Susqunluğum (15-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 3 531
Səs ver:
(səs: 0)
Bəziləri sevgini sadəcə öpüşmək və ya saatlarca sevişmək zənn edir. Ancaq məsum bir sarılmağı, saçlarını qoxlamağı, ətrini içinə çəkməyi düşünmürlər belə. Sadəcə gözlərinə baxaraq ucsuz bucaqsız dünyanı kəşf etməklə yetinmirlər. Çünki bu onlara hər zaman az gəlir. Fəqət əsl sevginin nə olduğunu anlamırlar, sevgini öz aləmlərində moderinləşdirərkən beyinlərini cahilləşdirirlər.
-Mahir.... Mahir getmə.... Mahirrr.
Qışqırıb oyanaraq ətrafa boylanmağa başladım.
-Mahir hardasan?
Yataqda dikəlməyə çalışdığım zaman qolumda hiss etdiyim sızıltı ilə başımı yana çevirdim. Qolumdakı iynəni gördüyümdə axşam olanlar film lenti kimi gözlərimin önündən keçməyə başladı. Yox bu ola bilməz... Mahir məni qoyub getməz. Tələsik yataqda oturaq vəziyyət alaraq qolumdakı iynəni dartıb çıxardım və yerə atdım. Elə bu an açılan qapıda təlaşlı halı ilə Səmra göründü. Onu gördüyümdə tələsik çarpayıdan qalxdım.
-Əsma, sakit ol canım. Uzan yerinə dincəlməlisən uzan.
-Bacı, axşam yaşananlar yuxu idi hə? Mahir getmədi burdadı hə?
Qollarından tutub silkələyərək cavab almağa çalışırdım.
-Etmə belə gözəlim, etmə.
Səmra məni qucaqlamağa çalışarkən var gücümlə onu itib iti addımlarla qapıya tərəf getdim.
Dəhlizdə anamı görüb yanına yaxınlaşdım.
-Ana, Mahir hardadır?
Anam çaşğın gözlərini gah məndə gah da arxadan gələn Səmranın üzündə gəzdirirdi.
-Anaaa...
Onun gözlərinə baxır, "burdadır" deməsini gözləyirdim.
-Əsma, o getdi.
Sanki yuxudan indi oyanmışdım... Bədənim buza döndü biranlıq. Sinəmdə bir şeyin parçalandığını hiss edirdim və bu hər nə idisə göynədirdi məni.
-Atam hanı?
İşarət barmağını qapıya uzadıb yavaşca dilləndi.
-Həkim dedi ki, yormayın.
Heç nə demədən palataya yaxınlaşıb otağın qapısını açdım. Atamı bu cür solğun, aparatlara bağlı gördüyümdə içim parçalanırdı. Məni gördüyü an zorla gülümsəməyə çalışması gözümdən qaçmamışdı.
-Mahirə nə dedin?
Mənim birbaşa mətləbə keçərək verdiyim sualı atam gözlərini devirib eşitməməzlikdən gəldi. Bu isə mənim olan qalan əsəblərimi tarıma çəkməyə yetirdi.
-Ata sual verdim! Mahirə nə dedin.
-O bir qatilin oğludu ona görə səndən uzaq durmasını dedim.
Atamın vecsizcə cavabı yerimdə donmağıma səbəb olmuşdu.
-Nə?
-Sənin yaxşılığın üçün.
-Mənim yaxşılığım üçün ikinci dəfə həyatımla bağlı qərar verdin?
-Hə Əsma hə... Atası qatil olan birindən sənə xoşbəxt həyat yaşadacağını gözləyirsən? Xatırlayırsan məni öldürmək istəmişdilər. Vurulmuşdum amma sağ qaldım. Məni vuran adamın oğludu Mahir. Hardan bilirsən bəlkə də atasının yarım qalan işini tamamlamağa gəlib. Bəlkə tək istəyi məni öldürməkdi? Bax ilk fürsəttə əlinə silah aldı.
-O, səni bu biabırçılıqdan qurtarmaq üçün...
Qəhər məni boğmuş cümləmi tamamlamağıma izin verməmişdi.
-Zamanla mən təşəkkür edəcəksən.
Dolmuş gözlərimi otağa daxil olan anam və xəstə yatan atamın üzərində gəzdirdim.
-Səni heç vaxt bağışlamayacam ata.
Arxaya dönüb iti addımlarla getməyə başladım. Arxadan anamın səsləmələrinə cavab vermək bir yana heç dayanmırdımda. Dəhlizin başında Səmranın yoldaşı ilə qarşılaşdığımda dayanıb ötəri nəzər yetirdim.
-Əsma, peşman olacaqsan.
-Peşmanam.... Onu dayandıra bilmədiyim üçün.
Üşüyürdüm.... Yay fəslinin ən isti günlərini yaşadığımıza baxmayaraq üşüyürdüm.... Qollarımla vücudumu sararaq özümü isitməyə çalışırdım.... Ürəyim darmadığın, paramparça bir halda idi..... Yanaqlarım boyunca sağa sola süzülən göz yaşlarımı əlimin tərsi ilə silib gedirdim.... Gedirdim.... Sevdiyim adama gedirdim.... İnsanların arasında addımlayırdım.... Mənə tuşlanan qəribə baxışları görməzdən gələrək sadəcə gedirdim.... Məni sevən, başa düşən tək adama, Mahirə gedirdim..... Küləyin təsiri ilə saçlarımdan bir tutam üzümü qıdıqlamağa başladı. Saçlarımı qulağımın arxasına sıxışdırıb yoluma davam etdim.... Nə qəribədir deyilmi? Atam ikinci dəfə məni oda atmışdı. Yenə özü üçün..... İlkində öz səhvini örtmək üçün, ikincisin də öz kini üçün.....
Çatmışdım.... Ümid edirdim ki, Mahir evdədir. Əlimi qaldırıb qapını döydüm. Nə qədər döysəmdə hətta zəngi də bassam açılmayan qapı ilə evdə olmadığını düşünüb geri dönürdüm. Elə o an qapının açılması ilə geri döndüm. Mahir qarşımda idi amma sözün əsl mənasında çökmüşdü. Çox pərişan görünürdü saçları dağılmış və köynəyi yarıya qədər iliklənmişdi. Ətrafı saran viski qoxusundan içkili olduğu açıqca görülürdü. Onu heç vaxt belə dağınıq görməmişdim. Qollarımı boynuna dolayıb başımı sinəsinə yasladım. Belimdən bərk tutub məni özünə sıxaraq saçlarıma öpüş qondurdu. Bir qədər elə durduqdan sonra məni qucağına alıb ayağı ilə qapıyı örtdü. Salona gəlib məni divana qoyduqdan sonra özü də yanımda oturdu.
-Sənin burda olmağın hər şeyi çətinləşdir qıvırcıq.
-Niyə içirsən?
Onun sözlərini eşitməməzlikdən gəlib masada duran şüşə və bardaqlara işarət etdim.
-İçki məni unutdurur? Unutdurursa ver məndə içim.
Cavab almadan növbəti sualı verməyim Mahiri gülümsətmişdi. Necə də darıxmışdım o təbəssüm üçün....
-Bilirsən? Mən sənin o təbəssümünə vurulmuşam. Əsasda mənə baxdığın zaman yaranan gülüşə.... Dodaqlarını birbirinə sıxdığın an yanaqlarında yaranan qəmzələr səni çox şirin göstərir. Eynən bir körpə kimi.
Mən bu gün susmaq bilmirdim.
-Kim bilir daha neçə qız....
Mahirin məni qucaqlaması ilə cümləmi tamamlaya bilməmişdim.
-Burda olmamalısan Əsma.
-Atamla niyə razılaşdın?
Mahir üzümü əlləri arasına alıb alnını alnıma dayadı.
-Mən atanla razılaşmadım sadəcə onun razılığını alıncaya qədər səndən uzaq duracağımı dedim.
-Niyə axı? Məni heçmi düşünmürsən? Səniz nə edərəm? Necə yaşayaram? Bu haqda bir fikrin varmı?
-Mənim gözəl qıvırcığım, səndən keçmək kimi bir niyyətim yoxdu. Belə olmalıdı, güvən mənə. Sadəcə qısa bir müddət.
-Bu müddətdə burda səninlə qalsam olmaz? O evə dönmək istəmirəm.
-Olmaz Əsmam. Onlar sənin ailəndi. Mənə görə ailəni tərk etmənə izin verə bilmərəm. Sən sadəcə səbr et.
-Sənsiz necə dayanacam?
-Dayanmalıyıq...
-Niyə axı?- ayağa qalxıb otağın içində var gəl etməyə başladım -Bu çox yalnış fikirdir, heç düzgün deyil.
Mahir ayağa qalxıb qollarımdan tutdu.
-Nədir səhv olan?
-Sən məni sevirsən mən səni. Bizi qəbul etmirlər deyə niyə ayrı qalmalıyıq? Niyə canı yanan tərəf biz olmalıyıq?
-Çünki qıvırcıq, ailəndən narazı insanlar olduqca nə qədər istəsək də bizim xoşbəxtliyimiz yarım qalacaq. Tam xoşbəxt olmaq üçün bu şərtdir.
-Ya razı olmasalar?
-Olacaqlar.... Sənə söz verirəm Əsma əlimdən gələni edəcəm.
Bir an ağlıma bir şey gəlmiş kimi gözlərimi üzünə zillədim.
-Mahir əgər biz.... Yəni sən və mən.... Biz bərabər....
Bu o qədər utancverici sözlər idi ki, tamamlaya bilməyib susaraq başımı əymişdim. Mahir gülümsəyərək əlimdən tutdu.
-Gəl mənimlə.
Məni çəkişdirərək yataq otağına tərəf apardığını görüncə həyəcandan bədənim əsməyə başladı. Bu daha çox qorxuya bənzəyirdi. Niyə qorxurdum ki? Bu təklifi mən irəli sürmüşdüm, indi qorxmağım mənasız idi. Mahir otağın qapısına açıb mənim içəri daxil olmağım üçün bir növ şərait yaratdı. Otağa daxil olduğum an gördüklərimə ağzım açıq qalmışdı. Otağın divarında boydan boy mənim rəsmim vardı. Bu şəkli nə vaxt çəkdirdiyim yadıma gəlmirdi. Mahir çaşqınlığımı sezmiş olacaqdı ki, qarşıma keçib gülümsədi.
-Mən çəkmişəm... Kəntdə olanda.
Onu ilk dəfə görmüş kimi baxırdım. Mahir üzümü əlləri arasına alıb dodaqlarını alnıma sıxdı.
-Ora bax- əli ilə çarpayısını işarə edib davam etdi. -O yataqda mənim qadınım olacağını günü, hər səhər yastığa dağılmış qıvırcıq saçlarını görməyi, doya doya sarılıb öpəcəyim günü iplə çəkirəm. Amma o gün bu gün deyil. Başqalarına bizi qəbul etdirmək üçün səni özümə aid edəcək qədər alçaq deyiləm. Səni el adəti ilə, vağzalı ilə ata evindən çıxaracam və sənə söz verirəm bunu bacaracam. Bax o gün sən mənim halalım olacaqsan. Tək istəyim o günə kimi mənə güvən və səbirli ol.
-Arada səni görməyə gələ bilərəm?
-Etmə belə gözəlim. Mənim üçündə çətindi amma mən atana bir söz verdim, onun razılığını alacağım günə kimi səndən uzaq duracam.
-Söz verərkən məndən soruşmadın ona görə də verdiyin sözün heç bir hökmü qalmır.
Əslində bu olanlar mənə çox ağır gəlirdi ona görə, susmaq bilməyib fikirlərimi dilə gətirmikdən çəkinmirdim. Mahirin çoxdan qərarını verdiyini, geri addım atmayacağını bilirdim. Bunların son çırpınışlarım olduğunu bilə bilə davam edirdim. Mahir heçnə demədən məni bağrına basdı. Onun qolları arasında hönkürür dəli kimi ağlayırdım. Ayaqda dura bilməyib yerə çökdüyüm zaman o, da mənimlə çökdü. Mahirin qucağında ağlamaq məni sakitləşdirmişdi. Nə qədər elə qaldığımızı bilmirəm tək bildiyim artıq ayrılıq zamanı gəlmişdi. Heç bir söz demədən ayağa qalxdım və ağır addımlarla evi tərk etdim.... Son dəfə onun üzünə baxmadım çünki baxsam gedə bilməyəcəkdim. Birbaşa evə qayıdıb otağıma çəkildim. Ayrılmışdıq.... Atamın hirsi və kini bizi ayırmışdı. Mahir müvəqqəti demişdi amma mən inanmırdım. Bəlkə də Əsma və Mahir heç vaxt ƏsMahir olmayacaqdı. Həyatda yaşana biləcək ən acı şey insanın ümidini itirməsi idi. Mən bizə dair ümidimi itirmişdim.
Axşam kimi yatağın yanında yerə çökmüş vəziyyətdə durmuşdum, heç tərpənmədən. Hava tamam qaraldıqdan sonra aşağıda eşitdiyim səslərlə yavaş yavaş pillələri enib qapıda dayandım. Atamı bir gecəlik xəstəxana da saxlayıb evə göndərmişdilər. Qapıya söykənib sadəcə izləyirdim. Səmranın ailəsi və atamın bir neçə dostu gəlmiş və biraz oturduqdan sonra hər kəs getmişdi. Mən isə hələdə vecsiz duruşumu dəyişmədən qapıdan baxırdım.
-Əsma, niyə orda dayanmısan?
Anamın səsləməsindən sonra keçib masada əyləşdim. İçimdə çox dərin bir öfkə vardı, heç cürə başa çıxmağı bacara bilmədiyim bir öfkə. Bu öfkə ilə atama necə baxdığımın fərqində belə deyildim.
-Mənə elə baxma Əsma. Nə edirəmsə sənin yaxşılığın üçün edirəm.
Təəssüflə başımı yelləyib ayağa qalxdım.
-Ata, ana, bunu bilinki mən həyatım boyu bir tək Mahiri sevdim sevəcəmdə... Ata, bizi ayırmağı bacardın qələbəni qeyd edə bilərsən amma bunu yaddan çıxarma son nəfəsimə qədər onu sevəcəm. Məni bir Qurbanzadə olaraq yox Əsma olaraq sevən yeganə adamı əlimdən aldın ata. Təbrik edirəm ümid edirəm xoşbəxtsən çünki sən bu gün qızını öz istəklərin uğruna öldürdün.
Sözümü bitirdikdən sonra səssiz axan göz yaşları içərisində otağıma qalxdım. Mən, hər zaman susqun olan Əsma, o gündən sonra həqiqətən susmuşdum artıq danışmırdım. Heç kimlə hətta özümlə belə danışmırdım. Mən tamamən susmuşdum....

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri