Susqunluğum (5-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 4 284
Səs ver:
(səs: 1)
Qaranlıq düşdüyündə qəhvəmi və kitabımı götürüb eyvana çıxdım. Ədyala bürünüb yellənən oturacağa oturaraq kitabı oxumağa başladım. Təmiz havada kitab oxumağın keyfi başqa idi. Neçə saat ötdüyündən xəbərsiz kitaba oxumağa davam edirdim. Yavaş yavaş yuxuladığımı hiss etdiyimdə ayağa qalxıb bir iki addım önə ataraq ətrafı seyrə daldım. Gecə olduğu üçün sakit kəntdə sadəcə itlərin ulama səsi eşidilirdi. Evlərin pəncərəsindən süzülən işıqlar və eyni zamanda göy üzünə səpələnmiş ulduzlar gecəyə xüsusi yaraşıq verirdi. Gözlərimi qaldırıb göy üzünü izlədim bir müddət. Şəhərdə ulduzlar bəzən görülmür amma burda fərqlidi hətta əlimi uzatsam tutacağımı hiss edirdim bəzən. Yan evə tərəf döndüyümdə Mahirin eyvanda üstünü örtmədən yatmış olduğunu gördüm. Gecə elə qalsa hərhalda sabah Mahir aramızda olmayacaqdı. Pillələri yavaş yavaş enib yan evə yaxınlaşdım. Bunu niyə edirdim bilmirəm amma onun soyuqda qalmağını istəmirdim. Eyvana qalxıb Mahirə doğru addımladım.
-Mahir... Mahir.
Səslənsəmdə heç tərpənmirdi sanki daş idi. Bir iki addımda atıb tam qarşısında durdum və belimi xəfifcə önə əyərək çiynidən tutub silkələməyə başladım.
-Donacaqsan burda oyan.
O qədər yaxın dayanmışdım ki, yenə onun ətri məni bihuş edirdi. Yatmış olmasından istifadə edərək üzünü incələməyə başladım. İlk dəfə idi onun görnüşünə fikir verirdim. Qəbul etməli idim ki, Mahir çox yaraşıqlı oğlan idi... Qara buğdayı dəri rəngi, xəfif tüklü üzü onu daha da yaraşıqlı göstərirdi. Nazik dodaqları və iri burnu isə simasına kişisayağı bir xarizma qatırdı. Xatırlaya bilmirdim amma onun üzü mənə çox tanış gəlirdi sanki hardasa görmüşdüm. Onda qəribə bir şey var idi, insanı özünə çəkən birşey... Adından başqa heç bir şeyini bilmədiyim qonşumdan gözlərimi çəkə bilnirdim. Mənə nələr olurdu belə... Mahirin yerində qımıldandığını görüncə, tez özümü geri çəkdim. Gözlərini açıb məni gördüyündə irkilməsi gözümdən qaçmamışdı. Mən uzaqlaşmaq istərkən o, ayağa qalxdı və nə baş verdiyini anlamadan ikimizdə oturacağa yıxıldıq. Mahirin üstünə yıxıldığım üçün onun ürək döyüntülərini eşidə bilirdim. Bütün bunlar özümü itirməyimə səbəb olurdu hələdə onun baxışlarının üzümə zilləndiyini gördükcə... Göz gözə gəldiyimiz an güclə özümü ələ alıb dilləndim.
-Soyuqda yatma deyə... Oyatmaq üçün.
Qırıq qırıq nəfəs alaraq dilləndi.
-Başa düşdüm.
Ayağa qalxıb üst başımı düzəldərkən Mahir yenə dilini dinc qoymadı.
-Sən yıxılmağı adət halına gətirdin. Mən deyəndə də günahkar oluram amma bu iki oldu, üçdən öznü qoru.
-Sənə yaxşılıq yaramır. Mənə deyən lazım sənə nə? Gərək donardın burda heç oyatmazdım amma nə edim vicdanım əl vermədi.
-Çox sağol.
-Dəyməz.
Yüksək tonda və əsəblə sözümü deyib iti addımlarla ordan uzaqlaşıb evə daxil oldum. Birbaşa otağıma keçib özümü yatağa atdım.
-Sənə nə? Əsma. Bax sənə nə? Adam çöldə yatıb ya evdə yatıb, donub ya donmayıb bütün bunlardan sənə nə?
Bu an Mahir ilə göz gözə gəlməyimizi xatırlamağımla, üzümə axmaq bir gülüşün qonmağı bir oldu. O anları daha da düşünməmək üçün yorğanı başıma çəkib özümü yuxuya təslim etdim.
Səhərin ilk saatlarında mən ayaqda idim. İdman paltarlarımı geyib qulaqcıqlarımı taxaraq meşəyə doğru irəliləməyə başladım. Yavaş addımlarla bir qədər getdikdən sonra yerişimi sürətləndirb qaçmağa başladım. Axşam olanları xatırlamamaq üçün yaxşı vasitə elə bu idi, yüksək səsli musiqi və sürətli qaçış. Saat bir qədər irəliləmiş və mən çox yorulmuşdum. "Baba ağacın" altında oturub başımı ağacın gövdəsinə yasladım. Gözlərimi yumduğum an Mahirin sürəti gözlərimin önündə dayanırdı. Başımı sağa sola hərəkət etdirib özümü ələ almağa çalışdım çünki bu halım heç ürək açan deyildi. Telefonun səsinə özümü ələ alıb açdım.
-Bəli ana.
-Əsma necəsən?
-Yaxşıyam ana, sən necəsən?
-Məndə yaxşıyam. Əsma axşam Turalgil gəlmişdi.
-Niyə?
-Toyun vaxtını təyin eləmək üçün.
-Nə?
-Qızım bilirsən, bu payız toyu eləmək fikrimiz vardı amma onlar daha tez eləmək istəyir.
-Siz nə dediniz?
-Nə deyək? Sənin burda olmadığını və gənclər olaraq buna sizin qərar verməli olduğunuzu dedik.
-Ana mən Tural ilə evlənmək istəmirəm.
-Əsma o nə sözdü? Atan eşitməsin.
Göz yaşlarımı tuta bilmirdim artıq. Bundan artıq etiraz etməyə gücüm çatmırdı. Tək çıxış yolum Turalın bu evliliyi qəbul etməməsi idi.
-Yaxşı ana biz sonra danışarıq. Mən Tural ilə danışmalıyam.
-Yaxşı qızım, mehriban mehriban danışıb bir qərara varın. Axmaq fikirləridə beynindən çıxar.
Anamla sağollaşıb Turala zəng etdim. Elə ilk çağırışda açmışdı deyəsən bunu gözləyirdi.
-Sevgilim?
-Əsma mən. Leyli deyil.
-Bilirəm elə sənə dedim həyəcanlandın?
Onun sırtıq gülüşünü eşitdikcə əsəblərim tarıma çəkilirdi.
-Sən nə cür manyaksan? Səninlə evlənmək istəmirəm mən bunu o, boş beyninə yaz.
-Evlənəcəksən.
-Evlənməyəcəm.
-Bax Əsma mənim əsəblərimlə oynama. O şirkət mənim üçün hər şeydən önəmlidi. Bunun üçün evlənməyimiz lazımdırsa evlənəcəyik. Səndə bunu beyninə yaz.
-Bu evlilik olmayacaq görərsən.
-Hə unutmadan başqasıyla münasibətim olduğuna görə ailələrimizi fikrindən döndürməyə çalışma çünki heçnə isbat edə bilməyəcəksən.
-Sən xəstəsən.
-Məndə səni...
Sözünü tamamlamağına izin vermədən telefonu söndürdüm. Mən indi nə edəcəkdim? Başımı ağaca yaslayıb düşüncələrə daldım. Göz yaşlarım dayanmadan yanağım boyu süzülürdü. Nə olur olsun bu evlilik olmayacaqdı. Bu günə kimi atam nə deyibsə onu etmişəm, harda istəyib orda oxumuşam, hansı sənəti uyğun görüb onu seçmişəm amma artıg olmaz... Bu dəfə olmaz...
-Sən ağladığında çox çirkin olursan.
Başımı qaldırıb qarşımda gülümsəyən Mahiri süzdüm. Ona cavab qaytarmağa belə gücüm yox idi. Dizlərimi özümə doğru çəkib başını yasladım. Mahir yanıma oturub dilləndi.
-Susqun halın heç çəkilmir.
Eşitdiyim sözlər gülümsəməyimə səbəb olmuşdu. Duruşumu dikləşdirib gözlərimi Mahirə zillədim.
-Bilirsən mən çox sakit biriyəm.
-Buna inanmıram.
-İnan inan eləyəm... Dindirməsən danışmayan tiplərdənəm.
-Bəs mənim günahım nədir?
Gülümsəyib yanaqlarımı quruladım.
-İlk gündən sevmədim səni.
-Niyə ki? Mən ölürdüm axı sənin üçün.
Biraz əvvəl ki, ağlayan Əsmadan əsər əlamət qalmamışdı çünki qəh qəhələrim ətrafa yayılmışdı.
-Əsma sən həmişə gül, çox yaraşır.
Bu an Mahirin dediyi kompliment mənə çatmırdı. Onun dilindən ilk dəfə eşitdiyim Əsma sözünə ilişib qalmışdım. Çox gözəl səslənirdi adım. Yenə baxışlarımız bir birinə kilidlənmişdi. Xırda, qara gözləri sanki okean idi və mən boğulmaq üzərə idim. Özümü ələ alıb baxışlarımı yana çevirdim.
-Sən niyə ağlayırdın?
Mahirin sualı mənə biraz əvvəl olanları xatırladırdı.
-Bu haqda danışmaq istəmirəm. Başqa mövzu aç mümkünsə.
-Aydındı Əsma xanım..... Nə haqqında danışaq?
Sual dolu baxışlarını üzümdə gəzdirdikcə məni qəribə bir həyəcan bürüyürdü.
-Özün haqda danış, məsələn kimsən?
-Adım Mahirdir bildiyin kimi. Mahir Muradov. 28 yaşım var, memaram, 5 ildi bu kəntdə yaşayıram... Bu qədər.
-5 il? Mən elə bilirdim 1 aydır burdasan?
-Yox 5 il. Daha əvvəl başqa evdə idim amma sahibi evi satınca səninlə qonşu oldum.
-Başa düşdüm... Bəs ailən?
-Şəhərdə yaşayırdıq ailəmlə bərabər sonra o, qorxunc qəza oldu valideyinlərimi itirdim. Məndə şəhərdə yaşamağa son qoyub anamın doğulduğu kəndə köçdüm.
Mahirin şəhər həyatını niyə sevmədiyini indi anlayırdım. Bu mövzuyu açdığıma görə özümə çox əsəbi idim çünki onun üzgün siması həssaslığından xəbər verirdi.
-Bacı qardaşın varmı?
-Atamın bir qızı varmış amma görməmişəm.
-Necə yəni?
-Anamla evli olduğu halda.... Qızı olub, anam öyrəndi dava dalaş sonra da qəza.
-Heç görməmisən? Harda yaşayır? Necədi? Xəbərin var?
-Bakıda yaşayır, evlidi bildiyim budur. Görməyə gəldikdə isə yox görmək istəmirəm.
-Orda sənin canından, sənin qanında biri var və sən görmək istəmirsən?
-Mənə görə hər şeyin günahkarı o, qızdı. Necə gedib görüm?
-Səhv düşünürsən. Sənin kimi o, da atasını itirdi, sənin kimi o, da tənhadı. Bəlkə sənə çox ehtyacı var? Bunları düşündünmü?
Mahir sadəcə susurdu... Haqlı olduğumu bilirdi ona görə susurdu.
-Biraz da sən danış, mən yetərincə danışdım. Kimsən?
-Əsma Qurbanzadə. 24 yaşım var, atamın şirkətində çalışıram... Bu qədər.
-Mənə verdiyin sualları indi özün cavabla. Bacı qardaşın?
-Bir bacım var ailəlidi, qardaşım isə məktəblidi.
-Yaxşı bəs niyə bura?
-Qaldığım ev bir tanışın evidi sadəcə yorulmuşdum və hərkəsdən uzaqda dincəlməyə ehtiyacım var idi. Sağolsun o, da buranı məsləhət gördü.
-Bəs bayaq niyə ağlayırdın?
Nələrisə gizlətməyin mənasız olduğunu görüb gözlərimi Mahirə zillədim.
-Məni istəmədiyim biri ilə evləndirirlər.
Mahir biranlıq tutulsada özünü ələ alıb dilləndi.
-Xəbərin var 21-ci əsrdi?
-Bilmirdim sağol.
-Bayaq özün dedin 24 yaşım var, uşaq deyilsən ki?
-Ailəmin sözünə qarşı gələ bilmirəm.
-Bu qarşı gəlmək deyil özünü məcburiyyətdən qurtarmaqdı.
-Bəlkədə... Amma valideyinlərimə qarşı gəlməyə gücüm çatmır.
Mahir bir qədər susduqdan sonra mənə baxıb dilləndi.
-Nədənsə dilin bir tək mənim yanımda açılır.
-Deyəsən elə olur.
Xəfifcə gülümsəyərək başımı yana çevirdim. İkimizdə susur, danışmırdıq... İkimizində fikirlərimiz yaşadıqlarımızda idi. Bir müddət davam edən səssizliyi pozub dilləndim.
-Görürsən sakit sakit söhbət edə bilirmişik.
-Sən biraz davakar qızsan ona görə dalaşırıq.
Mahirin sözləri məni cin atına mindirmişdi.
-Kim? Mən?
-Hə sən. Məni harda görsən mütləq bir dava salmalısan.
-Sənsən davakar, mən heçnə eləmirəm.
-Hə mən öz özümə dalaşıram, dəliyəm axı...
-Bax bu düzdü həmdə kəndin dəlisi.
Qəh qəhələrimiz meşəyə yayılmışdı. İlk dəfə idi ki, bu qədər gülürdüm, özümü sıxmada və ürəkdən gülürdüm. Göy gürültusu ilə hər ikimiz susub bir birimizə baxdıq.
-Yağış yağacaq qalx evə gedirik.
-Yaz yağışıdı nə olacaq ki?
-Qalx ayağa Əsma xəstələnib başıma qalacaqsan. Qonşu olduğumuza görə sənə baxmağa məcbur olacam.
-Sənin əlinə qalsam böyük ehtimal öləcəm. Düzdü?
-Eynən Əsma xanım.
Əlavə söz demədən ayağa qalxıb evə doğru addımlamağa başladıq. Evə çatdığımızda artıq yağmur başlamışdı.
-Bəlkə bir qəhvə içək?
Mahir evinə tərəf gedərkən arxasından səsləndim, nədənsə yanımdan getməsini heç istəmirdim. Başı ilə razılıq bildirdikdən sonra bərabər eyvana qalxdıq. Masaya əyləşib gizli baxışmalar altında hazırladığım qəhvələri yudumlamağa başladıq.

Yazar: Afaq. Q
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri