Susqunluğum (1-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 11
Baxılıb: 5 605
Səs ver:
(səs: 2)
Sizə, bir daha dünyaya gəlsəniz eyni həyatı təkrar yaşayacağınızı desələr, qəbul edərdiniz?
Telefonun səsinə düşüncələrimdən ayrılıb əlimdə ki, qəhvə fincanını masaya qoydum. Ekranda yazılan ad təəccüblənməyimə səbəb oldu.
-Bəli Tural?
-Salam necəsən?
-Şükür yaxşı olasan.
-Bu axşam "Gənc xeyriyyəçi" mükafatını alacağını bilirəm. İndidən təbrik etmək istədim. Axşam orda olmağı çox istərdim amma təcili Türkiyəyə getməliyəm.
-Narahat olma, sənə yaxşı yol. Təbrikə görə çox sağol.
Telefonu söndürdükdən sonra baxışlarımı bir nöqtəyə zilləyib, az əvvəl olanları dərk etməyə çalışırdım. Tural mənə zəng vurmazdı, daha doğrusu işdən başqa bir mövzuda. O, mənim evlənəcəyim oğlan idi. Bu mənim ailəmin seçimi idi çünki Tural tandıqları ailənin oğlu idi ona görədə məni əsla incitməyəcəyinə inanırdılar. Bizim nə zaman evlənəcəyimiz hətta toyumuzun olacağı məkan belə indidən seçilmişdi. Mən ailəmin heç bir qərarına qarşı gəlmirdim. Bəlkədə bu çox səhv idi, bilmirəm amma mən susqunluğu seçirdim. Bilirəm bir çoxlarını maraqlandıran bir sual var, niyə susuram..... Buna cavab vermək çətindir, bəlkə ailəmə qarşı çıxacaq qədər güclü deyiləm, bəlkə də yetiştirilmə tərzim fərqlidi. Uşaqlığımdan beynimə yeridilən tək fikir var "ata anaya qarşı asilik edilməz". Əslində bir şeydən əmin idim, oda ailəm hər zaman mənim üçün doğru olanı seçməyə çalışması. Mənim bu qədər susqun olmağımın səbəblərindən biridə məhz bu idi.
Atam Etibar Qurbanzadə... Ölkənin qabaqcıl iş adamlarındandı. Hədəfi daha yüksək ad san və hər yanda iş adamı Etibar Qurbanzadə olaraq tanınmaqdı ki, bu yolda olduqca əmin addımlarla irəliləyirdi. Anam Türkan Qurbanzadə... Onun isə daha mühüm prablemləri var, məsələn bu cəmiyyətin sonradan görmə qadınları ilə yarışmaq kimi, hər kəsin məsləhət aldığı Türkan xanım olmaq kimi. Anamın fikrinə görə bir çox şey pula bağlıdı. Bizim evin hər bir əşyası xarici ölkədən olmalıdı, geyimlərimiz, taxdığımız ziynət əşyaları hər kəsin gözünə çarpamalı və daha əvvəl heç kimin görmədiyi model olmalıdı. Qardaşım Sahil, 9-cu sinif şagirdidir. Bacardığım qədər onu puldan uzaq tutmağa çalışıram çünki bu cəmiyyətin küt beyin oğlanları kimi pul dəlisi olmasını istəmirəm. Bacım Səmra, anamı bir kopyasıdır. Hal hazırda atamın ortaqlarından birinin oğlu ilə ailə qurub, bir oğlu var. Xoşbəxtdi... Evliliyi tam xəyallarındakı kimidi, lüks yaşam, brend geyimlər, hər qiyafəyə uyğun bahalı ziynət əşyası. Başqa heç bir şeylə maraqlanmır, anamın onun üçün çizdiyi yolda irəliləyirdi... Və mən... Əsma, Əsma Qurbanzadə. İmkanlı ailənin susqun qızı. 24 yaşım var. Unversiteti bitirdikdən sonra atamın şirkətində işə başladım. Şirkətimiz hər yöndə fəaliyyət göstərirdi, inşaat, idxal-ixrac, turizm, moda və sairə... Mən daha çox turizim ilə maraqlanırdım çünki təhsilimdə bu yöndə idi. Bundan başqa "Xərçəngsiz yaşam" dərnəyinə rəhbərlik edirdim. Bu axşamda dərnəyimizin gördüyü işlərə görə "Gənc xeyriyyəçi" mükafatı alacaqdım. Anam məni bu işə cəlb edərkən könülsüzcə qoşulmuşdum amma zamanla hər şey dəyişdi. Dərnəyin başına keçdim və kimlərəsə yardım edə bildiyimi görüb daha həvəslə çalışmalara davam etdim. Anamın məni yönləndirməsi bəzi hallarda çox sevindirici nəticələr doğururdu. Buda onlardan biri idi.
-Əsma.
Anamı məni səsləməsi ilə fikirlərimdən oyanıb gülümsədim.
-Bəli ana,
-Qızım Ayanla danışdım indi, gecə üçün paltarın hazırdır. Götürdükdən sonra salona gələrsən. Səmra ilə məndə gələcəm birazdan.
-Ana hələ saatlar var tədbirə, salona gec gedəcəm.
-Olmaz Əsma salonda işin uzundu.
-Nə işi?
-Saçının buruğunu açdır.
Mən hər şeylə daha doğrusu hər qərarla susub razılaşırdım amma heç vaxt görüntümü dəyişdirəcək qərarı qəbul edə bilməzdim. Allaha hər zaman şükür edirdim məni gözəl və qıvırcıq saçlı yaratdığı üçün. Saçlarımı inanılmaz sevirdim və dəyişmək ağlımın ucundan belə keçmirdi. Məni Əsma edən tək şeyin saçlarım olduğuna inanırdım.
-Ana dəfələrlə qeyd etmişəm, saçlarım əsla amma əsla dəyişməyəcək.
Cümləmi tamamlayıb otağıma çıxdım. Bu bir ilk deyildi. Anam dəfələrcə saçlarımı düzləşdirməyimi istəmişdi amma hər dəfə etiraz edirdim əslində bir tək buna etiraz edə bilirdim. Hazırlaşıb evdən çıxdım və maşına minib dəniz kənarına gəldim. Oturacağa əyləşib ətrafa boylanarkən əl ələ dolaşan cütlük diqqətimi çəkdi. Bir biriləri ilə söhbət edir gülüb əylənirdilər, bəzən isə oğlan qızın çiynindən tutub özünə sıxırdı. Bu mənzərə ilə gözlərim dolmuşdu çünki mən heç sevmədim, birini canından çox sevmək necə olur bilmirəm. Əslində sevilmək necədi onuda bilmirəm. Düzdü sevgi etirafları çox olub amma qəbul etmirdim çünki mən sözlü sayılırdım. Tural pis oğlan deyildi, bir çox qızın xəyalını bəzəyəcək biri idi. Yaraşıqlı, savadlı, işgüzar amma o, deyildi. Düşünürsüz o, kimdi? Məni Əsma olduğum üçün sevəcək biri idi o... Əlimdən tutub uzaqlara aparacaq, sevib sevilməyi öyrədəcək biri idi o... Qısacası mənim qəhrəmanım idi o... Mənim ətrafımda çox az insan var idi, rəfiqəm isə demək olar yox idi çünki məni Əsma olaraq sevən insan az idi. Hər kəs Əsma QURBANZADƏNİN yanında idi. Tural belə Etibar Qurbanzadənin qızı ilə evlənirdi Əsma ilə yox. Bu çox acı idi, onun üçün sadəcə bir iş müqaviləsi idim. Düzdü məndə ona qarşı heç nə hiss etmirdim sadəcə Əsma olaraq var olmaq istəyirdim. Yaşadığımız mühit biraz fərqli idi, burda hər kəsi maraqlandıran tək şey pul olduğuna görə fərqli idi. Burda oğlanlar sevib sevilməyi düşünməzlər, tək dərdləri kimin maşını yeni modeldi, kimin pulu çoxdu və kim neçə qızla yatıb. Bucür cəmiyyətdən mən necə sevgi gözləyirdim ki...
Daha da düşünməyib ayağa qalxaraq ağır addımlarla maşına əyləşdim və moda evinin yolunu tutdum. Yol boyu düşüncələr məni rahat buraxmırdı. Çox sıxılmışdım şəhərdən, yorulmuşdum. Getmək, uzaqlaşmaq istəyirdim amma hara gedəcəyimi bilmirdim. Qısacası beynim tamam qarışmışdı.
Moda evinə çatmışdım... Düşüncələr içərisində içəri daxil olub ətrafı süzdüm. Ayan xanım zövqünü ortaya qoymuşdu yenə. Mağaza sadə olduğu qədərdə dəbdəbəli idi. Bu iki tərzi bir araya gətirib ecazkar bir görüntü yaratmaqda ancaq Ayan xanıma yaraşardı.
-Əsma gözəlim xoş gəlmisən.
Heyran idim bu qadının enerjisinə. Hər zaman ki, zərafəti ilə yaxınlaşıb görüşdükdən sonra divana oturduq.
-Qızlar bizə qəhvə gətirin... Əsma təbrik edirəm canım, mükafat alacağına çox sevindim.
-Sağolun Ayan xanım.
-Əsma bu olmadı, bu rəsmiyyət olmadı. Mənə sadəcə Ayan de həm aramızda sadəcə 4 yaş fərq var.
Zərifcə gülümsəməsi qarşısında məndə gülümsədim.
-Yaxşı... Ayan.
-Bax belə... İndi de görüm niyə bu qədər keyifsizsən, xatırladım ki bu axşam "xərçəngsiz yaşam" dərnəyinin müdürü olaraq mükafat alacaqsan... Yoxsa bu gecə üçün hazırlanan donla bağlı prablem var?
-Yox hər şey yaxşıdı sadəcə sıxılıram.
-Başa düşürəm canım. Səmra deyir çox çalışdığını. Niyə özünə vaxt ayırmırsan? Tətilə çıx bir müddət.
Ayan, bacım Səmra il eyni universiteti bitirmişdi.
-Əslində yaxşı fikirdir ancaq hara gedəcəyimi bilmirəm. Şəhər həyatı məni çox sıxır, sakit, səssiz bir yer istəyirəm. Heç kim yerimi bilməsin rahat olum.
-Aydındı... Gözəlim mənim Qubada bağ evim var. İşdən vaxt edib gedə bilmirəm boşdu. Rayondan aralı, tam istədiyin kimi, meşənin içində sakit bir yerdi. Ətrafda bir neçə qonşu var başqada heç kim yoxdu, açarları verim get bir müddər qal orda istrahət et.
-Doğurdan?
-Əlbəttə.
-Ayan çox sağol.
-Səndə... İndi keçək əsas məsələyə. Donu son dəfə üzərində görsəydik əla olardı.
-Əlbəttə.
Donu geydikdən sonra kabindən çıxıb güzgü qarşısında dayandım. Anam seçimində yanılmamışdı və Ayan yenə möhtəşəm bir şey yaratmışdı. Bənövşəyi rəng atlas don çox ürəyimə yatmışdı.
-Əsma... İnana bilmirəm yaraşacağını düşünmüşdüm amma bu qədərinidə gözləmirdim... Möhtəşəm görünürsən.
-Yaradıcı sənsən. Əlinə qoluna və ən əsası (səsimi yüksəldərək) əməyinizə sağlıq.
Donu çıxardıqdan sonra maşına oturub birbaşa salona sürdüm. Anam və Səmra çoxdan gəlmiş məni gözləyirdilər.
-Bacı necəsən?
-Yaxşıyam Əsma indidən təbrik edirəm canım.
-Sağol bacı.
-Əsma inşAllah donda bir dəyişiklik elətdirmədin?
-Yox ana.
Masaya əyləşib özümü vizajist xanımın əllərinə təslim etdim.
-Saçlarınızı necə edək?
-Olduğu kimi qalacaq.
Hazırlıqları tamamlayıb evə döndük. Libasımı geyib güzgü qarşısında dayandım hər şey tam istədiyim kimi olmuşdu. Yaxşı ki, anam sadə makyajıma qarışı çıxmamışdı. Çantamı götürüb aşağı endiyimdə hər kəs hazırlaşıb dəhlizdə dayanmışdı.
-İlk təbrik məndən... Al qızım.
-Çox sağol ata... Bu nədir?
Atamın mənə uzatdığı zərfi alıb əlimdə çevirməyə başladım.
-1 aylıq istirahətin üçün şirkətdən izin kağızı və tətil xərclərin üçün bank hesabı.
-Ata... Səni sevirəm.
Atam mənə tam da ehtyacım olan şeyi vermişdi.
-Gecikirik.
Anamın səsi kövrək abu havanı yox edib, özümüzü ələ almağımız üçün şərait yaratmışdı. Maşına əyləşib mərasimin keçiriləcəyi otelə doğru yol aldıq. Qapıda bizi qarşılayan media əhalisinin verdikləri bitməyən suallar və gözlərimi qısmağıma səbəb olan flaşlar, arxama baxmadan qaçmaq istəyi yaradırdı. Sualları ötüşdürüb içəri daxil olduq. Ətraf olduqca sadə amma bir o qədər də gözəl bəzənmişdi. Həzin musiqilər səslənir gecə olduqca sakit və hüzurlu davam edirdi.
-Əziz qonaqlar hər biriniz xoş gəlmisiz.
Gecəyə ev sahibliyi edən otelin müdürü Zaur bəy səhnəyə qoyulan kursunu arxasından dilləndi.
-Bildiyiniz kimi bu gecə "Xərçəngsiz yaşam" dərnəyinə dəstək üçün biraraya toplanmışıq. Dərnək fəaliyyətə yeni başlasada qısa zamanda bir çox xəstəyə köməklik göstərmişdir. Bizdə onları əməyini yüksək qiymətləndirir və alqışlayırıq. İndi isə gənc yaşında böyük işlər bacaran, dərnəyin müdürəsi Əsma Qurbanzadəni kürsüyə dəvət edirəm.
Alqışlarla kürsüyə tərəf addımlarkən çox utanırdım və yıxılmamaq üçün dua edirdim.
-Qızım təbrik edirəm, bu yaşında özündən başqalarını düşündüyün üçün sənə minnətdaram... "Gənc xeyriyyəçi" adına laiqsən... Buyur ürək sözlərini de.
Mənə uzadılan gülü və pilaketi alıb mikrafona yaxınlaşdım.
-Gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm dərnəyimizdən dəstəyinizi əsirgəməyəcəksiz çünki bu həyat sadəcə bizə verilməyib ona görə hər kəs eyni şərtlərdə yaşamalıdı. Xəstəliklərin olmadığı, barış və sevgi dolu yaşam diləyi ilə...
Alqışlar müşayətində kürsüdən enib qürurla addımladım...

Yazar: Afaq. Q
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 5 605
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri