Susqunluğum (7-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 618
Səs ver:
(səs: 5)
Toy evindən ayrılıb evə gəldiyimdə hava artıq yavaş yavaş qaralırdı. Üstümü dəyişdikdən sonra qəhvə hazırlayıb eyvana çıxdım və bu gün olanları analiz etməyə başladım. Mahirin rəqsi, göz gözə gəldiyimiz anlar, yanındakı həyəcanım bir saniyə belə gözümün önündən getmir, üzümdə gülümsəmə yaradırdı. Qəbul etməli idim ki, Mahir bir çox qızın xəyalını bəzəyəcək xarizmaya sahib oğlan idi. Hündür boyu, əzələli bədən quruluşu və yaraşıqlı siması ilə filmlərin başrollarından heç də fərqlənmirdi. Onun yanında olarkən özümü olduqca güvənli və hüzurlu hiss edirdim. Mahirin getdikcə gözümdə doğmalaşması məni qorxudurdu. Bu hisslərimə nə ad verəcəyimi heç bilmirdim. Ondan xoşum gəlirdi bu danılmaz fakt idi amma bundan artığına, onun xəyallarımdakı qəhrəmana çevrilməsinə izin verə bilməzdim çünki mən burda müvəqqəti qonaq idim. Qısa zaman sonra geri, öz monoton həyatıma qayıdacaqdım. Düşüncəsi belə canımı yandırmağa yetirdi, hələ yaşamaq vardı. Beynim o qədər qarışmışdı ki, nə edəcəyimi heç bilmirdim.
Bunları düşünərkən pilləkanın aşağısında gülümsəyən Mahiri gördüm.
-Axşamın xeyir Əsma gələ bilərəm?
-Axşamın xeyir. Əlbəttə.
Mahir eyvana qalxarkən mən içəri keçib onun üçün qəhvə hazırladım.
-Mahir.
O, qəhvəsini yudumlarkən mən günlərdir beynimi məşğul edən sualı vermək üçün cəsarətimi toplayıb dilləndim.
-Bir söz deyəcəm əsəbləşmə.
-Buyur de onsuz da mən sənə əsəbləşə bilmirəm.
-Niyə?
-Heç... Elə belə... Sən söz deyirdin axı.
-Bacını axtarmağı düşünürsən?
Mahir bir qədər fikrə getdikdən sonra dilləndi.
-Düşünmürdüm amma keçən gün sənin dediklərindən sonra düşünməyə başladım. Sən haqlı idin bəlkə, doğurdan da onun mənə çox ehtyacı var və yolumu gözləyir- gözlərini üzümə zilləyib davam etdi -qısacası fikrlərimi qarışdırdın qıvırcıq.
Mahir baxışlarını üzümdə gəzdirdikcə biraz əvvəl özümə verdiyim sözü tutmağım mümkünsüz hala gəlirdi. Baxışlarımı başqa yönə çevirdim.
-Buna çox sevindim.
Araya çökən səssizliyi Mahir pozdu.
-Sən... Bu gün... Yəni toyda çox gözəl görünürdün.
Mahirin aramla danışması məni olduqca həyəcanlandırırdı. Başımı qaldırıb baxdığımda onun üzündəki qəribə ifadə mənim gülümsəməyimə səbəb oldu. Baxışlarında qorxu, mərhəmət, sevgi bir sözlə hər şey görmək olurdu.
-Niyə elə baxırsan?
Çiynini çəkməklə yetinmişdi...
-Əsma bəs sən nə qərar verdin?
-Nə barədə?
-Evlənmək barədə.
Mahirin gərgin üz ifadəsi ilə verdiyi sual mənim də olanları xatırlayıb gərilməyimə səbəb olurdu.
-Bilmirəm... Hələ ki, heç bir qərar verməmişəm. Getdiyim zaman bir yol tapmağa çalışacam.
Yenə sükut çökmüşdü, tək eşidilən səs gecə cır cıramalarının səsi idi. Mahir heç nə demədən bir neçə dəqiqə məni süzdü, daha sonra ayağa qalxıb uzaqlaşdı. Addımlarkən arxasına belə dönmədən:
-Gecən xeyrə.
Deyib evinə qalxdı. Gözlərimi boşluğa zilləyib sakit səslə dilləndim.
-Gecən xeyrə.
Onun sərt reaksiyasını başa düşə bilmirdim. Fikirlər içərisində otağıma keçib yatağa uzanaraq özümü yuxuya təslim etdim.
Səhər oyandığım zaman ilk işim eyvana çıxıb yan evə boylanmaq oldu. Bu artıq məndə bir növ adət halını almışdı. Mahir ortalıqda görünmürdü, normalda onun qaçışa getmək üçün həyətdə məni gözləyir olması lazım idi. Yenə başa dönmüşdük və bu məni çox incidirdi. İçəri daxil olub çay hazırladıqdan sonra təkrar eyvana çıxıb masaya oturdum. Ancaq içə bilmirdim çünki içimdən heç nə etmək gəlmir, özümü son dərəcə əzgin bitgin hiss edirim. Başımı arxaya yaslayaraq gözlərimi boşluğa zilləsəmdə eləcə durmaqdan çox sıxılmışdım. Məlahət xalanın yanına getməyə qərar verib ayağa qalxdım. Bir qədər getmişdim ki, ətrafa yayılan ətirdən Məlahət xalanın çörək bişirdiyini anladım və addımlarımı tezləşdirdim. Yaxınlaşdığımda Mahirin orda olduğunu görüb yerimdə donub qaldım. Biz deyəsən ikimizdə eyni düşünür, eyni qərar verir hətta eyni yerə gedirdik. İrəli ya geri gedəcəyimi bilmədən dayanıb izlədim bir müddət.
-Əsma sabahın xeyir qızım, niyə orda dayanmısan?
Mahir arxası mənə dönük olduğu üçün görmürdü amma Məlahət xala görmüşdü.
-Sabahınız xeyir.
Mahir geri dönüb heç dinmədən baxışlarını üzərimdə sabitlədi. Necə də darıxmışdım sanki aylardır görmürdüm halbuki axşam görmüşdüm ən son. Aramızdakı həsrət dolu soyuqluğu ilk o, pozub dilləndi.
-Necəsən?
-Yaxşıyam sən?
-Məndə.
Niyə belə olduğumuzu anlaya bilmirdim, yaxın amma bir o qədərdə uzaq.
-Məlahət xala mən sizə kömək edim.
-Yox qızım otur sən, yorulma.
-O nə sözdü siz deyin mən edim.
-Yaxşı qızım onda bişən çörəklərin altının ununu təmizlə.
Gülümsəyib işə başladım. Elə ilk çörəyin ununu təmizləyirdim ki, necə olduğunu bilmədən un Mahirin üstünə getdi.
-Əsma yavaş.
Mahir ayağa qalxıb üstünü çırpdı. Çox pis olmuşdum hətta gözlərim dolmuşdu.
-Ba... Bağışla istəmədən.... İstəmədən oldu.
Mahir halımı görüb üzünə təbəssüm yerləşdirdi.
-Hey nə tez üzünü asdın qıvırcıq? Eybi yox sən davam et göstər əl qabilyətini.
Razılıq olaraq başımı yelləyib əlimi digər çörəyə atdım. İsti çörəyin əlimi yandırması ilə qışqırıb əlimi geri çəkməyim bir oldu.
-Əsma.
Mahir tələşla yaxınlaşıb əlimi əlinə aldı. O an unutdum əlimin yandığını, gözlərim üzündə ilişib qalmışdı, baxışlarımı çəkə bilmirdim.
-Yaxşısan? Çoxmu ağrıdır? Niyə ehtiyatlı olmursan?
Mahir suallarını yağdırır və dayanmadan əlimi üfürürdü. Mən deyəsən donmuş və harda olduğumuzu unutmuşdum. Üzümdə yaranan axmaq gülüşlə Mahirin təlaşlı halını izləyirdim. Onun mənim üçün canfəşanlığı məni çox həyəcanlandırırdı. Mahir barmaqlarımı qaldırıb dodaqlarına yaxınlaşdırdı və o an göz gözə gəldik. Ürəyim az qalırdı köksümü parçalayıb çıxsın. Mən ilk dəfə bucür hiss edirdim. Sanki vücüdum alışıb yanırdı amma bu heç də canımı yandırmırdı tam tərsi qəlbimə rahatlıq verirdi. Qara gözləri əsir alırdı bütün mənliyimi.
-Əsma yaxşısan?
Məlahət xalanın səsinə hər ikimiz sanki yuxudan ayıldıq. Tez əlimi geri çəkib baxışlarımı yerə dikdim.
-Yaxşıyam xala.
Mahir geriyə doğru bir neçə addım atıb arxasını dönərək ordan uzaqlaşdı.
-Buna nə oldu?
Məlahət xalanın sualına çiyinlərimi çəkməklə yetindim. Özümü toparlaya bilmir, hönkür hönkür ağlamaq istəyirdim.
-Xala olar mən gedim?
-Əlbəttə narahat olma qızım mənimdə işim az qalıb.
-Sağolun.
Sözümü deyib evə doğru qaçmağa başladım. Qapıyı açıp içəri daxil olduğumda göz yaşlarım axmağa başlamışdı. Bir başa otağıma keçib özümü yatağa atdım və hönkürməyə başladım. Mən niyə ağlayırdım? Canım niyə bu qədər yanırdı? Heç cürə anlaya bilmirdim. Nəfəsim daralırdı sanki boğazıma bir əl yapışmışdı. Elə ağlaya ağlaya da yuxuya getmişdim.
-Əsma... Əsma.
Səsi eşidər eşitməz yuxudan ayılıb üst başımı düzəldərək eyvana çıxdım.
-Məlahət xala nə oldu?
Onun təlaşlı halı gözümdən qaçmamışdı.
-Qızım Mahiri görməmisən? Səhərdən bəri ortalarda yoxdu. Vacib işim vardı.
-Mən görməmişəm.
-Hara getmiş olar bu uşaq?
-Bilmirəm.
Deyib çiynimi çəkməklə yetinmişdim.
-Yaxşı qızım. Sənidə narahat elədim.
-Yox xoşdu.
Məlahət xala getdikdən sonra masaya çöküb başımı əllərim arasına aldım. Mahir harda ola bilərdi ki?
Dəqiqələr saatları əvəzləsədə Mahirdən səs soraq yox idi. Eyvanda oturub onun evindən bir saniyə belə gözlərimi çəkmirdim. Nə gələn vardı nə gedən. Harda ola bilərdi? Narahat halda eyvanda var gəl etməyə başladım. Biran ağlıma gələn fikirlə yerimdə dayanıb gözlərimi iri iri açdım. Mən bunu daha əvvəl necə düşünmədim? Tələsik qapını bağlayıb aşağı endim və iti addımlarla meşəyə tərəf getməyə başladım.... Yanılmamışdım... Mahir "Baba ağacın" altında oturub başını gövdəyə söykəmiş, oyuncağı əlindən alınan körpələr kimi üzünü asmışdı. Gülümsəyib başımı sağa sola hərlədikdən sonra yaxınlaşıb yanında oturdum. Aradakı səssizliyi ilk o, pozdu.
-Burda olduğumu hardan bildin?
-Çətin olmadı.-əlimlə ağacı işarə edib -" Onun sehrinə qapılan ilk insan sən deyilsən qıvırcıq".
Səsimi qalınlaşdırıb onu yansılamağa çalışmam Mahirin simasında gülüş doğurmuşdu.
-Gizli yerim aşkarlandı ki.
-Niyə burdasan?
-Bilmirəm... Mənə nələr olur heç bilmirəm.
-Məndə...
Səsim o qədər cılız çıxmışdı ki, özüm belə güclə eşidirdim. Mahir bir anda ayağa qalxıb cibində ki, bıçağı çıxararaq ağacın gövdəsinə nəsə yazmağa başladı.
-Nə edirsən?
-Gözlə.
Onu izlərkən çoxdan xəyal aləminə dalmışdım. Zatən xəyal qurmaq insana məxsus deyildimi? Məsum xəyallardan kimə nə zərər gələ bilərdi ki?
-Hazırdır... Gəl bax.
Mahirin səsinə xəyallarımdan ayrılıb ayağa qalxdım. Yaxınlaşdığımda gördüklərim onsuzda qarışıq olan fikirlərimi daha da qarışdırmışdı amma bir o qədər də məni həyəcanlandırmışdı. Ağacın gövdəsinə adlarımızı birləşdirərək səliqəli bir şəkildə yazmışdı... ƏsMahir... Necədə gözəl səslənirdi adlarımız yan yana. Qeyri ixtiyari göz yaşlarım yanağım boyu süzülməyə başladı.
-Çox gözəl olub.
Mahirə tərəf döndüyümdə əlini uzadıb barmaqlarını yanağıma toxunduraraq göz yaşlarımı sildi.
-Ağlayanda çirkin olduğunu demişəm?
Gülümsəyərək başımı razılıq mənasında yellədim.
-Əsma.... Evlənmə.
Eşitdiyim söz dayanmadan qulaqlarımda əks səda verirsədə mən sadəcə boş boş baxırdım. Onun qara gözləri üzümdə gəzdikcə nəfəsim kəsilir nə deyəcəyimi unudurdum.
-Evlənmə.
Təkrar eyni sözü deməklə məni daha da həyəcanlandırdığının fərqində deyildi. Bu həqiqət idi? Mahir evlənməyimi istəmirdi?
-Ni... Niyə?
Səsim titrəsədə sualımı unvanlamağı bacarmışdım.
-Çünki....
Telefonun çalması ilə onun sözü yarım qalmışdı. Bu bir kabus olmalıdı... Mahir telefonu açıb bir iki addım gerilədi. Mən isə yerdə oturub baxışlarımı yazıya sabitlədim və dərin dərin nəfəs alıb verərək özümü ələ almağa çalışdım. Mahir danışığını yekunlaşdırıb yanıma oturdu.
-İnsanın həyatda ən çox nəyə ehtyacı olur?
Gözlərimi yazıdan ayırmadan dilləndim.
-Onu hər zaman başa düşüb, tərk etməyəcək birinə.
Aldığım cavab məni tətmin etmişdi deyəsən.
-Bəs səncə sevgimi, eşqmi?
-Eşq zamanla tükənə bilir amma sevgi zamanla daha da güclənir. Mənim fikrimcə bu belədir.... Başqa sualınız varmı Əsma xanım?
Baxışlarımı yazıdan ayırıb Mahirə zillədim.
-Səncə qarpız meyvədir yoxsa tərəvəz?
Verdiyim axmaqca sualdan sonra qəh qəhələrimiz meşəni öz ağuşuna almışdı. Hər ikimiz yenə yan yana idik və ürəkdən gülürdük...

Yazar: Afaq. Q

(səs: 5)
Şərhlər: 2
Baxılıb: 618
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli bolum oldu
23 iyul 2019 15:24
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Snow White
Cox marawli bolumdu
18 iyul 2019 01:24
1
But my dear it's not wonderland and you are not Alice:((

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri