Yara'na məlhəm (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 068
Səs ver:
(səs: 2)
[Sofiyanın son danışdıqlarından sonra ona sarılmışdım. Dedikləri, içimdə böyük bir ağrının yaranmasına səbəb olmuşdu. Mənə "Niyə?" sualını verdikdə ona doğru düzgün bir cavab verə bilməmişdim. Çünki, nə deyəcəyimi tam olaraq bilmirdim. Hisslərim çox qarışıq bir vəziyyətdə idi. Onun pis olmasını istəmirdim, onun ağlamasına daha çox dayana bilmirdim. Bütün günüm onunla keçsin istəyirdim. O yanımda olanda belə onun üçün darıxırdım. Amma bunları bir adı yox idi. Mən hec nə bilmirdim... O gün Sofiyanı evlərinə aparmışdım. İndi isə qaranlıq çökmüşdü ətrafa. Həm ətraf qaranlıq idi həmdə mənim içim. Özümü anlamaq üçün, biri ilə danışmağa ehtiyyacım vardı. Bu bir nəfərdə Aysel idi... Sahilin kənarında oturub onun gəlməsini gözləyirdim. Məni yalnız O anlaya bilərdi. "Nə səssiz-səssiz oturmusan?"cümləsi ilə sağıma dönüb baxdım. Gəlmişdi... Oda mənim yanıma keçib əyləşdi. "De görüm bu vaxtı mənimlə, nə danışmaq istəyirsən belə?"dedi. Dənizə uzun uzadı baxıb baxışlarımı ona çevirdim "Aysel, bir insanı sevmək necə bir hissdi?"dedim. Nə deyə bilərdim başqa? Aysel gülümsəməyə başladı. Gülməli bir şey dediyimi sanmırdım.
Mən hec olmayacaq qədər ciddi idim. "Hər seyi bilən Kamran, bunu bilmir...? Cavabı çox sadədi... Sofiyaya bəslədiyin hisslər, sevginin özüdü"dedi. Aysel nə danışırdı belə? Mən Sofiyanı sevirdim yəni? Belə bir şey ola bilərdi? "Aysel sən danışırsan belə. Nə sevmək?"dedim dilim dolaşaraq. Həqiqətən əlim ayağım bir birinə girmişdi sanki."Hey sakit ol özünü ələ al. Qıraqdan necə görsəndiyini bilmirsən? Bir insanı boş boşuna qoruyub və sahiblənmək olmaz. Sən Sofiyanı sevirsən. Və hətda ona aşiqsən məncə. Sevilməyəcək bir qız deyilki. Bunu anlamağın bir az zaman aldı deyə bilərəm"dedi. Dediklərində, haqqlı idi ... Başqa bir qız olsaydı edərdim? Etməzdim məncə... "Çox fikirə getdin Kamran. Sən de görüm hər gece yatanda Sofiyanı düşünürsən?"dediyi sözə qarşılıq başımı aşağı salladım. Hec ağlımdan çıxımırdı... "Bəs yaxşı onun üçün darıxırsan? O ağlayanda özünü pis hiss edirsən?" Verdiyi bu sualların cavabıda müsbət idi. Yenə başımı 'hə' anlamında aşağı salladım. "Oo tebrik edirəm siz 100% aşiq olmusuz bu qıza" deyib əli ilə sol çiynimə vurdu. "Mən hec nə bilmirəm. Yəni sevmək və mən? Qorxuram... Onu incidərəm deyə" dedim. Tək qalıb düşünməli idim bir az.. "Ən yaxşısı sənin tək qalmağındır. Hisslərinlə baş başa qalsan hər şeyi özün anlayacaqsan. Hə birdə narahat olma bu məsələ aramızda qalacaq. Mən sənin Sofiyanı incidəcəyini sanmıram... Ona qarşı olan baxışlarını birdə özün görsən, sevgidən qorxmarsan"dedi.
Onunla danışdığım üçün şanslı idim. Mənim səssizliyimdən belə məni anlamışdı "Çox sağ ol Aysel... Bir az rahatladım sanki"dedim. Onu sevmək, deyəsən bu yaşıma qədər qazandığım ən böyük uğur idi. Aysel ilə bir az daha söhbətləşdikdən sonra onu evlərinə aparıb özümdə öz evimizə gəlmişdim. Yatacağıma uzandıqda üzümdə böyük bir təbəssüm yaranmışdı. Sevirdim mən O qızı... Mən yaşıl göz qızı sevirdim... Sevmək belə bir sey imiş? İlk dəfədi bu hissi həqiqətən bir insanda dadıram. Onun mənim haqqımda nə düşündüyünü bilmirəm. Amma sevgim uğrunda mübarizə aparacam. Sofiya buna dəyər... Allahım inanılmaz bir duğudu, indi hiss etdiklərim... Onun yarasının sağalması üçün hər sey edəcəkdim. Artıq ağlamaycaqdı... Daima onun yanında olacaqdım. Onu tək buraxmaycaqdım və hec bir zaman tərk etməyəcəkdim. İstər sevgim qarşılıqlı olsun, istərsədə qarşılıqsız... Məni ondan bir hissin ayırmağına icazə verməyəcəkdim. Amma sadecə, hər gün onu daha çox sevecekdim. Sevilməyə, sevgiyə layiq olan bir qız idi Sofiya. Mən isə sevgi ilə böyüməyə başlayan uşaq.

Kamran: yatmısan?
Sofiya: düşüncələrimdən yata bilmirən...
Kamran: nə düşünürsən?
Sofiya: mənim həyatım qaranlıq idi. Sən gəldin mən aydınlandım... Amma bilmədən, səni öz qaranlığıma çəkmiş oldum...
Kamran: sən Ay'san... Ay isə gecə vaxtı qaranlığı işıqlandırır.
Sofiya: kitab cümlələri yazma(
Kamran: kitab cümlələri deyil. Mən halımdan razıyam Sofiya... Səninlə olmaq mənim üçün hər seydən daha vacibdi
Sofiya: bilirəm... bilirəmdə... amma bir yerlərdə içim narahatdı... ya səndə məni buraxıb getsən...?
Kamran: bu hec vaxt ola bilməz... belə düşünmənə səbəb nədir axı?
Sofiya: bilmirəm... qəribəyəm... sən həyatıma doğan günəş oldun... sən günəşsən mənsə ay... yəni imkansız...
Kamran: günəşdə, ayda göyüzünə aid deyilmi?
Sofiya: aiddi...
Kamran: eee? onda nə?
Sofiya: verəcək bir cavabım olmadı
Kamran: çünki, çox düz yazdım. Sən o balaca ürəyini birdə sıxma
Sofiya: səni çox istəyirəm...
Kamran: məndə səni çox istəyirəm

Sonuncu mesajdan sonra ayağa qalxmışdım. Səni çox istəyirəm sözü səni sevirəm sözünü döyərdi məncə. İstəmklə sevmək arasında fərq olduğunu bilirdim. Sofiya, sevgi mənasında yazmamışdı o sözü... Amma o sözünə belə sevinmişdim. Bunları düşünə-düşünə qonaq otağına gəlmişdim. Anam məni görəcək "Yaxşıki aşağı düşdün. Səninlə danışacaqlarımız vardı oğlum"dedi. Maraqlı idi mənimlə nə danışacaqdılar? Bir şey demədən onların yanına keçib əyləşdim. Atam sözə başlayıb "Biz sənin haqqında bir qərar almışıq. Qərarımızıda hec bir səbəb dəyişdirə bilməz."dedi. Mənim haqqımda bir qərar alınmışdı və mənim bundan indi xəbərim olurdu? "Nə qərarı?!"dedim. Anamla atam bir birinə baxdı. Bu qərar nə idi axı?! "Oğlum, imtahanlarına az qalıb bildiyin kimi. Və bu dəfə risk edə bilmərik. Onun üçün səni Türkiyəyə göndəririk. Təhsilini orda davam etdirəcəksən"dedi atam.

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 5 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri