Yara'na məlhəm (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 929
Səs ver:
(səs: 1)
Anamın bura gəlməyi hec yaxşı olmamışdı. "Ana, bu dediyin qız Sofiyadı! Burda danışmağın yeri yoxdu"dedim. Bu məsələni daha çox uzatsaydı, Sofiya hər şeyi öyrənə bilərdi. Hər seyi öyrənsəydi hec yaxşı seyler olmayacaqdı. Sofiya ürpək baxışlarını mənimlə anam arasında gəzdirib "Mən getsəm yaxşı olacaq. Sonra görüşərik"deyərək yanımızdan getdi."Sən bu qıza görə getmək istəmirsən hə?"dedi anam. Off hər şey daha bir bərbad vəziyyətə düşürdü. "Burda danışmayaq dayımın otağına gedək"deyib irəlli addım atdım getmək üçün anam isə arxamca gəlməyə başladı. Bufetin çıxış qapısına yaxınlaşanda "Türkiyəyə gediləcək, Kamran.." demesi ilə qapının kənarında Sofiyanı görməyim bir oldu. Getmişdi axı... Eşitmişdi anamın dediyini? "Telefonum masanın üstündə qalmışdı"dedi dediyi, sözləri heca şəkilində bölərək. Eşitmişdi... Daha bir şey demeden anam ilə dayımın otağına gəldik. Dayımın hər şeydən xəbəri vardı."Ana xahis edirəm mənim həyatıma qarışmayın. Söz verirəm bu dəfə burda uniyə daxil olacam. Mən Türkiyədə oxumaq istəmirəm. Məni başa düşün..."dedim. Cismim burda olsada ağlım Sofiyanın yanında qalmışdı. Görəsən indi nə hiss edirdi? "Sənin xəbərin var mən bütün günü səni düşünmüşəm. Sən o sözü kecen ildə verdin bizə. Amma tutmadın... Başa düş biz sənin yaxşılığını istəyirik. Sevmək hissi kececi bir seydi. Geleceyini mehv etmə"dedi.
Yox mən nə desemdə bunlar razı olmayacaqdı. Öz bildiklərin etmək istəyəcəkdilər. "Bu məsələ haqqda danışmaq istəmirəm daha. Bir daha deyirəm mən hec yerə getməyəcəm! Zorla göndərəcəksiz?!"deyib bir sey demesini gözləmədəm otağı tərk elədim.

İstəmirdim getmək! Bu qədər niyə uzadılırdı bu mövzu? Mən Sofiya ilə danışmalı idim. Amma dərs saatı idi artıq. Zəngin vurulmağın gözləməli idim. Telefonu çıxardıb ona "Zəngdə səni hər zamanki kitabaxanda gözləyəcəm" mesajını yazaraq göndərdim. Ona nə deyəcəkdim? Problemlərim getdikcə artmağa başlayırdı. Zəngin vurulmağına az qaldığı üçün kitabxanaya gəlmişdim. Bir rəfə söykənib yaşadıqlarımı göz önündən keçirtdim. Sofiya üçün getməməyə dəyərdi? Dəyərdi... Onun o yaşıl gözlərin görməsəm dayana bilməzdim mən. Qapıdan içəri giriş etdiyini gördükdə dərin bir nəfəs aldım."Türkiyəyə gedəcəksən?"dedi. Eşitdiyini bilirdim... "Yox mən səni burda qoyub hec yerə gədə bilmərəm" deyib ona yaxınlaşaraq əllərini əllərimə alıb "Mən sənə söz vermişəm. Məni səndən məsafələrin ayırmasına icazə verə bilmərəm"dedim. Ondan ayrı qalmaq düşüncəsi belə ürəyimdən bir ağrının yaranmasına səbəb olurdu. İnsan sevdiyini necə qoyub gedə bilər axı? "Yəni, getməməyinin səbəbi mənəm? Mənə görə valdeyinlərin ilə qarşı-qarşıya durmusan?"dedi. Valdeyinlərim məni anlamırdıki... Burda bir həyat qoyub, ora gedərək bir həyat qura bilməzdim özümə. "Mənim burda bir həyatım var Sofiya... Mən gedə bilmərəm... Bu valeyinlərimin qərarıdı mənim deyil. Sən pis olma yaxşı? Getmək istəmədiyimi görüb sonda onlarda mən deyənlə razı olacaqlar"dedim aranı düzəltməyə çalışaraq.Daha nə deyə bilərdim? "Mənə görə gələcəyini korlamağa dəyməz... Düzdü, sənin yanımda olmağın mənə güc verir. Amma mənə görə dəyməz... Valdeyinlərin düz qərar veriblər. Onların haqqıdı bu... Bir qıza görə niyə gələcəyindən olansanki?"dedi səsinin titrəməməsinə fikir verərək.Amma son sözündə səsi titrəmişdi. Onu buraxacağımı sanırdı... Bir əlimi əlindən çəkib belinə qoyaraq özümə dahada yaxınlaşırdım. Yaşıl gözlərinə bir xeyli baxdım... Dolmuşdular yenə... Ağlamağa qoymayacaqdım o gözləri... "Şşş... Sofiyam... Mən səni öz gələcəyimdə görürəm... Gələcəyim olan bir qızı necə qoyub gedə bilərəm?"dedim. Gəldə bir evlənmə təklifi elə! Mən nə demişdim belə?! "Gələcəyin? Mən səni anlamıram Kamran..."dedi. Mən özüm özümdə anlaya bilməmişdim. Ona nə deməli idim axı? Ona sevgimi etiraf etsəm, məndən uzaq duracaqdı... Etməsəydimdə, yenədə Türkiyə məsləsinə görə uzaq duracaqdı. "Sofiya, gəl belə edək. Bu məsələni acmayaq birdə. Mən ailəmlə danışıb bu problemi həll edəcəm"dedim məcburən gülümsəməyə çalışaraq. "Necə həll edəcəksən?! Üstündəkilərdəndə görünürki heç axşam evdə qalmamısan? Hardaydın axşam?"dedi. Yaman pis yerdən sual vermişdi. "Axşam bir az sözümüz düşüdüyü üçün evdən çıxıb Rza gildə qaldım. Bu gün bu məsələ həll olunacaq. Sən canını sıxma yaxşı?"dedim ona daha çox yaxınlaşıb sağ yanağından öpərək. Özümə əngəl ola bilmirdim! Məndən uzaq durub "Mən getməliyəm daha" dedi təşfişə düşərək. Utanmışdı... Bir şey demeden getmişdi. Mənim isə üzümdə bir gülümsəmə vardı. Bir sey fikirləşib tapıb bu məsələni həll etməli idim. Məndə kitabxanadan çıxıb boş dəhlizdə gəzməyə başladım. Amma gözüm dəhlizin sonunda dayanmış Sofiya ilə Salehə sataşdı. Hansı üz ilə Sofiyanın yanında idi? Yenə ağlından hansı pisliklər keçirdi? Addımı iriləşdirib onlara yaxınlaşdım. Sofiya məni görüb "Kamran..."dedi. Mənim isə baxışlarım Salehin üstündə idi. Özümə hakim ola bilməyib yaxasından yapışıb "Sənə Sofiyada uzaq dur demişdim! Sən mənim əsəblərimə toxunamağa başlayırsan artıq!" dedim qışqıraraq. Sofiya qolumdan tutub çəkməyə çalışaraq "Kamran, bildiyin kimi deyil... Saleh üzr istədi" dedi. Yaxasından tutduğum əllərimi yavaşca boşaldım baxışlarımı Sofiyaya dikdim. Nə yəni, onun bir üzr istəməsi ilə onun ürəyi yumşalmışdı?

Bölüm Sonu...

Müəılif: Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri