümüzdə, tortun üstündəki şamı üfləyərəkən, bu qız göz yaşımı tökmüşdü? "Nə desemdə, sənin çəkdiyin acılar qarşısında aciz qalacaq. Amma mənim səmimiyyətimə inan... Mənə güvən xahis edirəm..." dedim ona. Gözündəki yaşları silməyə çalışaraq "İnanmaq və güvənmək hə? Kimə nəyə görə inanım və güvənim? Mən elə duyğuların nə olduğunu bilmirəm"dedi. Durduq yerə mənə inanıb, güvənə bilməzdi. Amma mən onun inamını və güvənini qazanmaq üçün hər şey edəcəkdim. "Özün olmaq üçün, bu həyatda özünü tapmaq üçün, özün özünə kömək etməlisən... Bax mən sənə 'doğruluq yoxsa cəsarət' oyununa görə yazdım. Amma yazdığın ilk cümlə mənim diqqətimi çox çəkdi. Daha sonra virtual dostluqlara önəm verdiyini anladıqda məndə bu yola baş qoydum... Sən mənə fərqli gəlməyə başladın... Sən haqqda hər şeyi öyrənincə səni buraxa bilmədim... Biz bir şans ver Sofiya... Sən mənə yaşamağın nə olduğunu öyrətdin, icazə ver məndə sənə öyrədim..." dedim düz gözlərinin içinə baxaraq. Qəbul etməsini hər seyden çox istəyirdim. Yaşıllarını məndən qaçırdırdı... Nəsə düşünürdü...
Dahada başqa nəsə demeli idim "Mənim pis bir niyyətim yoxdu sənə qarşı. Nə də ilk başda da o tərzdə yanaşmadım. Realda bir dostun olsa nə olarki? Mənə dünyanın necə bir yer olduğunu yalnız sən öyərədə bilərsən. İndi cavab verməsəndən olar amma təklifim haqqda düşün"dedim. Allahım yalvarıram qəbul etsin. Yoxsa nə edəcəyimi bilmirdim. Bir iki saniyə dayanıb daha sonra nəsə demeye çalışdı."Niyə məhz yaralı bir qız?" Dediyi suala hec bir cavabım yox idi... Ən yaxşısı içimdən keçenləri ona demek idi. "Sofiya... Səninlə birilikdə parka gedə bilərik... Saçlarını oxşaya bilərəm.. İş yerinə gəlib bir qıraqda oturub sakitcə səni izləyə bilərəm... Sənə kitab oxuyaram... Səninlə birlikdə dəniz kənarında gəzərik. Birlikdə piknik edərik, yağan yağışın altında durub isanlarıq. Nə bilim o qədər çox sey varki... Bəlkə bir gün ad gününü belə keçirdərik... Sən sadecə sənə uzadılan əli tutmalısan..."deyib ayağa qalxıb əlimi ona uzatdım. Yaşlı gözləri ilə bir əlimə birdə mənə baxırdı. Bu əli tutmasını çox istəyirdim. Və bilirdimki bu əli tutsa, onu hec vaxt buraxmayacam. Üzünə gülümsəməyə başlayıb "Qorxma... Məndən sənə pislik gəlməz"dedim. Hec bir qıza qarşı bu qədər dil tökməmişdim. Ayağa qalxıb qarşımda dayandı. Əlim hələdə havada qalmışdı... Əlini yavaşca qaldırıb əlimə yaxınlaşdırdı. Onu başa düşürdüm, həqiqətən qorxurdu. Titrək əlini əlimə toxunurdu. Əli əlimə dəydikdə,boş qalan əlimi belinə qoyaraq onu özümə tərəf çəkdim. O isə qollarını sıxaraq özü ilə sinəm arasında sərhəd yaratmışdı."Bunu müsbət bir cavab olaraq başa düşürəm. Bir az gülümsə"dedim. Sözümə qarşılıq gülümsəməyə başladı. Boş qalan əlimi göz altlarına gətirib gözündə qalmış yaşları silməyə başladım. O isə səssizcə nə etdiyimi izləyirdi."Gözünün yaşını silən ilk
mən oldum.
Bundan sonra o gözləri ağlamağa qoymayacam. Əgər kiməsə və nəyəsə görə birdə göz yaşı töksələr həmin insanlar cəzalandırılacaq. İndi gedəy dərsə"deyib belindən tutduğum əlimi yavaşca çəkməyə başladım. Sanki bunu gözləyirmiş kimi özünü məndən tez bir şəkildə çəkdi. "Nə deyeceyimi bilmirəm... Kimsə bu tərzdə mənə yaxın durmayıb... Gedey" dedi bərabər addımlamağa başlayıb kitabxandan çıxdıq. Onunla birlikdə siniflərinə qədər getmişdim. O içəri girdikdən sonra məndə öz sinfimizə tərəf yol almışdım. Fərqində idimki çətin və bir o qədər məsuliyyətli bir işin altına girmişdim. O yaxşı olana qədər ondan uzaq durmaq yox idi. Dərs bitdikdə Sofiyanı kafeyə qoyub özüm evə gəlmişdim. Yol boyu danışmamışdı. Onun bu problemin həll etməli idim.
Balaca bir uşaqdan fərqi yox idi. Onunla ediləcək olan her seyi telefonumun not yerinə yazdım. Bu 1-2 saatımı almışdı. Hər şey yaxşı olacaqdı. Bu gün belece bitdikdə axşam düşmüşdü. Fikir verdimdı axır vaxtlar ancaq evdeydim. Çöl üzü görümürdüm. Kamran olaraq, Sofiya ilə yazışmaq vaxtı idi. Görəsən bu günü necə keçmişdi?


Kamran: günün necə keçdi?
Sofiya: yaxşı idi evə gəlməyənə qədər
Kamran: evdə nə baş verdi?
Sofiya: istirahətdən gəliblər. Üzlərin gördüm kefim pozuldu. Sevmirəm hec birin
Kamran: sevmek mecburiyyetdində deyilsən onsuz
Sofiya: gözəl bir cavab oldu. Sən nə etdib bəs bütün günü?
Kamran: evdə oturdum, evdə oturdum və yenede evdə oturdum)
Sofiya: çölə niyə çıxmadın?
Kamran: dincəlmək istədim nədə olmasa sabah çox yorulacam
Sofiya: niyə sabah nə isin varki?
Kamran: səninlə birlikdə vaxt keçirəcəyik. İlk iş sabah kafeyə gedib gözəl bir seher yemeyi yeyeciyik
Sofiya: mənim bundan niyə xəbərim yoxdu?)
Kamran: indi demiş olduğuma görə bilməməyin normaldı :)
Sofiya: etiraz etmək haqqım var?
Kamran: xeyir xanım yoxdu :)

Bölüm sonu

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri