Yara'na məlhəm (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 387
Səs ver:
(səs: 0)
İndi sizə nə etdiyimi deyim. Daha doğrusu nə etdiyimizi. Tərk edilmiş boş bir binanın içindəyik. Yanımda Sofiya, Fariz, Rza, Rüfanə var. Qarşımda isə stola bağlanmış Vüsalə, Saleh, Cavid və Mələk var. Onları bura dəvət etmək bir az çətin oldu. Amma biz bunu bacardıq. İndi isə Ayselin gəlməyini gözləyirdik. Aysel ağlında bir planın olduğunu bunun üçün ilk öncə markete gedib gələcəyini bildirdi. Arxa tərəfdən addım səsi eşitdikdə Ayselin gəldiyini anladıq. Əlində aldıqların göstərib "Əyləncə başlasın məncə" deyib gülməyə başlayıb, aldıqlarını çıxarmağa başladı. Un, yumurta, yağ, qatıq, keççup vardı. İnanılmaz gözlər ilə ona baxdıq. "Bunlardan ləziz yemekler hazırlayacağıq" Hamımız gülməyə başlayarkən Sofiya gülümsəmirdi. "Nə edəcəksizki bunlarla?"dedi. Saf idi... Sofiyanın bu sözünə Rüfanə Ayselə yaxınlaşıb, əlinə bir yumurta alaraq Vüsalənin başında sındırıb "Bunu edəcəyik" dedi. Vüsalə əsəbi gözlərin mənə dikib "Bizi burax yoxsa bədəlin çox ağır ödəyəcəksən!"dedi. Onu ağlatmadan burdan göndərməyəcəkdim. Yalvaracaqdı! Mən pisliyə yaxşılıq ilə cavab verən insanlardan deyildim! Məndə Aysele yaxınlaşıb əlindəki yumurtanı alaraq hər dördünündə başında sındırdım. "Çox qorxdum sizdən. Elə baxmayın mənə deyib" unu saclarına tökdüm. "Etmə" deselerde onalara qulaq asmayacaqdım.
Mələk artıq ağlamağa başlamışdı. "Mən videoya çəkirəm bunları. Yenidən başlarında yumurta sındır"demesi ilə Rzya göz vurdum. Sofiya isə olanları sadecə qıraqdan izləyirdi. Bir az yumurta, bir az un tökdüm. Daha sonra Aysel böyük bir kef ilə yağı alaraq başlarından aşağı endirdi. Rüfanədə ona qoşulub aldığı qatığıda başlarından aşağı endirdi. Çox əyləncəli idi. "Görəcəksən sən! Bunu etmeli deyildin!"demesi ilə Salehe bir yumruq atdım. "Əclaf! Sizə görə Sofiya nə qədər göz yaşı tökdü. Hələ etdiklərim azdı!"deyib acılı keççupu əlimə alaraq çənəsindən tutub ağzına tökmək istədim amma imkan vermirdi. Fariz yanıma gələrək çənəsindən tutmağa başladı. Mənsə böyük bir zövq ilə keççupu ağzına sıxdım. "İyrəncsiz siz!"dedi ağlayış səslərinin arasında Vüsalə. İyrənc idik? "Bizik hə?! İyrənc sizi kimi insanlardaki bir qızı ələ salır! Dərs olsun bu sizə! Yoxsa daha başqa seyler edərəm! O qız sadecə bir su istəmişdi! Su!!!"dedim üzünə qışqıraraq.Daha sonra qolumda bir əl hiss etdim. Qısıq səsi ilə "Bəsti..."dedi Sofiya. Gözləri dolmuşdu... "Acıma bunlara! Acıma! Səni nə hala qoyduqlarını unutma! Sən unutsan belə mən unutmaram" dedim.
Niyə bu qədər kövrək idi axı? "Gedəy artıq..."dedi mənə qulaq asmaq istəmirmiş kimi... Həqiqətən yazığı gəlmişdi bunlara? "Siz geri qalanın həll edərsiz"deyib Sofiyanın əlindən tutaraq çıxış qapısına tərəf irəlləməyə başladım. Bir az əsəbi idim... Əsəbimin nəyə qarşı olduğunu bilmirdim amma. Maşına minib sahil yolu tərəfə sürməyə başladım. İkimizdə dinmir, susmuşduq... Yox yəni, etdiklərdimdə günahkar mən idim? Maşını münasib bir yerdə saxlayıb Sofiyaya döndüm. Baxışları çox incik idi... "Mənə niyə elə baxırsan?"dedim dayana bilməyib. "Necə baxmayım hə? Mənə kömək edən ürəkli insan harda qaldı?! Az öncə gördüklərim nə idi hə?! Onları elə edən siz idiz?!"dedi. Çox qoruxlu idik bir az əvvəl? Biz əylənərkən, Sofiya onlara acımışdı? "Mən sənə görə etdim! Sənə görə... Başa düşürsən bunu?"dedim. Axı bu qədər üstümə gəlinəcək nə etmişdim mən?! "Mənə görə hec nə etmə! İndi isə evimə sür"dedi. Dediyi sözlər ürəyimdə bir ağrıya səbəb olarkən, dediyi kimi edib maşını sadecə işə saldım."Kamran, bir müddətliyinə görüşməyək..."dedi səssizliyinin arasında. Bu qədərdi mənim üçün çox idi. Maşını saxlayıb yenə ona döndüm. İlk öncə əsəblərimə hakim olmağa çalışdım."Nəyə görə?! Sənə pislik edən insanlara qarşı məndə pislik etdim deyə?! Sofiya sən başa düşmürsənki, mən onlara lazım olan cavabların verdim? Onlar o dildən başa düşür ancaq! Həzm edə bilmirəm! Sənin göz yaşlarına daya bilmirəm! Sənsə mənə burda görüşməyək deyirsən! Həyatımın bir parçası olmuşkən, indi hec nə olmamış kimi məndən uzaqlaşmağına göz yuma bilmərəm" dedim nəfəs - nəfəsə qalmış bir şəkildə. O isə sadecə "Niyə...?"dedi

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 387
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri