Susqunluğum (11-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 4 011
Səs ver:
(səs: 0)
Mahirə xanımın evindən ayrıldığımızda artıq axşam olmuşdu. Evə getmək üçün maşına oturmazdan əvvəl Mahir əllərimi tutub qarşımda dayandı.
-Mən heç vaxt inanmazdım ki, mənim qarşıma sənin kimi biri çıxar. Əsma sən mənə Allahın hədiyyəsisən. Həyatımı düzəltmək üçün, mənə doğruyu yalnışı göstərmək üçün göndərilmiş uğur mələyimsən. Artıq sənsiz bir an yaşamaq bir yana heç düşünmək də istəmirəm. Evlən mənimlə.
Ola bilməz... Yenə dondum... Bu artıq adət halını aldı. Mahirin əlimi dodaqlarına yaxınlaşdırması ilə yuxudan oyandım.
-Cavab vermədin?
-Sən soruşmadın ki,
-Önündə diz çöküm?
-Yox yox sevmirəm elə şey.
-Heç məndə sevmirəm amma istəsən edərdim.
-Sən dediyini bir daha başdan de amma sual formasında.
-Yaxşı... Mən heç vaxt inanmazdım ki,
-O qədər başa dönmə sadəcə son cümlən.
-Son cümləm necə idi?.... Hə xatırladım... Əsma mənimlə evlənərsən?
-Düşünməliyəm.
-Şansını zorlama qıvırcıq. Ya indi hə de ya da qaçırıram səni.
-Yaxşı yaxşı. Hə evlənərəm.
Mahir məni qucağına alıb fırlatmağa başladı. Özümü o qədər xoşbəxt hiss edirdim ki, bunu heç kim eləcə də heçnə poza bilməzdi. Mahir məni yerə qoyub üzümü əlləri arasına aldı.
-Əsma ailənlə danış, ən qısa zamanda elçi gəlmək istəyirəm. Atan bizim bir birimizi nə qədər sevdiyimizi gördüyü zaman o, ailəyə verdiyi sözü verilməmiş hesab edər.
Mən biraz əvvəl böyük danışdım deyəsən. Bayaq göylərdə idimsə indi çox sürətli bir şəkildə yerə çırpılmışdım. Mahir bu evlilik məsələsinin sadəcə verilmiş bir sözdən ibarət olduğunu düşünürdü, bir müqavilə şərti olduğumu bilmirdi. Zoraki gülümsəyərək maşına əyləşdim. Biraz əvvəl ki, həyəcanımı sevincimi əlimdən almışdılar sanki. Mahir məni evə ötürüb getdikdən sonra birbaşa otağıma qalxaraq özümü yatağa atdım. Nə olur olsun bu məsələni həll etməyə çalışacaqdım. Valideyinlərimin gəlişini gözləməkdən başqa çarəm qalmamışdı. Getdikcə səbirsizlənirdim onların gəlişi və biran öncə danışmaq üçün. Artıq Mahirsiz yaşaya bilməyəcəyimdən adım kimi əmin idim. Telefonun səsinə fikirlərimdən ayrılıb yatağımda dikəldim.
-Yenə nə var Tural?
Üz gözümü turşudaraq bezgin şəkildə dilləndim.
-Əsma, sən nə etməyə çalışırsan?
-Başa düşmədim?
-Hər gün gəzdiyin oğlanı deyirəm.
-Onun adı var.
-Onun adı mənə maraqlı deyil. Gələcək həyat yoldaşımın bir qatilin oğlu ilə görülməsini istəmirəm.
-Yenə nə çərənliyirsən sən?
-Demək kim olduğunu bilmirsən? Məşhur killer Vahid Muradovun oğlu ilə gəzirsən amma kim olduğunu soruşmaq ağlına belə gəlmir.
-Tural, birincisi mən sənin heç bir şeyin deyiləm, olmayacamda. İkincisi Mahirin ölüb getmiş atasının nə iş görduyunu sorğulamaq mənə işim deyil. Mən Mahiri sevirəm bildiyim və inamdığım tək həqiqət budur.
-Əsma, dinlə...
Onu dinləməyib telefonu söndürərək yana tulladım. Çox yorulmuşdum artıq. Ümid edirdim Turalın dedikləri səhvdi əks təqdirdə atamın bu münasibətə qarşı çıxacağını bilirdim. Bir bu çatmırdı... Deməli o gün restoranda doğurdan da Turalı görmüşəm. Getdikcə hər şey daha da qarmaşıq hala gəlirdi. Heç nə düşünmək istəmirdim artıq ona görə gözlərimi bərk bərk sıxıb özümü yuxuya təslim etdim.
Səhər zəngli saatın səsinə güc bəla göz qapaqlarımı araladım. Bir anlıq axşam Turalın dediklərini xatırlamağım yenidən bədənimi qorxunun sarmasına səbəb oldu. Qorxumun üzərinə getmək istərcəsinə, ciddi görkəm alıb ayağa qalxdım. Mahirin atası 5 ildi ki, həyatdan köçüb, onun keçmişi niyə bizim bu günümüzə kölgə salsın ki. Bu haqda daha da düşünmək istəmirdim elə ona görə tez hazırlaşıb şirkətə doğru yol aldım.
O, gündən sonra bir neçə gün ötmüşdü. Bu günlər ərzində ailəsi haqqında Mahirlə heç danışmamışdıq. Bu məsələ haqqında nəsə danışıb onun ailəsini müzakirə etmək mənə düşməzdi. Ailəmin gəlməsinə bir gün qalmışdı, onlarla danışacağım üçün olduqca həyəcanlı idim. Hazırlaşıb şirkətə gəlmişdim. Günboyu iclaslar görüşmələr məni çox yormuş, nəfəs almağıma belə imkan verməmişdi. Günortadan sonra kresloya yaslanıb dərin dərin nəfəs almağa başladım. Özümü toparladıqdan sonra yerimdə dikəlib telefonu əlimə aldım.
-Aycan qıvırcığım.
-Necəsən canım?
-Yaxşıyam. Neynirsən?
-Elə məndə sənə zəng vuracaqdım. düşündüm ki, axşama səni yeni evimə dəvət edim. Necə fikirdir?
-Gözəl fikirdir.
-Mən indi alış verişə çıxıram. Səndə çalış biraz tez çıx bərabər hazırlayarıq yeməkləri.
-Mahir, mən yemək bişirə bilmirəm.
-Bilirəm Əsma. Kəntdə 1 ay boyunca sadəcə makaron yedin.
Mahirin qəh qəhələr ilə gülməsi məni də gülümsətmişdi.
-Bu axşam nə yeyəcəyik Mahir bəy?
-Fransız mətbəxindən ləzzətlər.
-Milli yeməklərimizi daha üstün tuturam.
-İstəyirsən sənin üçün üç bacı dolması doldurum?
-Bəh bəh. Qulağa xoş gəlir.
-Bunlar sizin işinizdi Əsma xanım. Evləndikdən sonra yemək bişirmək sənin öhdəliyində olacaq, o zaman dolma da bükərsən hələ üstəlik aş da dəmləyərsən. Bu axşamı isə sadə yeməklərlə yola vermək olar.
Mahirin dilindən gələcəyə dair sözlər eşitmək mənə tərif olunmaz sevinc bəxş edirdi.
-Yaxşı necə istəyirsən. Saat neçədə gəlim?
-Saat 5 necədi?
-Ooo deyəsən yeməklərin hamısını mənə bişirtdirmək fikrin var?
-Yaxşı 6 olsun.
-Oldu. Hələlik canım.
-Hələlik qıvırcığım.
Bu axşam sevdiyim adamın evində qonaq olacaqdım, bu olduqca həyəcan verici idi. İşlərimi yekunlaşdırdıqdan sonra hazırlaşıb şirkətdən ayrıldım. Amma ilk öncə Mahirin evinə hədiyyə almalı idim çünki ilk dəfə gedirdim. Hədiyyə seçimək üçün bir alış veriş mərkəzinin önündə maşını saxlayıb içəri daxil oldum. Mağazaları gəzərkən gördüyüm tanış sima yerimdə dayanmağıma səbəb oldu. Bu restoranda Turalın yanında gördüyüm qız idi. Qəzəb saçan gözlərini üzümə zilləmişdi. Əslində baxışlarının səbəbini başa düşmürdüm.
-Sənə nifrət edirəm.
İti addımlarla yanıma yanaşıb bir başa nifrət qusmasına, az qalırdı gözlərim yuvalarından çıxsın.
-Sənə nifrət edirəm Əsma Qurbanzadə! Sən mənim əlimdən sevgilimi, Turalı aldın.
-Nə?
-Tural sənə görə məni tərk etdi.
Bu qız nə danışırdı belə.
-Ağzından çıxanı qulağın eşidir?
-Bəli eşidir. Turalı çox sevirdim amma sən girdin aramıza... Sənə görə tərk etdi məni. Bilirəm ki, onu heç kim mənim qədər sevə bilməz. Heç səndə...
-Mən Turalı sevmirəm ki...
Dayana biləyib cümləsini yarıda kəsərək sözümü demişdim.
-Bilirdim... Sevə bilməzsən də çünki o, mənimdi. İnşAllah xoşbəxt olmazsız.
Qız cümləsini tamamlayıb yanımdan uzaqlaşdı. Bu nə idi belə? Bu qız nədən bəhs edirdi? Mənə görə ayrılmaları mümkün deyildi çünki nə Tural məni sevir, nə də ki, mən Turalı. Birdə bədbəxtlik arzu edir axmaq...
-Al xeyrini gör.
Arxasıyca sözümü deyib başımı təəssüflə yellədim. Əgər ayrılıblarsa demək Tural bu toyun olacağını, mənim yenə susacağımı düşünür. Bəlkə də öz aləmində sevməyədə başlayıb məni. Yox yox bir bu çatmır, bu olmasın... Bir an əvvəl bu iş öz həllini tapmalı idi yoxsa heç yaxşı şeylər olmaycaqdı. Divara yaslanıb gözlərimi bərk bərk sıxaraq bu yaşananların heç yaşanmamış olduğunu düşünməyə çalışırdım. Özümü biraz ələ alıb mağazaları gəzməyə davam etdim. Nə qədər beynimi məşğul etməyə çalışsamda, qızın baxışları biran belə gözümün önündən getmirdi. "Düşünməməliyəm, düşünməməliyəm" dayanmadan eyni sözləri beynimdə təkrarlayıb birazdan Mahirin evində olacağımı düşünməyə başladım. Ev hədiyyəsini alıb maşına oturaraq gedəcəyim ünvanın yolunu tutdum. Radionun səsini sonuna qədər açmaqla fikirlərimi başqa tərəfə yönləndirirdim çünki o baxışlar mənə çox təsir etmişdi. Əslində o an sadəcə qəzəb hiss edirdim və bunu heç önəmsəmirdim də. Amma getdikcə elə olmadığını, qızın nifrət dolu gözlərinin məni incitdiyinin fərqinə varmışdım. Bu olanların daha betər hadisələr doğuracağını hiss edirdim sanki.
Düşüncələr içərisində Mahirin evinə çatmışdım. Liftə minib 6 rəqəmini basaraq yuxarı qalxdım və qapının önündə dayandım. Səbəbini anlamadığım bir sıxıntı əsir almışdı içimi. Mənə nələr olduğunu heç anlamırdım. Mahir qapıyı açar açmaz qollarımı boynuna doladım.
-Nə olub mənim qıvırcığıma?
İstəmsizcə gözümdən yaş süzüldü.
-Mahir məni heç buraxma.
Mahir belimdən tutub məni özünə sıxaraq yerdən qaldırdı və o şəkild salona doğru iləlilədi. Divana çatdığımızda məni otuzdurub özüdə yanıma oturdu.
-Düzünü de görüm nə oldu?
-Bilmirəm... Bir an səni itirəcəyimi sandım.
Mahir saçlarımı sığallayıb üzümü əlləri arasına aldı.
-Elə bir şey olmayacaq. Bu cür fikirlər hardan gəlir ağlına? Çiyinlərimi çəkməklə yetindim. Mahir dodaqlarını alnıma sıxıb davam etdi.
-Sən sadəcə mənimsən qıvırcıq... Yoxsa sən yemək bişirməmək üçün belə edirsən?
Burnumu iki barmağı arasına alaraq sıxması ilə üzümdə gülümsəmə yaratmışdı. Başımı qaldırıb dolmuş gözlərimi üzünə zillədim.
-Səni çox sevirəm.
-Məndə səni sevirəm.
Özümü ələ alıb ayağa qalxdım. Bu axşama heç kim eləcə də heçnə mane ola bilməyəcəkdi. Bərabər mətbəxə keçib işə başladıq... O qədər əylənmişdik ki, mən yemək bişirməyin bu qədər zövqlü olduğunu bilmirdim. Mahirin nəşəli halları ilə deyə gülə yeməkləri hazırlayıb masaya düzdük. Sıxıntımı unutmuşdum artıq biraz əvvəlki əhvalımdan demək olar ki, əsər əlamət qalmamışdı. Yeməklərimizi yedikdən sonra masayı toplamağa başladıq. Mahirin mətbəxdə olmasından istifadə edərək otağı süzüdüm. Seçdiyimiz əşyalar otağa çox yaraşmışdı. Bayaq heç diqqətimi çəkməmişdi evin hər küncündə sadəcə Mahir və anasının şəkilləri vardı hətta bizim bərabər şəkillərimiz belə vardı amma atasının heç şəkili yoxdu. Əlində qəhvə fincanları ilə otağa girən Mahir, mənim çaşqın ifadəmi görüb fincanları masaya qoyub yanıma yaxınlaşdı.
-Əsma, nə oldu gözəlim?
-Atanın şəkli niyə yoxdu?
Gözlərimi üzünə zillədiyimdə onun biranda gülümsəyən üzünün məyusluqla əvəzlənməsi gözümdən qaçmamışdı.
-Qəzadan bir həftə əvvəl atamla dava etmişdim.... Bərabər olan şəkillərimizi çoxusunu yandırmışdım.
-Ni... Niyə?
-Əsma, keçib getmiş şeyləri danışmağın kimə nə xeyri var?
-Məndən heç nə gizlətmə.... Xaiş edirəm.
-Atamın qaranlıq işlərlə məşğul olduğunu öyrəndim ona görə. Gizli killer imiş.
Mahir kinayə ilə sözünü bitirib fincanları götürərək eyvana çıxdı. Allahım Tural haqlı imiş... Bədənim titrəməyə başlamışdı. Əlimi ağzıma tutub olduğum yerdə divara yaslandım. İndi nə olacaq? Nə edəcəm mən? Bir qədər elə durduqdan sonra ağır addımlarla eyvana çıxıb Mahirin yanında oturaraq başımı çiyninə yasladım. Gözümdən süzülən damlaları əlimin tərsi ilə silərək sevdiyimə qısıldım. Bu axşamın yan yana keçirdiyimiz son axşam olduğunu bilmədən bir birimizə sarıldıq...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 011
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri