Yara'na məlhəm (24-cü bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 5 750
Səs ver:
(səs: 0)
Sofiyanın dilindən
Həyatımı bilirsiz mənim... Daha doğrusu yara ilə dolu olan həyatımı... Bu yaşıma qədər üzüm hec gülmədi... Üzümü güldürənim olmadı. Amma həyatıma Kamranın gəlişi ilə hər şey dəyişdi. Yaralarıma məlhəm olub mənə dəstək olaraq, məni yenidən həyata qaytardı. Ata oxşaması görməyən saclarımı oxşadı... Yelləncəkdə bir uşaq kimi yellədib, yaşamadığım uşaqlığımı mənə yaşatdı. Hər nazıma dözüb məni əzizlədi... Məni piknikə aparıb gözəl bir gün yaşatdı. Oynamadığım, hec bilmədiyim oyunları mənimlə birgə oynadı. Mənə dostlar qazandırdı... Məni bütün pisliklərdən qorudu. Və ən əsası onun sayəsində hörüklərimi açdım. O mənim həyatımın bir parçası oldu. Universitet qazandığımda məndən çox mənim adıma O daha çox sevindi. Günün çoxun onunla mesajlaşıb, onunla görüşürdüm. Onun sayəsində çox sey öyrəndim bu həyatda. Ətrafımda yeni-yeni insanların olmağına şans verdim. Onlardan biridə Saleh idi. Saleh mövzusu açıldıqda hər zaman Kamran əsəbləşirdi. Məni qısaqanırdı...? Bizim münasibətimizin bir adı yox idi. Bu münasibətə ad qoymaqda istəmirdim. Gözəl seyler hər zaman tez bitirdi... Biz, çirkin qalsaydıq daha yaxşı olardı.. Onun məndən ayrı qalmasına hec zaman dayana bilməzdim. Onu çox istəyirdim mən... İstmək sevgiyə daxil idi? Daxil idisə, mən Kamranı sevirdim... Amma qorxurdum... Çox qorxurdum... Bir gün bir birmizdən ayrı qalacağıq deyə çox qorxurdum mən. Mən bu vaxta qədər, belə qayğı, istək görməmişdimki...Ona görə ona hisslərimi bəlli etməkdən çəkinirdim. Bir gün biri xoşbextliyimizə kölgə salacaq deyə çox qorxurdum. Onun üçün ona Salehdən bəhs edib dururdum... Sehv edirdim bilirəm... Amma itirməkdən qorxurdum...
Bu həyatda tək qazandığım sey O idi mənim... Onu itirsəm, dayana bilməzdim... Onu sevirdim mən... Sevirdim... Özümə etiraf etməyim zaman aldı. Amma olsun... Oda məni sevirdi görəsən? Məni əvvəldən sahiblənmişdi deyə, ayırd edə bilmirdim onun hisslərini...
Bu gün mənə kafeyə gəlib məni sevdiyini etiraf edib getdikdən sonra, yerdə qalan qızılgülü əlimə alıb baxdım. Onun canını incitmişdim bu gün... Bir şey deməyimi gözləmədən getmişdi... Nə deyəcəkdim? Sevgimi etiraf etsəydim aramızda olan bağ dahada güclənəcəkdi? Ya biz ucuruma doğru gedəcəkdik...? Ürəyimdə, ağlımda onu istəyirdi... Elə idisə bu məndəki qərarsızlıq nəyin nəsi idi? Bu düşüncələrimi pozub yenidən işə qayıtdım. Bütün gün ağlımda O varkən telefonu çıxardıb Salehe "Birdə məni axtarma.. Məndən uzaq dur" yazıb göndərdim. İş çıxışın səbirsizliklə gözləyirdim... İş bitikdə birbaşa Kamranın oxuduğu kafeyə gəldim. Yenə səhnədə idi və "Oğuzahan Koc - Her aşk bir gün biter" mahnısını ifa edirdi. Bizim eşqimiz başlamadan bitmişdi? O qədər hüzünlü oxyurduki mahnını... Məni görmədən kafedən çıxdım. Gözüm dolub durmuşdu... Amma yox ağlamaycaqdım... Kamran mənə ağlamağı deyil, gülməyi öyrətmişdi... Mən niyə qaçırdım ondan? Ondan yoxsa hisslərimdən? Kamranın mənə öyrətdiyi bu deyildi! Kamran mənə güclü olub, qorxmamağı öyrətmişdi! Geri qayıdıb Kamrana sevdiyimi deməli idim. Geri qayıtdıqda kafedən çıxan Kamranı gördüm. Və onun ardıyca irəlləməyə başladım. Kafedən uzaqlaşmağa başladıqda "Kamran.."dedim. Mənim səsimlə arxaya döndükdə "Sofiya..?" dedi. Mən nə deyəcəkdim ona? Bir sevirəm demək bu qədər çətin olmalı idi? Ya mənə çətin gəlirdi. Qaranlıq boş küçədə mənə yaxınlaşıb "Sən yaxşısan?"dedi. Mən indi çox yaxşı idim... Onun yanında güvəndə idim... "Mənim sənə, hər zaman olduğu kimi çox ehtiyyacım var... Kamran... Məndə səni sevirəm... Səni çox sevirəmm... Səni hər seydən çox sevirəm"deyib ona sarıldım. Deyəsən, şoka düşmüşdü ... Onun üçün sarılışıma qarşılıq vermirdi... "Sən məni sevirsən?"deyib qollarını mənə sarıdı. Gülümsündüm... İlk dəfə idi atdım bu addımdan bu qədər əmin idim... Onun mənə dediyi bir sözü xatırladım

"Yaxın gəl,
Atanın hec sığal çəkmədiyi saclara, sığal çəkim...
Yaxın gəl mənə,
Yara'na Məlhəm
Olum ..."

Bu cümlə ilə ona aşiq olmuşdum...

5 il sonra
"Sevgim, qızım, balım"deyə qızını əzizləyən Kamrana baxdım. Sevgimizin meyvəsi olduğu üçün, Kamranla birlikdə qızımıza Sevgi adın vermişdik. Qızımız hələ balaca idi.. 5 ayın bu gün tamam edirdi. İnana bilmirdim bəzən, bizim qızımız var... Canımızdan bir parçamız var... İllər əvvəl xəyalı belə ağlımın ucundan keçməzkən, Kamran mənə xəyal olmayacaq qədər çox gözəl bir gercek yaşadırdı. Univeristetlərimiz bitmişdi... Mən Sevgiyə görə işləyə bilməsəmdə, Kamran ixtisasına ugğun bir iş tapmışdı amma kafedə oxumaqdan hələdə əl çəkməmişdi. Bəzən qızımla bərabər o kafeyə gedib atasını dinləyərdik. Kamranın ailəsi ilə yaşamırdıq... Ayrı 3 otaqlı bir bina evimiz vardı. Biz balaca dünyamızda xoşbext idik. O yarama məlhəm olub mənə gözəl bir ailə bəxş etmişdi. İllərimiz keçsədə yenədə məni əzizləyirdi... Allah Kamranı qarşıma çıxarmaq ilə məni mükafatlandırmışdı. Harda qalmışdı O səssiz qız? İndi ətrafım insan dolu idi... Rza ilə Ayseldə evlənmişdi keçən ay. Fariz ilə Rüfanədə nişanlı idilər. Biz isə bildiyiniz kimi onlardan tez evlənib, uşaq sahibi belə olmuşduq. Bizim yaşımız az olsada, yaşadıqlarımız bizə çox sey öyrətmişdi. Onun üçün Kamran mənə evlilik təklifi edəndə razılıq vermişdim. Kim deyərdi məktəbin göz bəbəyi olan oğlan, kölgə deyə bir qızı sevəcək? Sonda onlar evlənəcəklər və bir qızlarıda olacaq? "Sofiyam nə çox fikirə daldın?"deyib Sevgini qucağımdan aldı Kamran."Hec sadecə düşünürdüm nə çox sey yaşadıq biz... Sonda isə bir birmizi tapdıq"dedim. O mənə yoldaşdan öncə bir dost idi... Biz bir birmizə söz vermişdik qızımızı dünyanın ən xoşbext qızı edəcəyik... "Səni gördüyüm ilk gün, anlamışdım mən... Həyatımı dəyişdirəcəyini anlamışdım..." Dediyi sözə gülümsündüm. Biz indi bilirsiz harda idik? Biz bir kitabxanada idik... Kamran mənə ayrı, qızına isə ayrı kitab oxuyurdu hər gün... Sizə kitab alıb, kitab oxuyacaq insanları çox sevin. Rəflərə göz gəzdirdikdə "Yarana Məlhəm"adlı bir kitab gördüm. Adı mənə tanış gəldiyindən kitabı əlimə alaraq baxdım. Kitabı vərəqlədikdə isə gözüm "Kamran və Sofiya" adlarına sataşdı. Bu qədər təsadüf? "Kamran buna bax ikimizin adı keçən bir kitab tapdım"deyib kitabı ona göstərdim. "Yaxşı, yaxşı bax sonuna bəlkə sonda Sevgi adıda var"deyib gülümsündü... Mən bu kitabı alıb, oxuyacaqdım.

Nə bilmək olardı, bəlkədə bu kitab -
"Məndən, səndən, bizdən bəhs edirdi?"

SON...

Müəllif: Goncha

Ps. Sizdən bəhs edə bildim? :) Ətrafınızdaki insanlara yardım edin. Bir həyat xilas edin.'Elina'ların ölməyinə göz yummayın. Elin A- ardında hec kim qurban getməsin. Hər kəsin sonu belə xoşbextliklə bitsin. Sevgilərlərlə❤
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri