Susqunluğum (2-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 8
Baxılıb: 4 334
Səs ver:
(səs: 1)
Gecənin sonunda qürurlu halda oteldən ayrılıb evə doğru yol aldıq. Arxa oturacaqda oturub başımı pəncərəyə söykədim. İşıqforun qırmızı işığında dayandığımızda hərəkət anını gözləyən maşınlarda gəzdirdim gözlərimi. Yan tərəfdə dayanan maşında Turalı görməyim bir növ şok keçirməyimə səbəb oldu. Yanında oturan qızın əlini qaldırıb dodaqlarına yaxınlaşdırdı. Gördüklərimə nə reaksiya verəcəyimi bilmirdim. Onun məni, mənimdə onu sevmədiyimiz açıqca ortada idi sadəcə ailələrimizin verdiyi qərar var idi. Bütün bunlar mənə yalan danışmasını haqlı göstərmirdi. Yalan nəyə lazım idi ki, guya mən bu gecədə onu yanımda görmək istəyirdim? Təbii ki, yox əgər gəlmək istəsəydi və ya gəlsəydi yanında dayanmamaq üçün mütləq bəhanə tapacaqdım amma Tural yalanı seçmişdi. Təəssüflə başımı yelləyib arxaya yaslandım. Evə çatdığımızda saat xeyli irəliləmişdi. Bir başa otağıma qalxıb üstümü dəyişdikdən sonra yatağa uzandım və bu axşamı düşünməyə başladım. Turalın yalan danışmış olması istər istəməz ağlıma gəlirdi. Bəlkədə Tural mənim onu sevdiyimi sanırdı ona görə yalana əl atmışdı amma səbəb nə olur olsun bu onun yalan danışdığı həqiqətini dəyişmirdi. Bu haqda daha da düşünməyib özümü yuxuya təslim etdim...
Səhərin ilk işıqları ilə yataqdan qalxıb axşamdan hazırlanmış olan geyimlərimi geydikdən sonra aşağı endim. Hər kəs səhər yeməyi üçün süfrə arxasında idi.
-Sabahınız xeyir.
-Sabahın xeyir qızım... İstəyirsən bu gün gəlmə işə tətil üçün hazırlıqlarını tamamla.
-Yox ata bəzi işlərim var onları həll edim içim rahat gedim tətilə.
-Bacı hara gedəcəksən?
-Mən bu gün qızım üçün əla tətil turu tərtib edəcəm.
Ola bilməz..... Anam bu işə qarışdısa deməli sakitliyi və dincəlməyi unutmalıyam. Şəhər həyatının göbəyindən ayrıla bilməyəcəm.
-Olmaz Türkan. Qızım dünən axşam məni çox qürurlandırdı. Səhər oyandığımdan bu yana telefonum susmur. Ona görə hara getmək istədiyinə Əsma özü qərar verəcək. Dünyanın hansı ölkəsi olur olsun qızım göndərəcəm.
Atam sözün əsl mənasında həyatımı qurtarmışdı.
-Çox sağol ata... Getmək istədiyim yeri axşam deyəcəm.
Yemək bitdikdən sonra ayağa qalxıb sağollaşaraq şirkətə doğru yol aldım. Telefon çaldığı zaman maşını sağa çəkib cavabladım.
-Bəli bacı?
-Əsmaaa...
-Sən ağlayırsan? Nə olub?
-Kənanla dalaşdıq...
-Niyə?
-Özümə yeni geyimlər sifariş etmişdim, Kənan ləğv etdirdi.
Səmra danışarkən maşından enib parka doğru addımlayaraq oturacağa oturdum.
-Əsma bilirsən yaxınlarda Kənanın qohumunun toyu olacaq, orda geymək üçün alırdım.... Bahalı imiş, evdəkilərdən birini geyin dedi. Təsəvvür edirsən mənə... Səmra Qurbanzadəyə..
-Bacı sən Səmra Qurbanzadə deyilsən.
-Off Əsma səndə qaynanam kimi başlama.
-Sizin ailədə tək ağlı başında insan qaynanandı deyəsən.
-Əsmaaa.
-Yaxşı yaxşı nəticə nə oldu?
Bezgin halda dilləndim.
-Evdəkilərdən birini geyəcəm.
-Bəs mənə zəng vurmaqda məqsədin nə idi?
-Off Əsma... Sən bizim dərdlərimizlə maraqlanma heç.
-Dərdmi?
Bacım sualımı cavablamadan telefonu söndürdü. Baxışlarımı telefonda sabitləyib xəfifcə gülümsədim. Bu qız nəyi dərd adlandırırdı? Heçmi ətrafına baxmır, başqalarını görmürdü? Özünə bir taxt qurub otrub və ordan baxanda heç kimi görmürdü. Təəssüflə başımı yellərkən yanıma oturan balaca qız uşağı gördüm. Üzərində köhnəlib cırılmış jaket şalvar, ayağında isə ucu deşilmiş ayaqqabı vardı. Üzü və əlləri çirk içində olan bu balaca qızcığaz parlaq gözlərini üzümə zilləyib gülümsədi. Onun bənizindəki şirinlik və gülümsərkən yanağında yaranan qəmzələr mənimdə gülümsəmə səbəb oldu.
-Belə gözəl qız, hərkəs öznü düşünür.... Sənin adın nədir?
-Qəmzə.
-Nə gözəl adın var tam özünə yaraşan addı Qəmzə, məndə Əsma... Acsan?
Utanaraq başını yellədiyində ayağa qalxıb əlindən tutdum.
-O zaman gedək.
Maşına yaxınlaşıb Qəmzəyi oturdub kəmərini bağladım və sükana keçib maşını işə saldım.
-Başqa bacı qardaşın var Qəmzə?
-Bir qaqaşım var amma balacadı.
-Bəs ata anan?
-Anam qaqaşıma baxır, atam evdə deyil. Anam deyir o, uzağa gedib amma bizi görür.
Çox pis olmuşdum hətta gözümdən bir damla yaş yanağım boyu yuvarlanmışdı. Restoranlardan birinin önündə maşını saxlayıb içəri daxil olduq. Masalardan birinə əyləşib yemək sifariş etdikdən sonra ətrafı süzdüm. Səhərin erkən saatları olduğu üçün müştəri az idi. Oturduğumuz masa qapıya yaxın olduğu üçün girib çıxanları rahatca görmək olurdu. Biraz sonra içəri əl ələ daxil olan cütlüyü görüb başımı qaldırdım və Tural ilə göz gözə gəldim. Məni gördüyündə tədirgin olub əlini qızın əlindən çəkməsi mənə gülməli gəlirdi. Masaya yaxınlaşıb dilləndi.
-Salam Əsma.
Onun dilindən öz adımı eşitmək ürpərməyimə səbəb olurdu.
-Salam.
-Mən... Mən səhər gəldim. Bu qrup yoldaşım Leylidi... Çoxdan görüşmürdük.
-Tural...
Vəziyyəti açıqlamağa çalışması məni yorurdu sanki mənə çox maraqlı idi.
-Gördüyün kimi qonağım var. İcazə versən onunla maraqlanmaq istəyirəm.
Gülümsəyib gözlərimi üzünə zillədim. Tural əlavə söz deməyib masaya keçdi. Yemək boyu baxışlarını üzərimdə hiss etsəmdə dönüb baxmırdım, onun kimlə nə etdiyi məni maraqlandırmırdı. Varlığı ilə yoxluğu eyni idi mənim üçün.
-Gözəlim doydun?
Qəmzə başını yelləməklə yetinmişdi. Onun utancaq və mehriban davranışları insanın üzündə gülümsəmə yaradırdı. Restorandan çıxıb maşını işə salaraq yaxınlıqdakı mağazada saxladım. Qəmzənin şirinliyi ona yardım etmə istəyi doğururdu içimdə. Bir neçə dəst geyim aldıqdan sonra mağazadan ayrılıb təkrar parka gəldik.
-Qəmzə bunlar sənindi... Bax bunu mütləq anana ver.
İçində bir miqdar pul və telefon nömrələri olan zərfi uzadıb davam etdim.
-İçində iş yerimin telefonu var. Anana de bu gün mütləq bizimlə əlaqə saxlasın.
-Yaxşı.
Qəmzəyi öpdükdən sonra təkrar maşına əyləşib şirkətə doğru yol aldım. İşə gecikmək heç adətim deyildi amma bu gün bir istisna yaşayırdım çünki günorta olmuşdu. İçəri daxil olub otağıma tərəf addımladım.
-Əsma xanım təbrik edirəm.
Katibəm Günay ayağa qalxıb gülümsədi.
-Sağol Günay... Günay bir xanım zəng vurmalıdı. Qəmzənin anası, əgər mən burda olmadığım vaxt zəng vursa özün maraqlan və xanım mütləq işlə təmin olunmalıdı unutma.
-Aydındı.... Əsma xanım sizi gözləyən biri var.
-Kim?
-Tural bəy.
Bir bu çatmırdı... Nə istəyirdi bu oğlan məndən. Qəmzəyə kömək etdiyimi düşündüyüm zaman üzümdə təbəssüm yaranmışdı amma indi Tural sayəsində o təbəssümdən əsər əlamət qalmamışdı. Dərin nəfəs alıb qapının dəstəyini burdum. Tural əllərini ciblərinə yerləşdirib pəncərə önündə dayanmışdı.
-Salam.
-Salam.
Masaya keçib oturduqdan sonra əlimlə Turala yer göstərdim.
-Buyur.... Nə içirsən?
-Qəhvə.
Dəstəyi qaldırıb qəhvə sifariş etdikdən sonra arxaya yaslandım.
-Əsma mən axşam yanında olmaq istəyirdim amma vacib işlərim vardı. Bu səhər qayıtdığımda havalimanında Leyli ilə qarşılaşdım sonra....
-Yetər.....
Səsimi yüksəldərək bir əlimi havaya qaldırıb cümləsini tamamlamağına izin vermədim. Bu nə idi? Tural olanları, uydurduğu yalanlarla açıqlamağa çalışdırdı və bununlada gözümdə alçaldıqca alçalırdı.
-Tural sən nə etməyə çalışırsan?
-Yalnış anlamağını istəmirəm.
-Nəyi yalnış anlamayım? Yalan danışmağınımı?
-Mən yalan danışmıram.
Gülümsəyib başımı sağa sola hərlədim.
-Tural sən heç yerə getməmişdin Bakıda idin gördüm mən səni dünən axşam.
-Əsma mən...
-Bunların heç biri mənə maraqlı deyil. Sən nə etdin? Kimlə görüşdün? Bilmək belə istəmirəm. Tural bizim aramızda heç nə yoxdu, gəlib bunları mənə açıqlamağa çalışmağın dünyanın ən absurd fikridir.
Cümləmi tamamlayıb ayağa qalxdım və qollarımı qoynumda birləşdirib iti baxışlarımı Turalın üzünə zillədim.
-Əsma biz evlənəcəyik.
-O hələ sual altındadı.
-O nə deməkdi?
-Evlilik olmayacaq deməkdi.
-Əsma mən məhv olaram.
Onun sözləri mənə çox təəccüblü gəlmişdi. Eşidən olsaydı bizi dəli divanə aşiq sanardı.
-Necə yəni? Niyə?
-Əsma mənim iş aləmində var ola bilməyim üçün evlənməyimiz şərtdir.
Yavaş yavaş məni dəli gülmək tuturdu
-Sən nə çərənləyirsən? Nəyəm mən? Sənin iş dünyan üçün pilləkan?
-Yox elə deyil.
-Bəs necədir? Açıq danış.
-Atam mənim şirkətin başına keçməyim üçün səninlə evlənməyimi şərt qoyub çünki....
-Çünki nə?.... Niyə susursan?..... Cavab ver..... Çünki nə?
-Çünki sənin atanla mənim atam böyük bir müqavilə bağlayıblar və müqavilə şərtlərindən biri də sənən..... Yəni mənim sənin evlənməyim.
Qəh qəhələrim otağı öz ağuşuna aldı. Dayanmadan gülürdüm və artıq gözümdən damlalar süzülürdü... Yox deyəsən ağlayırdım.
-Tural yalanlarını da al get burdan.
-Əsma bunlar yalan deyil.
-Çıx çölə.
İlk dəfə idi səs tonum bu qədər yüksəlirdi. Tural çıxdıqdan sonra masaya çöküb başımı əllərim arasına aldım. Mən elə bilirdim ailəm məni ailəmizə uyğun və tanıdıqlarının oğlu olduğu üçün Tural ilə evləndirmək istəyirlər amma bu heçdə belə deyilmiş. Atam məni müqavilədə şərt olaraq göstərib yəni satıb... Yox... Yox... Yox... Yalandı, Turalın uydurmasıdı. Atam etməz bunu... Etməz. Masadakı suyu bir nəfəsə başıma çəkdim. Özümü ələ almağa çalışsamda alınmırdı. Ayağa qalxıb iti addımlarla pəncərəyə yaxınlaşıb açaraq dərin dərin nəfəs almağa başladım. Mən bu qədərmi dəyərsiz idim ki, atam məni müqavilə şərti olaraq göstərib. Telefonu çıxarıb lazım olan nömrəni yığıb aparatı qulağıma yaxınlaşdırdım.
-Əsma necəsən?
-Yaxşıyam Ayan sağol. Dünən ki, təklifin hələ keçərlidi?
-Hansı təklif?
-Bağ evində qalmaq.
-Əlbəttə ev boşdu, nə vaxt istəyirsən get qal.
-Çox sağol Ayan. Mən indi sürücüyü göndərirəm açarları verərsən ancaq bir xahişim var.
-Buyur.
-Heç kimə yerimi demə Səmraya belə.
-Yaxşı canım necə istəyirsən.
Sağollaşıb telefonu söndürdükdən sonra Günayı çağırdım. 1 ay olmayacağımı deyib tapşırıqlarımı verdikdən sonra şirkətdən çıxıb evə döndüm. Birbaşa otağıma qalxıb əşyalarımı topladım. Atamla qarşılaşmaq istəmirdim çünki bu olanlar məni çox yaralamışdı. Aşağı enib anamın yanında dayandım.
-Ana mən bu axşam Səmragildə qalacam. Səhər də tətilim üçün yola çıxacam.
-Bir anda necə qərar verdin? Həm hara gedəcəksən?
-Özəl bir turla gedəcəm, qrup halında sadəcə görmək istədiyim yerləri görməyə.
-Niyə Səmragildən çıxırsan?
-Əli üçün darıxmışam həm Səmragilə yaxındı ona görə ordan çıxacam.
-Heç olmasa atanla görüşərdin. Bu nədir qaçar kimi gedirsən.
-Şirkətdə görüşdüm atamla. Niyə qaçım ki görüşüb gedirəm.
-Əsma heç içimə sinmir qızım. Kimlərlə gedirsən? Hara gedirsən? Heç sənə yaraşmayan hərəkətlərdi.
-Ana narahat olma sadəcə yaxşı gəzinti olacaq ona görə həyəcanlıyam.
Anamla görüşdükdən sonra maşına oturdum və bacımgilə doğru yol aldım. Anam haqlı idi bunlar yəni belə qaçar kimi getmək mənə uymurdu, hər zaman valideyinlərinin sözü ilə oturub duran Əsma indi onlardan uzaqlaşırdı.
Bilinməzliyə gedirdim... Nə olacağını bilməsəmdə tək bildiyim mənə yaxşı gələcəkdi...

Yazar: Afaq. Q
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 334
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri