Susqunluğum (3-cü bölüm)

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 5 055
Səs ver:
(səs: 1)
Səhərin ilk işıqları ilə yola çıxmışdım. Yol boyu gözümdən damlalar süzülsədə buna fikir vermədən davam edirdim. Atam gecə boyu dəfələrcə zəng vururdu ancaq mən açmayıb sms yazmaqla kifayətlənmişdim. Onu nə qədər sevsəmdə indi danışmaq istəmirdim.
İlk dəfə idi valideyinlərimin tərtib etmədiyi tətilə gedirdim, daha doğrusu qaçırdım. Tural ilə bu yolla, müqavilədə qəbul edilməsi şərt olan maddə kimi evləndirilmək çox ağır gəlmiş, məni evimdən didərgin salmışdı.
Ayanla danışıb ünvanı dəqiqləşdirdikdən sonra dayanmadan yoluma davam edirdim. Günəş doğmuş, isti şualarını ətrafa yaymışdı çatdığım zaman. Kəndə az bir məsafə qalmış maşını saxlayıb aşağı enərək uzaqdan izlədim bir müddət. Ayan haqlı idi deyəsən, bura tam mənim istədiyim kimi, şəhərdən uzaq, meşəlik və ən əsası səssiz idi çünki çox az ev vardı. Bu kəntdə məni nə gözləyirdi? Nə yaşayacaqdım? Heç bilmirdim... Düşüncələrimdən ayrılıb təkrar maşına əyləşərək davam etdim. Evi tapmağım heçdə çətin olmamışdı çünki az ev vardı. Maşını saxlayıb boylanmağa başladım bir həyətdə yan yana, yerdən 5-6 pillə yuxarı 2 ev var idi. Ayanın dediyinə görə çatısı mavi rəng olan, mənim qalacağım ev, digəri isə Ayanın əmisinə aid və boş ev imiş. Maşından enib irəliyə doğru addımlarkən ayağım daşa ilişdi. Asfalt yollara alışmış biri idim və təbii olaraq özümü yerə sərilmiş halda tapdım. Ağzı üstə necə yıxılmışdımsa, çabalayaraq yerdən qalxmağa çalışırdım. Bu anda tam qarşımda bir cüt ayaqqabının dayandığnı gördüm.
-Qıvırcıq yerdə nə edirsən?
Bu mənasız sualı verən hərhalda ayaqqabının sahibi idi.
-Hava alıram.
Bucür suala ancaq belə cavab verilərdi.
-Xoş istirahətlər.
Ayaqqabılar gedirdi.... Bu adam hərhalda kəndin dəlisi idi çünki ağlı başında insan kömək edərdi. Birtəhər yerdən qalxıb çantalarımı götürərək evə daxil oldum. Qapını ilk açdığımda içəridəki boşluq, yalnızlıq sanki iliklərimə işləyirdi. Çantaları yerə qoyub divan və kresloya sərilmiş örtüyü qaldırdım. Divana çöküb başımı əllərim arasına alaraq düşüncələrə daldım. 1 ay tək başıma olacaqdım və ümid edirdim bu 1 ay mənə müsbət təsir göstərəcək. Nədənsə bundan sonrasını heç düşünmürdüm əslində düşünmək istəmirdim... Başımı qaldırıb evin içində gözlərimi gəzdirdim. Ətraf toz içindəydi, əgər burada yaşayacaqdımsa buranı yaşanılır hala gətirməli idim.
-İş başına Əsma.
Sözlə özümü ruhlandırmağa çalışmağım yetmirdi. Evdəki radionu açıb əyləncəli musiqilərə köklədikdən sonra işə başladım. Evdə bir yataq otağı, salon və mətbəxdən istifadə edəcəkdim ona görə digər otaqların qapılarını bağlayıb üstümü dəyişərək təmizliyə başladım... Neçə saat ötdüyündən xəbərsiz işlərimi yekunlaşdırmağa çalışırdım. Artıq axşam olurdu və mən təmizliyi bitirmişdim, təbii olaraq məndə bitmişdim çünki heç alışmamışdım. Yorğunluqdan adımı belə unutmuşdum amma dəymişdi, hər yan tər təmiz olmuşdu. Bitgin bir halda divana sərildim. Yorğunluq yavaş yavaş bədənimi tərk etdikcə, mədəm aclıq siqnallarını beynimə ötürürdü. Axı mən heç bazarlıqda etməmişdim nə yeyəcəkdim? Bunu heç düşünməmişdim. Ayağa qalxıb eyvana çıxdım. Günəş batmağa hazırlaşırdı. Aman Allahım mən cənnətdə idim deyəsən bura inanılmaz dərəcədə gözəl idi. Batan günəşin qızılı şüaları, yaşıl ağaclar hər yan rəngarəng idi. Biranda yan evdə gördüyüm qaraltı ilə bədənimi bir ürpərti sardı. Yavaş addımlarla pillələri enib yan evə doğru addımladım. Nə etmək istədiyimin fərqində olmadan yerdəki çubuğu əlimə alıb evə yaxınlaşdım. Pilləri qalxıb evin qapısı önündə dayandım.
-Ki... Kim var or... Orda.
Kəkələyərək sözümü deyib divara yasladım. O qədər qorxurdum ki, bərk bərk əlimdəki çubuğu sıxırdım. Qapının açıldığını gördüm və gözlərimi yumub qışıqıraraq çubuğu var gücümlə endirdim. Çubuğun boşa getdiyini hiss edib gözlərimi açdım. İrəli addımladığım zaman qapıda dayanıb irilənmiş gözlərini mənə zilləyən gənc oğlanı görüb yerimdə donub qaldım. Qorxudan tir tir əssəmdə, güclə dillənib cümləmi sıraladım.
-Pol... Polis çağıracam indi. Ger... Geri çəkil və tez... Aldıqlarını yer... Yerinə qoy. Çubuğu təkrar havaya qaldırıb davam etdim.
-Utan... Utmırsan oğurluq etməyə?
Onun təəccüb dolu baxışlarını nəzərə almasaq susqunluğu məni cəsarətləndirmiş olacaqdı ki, səsim titrəmədən rahatlıqla danışırdım.
-Əlin var ayağın var hər kəs kimi işlə qazan. Oğurluq edib haram pulla nə qazanacağını düşünürsən?
Oğlan heç bir söz demədən qapıya yaslanıb qollarını qoynunda birləşdirdi. Mən isə susmaq bilmirdim.
-Nə oldu? Nə baxırsan? Bəlkə səhv deyirəm?
-Nə çox danışdın, beynim getdi.
Bezgin şəkildə dillənib mənə tərəf addımlamağa başladı.
-Oğru elə danışdı doğrunun bağrı yarıldı. Dur orda... Gəlmə... Bax vuracam.
Desəm də o, yaxınlaşıb rahat şəkildə əlimdən çubuğu aldı. Adamın reaksiyasını görən olsa çubuğu heç tutmadığımı zənn edərdi, oysa ki, çox bərk tutmuşdum.
-Birncisi qıvırcıq, oğrunu əlindəki çubuqla tutacağını düşünəcək qədər axmaq olmadığını düşünürəm. İkincisi oğru olsam gecə gələrdim, niyə gündüz gəlim?
Haqlı idi... Ona görədə nə deyəcəyimi bilmədən susub qalmışdım. Gözlərimi sağa sola hərləyib çıxış yolu axtarırdım.
-Bəlkə sən özün oğrusan?
Eşitdiyim sualla gözlərim az qalırdı yuvalarından çıxsın.
-Sən nə dediyinin fərqindəsən? Mən oğru deyiləm həm oğru olsam niyə gündüz gəlim, dəliyəm?
-Məndə onu deyirdim.
Dediyimin indi fərqinə varmışdım və utancımdan ölmək üzərə idim. O, isə bu halımdan zövq alırmışcasına üzünə getdikcə genişlənən, özündən razı bir gülüş yerləşdirdi.
-Mən... Ev boş... Heç kim yaşamır...
Nə demək istədiyimi heç cürə başa sala bilmir, kəkələyirdim.
-Boş idi, bir ay əvvələ kimi.... Bu arada adım Mahir.
-Əsma.
Adımı deyib qaçaraq pillələri endim. Arxama baxmağı düşünmürdüm çünki çox pərt olmuşdum hətta ac olduğumu belə unutmuşdum. Qaçaraq evə qalxdım və bir başa yatağa uzanıb yorğanı başıma çəkdim. Uşaqlığımdan qalma adət idi, yorğanın altında gizlənmək. Bu yolla hər şeydən və hər kəsdən qaça bildiyimə inanırdım. Saatlar irəlilədikcə aclıq dözülməz hal alırdı. Ayağa qalxıb evin içində gəzinməyə başladım, artıq hava demək olar ki, tamam qaralmışdı. İnsan bazarlıq etməyi necə unudar? Deyinərək evin içində o baş bu baş gedib gəlirdim. Qapı döyüldüyündə fikirlərimdən ayılıb qapıya tərəf getdim. Kim ola bilərdi ki? Heç kimi tanımırdım. Qapıya yaxınlaşıb çox az açdım. Kandarda dayanan orta yaşlı qadını görüb sual dolu baxışlarımı üzünə zillədim.
-Buyurun?
-Qızım mən Məlahət. Evin işığnı gördüm Ayan qızım gəlib deyə düşündüm.
-Yox mən Ayanın rəfiqəsiyəm bir ay burda qalacam.
-Mən çörək bişirirdim Ayan sevir deyə gətirdim. Sənə qismətmiş, yanında pendirdə var.
-Niyə əziyyət çəkirdiz?
-Xoşdur qızım, nuş olsun. Bir şeyə ehtyacın olsa çəkinmə. Evim aşağıdakı evdi.
-Çox sağolun.
Allahdan başqa bir şey istəsəm olacaqmış. Məlahət xanıma ürəyimdə sonsuz təşəkkür edə edə masaya oturub çörəyi və pendiri çıxardım. Daha öncə bucür ətir duymamışdım düzdü şəhərdə də təndir çörəkləri olur amma bu başqa idi, hələ pendiri demirəm. Həm ləzzətli həmdə ac olduğum üçün, acgözlüklə pendir çörəyi mədəmə ötürməyə başladım. Gözümü açdığımda çörəkdən balaca bir parça qaldığını görmək qəh qəhələrlə gülməyimə səbəb oldu. Mən hər zaman çox az çörək yeyirdim amma indi bir çörək yemişdim. Deyəsən mən bu kəntdə ilkləri yaşayscaqdım ki, bu gün özümlə bağlı bir ilki kəşf etmişdim. Bir çörəyi tək başına yeyə biləcəyimi anlamışdım. Üzümdə ki, geniş təbəssüm ilə kitabımı götürüb eyvana çıxdım. May ayının sonlar olsada kəntdə ki, axşam soyuğu insanın iliklərinə işləyirdi. Ədyala bürünüb yellənən oturacağa oturaraq kitab oxumağa başladım. Hava o qədər təmiz və sakit idi ki, getdikcə məni yuxu tuturdu. Burda yatsaydım hərhalda səhər buz heykəli olaraq oyanacaqdım. Qalxıb içəri keçərkən eşitdiyim ayaq səslərinə dayanıb ətrafa boylandım. Səslər olduqca yaxından gəlirdi və buda mənim lap tədirgin olmağıma yol açırdı. Eyvanın dəmirlərinə yanaşıb dilləndim.
-Kim var orda?
-Mən varam qıvırcıq, evə gedirəm.
Mənə qıvırcıq deyən sevimli qonşum Mahirdən başqası deyildi. Danışığından və ətrafı saran araq iyindən, içkili olduğu anlaşılırdı.
-Gecə gecə səsiz getməsən olmurdu? Gərək qorxudasan insanı?
-Səssiz getməliyəm oğruyam axı.
Olanları xatırlamaq yenidən utanmağıma səbəb olurdu. Heç nə demədən kitabımı və ədyalı götürüb evə daxil oldum. Məni utandırmaq üçün demişdi.
-Axmaq, Küt beyin.
Dodaqucu deyinirək otağıma keçib yatağa uzandım. Bir gündə o qədər çox şey yaşamışdım, o qədər yorulmuşdum ki, başımı yastığa qoyar qoymaz məni yuxu tutmuşdu.
Mən hər səhər zəngli saatın səsinə güclə oyanırdım ancaq burda hava o qədər təmiz idi ki, erkən saatlarda ayaqda idim. İdman paltarımı geyib saçlarımı topladım. Eyvana çıxıb qollarımı yana açaraq dərin dərin nəfəs almağa başladım. Bu yolla ciyərlərrimə bol oksigen hopdururdum.
-Hey qıvırcıq. Özünü təyyarə sanırsan?
Başımı səsin gəldiyi tərəfə çevirdiyimdə Mahirin qollarını qoynunda birləşdirərək eyvana söykəndiyini gördüm. Məndə onun kimi qollarımı qoynumda birləşdirib gülümsədim.
-Sənində sabahın xeyir sevimli qonşum.
Gülümsəyib başını əyərək yellədi. Deyəsən məndə onu utandırmağı bacarmışdım.
-Sabahın xeyir qıvırcıq.
-Adım Əsmadır.
-Bilirəm ama qıvırcıqsan.
Daha da söz güləşdirmək istəmirdim. Başımı sağa sola hərəkət etdirib aşağı endim. Qulaqcıqlarımı taxıb meşəyə tərəf qaçmağa başladım. Burda qaçmaq belə insanı heç yormurdu, qaçdıqca daha bərk qaçmaq istəyirdim. Bir qədər getmişdim ki, iri gövdəli bir ağac görüb dayandım. Ağacın görüntüsü o qədər qəribə idi ki, budaqları ətrafa elə yayılmışdı sanki ətrafdakı digər ağacları qorumaq istəyirmişcəsinə. Yaxınlaşıb əlimi ağacın gövdəsində gəzdirməyə başladım çünki çox təsirlənmişdim.
-Bu ağaca "Baba ağacı" deyirlər.
Eşitdiyim səs qulaqcıqlarımı çıxarıb arxaya döndüm.
-Sən məni izləyirsən?
-Hə işim gücüm qurtarmışdı. Heyran heyran baxışlarnı görüb məlumatlandırnaq istədim.
-Allah razı olsun.
Sevimli qonşum mənə doğru bir neçə addım atıb gülümsəyərək davam etdi.
-Bu ağac çox qədimi ağacdı, hər zaman budaqları ilə ətrafında olan digər ağacları sarıb sarmaladığı üçün "Baba ağacı" deyirlər. Onun sehrinə qapılan ilk insan sən deyilsən qıvırcıq.
-Əsma.
-O da pis deyil.
Bu qonşu ilə mən dəli olacaqdım axırda. Ən yaxşısı söhbəti dəyişməkdi deyib sualımı ünvanladım.
-Burda böyük marketə necə gedə bilərəm?
-Mərkəz yoluna çıx, biraz davam et görəcəksən.
-Çox sağol.
Arxamı dönüb uzaqlaşmağa başladım. Ara bir geri dönüb "Baba ağacı" izləyirdim. Bu ağacı həyatımda nə kimi izi olacaqdı bilmirdim...

Yazar: Afaq. Q
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri